10
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011
Əməliyyatlarımız
Biz Azəri-Çıraq-Günəşli neft yatağı və
Şahdəniz qaz yatağı da daxil olmaqla Azərbaycanın dənizdə əsas
karbohidrogen yataqlarının operatoruyuq; quruda dünyanın ən böyük
inteqrasiya edilmiş neft və qaz emalı terminallarından birini, həmçinin
onu region və dünya bazarları ilə birləşdirən boru kəmərlərini idarə
edirik
Azəri-Çıraq-Dərinsulu Günəşli neft hasilatı
(mmbbl – milyon barel; mmte – milyon ton)
Platforma
Hasilatın başlanma tarixi
Ölçü vahidi
Hasilat
başlanandan 2011-ci
ilin sonunadək
2010
2011
Çıraq
Noyabr 1997
mmbbl
573,6
34,0
27,2
mmte
77,5
4,6
3,7
Mərkəzi Azəri
Fevral 2005
mmbbl
502,5
74,9
70,1
mmte
67,9
10,1
9,5
Qərbi Azəri
Dekabr 2005
mmbbl
435,2
90,6
72,4
mmte
58,8
12,2
9,8
Şərqi Azəri
Noyabr 2006
mmbbl
237,6
51,4
45,8
mmte
32,1
6,9
6,2
Dərinsulu Günəşli
Aprel 2008
mmbbl
156,1
49,5
46,4
mmte
21,1
6,7
6,3
Cəmi
mmbbl
1 905
300,4
261,9
mmte
257,4
40,6
35,4
2011-ci il ərzində Azəri-Çıraq-Dərinsulu
Günəşli (AÇG) neft yatağında və Şahdəniz
(ŞD) qaz yatağında hasilat davam etdirildi.
Azəri-Çıraq-Dərinsulu Günəşli
BP, Azərbaycan Beynəlxalq Əməliyyat
Şirkətinin (ABƏŞ) adından AÇG yatağının
əməliyyatçısıdır. Bu, Xəzər hövzəsinin
Azərbaycan sektorunda ən iri neft yatağıdır
və Bakıdan təxminən 100 km şərqdə yerləşir.
Hasilat 1997-ci ilin noyabr ayında yatağın
Çıraq hissəsindən başlanmışdır və indi
buraya yatağın Mərkəzi, Qərbi və Şərqi Azəri,
həmçinin Dərinsulu Günəşli hissələri də daxildir.
Şərqi Azəri platforması və
“Seacor Cougar” gəmisi
BP ortaqlarının dünyanın müxtəlif
yerlərində maye karbohidrogen
hasilatındakı xalis payı
a
a
Gündə 922 min barelə xam neft və təbii qaz maye kondensatı
daxildir.
b
“Digər”ə Kanada, Cənubi Amerika, Afrika, Asiya (Azərbaycan
istisna olmaqla) və Avstraliya daxildir.
15
9
30
46
ABŞ
Böyük Britaniya və Avropanın qalan hissəsi
Azərbaycan
Digər
b
(%)
2011-ci ildə biz AÇG kompleksindən orta
hesabla gündə 717 600 barel (ildə 261,9 milyon
barel və ya 35,4 milyon ton) neft hasil etdik.
Bundan başqa, ARDNŞ-nə gündə təxminən
9,1 milyon standart kubmetr (təxminən 320,2
milyon standart kubfut) səmt qazı çatdırılıb.
Ümumilikdə, 2011-ci ildə ARDNŞ-nə təxminən
3,3 milyard standart kubmetr (təxminən 117
milyard standart kubfut) səmt qazı təhvil
verdik ki, bu da səmt qazı ilə bağlı bütün il
üzrə proqnozumuzdan təxminən 43% və ya
2,3 milyard standart kubmetr (80 milyard kub
futdan artıq) çoxdur.
11
BP-nin Azərbaycanda fəaliyyəti
2011-ci ildə AÇG üzrə əməliyyat xərcləri cəmi
699 milyon, əsaslı xərclər isə 1,912 milyard
dollar oldu.
Çıraq neft layihəsi
2010-cu ilin mart ayında Çıraq neft layihəsi
(ÇNL) üçün dəyəri 6 milyard dollar olan
işlənmə planına sanksiya verildi. Bu
plana mövcud Dərinsulu Günəşli və
Çıraq platformaları arasındakı yataq
infrastrukturunda olan boşluğu doldurmaq
üçün nəzərdə tutulan yeni bir dəniz
qurğusunun inşası daxildir. Gözlənilir ki, ÇNL
nəticəsində AÇG yatağından neft hasilatının
həcmi cəmi 360 milyon barelədək artacaqdır.
ÇNL üzrə ilk neftin 2013-cü ildə hasil ediləcəyi
gözlənilir.
2011-ci ildə ÇNL tikinti işləri iş qrafiki
və plan üzrə davam etdi. Ümumilikdə, ÇNL
bütün tikinti-quraşdırma sahələrində çox yaxşı
irəliləyişə nail oldu, işlərin 55%-i başa çatdırıldı.
ÇNL üzrə qazmaöncəsi əməliyyatlar 2010-cu
ildə başlanıb və 2011-ci ildə davam etdirilib.
Çıraq Neft layihəsi üçün 12 öncəqazma
quyusu üzərində işlər başlanıb. “Dədə
Qorqud” yarımdalma qazma qurğusu,
planlaşdırıldığı kimi, beşillik sertifikatlaşdırma
və modernləşdirmə işlərini başa çatdırıb.
Gələcək perspektivlər
AÇG yatağında çıxarıla bilən ehtiyatların
həcminin təxminən 5 milyard bareldən çox
neft olduğu hesab edilir. Bu ehtiyatların
çıxarılması rezervuarların idarə edilməsində
mürəkkəb metodların tətbiq edilməsini,
seysmik məlumatların ən qabaqcıl üsullarla
analizini, yüksək effektivliyə malik qazma
və tamamlama texnologiyalarından istifadə
olunmasını tələb edəcək.
Şərqi Azəri platformasında iş zamanı
M rk zi Az ri
Hasilatın başlanğıcı
Fevral 2005
Şahd niz M rh l 2
Şahd niz B platforması v S ng çal
terminalının genişl ndirilm si daxildir
2017
Şahd niz
Hasilatın başlanğıcı
Noyabr 2006
Çıraq neft layih si
Q rbi Çıraq platforması
2013
Ş rqi Az ri
Hasilatın başlanğıcı
Noyabr 2006
Q rbi Az ri
Hasilatın başlanğıcı
Dekabr 2005
S ng çal terminalı
m liyyatların başlanğıcı
Oktyabr 1997
D rinsulu Gün şli
Hasilatın başlanğıcı
Aprel 2008
Çıraq
Hasilatın başlanması
Noyabr 1997
Xəzər hövzəsində BP-nin əməliyyatçısı olduğu əsas obyektlər