##book id=498//book name= Ümumi kimya // ##fk=103//ks=01//fn=498// sumalltest= 299


##num= 3// level= 1// sumtest=20 // name= Atomun quruluşu. Atom modelləri. //



Yüklə 286,63 Kb.
səhifə3/14
tarix31.10.2018
ölçüsü286,63 Kb.
#77538
1   2   3   4   5   6   7   8   9   ...   14

##num= 3// level= 1// sumtest=20 // name= Atomun quruluşu. Atom modelləri. //


1. Rezerford atomun quruluşuna dair hansı müddəanı təklif etmişdir?

A) atomun mərkəzində ölçüsü çox böyük olan müsbət yüklü nüvə yerləşir

B) atomun mərkəzində ölçüsü çox kiçik olan müsbət yüklü nüvə yerləşir

C) Atomun nüvəsində müsbət və mənfi uüklər bərabər paylanmışlar

D) Atomda müsbət yüklərin sayı mənfi yüklərin sayından çoxdur

E) Atomda müsbət yüklərin sayı mənfi yüklərin sayından azdır

2. Mozli qanunundan çıxan nəticəni göstərin

A) elektronların sayı müsbət yüklərin sayından azdır

B) nüvənin yükü elektronların sayına bərabərdir

C) nüvənin yükü elementin sıra nömrəsinə bərabərdir

D) elektronların sayı müsbət yüklərin sayından iki dəfə azdır

E) elektronların sayı müsbət yüklərin sayından iki dəfə çoxdur

3. Borun kvant nəzəriyyəsinə əsaslanaraq irəli sürdüyü müddəanı göstərin.

A) atomda elektronlar nüvənin ətrafında bir dair dairəvi orbitdə toplanmışlar

B) elektronun çevrə boyunca hərəkət miqdarı momenti sıçrayışla deyil, fasilələrlə dəyişir

C) elektronun çevrə boyunca hərəkət miqdarı momenti fasiləsiz deyil, sıçrayışla dəyişir

D) atomda elektronlar nizamsız düzülmüşlər

E) atomda elektronlar ellepsəbənzər orbitlər üzrə hərəkət edir

4. Bor nəzəriyyəsinə görə hirogen atomunda elektron orbitlərinin radusunun riyazi ifadəsini göstərin.

A) 2n2

B) rn = 0, 529 ∙ n2 A0

C) n2

D) 2(2l + 1)

E) rn = 5∙ n2 A0

5. Hidrogen atomunda elektronun birinci Bor orbitində nüvə ilə rabitə enerjisini göstərin.

A) E = - 1, 5 eV

B) E = - 3, 4 eV

C) E = - 13, 6 eV

D) E = - 27, 2 eV

E) E = - 5, 6 eV

6. Hidrogen atomunda elektronun nüvə ilə rabitə enerjisi hansı halda sıfıra bərabər olar?

A) n = 3

B) n = 1

C) n = 4

D) n = ∞

E) n = 2

7. Atomun Rezerford modelinə aid müddəaları seçin?

1 – müsbət və mənfi yüklər atomun bütün həcmində bərabər paylanmışdır

2 – atomun mərkəzində ölçüsü çox kiçik olan nüvə yerləşir

3 – atomda elektronlar bir dairəvi orbitdə toplanmışdır

4 – atomun kütləsinin əsas hissəsi nüvədə toplanmışdır

5 – atomun kütləsi müsbət və mənfi yüklərdən eyni dərəcədə asılıdır

6 – atomda elektronların sayı nüvənin müsbət yüklərin sayına bərabərdir

A) 3, 4, 5

B) 1, 3, 5

C) 2, 4, 5

D) 2, 4, 6

E) 2, 3, 4

8. Hidrogen atomunda elektronun hərəkət sürətinə uyğun olmayan müddəaları seçin.

1 - orbital kvant ədədlərinin qiymətinə düz mütənasibdir

2 - baş kvant ədədinin qiymətinə tərs mütənasibdir

3 - baş kvant ədədinin qiymətinə düz mütənasibdir

4 - orbital radiusunun qiymətinə tərs mütənasibdir

5 - baş kvant ədədinin kvadratına düz mütənasibdir

6 - elektronun sürəti enerjisi ilə duz mütənasibdir

A) 1, 5, 6

B) 2, 3, 5

C) 1, 4, 6

D) 2, 3, 4

E) 1, 3, 5

9. Hidrogen atomunda elektronun enerjisinə uyğun olmayan müddəaları seçin.

1 - elektronun enerjisi orbital kvant ədədləriindən asılı olur

2 - elektronun enerjisi baş kvant ədədinin qiymətinndən asılı olur

3 - elektronun enerjisi maqnit kvant ədədlərindən asılı olmur

4 - elektronun enerjisi orbital və maqnit kvant ədədlərindən asılı olur

5 - elektronun enerjisi spin kvant ədədindən asılı olur

6 - elektronun enerjisi spin kvant ədədindən asılı olmur

A) 3, 4, 5

B) 1, 4, 6

C) 1, 4, 5

D) 1, 2, 3

E) 1, 5, 6

10. Hidrogen atomunda n = 2, 3, 4 olduqda elektronun enerjisinin birinci orbitə nisbətən dəyişməsini ifadə edən cavabları seçin.

1 - 9 dəfə artar

2 - 4 dəfə azalar

3 - 16 dəfə artar

4 - 9 dəfə azalar

5 - 4 dəfə artar

6 - 16 dəfə azalar

A) 3, 4, 5

B) 1, 4, 6,

C) 2, 3, 5

D) 2, 4, 6

E) 6, 1, 5

11. N. Borun hidrogen atomu haqqında nəzəriyyəsində stasionar orbitin radiusu, elektronun sürəti və enerjisini ifadə edən tənlikləri seçin.

1 -

2 -

3 –

4 -

5 - E = hʋ

6 -

A) 2, 3, 4

B) 3, 4, 6

C) 1, 3, 6

D) 1, 2, 3

E) 1. 2, 4

12. Atomda elektronun hərəkətinə dair kvant - mexaniki təsəvvürlərə uyğun olan müddəaları seçin.

1 - atomda elektronun hərəkəti kürəciyin trayektoriya üzrə hərəkəti kimidir.

2 - atomda elektronun hərəkət etdiyi orbiti dəqiq təsəvvür etmək mümkün deyil

3 - atomda elektronun hərəkətinə kürəciyin trayektoriya üzrə hərəkəti kimi baxmaq olmaz

4 - elektron nüvə ətrafında yalnız müəyyən stasionar orbitlər üzrə hərəkət edir

5 - zamanın bu və ya digər anında hissəciyin trayektoriyası, koordinatı və sürəti anlayışlarının mahiyyəti yoxdur

6 - hər hansı hissəciyin hərəkətinə dalğa prosesi kimi baxmaq olmaz

A) 1, 2, 5

B) 2, 4, 6

C) 2, 3, 5

D) 1, 5, 6

E) 2, 3, 4

13. Atomun mürəkkəbliyini təsdiq edən kəşflərin ardıcıllığı hansı sırada düzgün verilmişdir?

1 – elektroliz

2 – katod şüaları

3 – təbii radioaktivlik

4 – elektroliz

5 – katod şüaları

6 – təbii radioaktivlik

A) 2, 4, 6

B) 1, 3, 5

C) 3, 4, 5

D) 4, 5, 6

E) 1, 2, 3

14. Atomda elektronun hərəkətinə dair kvant - mexaniki təsəvvürlərə uyğun olan müddəalar hansı cavablarda ardıcıl verilmişdir?

1 - atomda elektronun hərəkət etdiyi orbiti dəqiq təsəvvür etmək mümkün deyil

2 - atomda elektronun hərəkəti kürəciyin trayektoriya üzrə hərəkəti kimidir.

3 - atomda elektronun hərəkətinə kürəciyin trayektoriya üzrə hərəkəti kimi baxmaq olmaz

4 - elektron nüvə ətrafında yalnız müəyyən stasionar orbitlər üzrə hərəkət edir

5 - zamanın bu və ya digər anında hissəciyin trayektoriyası, koordinatı və sürəti anlayışlarının mahiyyəti yoxdur

6 - hər hansı hissəciyin hərəkətinə dalğa prosesi kimi baxmaq olmaz

A) 1, 2, 5

B) 2, 4, 6

C) 1, 3, 5

D) 1, 5, 6

E) 2, 3, 4

15. Hidrogen atomunda elektronun nüvə ilə rabitə enerisinin dəyişməsinin ardıcıllığını göstərin.

1 - ikinci orbitdə 4 dəfə azalır

2 - ikinci orbitdə 4 dəfə artır

3 - üçüncü orbitdə 9 dəfə azalır

4 - üçüncü orbitdə 9 dəfə artır

5 - sonuncu orbitdə ( n= ∞) yüksək qiymət alır

6 - sonuncu orbitdə ( n= ∞) sıfıra bərabər olur

A) 1, 2, 4

B) 2, 3, 6

C) 1, 4, 5

D) 2, 3, 5

E) 1, 3, 6

16. Atomun kvant - mexaniki modelinə aid olan nəzəriyyələr hansı cavablarda xronoloji ardıcıllaqla verilmişdir?

1 - Heyzenberqin qeyri - müəyyənlik prinsipi

2 - De Broylun elertronun hissəcik və dalğa xassəsihə dair nəzəriyyəsi

3 - Şredingerin atomda elektronun hərəkətini xarakterizə elən dalğa tənliyi

4 - Heyzenberqin qeyri - müəyyənlik prinsipi

5 - De Broylun elertronun hissəcik və dalğa xassəsihə dair nəzəriyyəsi

6 - Şredingerin atomda elektronun hərəkətini xarakterizə elən dalğa tənliyi

A) 4, 5, 6

B) 1, 3, 5

C) 2, 3, 5

D) 2, 4, 6

E) 1, 3, 6

17. Aşağıdakı verilən müddəaların atomun quruluşuna dair modellərə uyğunlu - ğunu müəyyən edin?

I – C. Tomson modeli

II – N. Bor modeli

III – E. Rezerford modeli

IV – kvant – mexaniki modeli

1 – müsbət yüklər atomda bərabər paylanmışdır

2 – atomun mərkəzdə ölçüsü çox kiçik olan nüvələr yerləşir

3 – elektron nüvə ətrafında yalnız müəyyən stasionar orbitlər üzrə hərəkət edir

4 – atomun kütləsinin əsas hissəsi nüvədə toplanmışdır

5 – elektronların yüklərinin cəmi müsbət yüklərin cəminə bərabərdir

6 – elektronların ümumi sayı nüvənin müsbət yükünə bərabərdir

7 –elektronlar müsbət yüklənmiş kürənin daxilində bir müstəvidə yerləşirlər

8 – atomda elektronun hərəkətinə kürəciyin trayektoriya üzrə hərəkəti kimi baxmaq olar

9 – elektronun çevrə boyunca hərəkət miqdarı momenti fasiləsiz deyil, sıçrayışla dəyişir

10 – elektronun hərəkət etdiyi orbiti dəqiq təyin etmək mümkün deyil

11 – elektron bir orbitdən başqa orbitə keçdikdə kvant enerji udur və ya şüalandırır

12 – hərəkət edən elektronun enerjisi yalnız kvantlarla dəyişə bilər

A) I –2, 3, 4; II – 8, 9, 10; III – 3, 5, 6; IV – 9, 10, 11

B) I –1, 2, 3; II – 7, 8, 9; III – 2, 3, 5; IV – 7, 8, 11

C) I –1, 5, 7; II – 3, 9, 11; III – 2, 4, 6; IV – 8, 10, 12

D) I –1, 3, 4; II – 9, 10, 12; III – 3, 5, 6; IV – 10, 11, 12

E) I –2, 3, 5; II – 6, 7, 9; III – 3, 4, 6; IV – 7, 11, 12

18. Baş kvant ədədi ilə ekektron orbitbitinin radiusu, sürəti və enerjisi arasında uyğunluğu müəyyən edin.

I - n=2

II - n=3

III - n=4

IV - n=5

1 - 4 dəfə böyüyür

2 - 16 dəfə böyüyür

3 - 2 dəfə azalır

4 - 4 dəfə azalır

5 - 3 dəfə azalır

6 - 16 dəfə azalır

7 - 9 dəfə böyüyür

8 - 25 dəfə böyüyür

9 - 4 dəfə azalır

10 - 5 dəfə azalır

11 - 9 dəfə azalır

12 - 25 dəfə azalır

A) I - 1, 5, 9; II - , 2, 7, 10; III - 1, 2, 11; IV - 7, 8, 10

B) I - 1, 3, 9; II - 5, 7, 11; III - 2, 4, 6; IV - 8, 10, 12

C) I - 2, 3, 7; II - , 2, 4, 10; III - 4, 8, 11; IV - 8, 9, 12

D) I - 1, 4, 9; II - 2, 3, 10; III - 6, 9, 11; IV - 7, 8, 11

E) I - 2, 3, 8; II - 2, 9, 10; III - 4, 10, 11; IV - 6, 3, 12

19. Baş kvant ədədi ilə ekektron orbitbitinin radiusu, sürəti və enerjisinin ədədi qiymətləri arasında uyğunluğu müəyyən edin.

I - n=1

II - n=2

III - n=3

IV - n=4

1 - 32

2 - 12

3 -

4 -

5 -

6 -

7 - 42

8 - 22

9 -

10 -

11 -

12 -

A) I - 1, 4, 9; II - 2, 3, 10; III - 5, 9, 11; IV - 7, 8, 11

B) I - 1, 5, 9; II - , 2, 7, 10; III - 1, 2, 11; IV - 7, 8, 10

C) I - 2, 3, 7; II - , 2, 4, 10; III - 3, 8, 11; IV - 8, 9, 12

D) I - 2, 4, 6; II - 8, 9, 10, 12; III - 1, 3, 5; IV - 7, 9, 11

E) I - 2, 3, 8; II - 2, 9, 10; III - 3, 10, 11; IV - 7, 8, 12

20. Atomun quruluşunun mürəkkəbliyi ilə onu sübut edən dəlillər arasında uyğun - luğu müəyyən edin?

I – elektrolizin kəşfi

II – elektronun kəşfi

III – rentgen şüalarının kəşfi

IV - radioaktivliyin kəşfi

1 – elementar yüklərin mövcudluğu haqqında təsəvvür yaratmışdır

2 – katod şüalarının antikatod üzərinə düşdükdə alınır

3 – ionlar müəyyən miqdardaelektrik yükünün daşıyıcılarıdır

4 – yüksək nüfuz etmək qabiliyyətinə malikdir

5 – birvalentli ionun yükü elektronun yükünə bərabərdir

6 – maqnit və elektrik sahəsində meyl etmir

7 – katod şüalarının öyrənilməsi nəticəsində aşqar olunmuşdur

8 – atomun bölünməzliyi haqqında təsəvvürləri dəyişdi

9 – atomlardan dəfələrlə yüngül olan hissəciklərdir

10 – kimyəvi elementlərin atomlarının mürəkkəb sistem olduğunu təsdiq etdi

11 – bütün atomların tərkibində mövcuddur

12 – müəyyən olundu ki, kimyəvi elementlərin atomları bölünərək başqa

atomlara çevrilə bilərlər

A) I – 1, 2, 4; II – 6, 9, 12; III – 4, 5, 7; IV – 10, 11, 12

B) I – 1, 2, 3; II – 7, 8, 9; III – 4, 5, 6; IV – 8, 10, 11

C) I – 2, 3, 4; II – 6, 7, 9; III – 3, 4, 6; IV – 7, 8, 12

D) I – 3, 4, 5; II – 7, 9, 12; III – 2, 5, 6; IV – 9, 10, 12

E) I – 1, 3, 5; II – 7, 9, 11; III – 2, 4, 6; IV – 8, 10, 12

Yüklə 286,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə