Birinci söz: İslam inqilabının şəfəq ongünlüyü tədbirində iştirak edən xarici qonaqlarla görüşdə çıxışı: 6 fevral 1991


On birinci söz: "Fələstin intifazəsinə dəstək" Beynəlxalq Konfransında çıxış: 1 oktyabr 2011



Yüklə 0,66 Mb.
səhifə11/12
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8041
1   ...   4   5   6   7   8   9   10   11   12

On birinci söz: "Fələstin intifazəsinə dəstək" Beynəlxalq Konfransında çıxış: 1 oktyabr 2011



Fələstin - İslam ölkələrinin müştərək mövzularından birincisi

Əziz qonaqlara və hörmətli məclis iştirakçılarına xoşgəldin deyirəm. İslam dünyasının dini və siyasi şəxsiyyətlərinin diqqət yetirməli olduğu bütün mövzular arasında Fələstin məsələsinin xüsusi yeri var. Fələstin müsəlman ölkələrinin müştərək mövzularından birincisidir.


Fələstin məsələsinin özünəməxsus xüsusiyyətləri

Bu məsələnin özünəməxsus xüsusiyyətləri vardır:


1. Bir ölkəni işğal edib qondarma bir cəmiyyət yaratmaq

Birincisi budur ki, bir müsəlman ölkə öz xalqından zorla alınıb müxtəlif ölkələrdən toplanaraq qondarma və mozaik bir cəmiyyət quran əcnəbilərə tapşırılmışdır.


2. Misilsiz cinayət və təhqir

İkincisi budur ki, tarixdə misilsiz olan bu hadisə ardıcıl qırğınlarla, cinayət, zülm və təhqirlərlə baş vermişdir.


3. Birinci qiblənin və din mərkəzlərinin təhqiri və dağıdılması

Üçüncüsü budur ki, müsəlmanların birinci qibləsi və bu ölkədə mövcud olan bir çox müqəddəs din mərkəzləri dağıdılmaqla və təhqirlə hədələnmişdir.


4. İsrailin hegemonizmin hərbi və siyasi bazası olması

Dördüncüsü budur ki, İslam dünyasının ən həssas nöqtəsində yaradılan bu qondarma dövlət və cəmiyyət əvvəldən indiyədək hegemon dövlətlər üçün hərbi, siyasi və təhlükəsizlik bazası rolunu oynamış və müxtəlif səbəblərdən müsəlman birliyinin düşməni olan müstəmləkəçi Qərb ondan həmişə İslam ümmətinin böyründəki bir xəncər kimi istifadə etmişdir.


5. İsrailin bəşəriyyət üçün əxlaqi, siyasi və iqtisadi təhlükələri

Beşinci budur ki, bəşəriyyət üçün böyük əxlaqi, siyasi və iqtisadi təhlükə olan sionizm özünün dünyadakı nüfuz və hökmranlığını gücləndirmək üçün buranı istinad nöqtəsi və vasitə etmişdir.


6. İslam dünyasının Fələstinə zülmlə bağlı ağır maliyyə və insani əvəz ödəməsi

Bunlara başqa məsələləri də əlavə etmək olar: indiyədək İslam ölkələrinin ödədiyi ağır maliyyə və insani əvəzlər, müsəlman hökumətlərin və xalqların beyninin məşğulluğu, milyonlarla fələstinli qaçqının çəkdiyi əzablar - onların çoxu 60 ildən sonra hələ də düşərgələrdə yaşayırlar - İslam dünyasının mühüm mədəni mərkəzinin tarixinin qırılması və sair.


7. İsrailə düşmən münasibətdə olan İslam oyanışı hərəkatı

Bu gün bu dəlillərə başqa bir əsaslı və açar məsələ də əlavə olunmuşdur və o bütün regionu bürüyən və İslam ümməti üçün yeni və təyinedici səhifə açan İslam oyanışı hərəkatıdır. Bu möhtəşəm hərəkət öz qüvvə və qəhrəmanlığının mühüm bir hissəsini Fələstin məsələsindən almışdır. Şübhəsiz, İslam oyanışı dünyanın bu həssas nöqtəsində qüdrətli, mütərəqqi və vahid bir İslam toplumu yaradacaq, Allahın qüvvə və qüdrəti və bu hərəkatın öncüllərinin güclü iradəsi ilə müsəlman xalqların gerilik, zəiflik və həqarət dövrünə son qoyacaq.


İslam oyanışının amilləri

Bir tərəfdən sionizm rejiminin günbəgün artan zülm və hegemonluğu, bəzi avtoritar, fəsadlı və muzdur hökumət başçılarının onunla əməkdaşlığı, digər tərəfdən Fələstin və Livanda fədakar müqavimətin baş qaldırması, Livanın otuz üç günlük və Qəzzənin iyirmi iki günlük müharibələrində mömin gənclərin möcüzəvi qələbələri Misir, Tunis, Liviya və regionun digər ölkələrinin xalqlarının zahirən sakit okeanını təlatümə gətirən mühüm amillərdən idi.

Bu bir həqiqətdir ki, təpədən-dırnağa qədər silahlanmış və məğlubedilməzlik iddiası edən sionizm rejimi Livanda qeyri-bərabər bir döyüşdə mömin və rəşadətli mücahidlərin düyünlənən yumruqlarına məğlub oldu və xar edildi. Ondan sonra öz küt xəncərini Qəzzənin məzlum və polad müqaviməti qarşısında yenidən sınadı və nakam qaldı.

Bunlar regionun indiki vəziyyətlərinin təhlilində ciddi nəzərə alınmalı və verilən hər bir qərarda meyar seçilməlidir.

Deməli, Fələstin məsələsinin bu gün daha mühüm və daha təcili məsələ olması və Fələstin xalqının regionun indiki vəziyyətində müsəlman ölkələrindən daha çox gözləntisi olması dəqiq fikirdir.
Keçmişə və indiki vəziyyətə baxış və gələcək üçün yol xəritəsinin yazılması

Keçmişə və indiki dövrə bir nəzər salaq və gələcək üçün yol xəritəsi yazaq. Mən bəzi mətləblərin başlıqlarını qeyd edəcəyəm.


Fələstinin qanlı keçmişi

Fələstinin faciəli işğalından altmış ildən çox vaxt ötür. Bu qanlı faciənin əsas amilləri məlumdur. Onların başında müstəmləkəçi İngiltərə dövləti durur. Onun və sonra Qərbin və Şərqin digər hegemon dövlətlərinin siyasəti, silahı, hərbi, iqtisadi, mədəni və təhlükəsizlik qüvvələri bu böyük zülmə xidmət etdi. Köməksiz Fələstin xalqı işğalçıların rəhmsiz caynağı altında qətliam olundu, öz yurd-yuvalarından qovuldu. O zaman sivilizasiya və əxlaq iddiaçıları tərəfindən törədilən bu insani və mədəni faciələrin yüzdə biri də bu günə qədər təsvir olunmayıb, media və təsvir incəsənətində görünmür. Qərbin təsviri incəsənətinin, film mafiyalarının, kino və televiziyanın əsas ərbabları bunu istəməyib və buna icazə verməyiblər. Bir xalq sükut içərisində qətliam olundu, didərgin düşdü, evsiz-eşiksiz qaldı.

Əvvəldə yaranan müqavimət qrupları qəddarlıqla məhv edildi. Fələstin sərhədlərinin xaricində və əsasən Misirdə bəzi şəxslər dini hisslərlə səylər göstərdilər, lakin lazımi dəstək verilmədi və təsir edə bilmədi.

Ondan sonra növbə bir neçə ərəb ölkəsi ilə sionizm ordusu arasında baş verən rəsmi və klassik müharibələrə çatdı. Misir, Suriya və İordaniya öz hərbi qüvvələrini meydana çıxardılar, lakin ABŞ, İngiltərə və Fransa tərəfindən işğalçı rejimə göstərilən böyük yardımlar ərəb ordularını nakam qoydu. Onlar nəinki Fələstin xalqına kömək edə bilmədilər, hətta bu müharibələrdə öz torpaqlarının mühüm hissələrini də əldən verdilər.


Fələstin Azadlıq Təşkilatının məğlubiyyətinin əsas səbəbi - İslamdan uzaqlaşmaq

Qonşu ərəb dövlətlərinin acizliyindən sonra tədricən Fələstin daxilində mütəşəkkil silahlı müqavimət qrupları yarandı və bir müddətdən sonra onlar bir yerə toplaşıb Fələstin Azadlıq Təşkilatını yaratdılar. Bu, gözəl və parlaq bir ümid işığı idi, lakin çox çəkmədən söndü. Bu uğursuzluğu müxtəlif səbəblərlə izah etmək olar, lakin əsas səbəb onların xalqdan və İslamdan uzaq düşmələri idi. Solçu ideologiya və ya sırf millətçi hisslər çətin və mürəkkəb Fələstin məsələsinin ehtiyacı olan məsələlər deyildi. Bir xalqı müqavimət səhnəsinə gətirib ondan məğlubedilməz qüvvə düzəldən amil İslam, cihad və şəhadət idi. Onlar bunu yaxşı dərk etmədilər. Böyük İslam inqilabının ilk aylarında və Azadlıq təşkilatının başçılarının yüksək əhval-ruhiyyə tapıb Tehrana get-gəl etdikləri zaman mən onun başçılarının birindən soruşdum ki, nə üçün öz haqlı mübarizənizdə İslam bayrağını ucaltmırısınız? Cavab verdi ki, bizim aramızda məsihilər də var. Bu şəxs sonralar bir ərəb ölkəsində sionistlərin terroru nəticəsində öldürüldü və inşallah Allah tərəfindən bağışlanar. Lakin onun əsaslandırması düzgün deyildi. Mənim fikrimcə, mömin və məsihi bir mübariz Allaha və qiyamətə iman gətirən, ilahi yardıma ümid bəsləyən, xalqının maddi və mənəvi dəstəyini qazanan ixlaslı və fədakar bir mücahid qrupun kənarında daha həvəslə mübarizə apara bilər, nəinki imansız, zəif hisslərə güvənən və xalqın vəfalı dəstəyindən uzaq olan bir qrupun kənarında.

Güclü dini imanın olmaması və xalqdan uzaqlaşmaq onları tədricən zəiflədib gücsüz etdi. Düzdür, onların arasında şərafətli, fəal və qeyrətli insanlar vardı, lakin təşkilat olaraq ayrı yolla getdi.
Mübarizlərin yayınması və ərəb hökumətlərinin xəyanəti

Onların yayınması Fələstin məsələsinə zərbə vurdu və hələ də vurur. Onlar da bəzi xain ərəb hökumətləri kimi Fələstinin yeganə xilas yolu olan müqavimət amalına arxa çevirdilər və təbii ki, yalnız Fələstinə yox, özlərinə də böyük zərbə vurdular.

Bədbəxt ömürdən otuz iki il belə ötdü, lakin Allahın qüdrət əli birdən vərəqi çevirdi. 1979-cu ildə İranda İslam inqilabının qələbəsi bu regionun vəziyyətini alt-üst etdi və yeni səhifə açdı. Bu inqilabın böyük beynəlxalq təsirləri və hegemonizmin siyasətlərinə endirdiyi güclü zərbələri arasında daha tez və daha aşkarda zərbə görən sionist dövləti oldu. Bu rejimin başçılarının həmin günlərdəki fikirlərini oxumaq maraqlıdır və onların iztirablı halını ortaya qoyur. Qələbənin ilk həftələrində qondarma İsrail dövlətinin Tehrandakı səfirliyi bağlandı, işçiləri ölkədən çıxarıldılar və onun yeri rəsmən Fələstin Azadlıq Təşkilatının nümayəndəliyinə verildi. Bu günə qədər də orada yerləşirlər.
İslam inqilabının məqsədlərindən biri: Fələstin torpağının azadlığı və İsrail adlı xərçəng vəzisinin kəsilməsi

Bizim böyük imamımız elan etdi ki, bu inqilabın məqsədlərindən biri Fələstin torpağının azadlığı və İsrail adlı xərçəng vəzisinin kəsilməsidir. Bu inqilabın o zaman bütün dünyanı dolaşan güclü dalğaları haraya çatdısa, "Fələstin azad olunmalıdır" mesajı ilə çatdı. İnqilab düşmənlərinin İran İslam Respublikası quruluşuna qarşı yaratdıqları ardıcıl və böyük problemlər də Fələstini müdafiə məqsədini ondan ala bilmədi. Bu problemlərin biri Səddam Hüseyn rejiminin ABŞ və İngiltərənin təhriki və mürtəce ərəb rejimlərinin dəstəyi altında başladığı səkkizillik müharibədir.


İran İslam İnqilabından sonra Fələstində imana dayanan mübarizə

Beləliklə Fələstinin damarlarına yeni qan köçürüldü, mücahid müsəlman qruplar meydana çıxdı. Livan müqaviməti düşmənin və himayədarlarının qarşısında yeni və güclü bir cəbhə açdı. Fələstin ərəb dövlətlərinə güvənmədən və beynəlxalq təşkilatlara, o cümlədən hegemon dövlətlərin cinayətinə şərik olan Birləşmiş Millətlər Təşkilatına əl açmadan özünə, öz gənclərinə, güclü İslam inancına, özünün fədakar kişi və qadınlarına güvəndi. Bu, bütün zəfər və uğurların açarıdır.

Ötən otuz ildə bu proses günbəgün güclənmiş və artmışdır. 2006-cı ildə sionizm rejiminin Livanda rüsvayçı məğlubiyyəti, 2008-ci ildə həmin iddialı ordunun Qəzzədəki uğursuzluğu, Livanın cənubundan qaçması, Qəzzədən geri çəkilməsi, Qəzzədə müqavimət hökumətinin yaranması, qısası, Fələstin xalqının aciz və ümidsiz insanlardan ümidli, möhkəm və özünə güvənən bir xalqa çevrilməsi son otuz ilin bariz nəticələridir.
Müqavimət alovunu söndürmək üçün ərəb başçılarının rüsvayçı müqavilələri

Bu ümumi icmal o zaman tamamlanar ki, məqsədi müqaviməti söndürməkdən, Fələstin qruplarından və ərəb hökumətlərindən İsrailin legitimliyinə dair etiraf almaqdan ibarət olan təslimçi və xəyanətkar fəaliyyətlər də düzgün nəzərə alınsın. Bu fəaliyyətlər Camal Əbdünnasirin xain və naxələf canişini tərəfindən rüsvayçı Kemp Deyvid müqaviləsi ilə başlandı və həmişə müqavimətin polad iradəsini yumşaltmağa çalışdı. Kemp Deyvid müqaviləsində ilk dəfə olaraq bir ərəb dövləti müsəlman Fələstin torpağının sionist torpağı olmasını rəsmən qəbul etdi və İsraili yəhudilərin milli evi kimi tanıyan müqaviləyə imza atdı.

1993-cü ildə Oslo müqaviləsi imzalandı. Bundan əlavə Amerikanın rəhbərliyi və müstəmləkəçi Avropa ölkələrinin həmkarlığı ilə fələstinlilərin təslimçi və iradəsiz qruplarına dalbadal təkmiledici layihələr qəbul etdirildi. Puç və aldadıcı vədlər verən düşmənin bütün səyi Fələstin xalqını və qruplarını müqavimət yolundan daşındırmağa və siyasi naşılıqlarından istifadə edərək müzakirələrlə başlarını qatmağa yönəlmişdi. Bütün bu müqavilələrin etibarsızlığı çox tez aşkara çıxdı. Sionistlər və onların himayədarları dəfələrlə göstərdilər ki, yazdıqlarına dəyərsiz vərəq parçaları kimi baxırlar. Bu layihələrdə məqsəd yalnız fələstinliləri parçalamaq, onların imansız və dünyagir adamlarını tamahlandırmaq və İslam müqavimətini çökdürmək idi.
Müsəlman mübarizlərə ilahi yardım

İndiyədək bütün bu xəyanətkar oyunların padzəhəri İslam qruplarının və Fələstin xalqının müqavimət ruhiyyəsi olmuşdur. Onlar Allahın izni ilə düşmənin qarşısında dayandılar və Allahın "Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən Allah yenilməz qüvvət, qüdrət sahibidir!" - deyə vəd verdiyi kimi ilahi köməkdən yararlandılar. Hərtərəfli blokadaya rəğmən, Qəzzənin müqavimət göstərməsi ilahi yardım idi. Xəyanətkar və fəsadlı Hüsni Mübarək rejiminin süqutu ilahi yardım idi. Regionda güclü İslam oyanışı dalğasının yaranması ilahi yardımdır. ABŞ, İngiltərə və Fransanın əsl simaları üzərindən nifaq və hiylə pərdələrinin götürülməsi və region xalqlarının onlara qarşı nifrətinin günbəgün artması ilahi yardımdır. Sionizm rejiminin saysız-hesabsız problemləri, daxildə yaranan ictimai, siyasi və iqtisadi problemlərdən tutmuş beynəlxalq və ümumi nifrətə və hətta Avropa universitetlərinin nifrətinə qədər hamısı ilahi yardımlardır. Bu gün sionizm rejimi həmişəkindən daha mənfur, daha zəifdir və daha çox təcrid halındadır, əsas himayədarı olan ABŞ da həmişəkindən daha problemli və daha çaşqındır.

İndi Fələstinin altmış ildən artıq sürən bir müddət haqdakı ümumi təsviri gözümüz önündədir. Gələcəyin proqramlarını ona baxışla və ondan dərs götürməklə tənzim etmək lazımdır.
İki əsaslı məqam

Öncə iki məqamı aydınlatmaq lazımdır:


Bizim məqsədimiz: bütün Fələstinin azadlığı, İsrailin və "Nildən Fərata qədər" şüarının məhvi

Birincisi budur ki, bizim istəyimiz bütün Fələstinin azadlığıdır, onun bir hissəsinin yox. Fələstini bölmək istəyən hər bir layihə rədd olunmalıdır. "Fələstin dövlətini Birləşmiş Millətlər təşkilatına qəbul etmək" kimi haqlı don geydirilmiş iki dövlət layihəsi sionistlərin istəyinə - yəni "Fələstin torpağında sionizm dövlətinin tanınmasına" razılıqdan başqa bir şey deyil. Bunun mənası Fələstin xalqının hüququnu tapdamaq, fələstinli qaçqınların tarixi haqqını görməzdən gəlmək və hətta 1948-ci ildəki torpaqlarda sakin olan fələstinlilərin hüququnu təhdid etməkdir. Bunun mənası xərçəng vəzisinin orada qalıb İslam ümmətini, xüsusən də region xalqlarını daim təhdid etməsi, on illərlə sürən əziyyətin təkrar olunması və şəhidlərin qanının batırılmasıdır.

Hər bir layihə "Bütün Fələstin, bütün fələstinlilər üçün!" prinsipinə əsaslanmalıdır. Fələstin - çaydan dənizə qədər olan Fələstindir, bir qarış da az yox. Əlbəttə, bunu yadda saxlamaq lazımdır ki, Fələstin xalqı Qəzzədə olduğu kimi, Fələstin torpağının hansı hissəsini azad edə bilsə, öz seçdiyi hökumətin vasitəsi ilə onun idarəsini üzərinə götürəcək, lakin son məqsədi heç zaman yaddan çıxarmayacaq.
Fələstini azad etmək üçün dözümlü olmaq və ağıllı tədbirlər görmək

İkinci məsələ budur ki, bu uca məqsədə çatmaq üçün yalnız danışmaq yox, işləmək, formal yox, ciddi işlər görmək, dözümsüz və rəngbərəng rəftarlar yox, dözümlü olmaq və ağıllı tədbirlər görmək lazımdır. Uzaq üfüqlərə baxıb iradə, Allaha təvəkkül və ümidlə addım-addım irəliləmək lazımdır. Müsəlman hökumətlər və xalqlar, Fələstində, Livanda və digər ölkələrdə olan müqavimət qruplarının hər biri bu ümumi mübarizədə öz rollarını tanıyıb Allahın izni ilə müqavimət işlərini təkmil etsinlər.


Fələstin problemini həll etmək üçün İslam Respublikasının proqramı

Fələstin problemini həll etmək və bu köhnə yaranı sağaltmaq üçün İslam Respublikasının proqramı aydın, məntiqli və dünyanın ictimai rəyinin qəbul etdiyi siyasi görüşlərə uyğundur. Bu əvvəllər geniş şəkildə izah olunmuşdur. Biz nə müsəlman ölkələrinin ordularının klassik müharibəsini təklif edirik, nə mühacir yəhudiləri dənizə tökməyi, nə də təbii ki, Birləşmiş Millətlər Təşkilatının və ya digər beynəlxalq təşkilatların vasitəçiliyini. Biz Fələstin xalqının referendum keçirməsini təklif edirik. Digər xalqlar kimi Fələstin xalqının da öz taleyini təyin etməyə və ölkəsinə hakim quruluşu seçməyə haqqı çatır. Fələstinin bütün əsas əhalisi - müsəlmanlar, məsihilər və əcnəbi mühacirləri çıxmaq şərti ilə yerli yəhudilər istər Fələstinin daxilində, istər düşərgələrdə, istər başqa bir yerdə olmalarından asılı olmayaraq, ümumi və qanuni bir referendum keçirib Fələstinin gələcək quruluşunu təyin etsinlər. Bu referendumla yaranan quruluş və hökumət yerini tutandan sonra ötən illərdə bu ölkəyə köçmüş qeyri-fələstinli mühacirlər haqda qərar çıxarsın. Bu, ədalətli və məntiqli bir layihədir və dünyanın ictimai rəyi tərəfindən düzgün dərk olunur. Müstəqil hökumətlər və xalqlar da bunu dəstəkləyə bilərlər.


Müsəlman hökumətlərinin İsraillə gizli və aşkar əlaqələri kəsmək vəzifəsi

Əlbəttə, gözləmirik ki, işğalçı sionistlər asanlıqla buna razılıq versinlər. Bu yerdə idə hökumətlərin, xalqların və müqavimət təşkilatlarının rolu görünür. Fələstin xalqını dəstəkləməkdə ən mühüm şərt işğalçı düşmənə dəstəyi kəsməkdir və bu, müsəlman hökumətlərin böyük vəzifəsidir.

İndi xalqların meydana çıxmasından və onların sionizm rejimi əleyhinə güclü şüarlar səsləndirməsindən sonra müsəlman hökumətlər hansı məntiqlə işğalçı rejimlə münasibətlərini davam etdirirlər? Fələstin xalqını müdafiə məsələsində müsəlman hökumətlərin səmimiliyini göstərən fakt o rejimlə gizli və aşkar şəkildə qurulan siyasi və iqtisadi münasibətləri kəsməkdir. Özündə sionistlərin səfirliklərinə, yaxud iqtisadi ofislərinə yer verən hökumətlər Fələstini müdafiə iddiası edə bilməzlər və onların heç bir antisionist şüarı ciddi və həqiqi qəbul olunmur.
İslam müqavimət təşkilatlarının vəzifəsi

Ötən illərdə ağır cihad yükünü çiyninə götürmüş İslam müqavimət təşkilatları bu gün də həmin böyük vəzifə ilə üz-üzədirlər. Onların mütəşəkkil müqaviməti Fələstin xalqını bu son məqsədə sarı aparan fəal qoldur. Evi və ölkəsi işğal olunmuş xalqın şücaətli müqaviməti bütün beynəlxalq müqavilələrdə rəsmən tanınmış və alqışlanmışdır. Sionizmə bağlı olan siyasi və media şəbəkəsi tərəfindən vurulan terrorizm ittihamı puç və dəyərsiz sözdür. Əsl terrorçu sionizm rejimi və onun qərbli himayədarlarıdır. Fələstin müqaviməti isə qəddar terrorçular əleyhinə insani və müqəddəs işdir.


Fələstin məsələsində Qərbin iki yol ayrıcında qalması

Bu arada yaxşı olar ki, Qərb ölkələri də vəziyyətə real gözlə baxsınlar. Bu gün Qərb iki yol ayrıcındadır: ya özünün uzunmüddətli hegemonluğundan əl çəkib Fələstin xalqının hüququnu tanımalı və bundan sonra hegemon və qəddar sionistlərin planını icra etməməli, ya da yaxın gələcəkdə daha ağır zərbələri gözləməlidir. Bu ölümcül zərbələr yalnız müsəlman regionunda onların fərmanına tabe olan hökumətlərin ardıcıl süqutu ilə bitməyəcək, hətta Avropa və Amerika xalqlarının bir gün öz iqtisadi, ictimai və əxlaqi problemlərinin ən çoxunun beynəlxalq sionizmin onların hökumətlərinə tam hökmranlığından qaynaqlandığını və onların dövlət rəsmilərinin öz şəxsi və partiya maraqlarına görə Amerika və Avropada yaşayan zəli sifətli sionist şirkət sahiblərinin hegemonluqlarına müti və təslim olmasından irəli gəldiyini bildiklərində onlar üçün elə cəhənnəm yaranacaq ki, heç bir xilas yolları qalmayacaq.


İsrailin təhlükəsizliyinin ABŞ-ın qırmızı xətti elan olunmasının səbəbi

ABŞ prezidenti deyir ki, İsrailin təhlükəsizliyi onun qırmızı xəttidir. Bu qırmızı xətti hansı amil cızmışdır: ABŞ xalqının maraqları, yoxsa Obamanın ikinci dəfə prezident kürsüsündə oturması üçün sionist şirkətlərinin puluna və dəstəyinə ehtiyacı? Siz nə zamana qədər öz xalqlarınızı aldada biləcəksiniz? ABŞ xalqı sizin, hakimiyyətdə bir neçə gün artıq qalmanızdan ötrü sionist milyarderlər qarşısında əyilməyə, rəzil olmağa razılaşıb, böyük bir xalqın maraqlarını onlara qurban etdiyinizi anlayanda sizinlə necə rəftar edəcəklər?


İsrail üçün həqiqi təhdid İranın və müqavimət qruplarının raketləri yox, müsəlmanların iradəsidir!

Möhtərəm məclis iştirakçıları! Əziz qardaş və bacılar! Bilin ki, Obamanın və onun kimilərin bu qırmızı xətti ayağa qalxmış müsəlman xalqlar tərəfindən pozulacaq. Sionizm rejimini təhdid edən amil İranın, yaxud müqavimət qruplarının raketləri deyil ki, haradasa raket əleyhinə qurğular quraşdırsınlar. Əsl təhdid müsəlman ölkələrinin daha Amerikanın, Avropanın və onların muzdurlarının hakimiyyət başında qalıb xalqı təhqir etməsini istəməyən kişilərinin, qadınlarının və gənclərinin güclü iradəsidir. Təbii ki, düşmən tərəfindən nə zaman təhdid görünsə, həmin raketlər də öz vəzifələrini yerinə yetirəcəklər.

"(Ey Rəsulum!) Sən (çətinliklərə, əziyyətlərə) döz. Şübhəsiz ki, Allahın (sənə verdiyi zəfər) vədi haqdır. Qoy (axirətə) qəti inanmayanlar səni etinasızlığa sövq etməsinlər".

Allahın salamı, rəhməti və bərəkəti olsun sizə!




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə