BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə115/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   112   113   114   115   116   117   118   119   120

yüksək  hərbi  rəhbərlərin  iştirakı  ilə  keçirdikləri  görüş  mühüm  rol 
oynadı.  Konfransda  müzakirə  edilən  əsas  məsələ  müttəfiqlərin 
apardığı  hərbi  əməliyyatların  perspektivləri  və  Şimali  Afrikada 
düşmən  məğlub  edildikdən  sonra  döyüşləri  Avropanın  cənubuna  - 
İtaliya  və  Yunanıstana  keçinnək  niyyətləri  barədə  idi.  Konfransda 
siyasi problemlərə də diqqət yetirildi. Fransanı antihitlerçi koalisiyaya 
qoşmaq və fransız müqavimət hərəkatına yardım göstənnək məsələsi 
müzakirə  edildi.  Şari  de  Qollun  Kasablankaya  gəlməsi  fransız 
müqavimət  qüvvələrinin  nüfuzunun  artdığını  göstərirdi.  Konfrans 
iştirakçıları  müharibədə  Türkiyənin  mövqeyi  barədə  məsələni  də 
müzakirə  etdilər.  Türkiyəni  Almaniya  bloku  ölkələrinə  qarşı 
müharibəyə  qoşmaq  barədə  qərar  qəbul  olundu.  Konfransda 
müstəmləkələrin  müharibədən  sonrakı  taleyi,  Sakit  okeanda 
müharibənin  aparılması  və  s.  məsələlər  də  müzakirə  edildi.  Qəbul 
edilən  bəyannamədə  müharibə  dövründə  tərəflərin  birgə  fəaliyyət 
göstərməsi,  hücum  kampaniyasının  planlaşdırılması  və  Almaniya 
bloku  ölkələrinin  danışıqsız  təslim  edilməsi  prinsipi  irəli  sürüldü. 
Müharibənin  Sakit  okean  teatrında  həlledici  hadisələr  baş  verdi. 
Yapon donanması Havay adaları istiqamətində amerikan qüvvələrinə 
qarşı  hücum  etsə  də  qarşısı  alındı.  Dörd  yapon  gəmisi  batırıldı. 
Yüzlərlə  yapon  təyyarəçisi  öldürüldü.  Yaponiyanın  hərbi  qüdrətinə 
sarsıdıcı  zərbə  vuruldu.  1943-cü  ilin  fevral  ayında  yapon 
donanmasının  Solomon  adalarından  vurulub  çıxarılması  ilə  Sakit 
okeanda  müharibədə  əsaslı  dönüş  başa  çatdı.  May  ayında  ingilis- 
amerikan  orduları  Tunisə  hücum  etdilər.  Almaniyanın  Şimali 
Afrikadakı  hərbi  əməliyyatlara  xüsusi  diqqət  ayırması  müttəfiqlər 
tərəfindən  Avropada  ikinci  cəbhənin  açılmasını  sürətləndirməyi 
zəruri edirdi. May ayında Vaşinqtonda keçirdikləri görüşdə Ruzvelt 
və Çerçil Avropada ikinci cəbhəni 1944-cü ilin may aymadək açmaq 
barədə  razılığa  gəldilər.  1943-cü  il  avqustun  14-24-də  Kanadada 
(Kvebekdə) Kvadrant şərti adı altında keçirilən konfransda ABŞ-dan 
Ruzvelt, Böyük Britaniyadan Çerçil və Çindən Sun Çzı-Ven, yüksək 
hərbi və siyasi xadimlər iştirak 
352 


edirdilər.  Müzakirə  edilən  əsas  məsələ  Şimali  Fransaya  müttəfiq 
qoşunlarının  çıxarılması  və  ikinci  cəbhənin  açılması  idi.  Konfrans 
qərargah rəislərinin birləşmiş komitəsinin yekun məruzəsini və ikinci 
cəbhənin  açılmasına  dair  Overlord  əməliyyatının  ilkin  planını  üç 
mərhələdən  ibarət  olmaqla  bəyəndi.  Əməliyyata  1944-cü  il  may 
ayının  1-də  başlamaq  qərara  alındı.  Konfransda  Yaponiyaya  qarşı 
müttəfiqlərin  hərbi  əməliyyatlara  başlamaq  planı  da  təsdiq  edildi. 
İngilis  və  amerikan  hökumətləri  Birləşmiş  Millətlər  Təşkilatının 
yaradılması haqqında ABŞ, Böyük Britaniya, Çin və SSRİ-nin birgə 
bəyannaməsinin  mətnini  hazırladılar.  Konfransda  Fransa  Milli 
Azadlıq Komitəsinin bəyanatı, SSRİ, ABŞ və Böyük Britaniya xarici 
işlər  nazirlərinin  keçiriləcək  görüşü  haqqında  məsələ  müzakirə 
edilərək  prinsipcə  bəyənildi.  İştirakçılar  İtaliyanın  təslim  olunması 
şərtlərini müzakirə etdilər. 
1943-cü  ilin  yayında  Kursk  altında  Almaniya  qoşunlarının 
darmadağın  edilməsi,  ingilis-amerikan  ordu  hissələrinin  Sicilyaya 
çıxarılması  və  İtaliyada  Mussolinin  devrilməsi  hərbi  əməliyyatların 
aparılmasına ciddi təsir göstərdi. Həmin il sentyabrın 3-də müttəfiqlər 
Siciliya  adasında  Kassibilye  adlanan  yerdə  İtaliyaya  ilə  qısa  barışıq 
şərtlərini  imzaladılar.  Bundan  sonra  ABŞ  və  Böyük  Britaniya 
İtaliyaya münasibətdə siyasətlərini dəyişdirdilər. İtaliya müttəfiqlərin 
strateji  planlarında  və  Balkan  siyasətini  həyata  keçirmələrində  əsas 
baza  rolunu  oynamağa  başladı.  Sentyabrın  29-da  Malta  adasında 
Eyzenhauer  və  Badalyo  İtaliyanın  təslim  olmasının  geniş  şərtlərini 
imzaladılar. İtaliya oktyabrın 13-də Almaniyaya müharibə elan etdi. 
Beləliklə, Berlin-Roma oxu iflasa uğradı. Bundan sonra Almaniyanın 
hərbi-siyasi  vəziyyəti  pisləşdi.  Beynəlxalq  aləmdə  təcrid  olunması 
gücləndi.  Alman  blokunun  parçalanması  sürətləndi.  Vəziyyətdən 
çıxmaq üçün alman rəhbərliyi İtaliyaya ordu hissələri çıxardı. 162-ci 
Türküstan  diviziyası  da  Balkanlara  yeridildi.  Lakin  bir  çox 
azərbaycanlı  burada  yuqoslav  və  italyan  partizanlarına  qoşularaq 
döyüşlərdə  fəal  iştirak  etdilər.  Azərbaycan  partizanlarının  döyüş 
şücaəti ikinci dünya 
353 


müharibəsinin partizan hərəkatı tarixində önəmli yer tutur. 
İkinci cəbhənin açılması məsələsi antihitlerçi koalisiyaya daxil 
olan  dövlətlərin  qarşılıqlı  münasibətlərində  geniş  müzakirə  edilirdi. 
Həmin  məsələyə  həsr  edilmiş  konfransın  hazırlanması,  gedişi  və 
nəticələri  müttəfiqlərin  münasibətlərində  xüsusi  yer  tuturdu. 
Konfransın  keçiriləcəyi  yer  məsələsi  müttəfiq  dövlətlər  arasında 
mübahisələrə  səbəb  oldu.  Ruzvelt  və  Çerçil  üç  dövlət  başçısının 
birinci  konfransının  keçiriləcəyi  yer  kimi  Alyaskada  Ferbenksi, 
İraqda  Bəsrə  və  Bağdadı,  Türkiyədə  Ankaranı,  Misirdə  Qahirəni, 
Eritreyada Asman, Stalin isə İranda Tehranı təklif edirdi. Bu məsələni 
hazırlamaqdan  ötrü  əvvəlcə  üç  dövlətin  xarici  işlər  nazirlərinin 
Moskvada  müşavirəsini  keçirmək  qərara  alındı.  Moskva  konfransı 
1943-cü il oktyabr ayının 19-30-da keçirildi. V.V. Molotov, K. Hell 
və A. İdenin iştirak etdiyi konfransda müvafiq qərarlar qəbul olundu. 
1944-cü  ilin  yazında  Fransaya  ingilis-amerikan  ordu  hissələrini 
çıxannaqla  ikinci  cəbhəni  açmaq,  Türkiyəni  antihitlerçi  blok 
dövlətləri tərəfindən müharibəyə qoşmaq, bitərəf ölkə olan İsveçin öz 
hərbi bazalarım müttəfiqlərin ixtiyarına verməsi təklif edildi. 
Almaniyanın 
gələcək 
quruluşu 
məsələsini 
Londonda 
yaradılacaq Avropa məsləhət komissiyasında müzakirə etmək qərara 
alındı. 
İtaliya  haqqında  qəbul  edilən  bəyannamədə  ölkədə  faşizmin 
kökünü kəsmək, hərbi caniləri cəzalandırmaq və italyan məsələsinə 
dair Məsləhət Şurası yaratmaq qərara alındı. 
Konfrans iştirakçıları Avstriyanın müstəqilliyi və azad inkişafı, 
törədilən  vəhşiliklərə  görə  hitlerçilərin  məsuliyyəti,  ümumi 
təhlükəsizlik məsələləri üzrə bəyannamələr qəbul etdilər, beynəlxalq 
sülhü  və  təhlükəsizliyi  qoruyan  təşkilatın  yaradılmasını  zəruri 
saydılar. 
Moskva  konfransının  qərarları  antihitlerçi  koalisiyasının 
möhkəmləndiyini  təsdiq  etdi.  Üç  dövlət  başçısının  ilk  görüşü  üçün 
zəmin  hazırladı.  Konfransın  keçiriləcəyi  yer  ümumi  razılığa  əsasən 
Tehran müəyyənləşdirildi. 
354 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə