BiRİNCİ FƏSİL


NƏ QƏDƏR SƏRMAYƏ QOYUB İŞ GÖRSƏK YENƏ DƏ ÇOX DEYİL



Yüklə 0,52 Mb.
səhifə9/14
tarix28.06.2018
ölçüsü0,52 Mb.
#52015
1   ...   6   7   8   9   10   11   12   13   14

NƏ QƏDƏR SƏRMAYƏ QOYUB İŞ GÖRSƏK YENƏ DƏ ÇOX DEYİL


Son zamanlar Behbudi və Sərhənginin müsahibəsini oxudum. Doğrudan da elədir. Bu iki cənabın fikrincə, Müqəddəs Müdafiə dönəminin hadisələrini sənədləşdirmək (sənədli film çəkmək), göstərmək, əsaslandırmaq lazımdır ki, bunun əsasında incəsənət əsərləri yarana bilsin. Tam doğru fikirdir. Mənim fikrimcə, biz Müqəddəs Müdafiə dönəmi üçün nə qədər sərmayə qoyub iş görsək, yenə də çox deyil. Çünki bu dönəmin göstərilməsi üçün ölkənin ədəbi və bədii tutumu olduqca geniş və dərindir. Bu tutumdan indiyədək yaxşı və lazımınca istifadə olunmayıb. Əlbəttə, yaxşı kitablar yazılıb, ancaq bu davamlı olmalıdır. Mən bu cənablara təşəkkür edir və israr edirəm ki, bu sahəni və bu silsiləni davam etdirsinlər. Mübarizə İncəsənəti və Ədəbiyyatı Fondu da öz işinə həvəslə və daha ciddi yanaşaraq irəliləsin. Bu illərdə dəyərli əsərlər yaradan sənətçi dostlar da öz işlərini davam etsinlər. Bəzi dostlar doğrudan da inkişaf ediblər. Mən bəzi peşəkar dostlarımızın bu gün yazdıqları roman, yaxud xatirələri on yeddi, on səkkiz il bundan öncəki əsərlərlə müqayisə etdiyim zaman aralarındakı böyük fərqi görürəm. Yəni doğrudan da inkişaf ediblər. Bu gün bunların ərsəyə gətirdiyi incəsənət əsərləri çox dəyərlidir.1

ŞAHİDLƏRİN DƏ GÖRMƏDİYİNİ GÖSTƏRMƏK


Mən öz gözümlə bəzi hadisələr görmüşəm ki, bəlkə də maddi göz onların mahiyyətini dərk edə bilməyib. Ancaq sonra siz sənətkarların onları qələmə alıb, film çəkib, yaxud onları bədii dildə göstərdikdə, hadisələrə yenidən baxıb necə də heyrət dolu anlar olduğunu görürəm. Təzəcə onları başa düşməyə başlayıram. Buna görə də mənə elə gəlir ki, müsəlman sənətkarın rolu fövqəladə mühüm roldur.2

BƏDİİ ƏSƏR ÇATIŞMAZLIĞI


Əgər siz çap etdiyiniz kitabların yarısını yalnız bədii əsərlərə ayırsanız, yaxşı əsər olarsa, bunun heç bir eybi yoxdur. Əfsuslar olsun ki, biz bu zəmində çox geriyik. Mənim ən çox təəssüf etdiyim məsələlərdən biri budur. Biz hansısa səbəblərə görə - əlbəttə, bu səbəblər də fikrimcə, aydındır - İnqilabın dəyərlərini və ismarışını çatdırmaq üçün incəsənətdən lazımınca istifadə edə bilməmişik. Yəni bu iş layiqincə olmamışdır. Kommunistlər bu zəmində bizdən irəlidə idilər. Onlar (düşmənlər) öz məcazi və yalan dəyərlərini incəsənət vasitəsilə orijinal və görkəmli şəkilə salıb, təqdim etdilər. Nə üçün biz öz həqiqi dəyərlərimizi çatdırmaqda bu dəyərli vasitədən (incəsənətdən) məhrum olaq? Bu zəmində doğrudan da işlənilməlidir.1

BƏDİİ ƏSƏR MUSİQİDƏN CAZİBƏDARDIR


Bir romanın iki min tirajla neçə dəfə çap edilməsi roman sahəsindəki boşluqdan xəbər verir. Ehtiras, ürək və ruhu özünə çəkən digər bu kimi nəfsani cazibələrin bir müalicəsi var, o da incəsənətdir. Əgər siz həmin cazibələrin yüzdəyüz qarşılığında əsər yarada bilsəniz, bu ürəkləri özünə cəlb edə biləcək yeganə istisnasız yoldur. Nə üçün? Çünki əsərin özü bir cazibədir. İncəsənətin yaxşı nümunələrindən biri də romandır. Bədii əsərin cazibəsi musiqidən çoxdur. Musiqi insanı yorur, ancaq insanı heç vaxt yormayan yeganə şey bədii əsərdir.2

CƏMİYYƏT BƏDİİ ƏSƏRSİZ OLA BİLƏRMİ?


Müharibənin bizə verdiyi maya ilə, İranda bədii nəsr sənətini yenidən quraq. Hər halda, müharibə səbəb oldu ki, xatirələrini yazmaq istəyən bir kəs, siz demişkən, gedib bir neçə cild roman oxusun və hadisələrin necə yazılmasını öyrənsin. Əgər müharibədə olmasaydı, bəlkə də heç vaxt yazmaq fikrinə düşməzdi. Ancaq indi bu istedad yol üstədi. Çox gözəl, gəlin bundan istifadə edək. Bu gördüyünüz coşqun istedad müharibədəki hadisələri gözəl şəkildə yazır və təsvir edir. Doğrudan da bu cənabların yazılarındakı təsvirlər o qədər gözəl işlənib ki, insan oxuduqca həzz alır. Bu onların istedad və coşqunluqlarının göstəricisidir. Çox yaxşı, bu istedaddan cəmiyyətimiz üçün bədii əsər yaratmaq üçün bəhrələnək. Bu ölkənin bədii əsərə ehtiyacı var. Bədii əsərsiz cəmiyyət ola bilərmi?1

TARİXİN TƏSVİRİ ÜÇÜN HEKAYƏ VƏ ROMAN


Heç bir vasitə tarixi, hekayə və roman kimi təsvir edə bilməz. Tarix haqqında bədii ədəbiyyat dili ilə yox, başqa dildə danışmaq, bir şəhərin şəklini yerin on min metr hündürlüyündən çəkməyə bənzəyir. Adətən şəhərin kənarları, böyük prospektləri görünür. Lakin oradakı insanlar nə edirlər? Yuxudadırlarmı? Pisdirlərmi? Varlı, yoxsa kasıbdırlarmı? Rahatdırlarmı? Dalaşırlarmı? Rəqs edirlərmi? Bunların heç biri bəlli deyil. Tarix kitabı şəhərin şəklini on min metrlərlə yuxarıdan çəkib bizə göstərir. Bir zaman siz bir şəhərə daxil olursunuz. Əlbəttə ki, şəhərin bütün küçələrini görə bilməzsiniz. Amma şəhərin iki-üç küçəsini, yaxud prospektini görürsünüz, insanları ilə söhbətləşirsiniz, evlərin, otaqların, uşaq oyuncaqlarının, bir atanın uşağını öpməsinin şəklini çəkirsiniz. Bunların hamısını təsvir edir və bir şəkildə bizim qarşımıza qoyursunuz. Əlbəttə, bir küçədir, iki prospektdir, bütün şəhər deyil. Ancaq onu ümumiləşdirmək olar. Bu incəsənətin tarix haqqındakı dilidir. Roman budur. Oktyabr inqilabını heç bir kitab Şoloxovun tanınmış "Sakit don" əsəri kimi təsvir edə bilməz. O, məsələn, təkcə kazaklar yaşayan məntəqəyə getmiş və hadisələri oradan bizim üçün təsvir etmişdir. Ancaq bütün kəndləri, kazaklar yaşayan məntəqənin hamısını təsvir edir. Fərqi yoxdur, Sibirdə də vəziyyət eynidir. Hadisələri bizim üçün danışır və biz inqilabı yaxından görürük. "Əzablı yollarla" kitabı da onun kimidir. Bunlar təfərrüatı təsvir edirlər.1

BƏDİİ NƏSR İNQİLABIN TƏBLİĞ VASİTƏSİ KİMİ


Dünyanın böyük azadlıq hərəkatlarının və inqilablarının təbliğat vasitələrindən biri də roman və bədii nəsrdir. Çox gözəl romanları var. Gözəllikləri ən yaxşı şəkildə, ən gözəl formada təqdim etmişlər. Mən bu kitabları oxuduqda və öz inqilabımızla müqayisə etdikdə, görürəm ki, bizim inqilabın çox yüksək, əzəmətli, həyacanlı və daha gözəl hadisələri var ki, onları qələmə almaq mümkündür. İncəsənət xadimlərimiz doğrudan da bu mövzuda məsuliyyət daşıyır və cavab verməlidirlər. Bu gözəllikləri onlar görə bilirlər. Adi insanlardan öncə axtarıb görməli və təqdim etməlidirlər.2

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə