4
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011
Biz BP-yik
Biz dünya səviyyəli əməliyyat və layihələri həyata
keçirməklə Xəzər regionunda davamlı fəaliyyət göstərmək barədə
öhdəliyimizə sadiqik
Bu öhdəliyin əsasında həmişə təhlükəsiz
işləmək, ətraf mühiti qorumaq və insan
haqlarına hörmətlə yanaşmaq kimi
məsuliyyətlər dayanır. İnanırıq ki, bu əsas
məqsədlər işçi qüvvəsinin bacarıqlarının
genişləndirilməsi, yerli ehtiyatların yaradılması
və yerli potensialın inkişaf etdirilməsi ilə həyata
keçiriləcək.
Biz nə edirik
Biz dünyanı enerji ilə təmin edirik. Biz mühüm
enerji mənbələrini tapır, işlədir və hasil edirik.
Biz bu mənbələri insanların hər yerdə ehtiyacı
olduğu məhsullara çeviririk.
Dünyanın enerjiyə ehtiyacı var və bu
tələbat artmaqdadır. Bu enerji bir çox
şəkillərdə ola bilər. Onun hər yerdə insanlar
və tərəqqi üçün həyati əhəmiyyəti var və
hər zaman olacaq. Biz etdiyimiz hər bir işdə
yüksək standartlara uyğun cavabdeh olmağı
gözləyirik. Biz sənayemizdə təhlükəsizlik
üzrə lider, dünya səviyyəli operator, yaxşı bir
korporativ vətəndaş və mükəmməl işəgötürən
olmaq üçün səy göstəririk.
Biz nəyə inanırıq
Dünyanı enerji ilə necə təmin etməyimiz bizi
dərindən düşündürür.
Hər şeydən əvvəl, bu, əməliyyatlarımızda
təhlükəsizlik və yüksək peşəkarlıqla başlayır.
Bu, uğurumuzun əsasıdır. Bizim yanaşmamız
hörmət, ardıcıl olmaq və düzgün olanı etmək
cəsarətinə malik olmağa əsaslanır. Biz
inanırıq ki, uğur başlanğıcını insanlarımızın
enerjisindən götürür. Biz öyrənmək və işimizi
daha yaxşı görmək üçün qətiyyət göstəririk.
Biz ən qabaqcıl texnologiyanın işlənib
hazırlanması və tətbiq olunması, həmçinin
uzunmüddətli əlaqələrin qurulmasına
arxalanırıq. Bu gün dünyanı ehtiyacı olan enerji
ilə təmin etmək işində və sabahın dəyişən
dünyasında mühüm rol oynamaq bizim
öhdəliyimizdir. Biz bir komanda kimi işləyirik.
What we value
Təhlükəsizlik işin xeyrinədir. Etdiyimiz hər şey işçi qüvvəmizin və
ətrafımızdakı icmaların təhlükəsizliyinə əsaslanır. Biz ətraf mühitin
təhlükəsiz idarə olunmasının qayğısına qalırıq. Dünyanı təhlükəsiz
şəkildə enerji ilə təmin etmək öhdəliyimizdir.
Təhlükəsizlik
Biz fəaliyyət göstərdiyimiz bu dünyaya hörmət edirik. Bu, qanun
və qaydalara riayət etməkdən başlayır. Biz özümüzü ən yüksək
etik standartlara cavabdeh hesab edirik və başqalarının etibarını
qazanacaq şəkildə davranırıq. Biz malik olduğumuz münasibətlərə
əsaslanır, bir-birimizə və işlədiyimiz şəxslərə hörmət edirik. Biz
insanların və fikirlərin müxtəlifliyinə dəyər veririk. Biz aldığımız böyük
və ya kiçik qərarların ətrafımızdakılara təsiri barədə düşünürük.
Hörmət
Biz təhlükəli biznes sahəsindəyik və əməliyyatlarımızı sistemli
və intizamlı şəkildə idarə etməklə mükəmməlliyə can atırıq. Biz
şirkətimiz üçün təyin etdiyimiz qayda və standartlara riayət edirik.
Keyfiyyətli nəticələr öhdəliyimizdir, öyrənmək və inkişaf etməyə can
atırıq. Əgər nə isə düzgün deyilsə, biz onu düzəldirik.
Mükəmməllik
Bizim etdiklərimiz nadir hallarda asan olur. Ən yaxşı nəticələrə nail
olmaq üçün çox vaxt çətinliklərlə üzləşmək, sözümüzü demək və
inandıqlarımıza sadiq qalmaq cəsarəti tələb olunur. Biz hər zaman
düzgün olanı etməyə can atırıq. Biz yeni düşüncə yolları axtarır,
kömək istəməkdən çəkinmirik. Biz özümüzə qarşı səmimiyik və fəal
şəkildə başqalarının rəyini öyrənirik. Biz dünyamızın qısa müddətli
prioritetlərinə baxmayaraq, uzunömürlü bir irs qoymağa can atırıq.
Cəsarət
Bir
şəxsin gücü nə olursa olsun, biz birlikdə daha çoxuna nail olacağıq.
Biz komandamızı fərdi uğurumuzdan üstün tutur və onun potensialını
artırmağa can atırıq. Biz üzərimizə düşən öhdəliklərin yerinə
yetirilməsində bir-birimizə etibar edirik.
Bir komanda
Biz nəyə dəyər veririk
Dəyər və davranışlarımız
bp.com/ourvalues
5
BP-nin Azərbaycanda fəaliyyəti
BP Azərbaycan – ilk baxışda
Strukturumuz, təşkilatımız,
obyektlərimiz və tariximiz
Hüquqi struktur
BP Azərbaycanda bir sıra hüquqi şəxslərin
qismində fəaliyyət göstərir və bu da onun
ölkədə və regionda 1992-ci ildən bəri keçdiyi
təkamülü əks etdirir. Əsas hüquqi şəxs BP
Eksploreyşn (Kaspian Si) Ltd. (“BP Exploration
(Caspian Sea) Ltd.”) şirkətidir.
BP Azərbaycan, Gürcüstan və Türkiyədə
Azərbaycanda BP Azərbaycan hökuməti ilə
bağlanmış bir neçə hasilatın pay bölgüsü
sazişi və tranzit əraziyə malik ölkə hökuməti
sazişi (TƏMÖHS) əsasında fəaliyyət
göstərir. Gürcüstan və Türkiyədə o, ixrac
boru kəmərləri və terminalları əhatə edən
TƏMÖHS-lər əsasında fəaliyyət göstərir.
Biznes strukturu
2011-ci ilin sonunda 11 vitse-prezident, baş
maliyyə müşaviri, tədarük və təchizat üzrə məsul
şəxs və baş hüquq müşaviri köməkçisi BP-nin
Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə
prezidentinə hesabat verirdi.
Qeydiyyatdan keçirilmiş ünvan
a
2011-ci ildə Azərbaycanda qeydiyyatdan
keçirilmiş ünvanımız: Villa Petrolea, Neftçilər
prospekti 2 (Bayıl), Bakı şəhəri, AZ1003,
Azərbaycan. Telefon: +994 (0)12 497 9000;
Faks: +994 (0)12 497 9602.
Əməkdaşlar
2011-ci ilin sonunda Azərbaycanda BP
tərəfindən daimi işə götürülmüş şəxslərin
sayı 2 701 idi ki, bunların 2 321-i Azərbaycan
vətəndaşları idi.
Dənizdəki hasilat yataqları
Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG)
b
Xəzər
dənizinin Azərbaycan sektorunda ən böyük
neft yatağıdır. Şahdəniz (ŞD) çox böyük dəniz
qaz və kondensat yatağıdır.
Dənizdəki istismarda olan obyektlər
Çıraq platforması, Mərkəzi Azəri platforması,
Qərbi Azəri platforması, Şərqi Azəri
platforması, Şahdəniz platforması və
Dərinsulu Günəşli platforması.
Nəqletmə və saxlama imkanları
(2011-ci ilin sonu)
Nəqletmə:
Səngəçal terminalı – Bakı şəhərinin
cənubunda yerləşən neft və qaz emalı terminalı.
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri –
Səngəçal terminalını Türkiyənin Ceyhan dəniz
terminalı ilə birləşdirən 1 768km uzunluğunda
(443km Azərbaycanda) boru kəməri. Cənubi
Qafqaz qaz boru kəməri (CQBK) – Səngəçal
terminalı ilə Gürcüstan-Türkiyə sərhədi arasında
691 km uzunluğunda (443km Azərbaycanda)
qaz boru kəməri. Qərb ixrac boru kəməri
(QİBK) – Səngəçal terminalını Gürcüstanın Qara
dəniz sahilindəki Supsa limanı ilə birləşdirən
829km uzunluğunda (456km Azərbaycanda)
boru kəməri.
Nəqletmə və saxlama qabiliyyəti:
BTC – gündə
1,2 milyon barel; CQBK – gündə 22 milyon
standart kubmetr (mmscm); QİBK – gündə
106 min barel. Səngəçal terminalı – gündə
1,1 milyon bareldən (149 000 ton) artıq neft
və 36,8 mmscm qaz (25,5-i ŞD və 11,3-ü
AÇG-dən) emal edə bilir. Rezervuarların xam
neft tutumu 3,2 milyon bareldir (450 000 ton).
a
2011-ci ilin dekabrından BP-ni təmsil edən bütün hüquqi
şəxslərin qeydiyyatdan keçirilmiş ünvanını tədricən yeni
ünvana dəyişdirmişik: Ləndmark, Nizami küçəsi 96, Bakı
şəhəri, AZ1010, Azərbaycan.
b
Dayazsulu Günəşli Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti (ARDNŞ) tərəfindən işlənilir.
Geoloji-kəşfiyyat işləri
Şəfəq-Asiman kəşfiyyat ərazisi.
Əsaslı xərclər
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin
1995-ci ildə qurulmasından bəri AÇG, BTC, ŞD
Mərhələ 1 və CQBK layihələri üçün 34 milyard
dollardan çox.
Neft və kondensat hasilatı
AÇG 1997-2011-ci illər: cəmi təqribən 1,9
milyard barel, o cümlədən 2011-ci ildə
təxminən 262 milyon barel. ŞD-dən kondensat
hasilatı: cəmi təqribən 63,7 milyon barel və
2011-ci ildə təxminən 14 milyon barel.
Qaz hasilatı
ŞD 2006-2011-ci illər: cəmi təqribən 30
milyard standart kubmetr (bscm) və 2011-ci
ildə təxminən 6,7 bscm.
Şərqi Azəri platforması