BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   2   3   4   5   6   7   8   9   ...   62

________________Milli Kitabxana______________ 
10 
 
MƏHƏMMƏD 
 
- Ey müəllim, sən mənə neçə il dərs demisən, 
İndi belə görünür, hər şeyi tərs demisən. 
Sənin ciyərparanı mən sevirəm, nə olar, 
Göz gördü, könül sevdi, mənim nə günahım var? 
Bir-bir öyrətdin mənə otuz iki hərfi sən. 
Otuz iki!.. Bu qədər hərflərin içindən 
Üçünü sənin qızm - Leyla öyrətdi mənə. 
Heyranam bu üç hərfin hökmünə, qüdrətinə. 
Odur mənim sinəmdə atəş olub hey yanan, 
Ayn, şin və bir də qaf!.. Bu üç hərfdən yaranan 
Eşq sözü sözlərin sultanıdır, tacıdır, 
Eşq - həyat ağacıdır! 
Sən də, mən də, Leyla da bu ağacın barıyıq, 
Eşqin övladlarıyıq. 
Qara torpaq olsa da əvvəl-axır yerimiz, 
Eşqdir tinətimiz, eşqdir cövhərimiz. 
Sən öyrətdin, sən mənə şəklini bu hərflərin, 
Qızmsa üç hərf ilə dünyanın, göyün, yerin, 
İnsan duyğularının sirrini açdı mənə. 
Eşqimlə vaqif oldum bu dünyanın sirrinə. 
Zəhmətini danmıram, çox borcluyam sənə mən; 
Sən həyat kəlməsini yazmağı öyrətmisən, 
Həyatın sirrinisə qızm öyrədib mənə, 
Mən borcluyam Leylanın o sehrkar hüsnünə. 
Dilini öyrətmisən 
Kitabların mənə sən. 
Osa mənə öyrədib təbiətin dilini, 
Onun sirli dilini, onun çətin dilini. 
İndi mən anlayıram eşqimiş hər nə varsa
Bəli, kimin qəlbini eşq atəşi yaxarsa, 
Dünyanı dərk eyləyər, eşq bir amal imiş 
Sənin təlim etdiyin "elm qelü-qal" imiş. 
Ey müəllim, neynirəm cansız kitabları mən 
Ən böyük kitab onun hüsnüdür, şöləsindən 
İşıqlanır mənimçün gizli sirri cahanın... 
  


________________Milli Kitabxana______________ 
11 
 
Eşq bir məhvəridir bizim qoca dünyanın...  
Ey müəllim, olam söylədim sənə yalnız,  
Özün söylə, hansınız qüdrətli ustadsınız?  
Kəndli qızıdır anam, bir peşəkardır babam,  
Özüm də, ey müəllim yazılmamış kitabam.  
Sənin əlin böyüklər, şahlar ətəyindədir,  
Üzü dönük dünyanın hökmü, gücü səndədir,  
Sən şahların bağından çox meyvələr dərmisən,  
Sən öz ciyərparanı heç mənə verərmisən? – 
Deyə o köks ötürür, dərdi hopur dərinə,  
Çevrilib yavaş-yavaş, üz qoyur evlərinə 
 
 
CAN YANĞISI 
 
Eşqdir ol nəşeyi kamil kim, ondandır müdam  
Meydə təşviri hərarət, neyda təsiri-səda. 
 
Mədrəsə hücrəsinə yığılıbdır cavanlar,  
Sənətə, şeirə dair fikir yürüdür onlar.  
Biri deyir: həyatm hüsnü, süsüdür sənət.  
Biri deyir: ürəyin döyüntüsüdür sənət.  
Biri deyir ki, sənət təbiətin səsidir.  
Biri deyir ki, sənət eşqin təranəsidir.  
Biri deyir ki, sənət hər bir şeydən öncədir.  
Biri deyir ki, sənət adicə əyləncədir.  
Biri deyir ki, sənət cəlb edə bilmir məni.  
Biri deyir ki, sənət insan düşüncəsini,  
Fikrini, xəyalnı uçurur qanadında...  
Tələbələr içində Əbdül Kərim adında  
Bir sivaslı gənc vardı,  
Tay-tuşları hamısı ona hörmət qoyardı.  
O keçibdir həyatın şaxtasından, qarından;  
Ağlıyla, duyğusuyla seçilir dostlarından.  
Həm də gözəl ney çalır, o çalır yana-yana,  
Eşidən heyran qalır onun mahnılarına.  
Tələbə dostlarından o, yaşlıdır bir qədər, 
  


________________Milli Kitabxana______________ 
12 
 
Həmişə olduğu tək yenə bütün nəzərlər 
Yalnız ona dikilir, 
Dillənib, asta-asta  
Danışır Əbdül Kərim: 
- Ey mənim əzizlərim, 
Sənət dəryaya bənzər, onun min bir halı var, 
Onun sirlərlə dolu öz cah-cəlalı var. 
Kiminin bu dəryada gördüyü çör-çöp olur, 
Kimi də dibindəki incilərə vurulur. 
Məncə, can yanğısıdır şeir, sənət, əzəldən, 
Belə anlayıram mən 
Qəlbində eşq olanlar dərk eyliyər sənəti, 
İnsan məhəbbətidir yaradan hər sənəti... 
(Məhəmmədə baxırdı o, bunları deyərkən) 
Soruşun, ney çalmağı necə öyrənmişəm mən? 
Bunun öz tarixi var. 
Yenə ona dikildi sual dolu baxışlar. 
O başını yellədib bir ah çəkdi dərindən, 
"Ah" alova çevrilib saçıldı gözlərindən. - 
- Hər günün öz hökmü var. 
O Çaldıran savaşıl başlananda, a dostlar, 
Dəliqanlı cavandım; 
Sultanın fərmanını Vətən çağrışı sandım. 
Xalqım çağırır deyə 
Mən yollandım cəbhəyə. 
Qan yox idi gözümdə
Min aslanın gücünü hiss edirdim özümdə. 
Neçə qovğaya düşdüm. 
Gecə-gündüz döyüşdüm. 
Yorulmadım bir an da, 
Hər dəfə qılıncımı sağa-sola çalanda. 
Neçə şah əsgərini mən torpağa sərirdim, 
Qəhrəman olduğumu hamıya göstərirdim. 
Ancaq bir gün... ah... o gün... 
Ən dəhşətli günüdür mənim cavan ömrümün. 
O gün mənim indi də yadıma düşən zaman 
Tüstü qalxır başımdan; 
  


________________Milli Kitabxana______________ 
13 
 
Qılıncımı sıyırıb at belində süzürdüm, 
Bu vaxt birdən önümdə bir şah əsgəri gördüm. 
Dönüb qaçmaq istədi görən kimi o məni, 
Mənsə macal verməyib, tez haqladım düşməni. 
O dönüb mənə baxdı, aman, o necə baxdı! 
Elə bil ki, hər gözü qan dolu bir çanaqdı. 
O baxışlar bu zaman 
Rəhmsiz bir ovçudan 
Rəhm, aman diləyən ahutək yalvarırdı. 
Gözüm qızmışdı mənim, 
məndə insafmı vardı?  
Endirdim qılıncımı kürəyinə arxadan.  
O yıxıldı. Bu zaman 
Bir ney düşdü, qarğı ney onun qoltuq cibindən.  
Diyirləndi kənara... 
Dönüb neyə baxdı, mən,  
Heyrətlə baxdım ona.  
Baxdım yanaqlarından süzülən göz yaşına,  
Lənət şeytana dedim...  
Bu dəhşətli səhnədən uzaqlaşmaq istədim.  
O zarıya-zarıya mənə "yaxın gəl" - dedi 
"get, o neyi al" - dedi. 
Aman Allah, buna bax,  
Onun ürəyinə bax, onun duyğusuna bax!  
Mən tez endim atımdan, əyildim ona sarı,  
Sinəmə dağ çəkirdi asta pıçıltıları.  
O danışdı. Susdu göy, susdu yer, susdu hər yan  
Təzəcə evləndiyi, gözləri yolda qalan  
Arvadım andı o, körpəsini andı o.  
Ah çəkib dayandı o. 
Başını qucaqladım,  
Hönkür-hönkür ağladım.  
Həyatımda ilk dəfə nifrət etdim özümə.  
O, sönən gözləriylə baxıb mənim üzümə: -  
Qardaş, olan olubdur, sən yaxamı aç - dedi.  
Aman Allah, ay Allah, o mənə "qardaş" dedi!  
Yaxasını tez açdım, 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə