24
keçirməsi üçün yetərli maliyyə vəsaiti olmur. Belə olan hal-
larda lizinq verən bir və ya bir neçə kreditordan əlavə vəsait
(icarəyə verilən əmlakın dəyərinin 80%-dək məbləğdə) cəlb
edərək lizinq obyektini əldə edir və onu icarəyə verir. Bu
zaman icarə obyekti və lizinq ödənişləri ssudanın təminatı
kimi çıxış edir. Bu hal Azərbaycan Respublikasının Mülki
Məcəlləsində (m. 748-4.2) aşağıdakı formada öz əksini
tapmışdır:
“Lizinq verən pul vəsaitinin cəlb edilməsi məqsədi ilə
girov kimi lizinq müqaviləsinin şərtləri üzrə alınacaq lizin-
qin obyektini istifadə edə bilər”.
Azяrbaycanda lizinq
Azərbaycanda ilk lizinq şirkəti 1993-cü ildə yara dıl-
mışdır. Hal-hazırda bu şirkətlərin sayı 20-dən artıqdır.
Respublikada lizinqlə həm ixtisaslaşdırılmış və məhz bu
məqsədlər üçün yaradılmış xüsusi lizinq şirkətləri, həm
də banklar qanunvericiliyin onlara verdiyi səlahiyyətlər
çərçivəsində məşğul olurlar. 2004-cü ildə Azərbaycan Li-
zinq Şirkətləri Assosiasiyası yaradılmışdır. Assosiasiyanın
əsas məqsədi lizinq bazarı iştirakçılarının maraqlarının
müdafiəsidir. Qurum, həmçinin lizinq verənlər üçün daha
münbit şəraitin yaradılması məqsədilə onlarla dövlət
qurumları arasında vasitəçi rolunu oynayır. Son dövrlər
Assosiasiya bu sektorun daha da təkmilləşdirilməsi
məqsədilə müxtəlifyönlü təkliflər paketi (vergi, qanunveri-
cilik və s.) hazırlayaraq dövlət orqanları qarşısında çıxış
edir.
Lizinq haqqında ilk qanunvericilik aktı 29 noyabr
1994-cü il tarixli “Lizinq xidməti haqqında” Azərbaycan
Respublikasının Qanunu olmuşdur. Bu qanun MDB
məkanında lizinq sahəsində ilk normativ hüquqi akt
olmuşdur. Maliyyələşdirmənin yeni növü və bazar
üçün yad olmasına baxmayaraq, bu sənədin qəbulu
mütərəqqi hal sayılmalıdır. Qanun 5 fəsil, 16 maddədən
ibarət olmaqla, özündə bu sahənin tənzimlənməsi üçün
lazım olan minimum əsas tələbləri, o cümlədən lizinq
xidmətinin formalarını, lizinq müqaviləsinin məzmununu
və xitamı qaydalarını, lizinq müqaviləsi subyektlərinin
hüquq və vəzifələrini əks etdirmişdi. 2000-ci ildə
Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsinin
qəbulu və bu məcəllədə lizinqə xüsusi fəsil ayrılması
iləbu maliyyələşdirmə növünün hüquqi tənziminə əlavə
nəfəs verildi. 2003-cü ildə “Lizinq xidməti haqqında”
Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş
hesab olundu və ölkədə bu növü tənzimləyən yeganə nor-
mativ hüquqi akt Mülki Məcəllə oldu. 17 iyun 2003-cü il
tarixli qanunla məcəllənin lizinqə aid 38-ci fəslinə bir çox
əlavə və dəyişikliklər olundu.
Məcəllə, lizinq müqaviləsinə bu anlayış verilir: “Lizinq
müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə
ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və
digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququ-
nun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə
verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş
dövriliklə muzd ödəməyə borcludur.” Bununla yanaşı,
məcəllə lizinq verəni müqavilədə nəzərdə tutulan əmlakı
hazırlamaq və ya əldə etmək öhdəliyi ilə yüklü edir. Qa-
nun lizinq müqaviləsi üçün yazılı formanı mütləq edib.
Məcəllənin 748-ci maddəsinə görə lizinq müqaviləsində
tərəflərin müəyyən etdiyi digər şərtlərdən başqa,
aşağıdakılar mütləq göstərilməlidir:
- Lizinq müqaviləsinin adında lizinqin forması;
- Lizinq obyektinin dəqiq təsviri;
- Lizinq obyekti üzrə verilən hüquqların həcmi;
- Lizinq obyektinin verilmə yeri və qaydası;
- Lizinq müqaviləsinin müddəti;
- Lizinq obyektinin balans uçotunun qaydası;
- Lizinq obyektinin saxlanması və təmiri qaydası;
- Lizinq müqaviləsi əsasında lizinq verənin göstə rə cə yi
əlavə xidmətlərin siyahısı;
- Lizinq ödənişinin ümumi məbləği və lizinq verənin
mükafatının məbləği;
- Hesablaşma qaydasını əks etdirən lizinq ödə niş lərinin
qrafiki. Lizinq müqaviləsi vaxtından əvvəl icra edildikdə
lizinq ödənişlərinin hesablanması qaydası;
- Əgər müqavilə ilə ayrı hal nəzərdə tutulmayıbsa,
tərəflərin lizinq obyektini lizinq müqaviləsi ilə bağlı
risklərdən sığorta etməsi vəzifələri.
Qanunverici, həmçinin lizinq müqaviləsində tərəflərə
öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan
və lizinq müqaviləsinin ləğvinə səbəb olan halları
müəyyənləşdirməyi, tərəflər arasında hesablaşma və li-
zinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd
etməyi göstərir.
Maliyyələşdirmənin nisbətən yeni növü olmasına bax-
mayaraq, lizinq istehsalın, yerli industriyanın dirçəlməsi
üçün ən sərfəli vasitə sayıla bilər. Bank kreditindən fərqli
olaraq, bu münasibətlərdə lizinq verən əlavə təminat tələb
etmir. Müqaviləpredmeti özü lizinq verənin mülkiyyətində
qalmaqla, girov rolunu oynayır. Azərbaycan Respublikası
Vergi Məcəlləsininin 13.2.14-cü maddəsinə görə
maliyyə lizinqi əməliyyatı maliyyə xidməti sayılır və
elə həmin məcəllənin 164-cü maddəsinə əsasən maliyyə
xidmətlərinin göstərilməsi ƏDV-dən azad edilmişdir.
Lakin lizinq məqsədləri üçün idxal olunan malın ƏDV-yə
cəlb olunması bu halda lizinq obyektinin maya dəyərini
artırmış olur (məsələn: idxal zamanı hesablanmış əlavə
18%, maliyyə li zinqi xidməti ƏDV-dən azad olunduğuna
görə əvəzləşdirilə bilmir və malın maya dəyərinin üstünə
gəlir) və bu da öz növbəsində lizinq ödənişlərinin artmasına
gətirib çıxardır.
Lizinqin digər üstünlüklərinə aşağıdakıları aid etmək
olar:
Lizinq alan üçün malın istehsalçısının və tədarükçünün
tapılması, malın idxal edilməsi, bütün gömrük və vergi
rüsumlarının ödənilməsi ilə tam xidmətin göstərilməsi;
Lizinq ödənişləri üçün bank krediti ödənişlərindən
fərqli olaraq daha sərbəst və “üzən” qrafikin tətbiq
edilməsi.
Bundan əlavə, lizinq fəaliyyətinin lisenziyalaşdırılan
fəaliyyət növü olmaması da əlavə üstünlük hesab oluna
bilər.
Bakы
HUQUQ
Jurnalы