BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə25/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

65

Tərəfdaşlıq

•  Siyasi üstünlüklər barədə məsləhət üçün daimi və ya xüsusi ekspert qrupu kimi işçi 

qrup və ya komitə formalaşdırılır.



2. İlkin variantların hazırlanması və təhlil 

Dövlət  orqanlarının  adətən  siyasət  hazırlanması  üçün  yaxşı  müəyyənləşdirilmiş  prosesləri 

olur. Burada vətəndaş cəmiyyəti təşkilatları çox zaman problemlərin müəyyən olunması, həll 

yollarının təklif edilməsi və üstünlük verdikləri təklif üçün dəlillərin toplanması kimi sahələrə 

cəlb  olunur.  Bu  mərhələdə  məsləhətləşmə  imkanlarına  dəstək  vermək,  əsas  maraqlı 

tərəflərdən məlumat toplamaq üçün dialoqun müxtəlif formalarını tapmaq başlıca məsələdir.



Vətəndaş cəmiyyəti təşkilatları aşağıdakıları edə bilər:

•  Təşviq etmək: layihə siyasətinin təsir dairəsində olan maraqlı tərəflərin ehtiyac və 

maraqlarının nəzərə alınmasına zəmanət. 

•  İnformasiya vermək və maarifləndirmə aparmaq: üzvləri və xidmət istifadəçilərini layihə 

hazırlanması prosesi haqqında məlumatlandırmaq. 

•  Təcrübə və məsləhətlərlə təmin etmək: baxılan məsələlər üzrə təhlil və tədqiqat 

aparmaq, siyasi layihəyə daxil edilməsi məqsədilə əlavə prioritetlər irəli sürmək. 

•  Yeniliklər etmək: yeni yanaşmalar, praktik çözümlər və xüsusi istifadəçi qrupların fayda 

gətirən konkret modellərinin tətbiqi vasitəsilə həll variantları təklif etmək.

•  Xidmətlərlə təminat: xüsusi istifadəçilərin ehtiyaclarını nəzərə almaq və lazımi şərtləri 

yerinə yetirmək üçün məlumatla təmin etmək. 

•  Nəzarət funksiyasını yerinə yetirmək: aidiyyəti tərəflərin maraqlarını nəzərə almaq və 

layihə hazırlanması prosesinin inkluzivliyini izləmək.

Hökumət qurumları aşağıdakıları edə bilər:

Məlumat vermək:



 cari məsləhət prosesləri üzrə vaxtında və təfsilatlı məlumat çatdırmaq.

•  İnklüziv prosedurları həyata keçirmək: aydın məqsədlər, iştirak qaydaları, vaxt çərçivəsi

əlaqələr və s. kimi minimum məsləhətləşmə standartlarını işləyib hazırlamaq və onlara 

əməl etmək; bütün maraqlı tərəfləri çağırmaqla açıq məsləhətləşmə görüşləri keçirmək.

•  Resurs təminatı: vətəndaş cəmiyyətinin müxtəlif səviyyələrdə işirakını təmin etmək 

üçün müvafiq vaxt və vasitələr.

•  Məsuliyyətli ol: müvafiq siyasət formalaşdıranların fəal iştirakını təmin etmək üçün dinlə, 

reaksiya göstər, cavab ver. 



Faydalı vasitə və mexanizmlər: 

Məlumat 

•  Məlumatın müxtəlif formatlarda mövcudluğu ilə siyasətin ilkin variantının işlənib 

hazırlanması    üçün vahid məlumat nöqtəsi daxil olmaqla siyasi sənədlərə açıq və 

sərbəst əlçatımlılıq.




İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

66

•  Əsas sənədlərə tam əlçatımlı və ictimai tədbirlərlə bağlı elanlar verən vebsayt.



•  Siyasi layihəni formalaşdırmaq üçün baxışları əks etdirən sənədlər, məktublar, 

manifestlər vasitəsilə təşviqat və lobbiçilik.

•  Dinləmələr, görüşlər və müzakirələr zamanı baxmaq və dinləmək üçün internetdə 

yayımlanma. 

•  Siyasi layihənin hazırlanma prosesinə töhfə vermək məqsədilə araşdırma aparmaq.

Məsləhətləşmə və dialoq

•  Narahatlıq doğuran həssas məsələləri müəyyən və şərh etmək üçün maraqlı tərəflərlə 

dinləmələr və sual-cavab panelləri keçirmək, üzbəüz və onlayn təklifləri toplamaq.

•  Siyasi layihənin hazırlanmasında istifadə edilə biləcək xüsusi tədqiqat və ya araşdırma 

aparılması üçün ekspertlərin iştirakı ilə seminarlar və görüşlər.

•  Vətəndaş cəmiyyəti təmsilçilərindən yaradılan və ya onların da daxil olduğu bir çox 

maraqlı tərəflərdən ibarət komitə və məşvərət qurumları; ya daimi, ya da xüsusi 

qaydada.


Tərəfdaşlıq

•  Layihənin birgə hazırlanması: qanunvericiliyin və ya siyasi prosesin hissələrinin ilkin 

variantının hazırlanmasında fəal iştirak.

3. Siyasəti müəyyən etmək

Siyasi  qərar  qəbulu  milli  kontekstə  və  qanunvericiliyə  görə  dəyişir.  Ümumi  xarakteristik 

cəhət  budur  ki,  ya  nazirlik  tərəfindən  hökumətin  siyasi  direktivi  yaradılır,  ya  parlament 

səsverməsi ilə qanun qəbul olunur, ya da ümumxalq referendumu yolu ilə böyük bir siyasi 

proses başladılır. 

Qanun  layihələri  və  təkliflər  vətəndaş  cəmiyyətinin  töhfələri,  iştirakı  üçün  açıq  olmalıdır. 

Qərar verməzdən əvvəl hökumət qurumları müxtəlif baxış və rəyləri qiymətləndirməlidir. Bu 

mərhələdə məlumatlı şəkildə məsləhətləşmə qərar qəbulu üçün əsasdır. 

Qərar ümumxalq səsverməsi, referendum və ya birgə qərar mexanizmi ilə verilmədiyi halda, 

yekun seçim səlahiyyəti hökumət qurumlarında olur.



Vətəndaş cəmiyyəti təşkilatları aşağıdakıları edə bilər:

•  Təşviq etmək: qərar qəbul edənlərə səsvermədən əvvəl təsir göstərmək.

•  Məlumat vermək və maarifləndirmə aparmaq: üzvləri və xidmət istifadəçilərini siyasi 

qərar seçimləri, onların potensial təsirləri haqqında məlumatlandırmaq. 

•  Ekspertiza və məsləhətlə təmin etmək: qərar verən şəxsləri məlumatlandırmaq və 

onlara təsir göstərmək üçün təfsilatlı təhlil aparmaq.

•  Nəzarət funksiyasını yerinə yetirmək: qərar qəbulu prosesinin demokratikliyini

şəffaflığını və optimal effektivliyini təmin etmək üçün onun nəticələrini izləmək.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə