Бисмиллащир-рящманир-рящим



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə3/293
tarix21.01.2022
ölçüsü1,89 Mb.
#83026
1   2   3   4   5   6   7   8   9   ...   293
Felsefe terminlerinin izahli lugeti

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 

İlkin  fəlsəfi  dünyagörüşü  səciyyələndirən  anlayışların 
yaranması  müasir  türk  dillərinin  əsasında  dayanan  qədim  oğuz 
dilidir.  Belə  ki,  bu  dövrdə  yazılı  ədəbi  dilin  inkişafına  qədərki 
həyatın müxtəlif sahələri ilə  əlaqədar  yeni  yaranan sözlərin şifahi 
olaraq  əmələ  gəlməsi  prosesi  başladı.  Bu  dövrdəki  fəlsəfi 
terminləri  qədim  türk  yazılı  abidələrinin  dillərində  keçən  və 
dünyagörüşü və ətraf mühiti ehtiva edən sözlər təşkil edirdi. Orta 
əsrlərdən  etibarən  isə  dil  ərəb  mənşəli  sözlərin  böyük  təsirinə 
məruz  qalmağa  başladı.  Bu  dövr  Azərbaycan  dilinin  inkişaf 
tarixində uzun bir prosesi əhatə edir.  
Təbii  ki,  müxtəlif  sahələrdə  terminlərin  formalaşması  və 
inkişafı    xalqın  həyat  tərzi,  ictimai-siyasi  mühitlə  bilavasitə 
əlaqədardır. Azər-baycanı rus işğalı dövrü ərzində ictimai həyatın 
demək  olar  ki,  bütün  sahələrində  işlətdiyimiz  dil  üslublarına    rus 
və  avropa  mənşəli  sözlərin  böyük  axını  başladı.  Ərəb  dilindəki 
fəlsəfi  terminologiyanın  böyük  bir  qisminin  yerini  artıq  məhz  bu 
dildəki ifadələr alırdı.
 
Lüğətdən ixtisasçılar, tələbə və müəllimlər, 
doktorantlar, tərcüməçi-lər, eləcə də fəlsəfə ilə məşğul olan və  ya 
maraqlanan şəxslər istifadə edə bilərlər.  
Sizə  təqdim  olunan  bu  lüğət  günümüzün  aktuallığından 
qaynaqlanaraq  bilavasitə  bu  sahədə  mövcud  olan  terminləri 
toplayıb  izahını  verməklə  ixtisas  sahibi  olan  mütəxəssislərin    o 
cümlədən  fəlsəfi  əsərləri  oxuyarkən  ortaya  çıxan  çətinlikləri 
mümkün qədər qarşısını almaq məqsədi daşıyır. 

Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   293




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə