Bank sferasında risk menecmentinə təsir edən amillərin optimallaşdırılması



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix17.05.2022
ölçüsü1,54 Mb.
#87197
1   ...   23   24   25   26   27   28   29   30   31
BRAH-ML-M-S-NB-R-NAT-Q-q-z-n-n

NƏTİCƏ VƏ TƏKLİFLƏR  

 

Tədqiqat  işinin  müxtəlif  bölmələrində  risk  menecmentinə  təsir  edən  amillər 



müəyyən  edilmiş  risklərin  idarə  edilməsi  ilə  bağlı  məsələlər  təhlil  edilmiş  və 

ümumiləşdirilmiş  nəticələr  əldə  edilmişdir.  Hər  şeydən  öncə  qeyd  etməliyik  ki, 

istənilən  halda  risk  dedikdə  hər  hansı  fəaliyyət  sahəsi  üzrə  olan  yarana  biləcək 

itkilər  nəzərdə  tutulur.  Çünki  bank  sferası  üzrə  fəaliyyət  zamanı  risklərin  qəbul 

edilməsi və buna müvafiq olaraq, risklərin idarə edilməsi bank işinin tərkib hissəsi 

hesab edilir. Bazar iqtisadiyyatı şəraitində o banklar öz fəaliyyətini uğurla davam 

etdirir ki, burada risklərin idarə edilməsi və risk menecmentin xüsusiyyətləri diqqət 

mərkəzində  saxlanılsan.  Bankların  fəaliyyətinin  daha  çox  mənfəət  əldə  etməyə 

istiqamətləndiyini nəzərə alsaq, onların fəaliyyətindən yaranacaq hər hansı bir risk  

böyük  itkilərə  səbəb  ola  bilər.  Elə  buna  görə  də  hər  bir  bank  öz  fəaliyyətində 

risklərin  idarə  edilməsinin  minimumlaşdırılması  barədə  düşünməlidir.  Riskin  

azaldılması və  onuna minimuma endirilməsi ilə bağlı olan tətbiq edilən metodlar 

isə aşağıdakılardan ibarətdir  

 



 sığortalama; ; 

 



risklərin sahibkarlıq layihələri iştirakçıları arasında bölünməsi; 

 



 maliyyə ehtiyatlarının yaradılması (özünü sığorta);  

 



diversifikasiya;  

Tədqiqat  işində  risk  menecmentinin  xüsusiyyətlərinə  uyğun  olaraq    bir  sıra 

bankların nümunəsində  ümumilikdə, risklərin idarəolunması mexanizminin və risk 

menecmentinin bank sferasına tətbiq istiqamətləri müəyyən edilmişdir.  

Risklərin  düzgün  şəkildə  qiymətləndirilməsi,  bankların  fəaliyyəti  zamanı  ödəmə 

qabiliyyətinin  kəskin  zəifləməsinə,  bank  resurslarının  itirilməsinə,  planlaşdırılmış 

gəlirlərin  əldə  olunmamasına  səbəb  ola  bilər.  Belə  halların  baş  verməməsi 

baxımından  banklar  bütün  fəaliyyət  istiqamətləri  üzrə  mövcud  potensial  riskləri 

əvvəlcədən  müəyyən  etməli  və  onların  yaranma  səbəblərini  aşkar  edərək  təhlil 

etmək  bacarığına  malik  olmalıdırlar.    Bank  sferasında  risk  menecmentinin  tətbiqi 

xüsusiyyətləri,  zamanla  baş  verə  biləcək  itkilərin  müəyyənləşdirərək  onların 



66 

 

kompensasiya  edə  bilən  alternativ  variantlarının  aşkar  edilməsi  risk  menecmentin 



əsas vəzifələrindən hesab edilir.  

Risk  menecmenti  xüsusi  diqqət  tələb  edən  bir  sahədir.    Xüsusilə  son  illərdə  bu 

istiqamətdə  çox  əhəmiyyətli  layihələr  həyata  keçirmişdir.  Dünyada  baş  verən 

qlobal  maliyyə  böhranı  isə  risk  sferası  üzrə    layihələrini  əhəmiyyətinin  daha  da 

artırmışdır.      Bunu  müvafiq  olaraq  qeyd  edə  bilərik  ki,  ölkəmizdə  risk  

menecmentinin hansı model üzərində qurulması olduqca aktual hesab edilir. Lakin 

buna  baxmayaraq,  bu  gün  ölkəmizdə  olan  risk  menecmentin  qurulacaq  model  

daha çox inteqrasiya olunmuş, eləcə də, kəskin dəyişiklikləri əhatə edən bir model 

olmalıdır. Bu istiqamət üzrə adekvat və işlək prosedurların formalaşdırılması, risk 

menecmentin  əsasını  təşkil  edir.  Məhz  buna  görə    risklərin  idarəolunması 

prosesində    xüsusi ilə    kredit  verilməsi  ilə  əlaqədar    kredit  riskləri üzrə tələblərin 

yenilənməsi, 

stress 

testləşdirmə 

və 

tövsiyələrin  hazırlanmasından  risk 



menecmentin  tələblərinə  uyğun  əməliyyat  sistemi  keçid  çox  mühüm  əhəmiyyət 

kəsb edir.  

Tədqiqat işində irəli sürülən təkliflər aşağıdakılardır : 

1.

 



risk menecmentinin tətbiq istiqamətlərinin genişləndirilməsi ilə əlaqədar bir 

sıra təkliflər verilmişdir  

2.

 

banklarda  risklərin  idarə  olunması  sistemi  üzrə  müəyyən  edilmiş  qayda  və 



prosedurların təkmilləşdirilməsi istiqamətləri göstərilmişdir ; 

3.

 



Banklarda  risklərin  idarə  edilməsi  prosesindən  cavabdeh  olan    müvafiq 

şöbələrində əməkdaşların bilik və bacarığının artırılması ilə bağlı  müxtəlif 

təlim və treyninqlərin  keçilməsi 

4.

 



Bank sferasında risklərein idarə edilməsi və məhdudlaşdırılması baxımından 

skorinq metodunun tətbiqi 

 

 

 




67 

 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə