8
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011
Tarixi ekskurs
BP Bakıdakı ilk ofisini 1992-ci ildə açdı, iki il sonra
isə Azərbaycan hökuməti ilə tarixi “Əsrin müqaviləsi”ni imazalamış
beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumda öz yerini tutdu
May 2006
CQBK-yə ilk qaz vuruldu
İyun 2006
Ceyhan dəniz terminalında ilk
tanker Xəzər nefti ilə yükləndi
İyul 2006
BTC boru kəmərinin Türkiyədəki
hissəsinin, Ceyhan terminalının və
BTC boru kəməri ixrac sisteminin
təntənəli açılışı oldu
Noyabr 2006
Şərqi Azəridə birinci mənfəət
nefti hasil edildi
Dekabr 2006
Şahdəniz Mərhələ 1-dən ilk qaz
hasil edildi
Mart 2007
BTC-nin ötürmə qabiliyyəti gündə
1 milyon barelə çatdırıldı
İyul 2007
Şahdəniz yatağından Türkiyəyə ilk
qaz çatdırıldı
Noyabr 2007
Xəzər dənizində rekord 7 300
metrdən artıq dərinlikdə quyunun
qazılması nəticəsində Şahdəniz
yatağında böyük qaz-kondensat
ehtiyatı kəşf olundu
Sentyabr 1994
BP, onun tərəfdaşları və
Azərbaycan hökuməti arasında
Azəri-Çıraq-Dərinsulu Günəşli
(AÇG) üzrə hasilatın pay bölgüsü
sazişi (HPBS) imzalandı
Fevral 1995
Azərbaycan Beynəlxalq
Əməliyyat Şirkəti (ABƏŞ) təsis
edildi
İyun 1996
Şahdəniz üzrə HPBS imzalandı
Noyabr 1997
Çıraq yatağından ilk neft hasil
edildi
Dekabr 1998
Qərb ixrac boru kəməri (QİBK)
marşrutunun istismarına
başlandı
Avqust 2001
AÇG Faza 1 layihəsinə sanksiya
verildi
Sentyabr 2002
AÇG Faza 2 layihəsinə sanksiya
verildi
Fevral 2003
Şahdəniz Mərhələ 1 layihəsinə
sanksiya verildi
Aprel 2003
Bakı-Tbilisi-Ceyhan (BTC) boru
kəmərinin inşasına başlandı
Sentyabr 2004
AÇG Faza 3 layihəsinə sanksiya
verildi
Oktyabr 2004
Cənubi Qafqaz qaz boru
kəmərinin (CQBK) inşasına
başlandı
Fevral 2005
Mərkəzi Azəridə hasilat başladı
Mart 2005
Azərbaycan xam neftinin ixracına
başlandı
Dekabr 2005
Qərbi Azəridə hasilat başladı
Aprel 2008
Dərinsulu Günəşlidən ilk neft
hasil olundu
Mart 2009
BTC-nin ötürmə qabiliyyəti gündə
1,2 milyon barelədək artırıldı
İyul 2009
Şəfəq-Asiman strukturunun birgə
kəşfiyyatı və işlənməsi üçün
Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti (ARDNŞ) ilə anlaşma
memorandumu imzalandı
Mart 2010
Çıraq neft layihəsi üçün 6 milyard
dollar sərmayə qoyulmasına
sanksiya verildi
Avqust 2010
“Devon Energy” şirkətinin AÇG
neft yatağında 3,29% iştirak payı
alındı
Sentyabr 2010
BTC boru kəməri ilə xam neftin
milyardıncı bareli nəql edildi
Oktyabr 2010
Şəfəq-Asiman strukturunun
birgə kəşfiyyatı və işlənməsi üzrə
ARDNŞ ilə HPBS imzalandı
Dekabr 2010
Şahdəniz HPBS-nin 2031-ci ildən
2036-cı ilədək beş il müddətinə
uzadılması haqqında saziş
imzalandı
9
BP-nin Azərbaycanda fəaliyyəti
Nailiyyətlər və çətinliklər
Bu bölümdə BP-nin 2011-ci
ildə Azərbaycanda əldə etdiyi mühüm nailiyyətlərin və qarşılaşdığı
çətinliklərin xülasəsini veririk
Nailiyyətlər
Əməliyyatlar və biznesin inkişafı
Şəfəq-Asiman dəniz blokunun geoloji-
kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü
haqqında yeni saziş 6 may 2011-ci il tarixində
Azərbaycan Parlamenti tərəfindən ratifikasiya
olundu.
Oktyabr ayında Şahdəniz qaz satışları və
tranzit razılaşmaları Türkiyədə imzalandı.
Həmin ay biz 2006-cı ildən bəri Şahdəniz
yatağından 1 trilyon kubfut (28 milyon standart
kubmetrdən çox) qaz hasilatı kimi əlamətdar
bir göstəriciyə nail olduq.
1997-ci ildən bəri AÇG yatağından hasilat
2011-ci ilin sonunda 1,9 milyard barelə çatdı.
Əməyin təhlükəsizliyi
Biz altı dəniz platformamızın beşində
(Dərinsulu Günəşli platforması istisna olmaqla)
rekord sayda planlaşdırılmış dövri təmiri
a
həyata keçirdik. Bu dayandırmalar ərzində
bütün platformalarda bütövlükdə 80 500
adam/saatdan artıq iş təhlükəsiz olaraq başa
çatdırıldı.
Ətraf mühit
Biz ildən-ilə neft dağılmalarının həcmini
əhəmiyyətli dərəcədə azaltdıq – neft
dağılmaları 2010-cu ildə dağılmış 32 181
litrdən 2011-ci ildə 2 677 litrədək (92%)
azaldıldı. Dağılmış bütün neft tam həcmdə
yığıldı.
Əməkdaşlarımız
Bizim yüksək vəzifələrdə işləyən
əməkdaşlarımızın sayı il ərzində 14% artdı və
2006-cı ilin sonundakı 40 nəfərlə müqayisədə
2011-ci ilin sonunda 149 nəfərə çatdı.
Çətinliklər
Əməyin təhlükəsizliyi
2011-ci ildə altı yüksək potensiallı qəza
hadisəsi
b
qeydə alındı. Bu qəzalar üçün
müfəssəl təhqiqat aparıldı və çıxarılan
nəticələr, təcrübədən alınmış dərslər barədə
hesabat verildi.
Heç bir ağır qəza hadisəsi baş verməsə
də, yol-nəqliyyat qəzalarının ümumi səviyyəsi
2010-cu ilə nisbətən 44% artdı. Hadisələrin
çoxu aşağı sürətdə baş verdiyindən dəyən
zərər minimal oldu. Nəqliyyat vasitələrinin
təhlükəsiz idarə olunması bütün il boyu diqqət
mərkəzində duran əsas məsələ olaraq qaldı.
Ətraf mühit
Mərkəzi Azəri platformasını Qərbi Azəri
platforması ilə birləşdirən hasil edilmiş lay
suyunu vurma sistemində mexaniki nasazlıq
yarandı. Atılma zamanı ətraf mühitə potensial
təsiri minimuma endirmək üçün boisidlərin
vurulması dayandırıldı.
2011-ci ildə qurudakı üçüncü tərəf
podratçıları tərəfindən heç bir hasil edilmiş lay
suyunun atılması olmadı.
2011
May 2011
Şəfəq-Asiman strukturu üzrə yeni
HPBS Azərbaycan parlamenti
tərəfindən ratifikasiya olundu
İyul 2011
ARDNŞ AÇG neft yatağında BP-
nin 1,6461% iştirak payını aldı
Oktyabr 2011
Türkiyədə ŞD qaz satışı və tranziti
sazişləri imzalandı
Noyabr 2011
Şəfəq-Asiman strukturunun
üçölçülü seysmik tədqiqatı
başladı
a
Əsaslı təmir-təftiş fəaliyyətlərini və ya layihə işlərini
tamamlamaq üçün istismar olunan obyektlərin dayandırıldığı
dövrlər.
b
Yüksək potensiallı insident “ehtimal olunan ən ciddi nəticəsi
böyük qəza olan hadisə və ya təhlükəli/qeyri-sağlam şərait,
yaxud hadisəyə yaxın vəziyyət” kimi müəyyən edilir.
Şahdəniz platforması