6
Məhlullar haqqında təlim
İdeal və real məhlullar. Suyun anomal xassələri və canlı orqanizmlərdə əsas
funksiyaları. Mayelərin bir-birində həll olması. Həllolmanın yuxarı və aşağı böhran
temperaturu.
Duru elektrolit məhlullarının kolliqativ xassələri: məhlul üzərində doymuş
buxar təzyiqinin nisbi azalması. Raul qanunları. Krioskopiya – donma
temperaturunun aşağı düşməsi. Ebulioskopiya – qaynama temperaturunun yuxarı
qalxması. Vant – Hoff tənliyi.
Zəif və qüvvətli elektrolitlər. Elektrolitik dissosiasiya nəzəriyyəsi, mənfi
cəhətləri. Dissosiasiya sabiti və dərəcəsi. Fəallıq. Məhlulun ion qüvvəsi. Suyun
dissosiasiyası və ion hasili. Hidrogen göstəricisi və onun təyin etmə üsulları. Zəif və
qüvvətli elektrolitlərin məhlulda pH-ının təyini. Bufer sistemləri və onların təsir
mexanizmi. Henderson – Hasselbax tənliyi. Bufer tutumu və ona təsir edən amillər.
Bufer məhlullarının əhəmiyyəti.
Elektrokimya
Elektrik keçiriciliyi və onun növləri. İonların hərəkət sürəti. Kolrauş qanunu.
Konduktometrik titrləmə. E.H.Q. Yakobi – Daniyel qalvanik elementinin quruluşu.
Veston elementi. Müqayisə və təyinedici elektrodlar. Elektrod potensialları və
onların yaranma mexanizmi. Standart, diffuzion və membran elektrod potensialları.
Oksidləşmə - reduksiya elektrodları. Nernst və Peters tənliyi. Potensiometrik
titrləmə və polyaroqrafiya. Bu üsulların əczaçılıqda, vəsfi və miqdari analizdə
tətbiqi.
Kimyəvi kinetika və kataliz
Kimyəvi reaksiyaların kinetikası. Kimyəvi reaksiyanın molekulyarlığı və
tərtibi. Birinci, ikinci və «0» - tərtibli reaksiyaların kinetik tənlikləri.
Kimyəvi reaksiya sürətinə müxtəlif amillərin təsiri. Arrenius tənliyi.
Aktivləşmə enerjisi. Aktiv toqquşmalar nəzəriyyəsi. Mürəkkəb reaksiyaların
kinetikası. Dönən, paralel, ardıcıl, qoşulmuş zəncirvari, radiasion və fotokimyəvi
reaksiyalar. Kvant çıxımı, zəncirvari və fotokimyəvi reaksiyaların bioloji
proseslərdə rolu.
7
Kataliz və katalizatorlar. Homogen və heterogen kataliz. Turşu - əsasi kataliz.
Heterogen katalizin nəzəriyyələri.
Fermentativ reaksiyaların kinetikası və onun xüsusiyyətləri. Fermentlərin
aktivliyi və seçiciliyi. Canlı aləmin təkamülündə fermentlərin rolu. Mixaelis –
Menten tənliyi. Berq koordinatı.
Kolloid kimya
Kolloid kimya fənni, məzmunu, tibbdə və əczaçılıqda rolu.
Dispers sistemlərin fiziki kimyası və müxtəlif əlamətlərə görə təsnifatı.
Maddənin
kolloid halı. Dispers sistemlərin alınma (dispersləşmə,
kondensləşmə, peptizasiya) və təmizlənmə üsulları (dializ, elektrodializ,
ultrasüzmə).
Kolloid sistemlərin molekulyar – kinetik xassələri (Broun hərəkəti, diffuziya,
osmos, sedimentasiya), Eynşteyn tənliyi. Fik qanunları. Sedimentasiya tarazlığı.
Sentrifuqa. Kolloid sistemlərin optiki xassələri. İşığın udulması və səpələnməsi.
Lambert-Buger-Ber qanunu. Tindal effekti. Reley tənliyi. Nefelometriya,
ultramikroskopiya və elektronomikroskopiya.
Dispers sistemlərin elektrik xassələri. Kolloid hissəciklərin elektrik yükünün
yaranma mexanizmi. İkiqat elektrik təbəqəsi və onun quruluşu. Helmholts-Perren,
Qui-Çepmen və Ştern nəzəriyyələri. Mitsella, aqreqat, nüvə və qranula.
????????????(????????????)
3
,
????????????(????????????)
3
və Berlin abısı mitsellasının quruluşu.
Elektrokinetik hadisələr: elektroforez, elektroosmos, axma və çökmə
potensialı.
Dzetta potensialı, ona elektrolitlərin təsiri. Helmholts-Smoluxovski tənliyi.
Elektroosmosun və elektroforezin tibbdə tətbiqi.
Kolloid hissəciklərin davamlılığı və koaqulyasiyası. Kinetik və aqreqativ
davamlılıq. Kolloid məhlullarının stabilləşdirmə yolları, stabilizatorlar.
Koaqulyasiyanın kinetikası və növləri. Koaqulyasiya astanası. Şultse-Hardi
qaydası.
Koaqulyasiya zonalarının növbələnməsi. Elektrolitlərdə koaqulyasiya
(additivlik, antaqonizm və sinerqizm). Hofmeytser (liotrop) sırası.
8
Kolloid mühafizəsi, “qızıl” və “gümüş” ədədləri. Koaqulyasiyanın əsas
nəzəriyyələri. DLFO nəzəriyyəsi. Tiksotropiya. Koaqulyasiyanın əhəmiyyəti.
Kolloid sistemlərin müxtəlif sinifləri: aerozollar, tozlar, suspenziyalar,
emulsiyalar, onların alınması, xassələri, davamlılığı və əczaçılıqda tətbiqi.
Emulqatorların təsir mexanizmi. Emulsiya fazalarının çevrilməsi. Koalessensiya.
Qatı və ifrat qatı emulsiyalar. Emulsiyaların əczaçılıqda tətbiqi.
Səth hadisələri (səthi gərilmə, adsorbsiya, xromatoqrafiya)
Fazalar səthində adsorbsiya. Səthi aktiv və səthi qeyri-aktiv maddələr.
Şişkovski tənliyi, Düklo-Traube qaydası. Molekulyar və ion adsorbsiyası. Seçici
adsorbsiya. Panet-Fayans qaydası.
“Hibbsin adsorbsiya tənliyi.” “Bərk maddə-qaz”, “Bərk maddə-məhlul”,
“məhlul-qaz” sərhəddində adsorbsiya. Ləngmür, Freyndlixin adsorbsiya izotermi və
tənlikləri. BET nəzəriyyəsi. Adsorbentlərin tibbdə və əczaçılıqda tətbiqi.
Xromatoqrafiya, növləri (kağız üzərində, maye, qaz-maye, adsorbsion və nazik
təbəqəli). Gel-süzmə. Dərman maddələrinin və digər müxtəlif birləşmələrin
analizində xromatoqrafiyanın tətbiqi.
Biopolimer məhlullarının fiziki kimyası
Yüksək molekullu birləşmələr (YMB), alınması, xassələri, şişməsi və həll
olması. İzoelektrik nöqtə.
Şişmənin mexanizmi və termodinamikası. Şişmə dərəcəsinə təsir edən amillər.
YMB özlülüyü. Nyuton və Puazeyl tənlikləri. Özlülüyün növləri və Ostvald
viskozimetrilə təyini. Ştaudinger tənliyi. Müxtəlif maddələrin molekul kütləsinin
viskozimetrik üsulla təyini.
Dostları ilə paylaş: |