Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot com



Yüklə 6,62 Mb.
səhifə19/40
tarix05.04.2018
ölçüsü6,62 Mb.
#35943
növüDərslik
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

M= KPU


Burada: M- tədavüldəki pulun miqdarı;

K- nominal gəlir ilə nəzərdə tutulan pul qalığı arasında nisbət;

P- qiymətlərin mütləq səviyyəsi;

U- real gəlirdir.

Hesab edilsə ki, real gəlir (U) dəyişməz kəmiyyətdir, onda belə nəticəyə gəlmək olar ki, Pulun (M) nominal kəmiyyətinin dəyişməsi qiymətlərin (P) mütləq kəmiyyətinin dəyişməsinə səbəb olacaq.

Amerikalı professor İ.Fişer « pulun alıcılıq gücü» (1911) əsərində pulun miqdar nəzəriyyəsinə əsaslanan aşağıdakı bərabərliyi təklif edir:

MV=PU


Burada: V- pulun dövriyyə surətidir; əgər bərabərliyin hər iki tərəfini V-ə bölsək belə bir formula alınar:

PU

M=

V



Deməli, təsərrüfatçı subyektlərdə pul qalığı azdırsa onda eyni miqdar əmtəə və xidmətlərin alqı-satqısı üçün pulun dövriyyə sürətini (V) artırmaq lazımdır.

Deyilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, pula olan tələb aşağıdakı amillərdən asılıdır: a) qiymətlərin səviyyəsindən. Başqa şərtlər sabit qaldıqda qiymətlərin səviyyəsi qədər yüksək olarsa pula olan tələb bir o qədər yüksək olar əksinə; b) istehsalın real həcmindən. İstehsalın həcmi artanda əhalinin real gəlirləri artır nəticədə insanlara daha çox pul lazım olur; c) pulun dövriyyə sürəti qədər yüksək olarasa tədavül üçün daha az pul lazım olar əksinə.

Pul tədavül vasitəsi funksiyası ilə yanaşı tədiyyə (ödəniş) vasitəsi funksiyasını da yerinə yetirdiyinə görə, pul tədavülü qanununu tam şəkildə aşağıdakı kimi ifadə etmək olar.

M= Əq- Kp+T- qT

Ds

Deməli, tədavül edən pulun miqdarı (M) bərabərdir: reallaşdırılacaq əmtəələrin qiymətlərinin cəmi (Əq), çıxaq kreditə satılan əmtəələrin qiymətlərinin cəmi (Kp), üstə gələk ödənilməsi vaxtı çatmış tədiyyələr (T), çıxaq qarşılıqlı ödənilən tədiyyələr (qT), bölünsün eyni adlı pul vahidinin dövriyyələrinin (Ds) sayına.

Hər bir bazarda olduğu kimi pul bazarında da tarazlıq tələb olunur, bu o zaman mumkundur ki, pula olan tələblə pul təklifi arasında uyğun nisbət yaranır. Belə bir nisbət olduqda isə makroiqtisadi sabitlik yaranır və inflyasiya baş vermir.
§5. Kredit: mahiyyəti, funksiyaları, mənbəələri və formaları.
Bazar iqtisadiyyatı şəraitində pul kütləsi fasiləsiz hərəkətdə olmalıdır və bu bir qanundur. Pulun hərəkətdə olduğu formalardan biri kreditdir. Kredit iqtisadi kateqoriyadır, latın mənşəli «creditum» sözündəndir və mənası «borc», «credo»- «müəyyən faizlə» pul yaxud əmtəələri borc verməyə etibar edirəm, inanıram deməkdir.

Bazar iqtisadiyatı şəraitində müvəqqəti sərbəst pul vəsaiti yaranır və eyni zamanda sərbəst pula ehtiyacı olan, onu borc kimi götürüb istifadə etməkdə maraqlı olan bazar subyektləri vardır. Buna görə də müvəqqəti sərbəst pul vəsaiti borc kapitalı bazarına daxil olmalı, kredit-maliyyə orqanlarının əlinə keçməli və ehtiyacı olan sahələrə tətbiq olunmalıdır. Müvəqqəti sərbəst pul vəsaiti sahibi üçün gəlir gətirməlidir və buna görədə sərbəst pullar müəyyən mərkəzlərdə toplanır, borc kapitalı forması alır və hərəkət edir. Borc kapitalının hərəkət forması kreditdir.

Tarixən kredit ibtidai icma quruluşunun dağıldığı dövrdə, əmlak bərabərsizliyi yarandığı zaman meydana gəlmiş sələm kapitalı formasında fəaliyyət göstərmişdir. Sələmçilik əsasən istehlak xarakterli idi istehsala xidmət etmirdi. Kapitalizm cəmiyyətinin meydana gəlməsi, bazar iqtisadiyyatının inkişafı ilə sələm kapitalı borc kapitalı adını alır əsasən istehsala xidmət edir, iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilir.

Kredit iqtisadi kateqoriya olmaqla borc verənlə borc alan arasında yaranan iqtisadi münasibətləri ifadə edir. Kredit müxtəlif formalarda verilir, vaxtı çatanda geri qaytarılır, istifadəsinə görə faiz ödənilir. Kredit müəyyən prinsiplərə əsalanmaqla verilir.

Kreditin verilməsinin əsas prinsipləri bunlardır:

a) Kredit müəyyən məqsəd üçün verilir;

b) Kredit müəyyən müddətə verilir;

ç) Kredit geri qaytarmaq şərtilə verilir;

c) Kredit müəyyən faizlə verilir;

d) Kredit təminatla verilir (geri qaytarmaq mümkün olsun)

Kredit təkrar istehsalı həyata keçirmək, onun fasiləsizliyini təmin etmək zəruriliyindən irəli gəlmişdir. Belə ki, kapitalın müxtəlif tərkib ünsürləri eyni vaxtda dövr etmir və bu səbəbədən müəssisələrdə müvəqqəti istifadə etmək üçün pul vəsaitinə ehtiyac olur və kredit götürməyə ehtiyac yaranır.

Kredit müvəqqəti sərbəstləşən və müxtəlif formalarda toplanmış aşağıdakı əsas mənbələr hesabına verilir:

1) Əmtəələrin satışı vaxtı ilə xammalın, materialın, yanacağın alınmasına əmək haqqının ödənilməsi müddətləri arasındakı fərqlə əlaqədar olaraq pul formasında sərbəstləşən dövriyyə vəsaitlərinin bir hissəsi;

2) müəssisələrdə (firmalarda) əsas kapitalın bərpası üçün yığılmış amortizasiya ayırmaları;

3) büdcə vəsaitinin müxtəlif məqsədli fondların vəsaitlərinin bir hissəsi;

4) kapital yığımı üçün toplanan vəsaitlər;

5) əhalinin pul yığımları;

6) müəssisələrin banklarda olan depozitləri.

İqtisadiyyatda kredit bir çox funksiyları yerinə yetirir.

Əvvəla, kredit istehsalın həcminin genişlənməsinə gömək edir.

İkincisi, kredit yenidən bölmək funksiyasını yerinə yetirir, Onun sayəsində xüsusi əmanətlər, müəssisə və firmaların mənfəətləri,dövlət gəlirləri borc kapitalına çevrilərək iqtisadiyyatın zəruri olan sahələrinə yönəldilir.

Üçüncüsü, kredit tədavül xərclərinə qənat etməyə imkan verir. Belə ki, kredit münasibətləri inkişaf edib genişləndikcə nağdsız hesablaşmalardan daha çox istifadə olunur və pul kütləsinin hərəkəti sürətlənir.

Dördüncüsü, kredit kapitalın təmərküzləşməsi və mərkəzləşməsi prosesini sürətləndirir. Belə ki, rəqabət mübarizəsi şəraitində güclü firmalar kreditdən istifadə edərək zəif firmaları özlərinə tabe edir, digər firmalar isə rəqabətə tab gətirmək üçün bir-birilə birləşməyi üstün tuturlar, bu zaman kreditdən bir vasitə kimi istifadə olunur. Güclülər kreditdən xeyir görür, zəiflər isə onun ağır şərtlərinə məruz qalır və rəqabətdə uduzurlar.

Beşincisi, kredit ondan istifadə edən müəssisələrin, firmaların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət edir və tənzimləyici funksiyanı yerinə yetirir.

Altıncısı, kredit nağd pullara qənaət edilməsinə kömək edir.

Kredit əmtəə pul şəklində olmaqla müxtəlif formalarda həyata keçirilir. Bunlardan ən əsasları aşağıdakılardır:

Kommersiya krediti: Bu, müəssisələrin bir-birinə məhsul şəklində verdikləri borcdur. Kommersiya kreditinin əsas aləti vekseldir, onun vasitəsilə rəsmiləşdirilir. Veksel qiymətli kağız olub, möhlət vaxtı başa çatanda veksel verən (borc alan) şəxsin veksel sahibi (borc verən) qarşısında pul öhdəçiliyini əks etdirir. Verilmiş veksellər bankda uçota alınır. Kreditin bu forması məhduddur, onunla əmək haqqı vermək olmur.

Bank krediti. Bu, banklar, xüsusi maliyyə kredit təşkilatları (fondlar, assosiasiyalar) tərəfindən sahibkarlara, müssəsələrə və təsərrüfatlara pul borcu formasında verilən kreditdir. Bank krediti qaytarılma müddətinə görə qısamüddətli (1 ilə qədər), ortamüddətli (1 ildən 5 ilə qədər), uzunmüddətli (5 ildən yuxarı) olur. Bank kredit münasibətlərində əsas yer tutur və müəssisələrin normal fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir.

Təsərrüfatlar arası pul krediti. Bu təsərrüfatçı subyektlərin bir-birinə verdikləri kreditdir. Müəssisə və təşkilatlar istiqrazlar, səhmlər, kredit biletləri və digər qiymətli kağızları almaqla kredit münasibətlərinə girirlər.

İstehlak krediti. Bu kredit 3 ilə qədər müddətə istehlakçılara kommersiya krediti formasında (möhlətlə əmtəələrin satılması) və bank krediti formasında uzun müddətli istehlak şeylərini (avtomobil, soyuducu, televizor və s.) almaq üçün verilir.

İpoteka krediti. Bu, daşınmaz əmlakı (torpaq, binalar) girov qoyulmaq şərtilə uzun müddətə verilən kreditdir. İpoteka kreditindən yaşayış binlarının tikilməsi və kənd təsərrüfatında əsas istehsal fondlarının yeniləşdirilməsi üçün istifadə edilir. Kreditin bu növü kapitalın təmərküzləşdirilməsinə kömək edir. İpoteka kreditinin əsas aləti bankların və müəssisələrin buraxdıqları ipoteka istiqrazlarıdır.

Dövlət krediti. Kreditin bu forması dövlətlə ona borc verən əhali və bizneslə məşğul olanlar arasındakı münasibətləri əhatə edir. Burada dövlət borc alan, əhali və xüsusi biznes isə borc verəndir. Dövlət kreditinin mənbəyi dövlətin və yerli orqanların buraxdıqları istiqrazlardır. Bu kreditdən dövlət büdcəsinin kəsirini doldurmaq üçün istifadə olunur.

Beynəlxalq kredit. Kreditin bu forması borc kapitalının beynəlxalq iqtisadi münasibətlər sferasında hərəkətini əks etdirir, beynəlxalq kredit əmtəə və pul (valyuta) formasında verilir. Bu kredit münasibətlərində (kredit verən və kredit alan) banklar, xüsusi firmalar, müəssisələr, dövlət, beynəlxalq, region və yerli təşkilatlar iştirak edirlər. Beynəlxalq kredit ölkələr arası iqtisadi münasibətlərin genişlənməsində və inteqrasiya proseslərinin sürətlənməsində mühüm rola malikdir.

Dünya praktikasında banklarla yanaşı qeyri-bank kredit-maliyyə təşkilatları da mövcuddur və kredit münasibətlərində fəal iştirak edirlər. Bu cür qeyri-maliyyə təşkilatlarına investisiya fondları, sığorta kompaniyaları, qeyri-dövlət pensiya fondları, əmanət kassaları, lombardlar aid edilir. Kredit vasitələri kifayət qədər çox olan bu qeyri-bank kredit-maliyyə təşkilatları banklarla güclü rəqabət apara bilirlər. Bununla belə dövlətin kredit sisteminin əsasını bank sistemi təşkil edir.

Bazar iqtisadiyyatının inkişafı nəticəsində müasir kredit sistemi formalaşmışdır. Kredit sistemi dövlətin əlində iqtisadiyyatı tənzim etmə vasitəsidir. Bu sistemdə banklar həlledici rola malikdir.
§6. Banklar, onların növləri və funksiyaları.
Bank - qiymətli kağızlarla alver edən və kreditorlarla borc alanlar arasında vasitəçilik edən müəssisədir. Bank bir tərəfdən fəaliyyətdə olmayan, sərbəst pul vasitələri və gəlirləri toplayır, digər tərəfdən isə, pul vəsaitələrini fəaliyyətli sahibkarların sərəncamına verir. Banklar sərbəst pulların mərkəzləşdirilməsini, habelə ondan istehsal və tədavül dairəsində istifadə olunmasını təmin edir. Banklar başqa müəssisələrdən fərqli olaraq istehsal dairəsində deyil, tədavül dairəsində fəaliyyət göstərir.

Banklar sistem halında olub ayrı-ayrı bankları və bank institutlarını özündə birləşdirir. Bank kapitalının təmərküzləşməsi və mərkəzləşməsi nəticəsində bank nəhəngləri meydana gəlmişdir. Bank işinin beynəlmiləlləşməsi nəticəsində transmilli banklar və maliyyə qrumları yaranmışdır.

Bütövlükdə bank sistemi bütün pul vəsaitlərinin səfərbər edilməsini, onların bank kapitalına və deməli borc kapitalına çevrilməsini təmin edir.

Bazar iqtisadiyyatlı ölkələrdə bank sistemləri müxtəlif quruluşda formalaşmışdır: 1) iki pilləli bank sistemi. Bu sistem mərkəzi bank və kommersiya banklarından ibarətdir; 2) mərkəzsizləşdirilmiş bank sistemi (məsələn ABŞ-ın Federal Ehtiyat Sistemi). Bu sistemdə Mərkəzi bank həm dövlət və həm də xüsusi mülkiyyətə əsaslanmaqla qarışıq mülkiyyət kimi fəaliyyət göstərir.

SSRİ dövründə mərkəzləşdirilmiş Vahid bank sistemi fəaliyyət göstərmişdir.

İnkişaf etmiş ölkələrin əksəriyyətində iki pilləli bank sistemi mövcuddur. Bu sistemdə başlıca rol Mərkəzi banka məxsusdur və birinci pillədə durur. Mərkəzi bank XYIII-XIX əsrlərdə kommersiya banklarından ayrılıb müstəqilləşmişdir. Bir qayda olaraq Mərkəzi bank dövlətə məxsus olur və iqtisadiyyatın makroiqtisadi səviyyədə tənzimlənməsinin mühüm aləti hesab olunur.

Mərkəzi bankın iqtisadiyyatda aparıcı qolu onun yerinə yetirdiyi çoxsaylı funksiyalarda özünü göstərir. Həmin funksiyalar bunlardır:

1) milli pul nişanlarının emissiyasını həyata keçirir, yəni onların tədavülə buraxılması və tədavüldən götürülməsi işini təşkil edir;

2) digər banklar kredit-maliyyə təşkilatlarının fəaliyyətləri üzərində ümumi nəzarəti həyata keçirir;

3) kommersiya banklarına kreditlər verir;

4) dövlətin qiymətli kağızlarını buraxır, onların ödənilməsini və alqı-satqısını təşkil edir;

5) MB hökümət təşkilatlarının hesablaşmalarını aparır, büdcənin kassa icraçısı rolunu yerinə yetirir;

6) dövlətin qızıl valyuta ehtiyatlarını saxlayır, beynəlxalq valyuta əməliyyatlarını yerinə yetirir, ölkədə valyutanın tənzimlənməsini həyata keçirir;

7) dövlətin pul-kredit siyasətini həyata keçirir, antiinflyasiya tədbirləri görür.

Mənsubiyyətlərinə görə Mərkəzi banklar bütün ölkələrdə eyni deyildir, başlıca fərq onların kimin mülkiyyətində olmasıdır. Məsələn, Almaniyada, Azərbaycanda, Böyük Britaniyada Fransada, Rusiya Federasiyasında mərkəzi banklar dövlət mülkiyyətindədir. ABŞ-da mərkəzi bank səhmdar cəmiyyəti formasında fəaliyyət göstərir onun kapitalı əsasən özəl bankların kapitalı hesabına formalaşır. ABŞ-ın bütün kommersiya banklarının 40%-i Federal Ehtiyatlar Sisteminin (FES) üzvləridir. Bankların 60%-i müstəqil fəaliyyət göstərirlər.

Avstriyada mərkəzi bankın kapitalının 50%-i, Yaponiyada isə 55 %-i dövlətə məxsusdur. İsveçrənin Mərkəzi bankı səhmdar cəmiyyəti formasında fəaliyyət göstərsədə, onların fəaliyyətinə dövlət nəzarət edir.

Bazar münasibətləri sisteminə keçən Azərbaycanın yeni bank sistemi formalaşdırılır. Azərbaycan Respublikasında ikipilləli bank sistemi fəaliyyət göstərir.

Azərbaycan Respublikasının milli bank sisteminə aşağıdakı banklar daxildir:

Azərbaycan Respublikasının Milli Bankı;

Azərbaycan Respublikası Aqrar-Sənaye Səhmdar-Kommersiya Bankı;

Azərbaycan Respublikası Əmanət Səhmdar – Kommersiya Bankı;

Yüklə 6,62 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə