Baku Law Journal indd



Yüklə 5,19 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix01.09.2018
ölçüsü5,19 Mb.
#66697
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

17

  

  №1  |  ИЙУН 



2012

qonşu  qonşuya  borc  verirsə,  bunu  heç  vaxt  kredit 

adlandırmırlar. Lakin MM-yə görə bu da kreditdir.

Digər  tərəfdən,  predmeti  pul  olan  borcun  kredit 

adlandırılmasının praktiki əhəmiyyəti yoxdur. Hüquq-

da hər hansı təsnifatın isə praktiki əhəmiyyəti olmalıdır. 

Belə ki, elə həmin 739.2-ci maddəyə görə müstəqil peşə 

fəaliyyəti  şəklində  pul  borc  verməklə  məşğul  olan 

şəxslər  əlavə  olaraq  peşəkarlıq  qaydasında  kreditlər 

verilməsi haqqında müddəaları gözləməlidirlər. Burada 

çox güman ki, kredit təşkilatları nəzərdə tutulur. Buna 

görə də yaxşı olmazmı ki, elə məhz kredit təşkilatlarının 

verdiyi  borc  kredit  adlandırılsın?  Təcrübədə  də  məhz 

bu yanaşma üstünlük təşkil edir. Çünki bu yanaşmanın 

praktiki əhəmiyyəti var. Kredit təşkilatlarının fəaliyyəti 

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  (bundan 

sonra “Mərkəzi Bank”) tərəfindən lisenziyalaşdırılır və 

ona nəzarət edilir. Başqa sözlə, kredit (bank) fəaliyyəti 

dövlətin icazəsi ilə həyata keçirilir.

Əgər bu yanaşma MM-də təsbit edilsə idi, “Banklar” 

haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci 

maddəsində xüsusi olaraq “bank krediti” anlayışından 

istifadə  edilməzdi.  Orada  bank  kreditinin  anlayışı 

belə  verilir:  “bağlanmış  müqaviləyə  uyğun  olaraq 

qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması 

hüququ  ilə)  və  faizlər  (komisyon  haqqlar)  ödənilmək 

şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə 

borc verilən pul vəsaitidir”. Bu anlayış, əlbəttə, qüsurlu-

dur, çünki ondan belə çıxır ki, bank krediti borc verilən 

pul vəsaitidir. Halbuki kredit və o cümlədən bank kred-

iti  ilk  növbədə  əqddir,  öhdəlikdir.  Lakin  indi  əsas  bu 

deyil. Əsas odur ki, qanunverici öz işini ağırlaşdıraraq, 

“bank krediti” terminini icad etmişdir.

Faizlяrin юdяnilmяsinin mцmkцnlцyц: 

tяcrцbя problemlяri

MM-nin 741-ci maddəsinə əsasən kredit müqaviləsi 

əvəzsiz ola bilər.

Təcrübədə məhkəmələrimiz hesab edirlər ki, kredit 

təşkilatı  olmayan  şəxsin  verdiyi  borc  mütləq  olaraq 

əvəzsiz  olmalıdır.  Bu  yanaşma  onunla  əsaslandırılır 

ki,  güya  faizli  kreditlərin  verilməsi  lisenziyalaşdırılan 

fəaliyyət növüdür və deməli, bu fəaliyyətlə yalnız kredit 

təşkilatları məşğul ola bilər. Lakin kredit təşkilatlarının 

fəaliyyəti  ona  görə  lisenziyalaşdırılır  və  ona  nəzarət 

edilir ki, onlar cəlb etdiyi pul vəsaitlərini müstəqil peşə 

fəaliyyəti şəklində borc verirlər. Hər hansı şəxsin öz pul 

vəsaitlərini istənilən sayda şəxsə və ya hətta cəlb etdiyi 

pul vəsaitlərini nadir hallarda digər şəxslərə faizlə borc 

verməsi tamamilə mümkündür. Buna görə də təşəkkül 

tapmış məhkəmə təcrübəsi yanlışdır.

“Banklar  haqqında”  və  “Bank  olmayan  kredit 

təşkilatları  haqqında”  Azərbaycan  Respublikasının 

qanunlarından  göründüyü  kimi,  bank  krediti  mütləq 

olaraq  əvəzli  olmalıdır.  Düzdür,  təcrübədə  bu  tələb 

banklar tərəfindən həmişə gözlənilmir. Belə ki, bəzi yerli 

bankların buraxdığı kredit kartlarındakı pul vəsaitlərini 

müəyyən  dövr  ərzində  əvəzsiz,  yəni  faiz  ödəmədən 

istifadə etmək olur.



Faizlяrin юdяnilmяsi dюvriliyi: 

yanlыш qanun vя qanunsuz tяcrцbя

Əlbəttə  ki,  bankların  və  digər  kredit  təşkilatlarının 

bağladığı  kredit  müqavilələrinin  böyük  əksəriyyəti 

mütləq  qaydada  borc  alanlar  tərəfindən  faizlərin 

ödənilməsini tələb edir. Və əksər hallarda faizlərin ayda 

bir dəfə ödənilməsi şərtləşdirilir.

Lakin əslində faizlərin ödənilməsinin belə dövriliyi 

MM-nin  741-ci  maddəsinə  ziddir.  Həmin  maddədə 

deyilir:  “faizlər  müvafiq  surətdə  bir  ilin  sonunda 

ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, 

borcun  qaytarılması  ilə  bir  vaxtda  ödənilməlidir”.  Bu 

müddəa  AMQ-dən  (§488)  götürülüb.  Lakin  tərcümə 

zamanı bir xətaya və bir böyük səhvə yol verilib. Xəta 

ondan ibarətdir ki, “bir ilin sonunda” əvəzinə “hər ilin 

sonunda” yazılmalı idi. Lakin bunu dolayısı ilə də başa 

düşmək olar və təcrübədə ciddi problem yaranmır.

Böyük  səhv  isə  ondan  ibarətdir  ki,  AMQ-də  bu 

müddəanın  sonu  da  var:  əgər  müqavilədə  ayrı  şərt 

nəzərdə  tutulmayıbsa.  Başqa  sözlə,  AMQ-də  bu,  dis-

pozitiv, bizdə isə imperativ müddəadır. Məlum olduğu 

kimi,  hüquq  normaları  iki  qrupa  bölünür:  imperativ 

(jus cogens) və dispozitiv (jus dispozitivum). MM-nin 

390.2-ci  maddəsinə  görə,  müqavilə  onun  bağlandığı 

vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə 

müəyyənləşdirilmiş,  tərəflər  üçün  məcburi  qayda-

lara (imperativ normalara) uyğun gəlməlidir. MM-nin 

390.6-cı maddəsinə əsasən isə müqavilə şərti tərəflərin 

razılaşması  ilə  ayrı  qaydanın  müəyyənləşdirilmədiyi 

halda  tətbiq  edilən  normada  (dispozitiv  norma) 

nəzərdə  tutulubsa,  tərəflər  razılaşma  əsasında  bu 

normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə 

tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür 

razılaşma  olmadıqda  müqavilə  şərti  dispozitiv  norma 

ilə müəyyənləşdirilir.

Nəzəriyyəyə  görə,  mülki  qanunvericilik,  əsasən, 

dispozitiv  normalardan  ibarət  olmalıdır.  Lakin  bi-

zim  MM  bunun  tam  əksini  nümayiş  edir.  Şərh  edilən 

741-ci  maddə  də  buna  nümunədir.  MM-də  istifadə 

edilən  dispozitiv  üslub  (“əgər  müqavilədə/tərəflərin 

razılaşmasında  ayrı/fərqli/başqa/digər  qayda  nəzərdə 

tutulmayıbsa”)  burada  tətbiq  edilməyib.  Buna  görə 

də  belə  çıxır  ki,  borc  alandan  faiz  yalnız  ildə  bir  dəfə 

alına bilər. Fərqli razılaşma etibarsızdır. Əlbəttə, sağlam 

məntiq  baxımdan  bu  nəticə  absurddur.  Lakin  necə 

deyərlər, qanun qanundur, ona əməl etmək lazımdır.

Bununla  belə,  nəinki  təcrübədə,  hətta  digər  nor-

mativ-hüquqi  aktlarda  belə  MM-nin  bu  imperativ 

normasına əməl edilmir. Belə ki, məsələn, Azərbaycan 

Respublikası  Prezidentinin  Mərkəzi  Bankın  nəzdində 

Azərbaycan  İpoteka  Fondunun  və  Azərbaycan 

Respublikasının  Sahibkarlığa  Kömək  Milli  Fondunun 

verdiyi kreditlərə dair müvafiq olaraq 22 dekabr 2005-ci 




Yüklə 5,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə