19
№1 | ИЙУН
2012
yaraq qüvvəyə minməklə; əgər borc torpağa sahibliklə
bağlı hüquqla təmin edilmişdirsə və ya tamamilə və
ya başlıca olaraq sənətkarlıq şəklində və ya peşəkarlıq
qaydasında müstəqil fəaliyyətin həyata keçirilməsi
üçün nəzərdə tutulmuşdursa”;Bu müddəanın mənası
tamamilə aydın deyil. AMQ-nin müvafiq müddəası
ilə müqayisə nəticəsində belə qənaətə gəlmək olar
ki, müddəa belə yazılmalı idi: “Fiziki şəxsə torpaq
sahəsinin girovu ilə təmin edilməmiş borc verilibsə –
borc alındıqdan sonra doqquzuncu ayın sonundan tez
olmayaraq və ləğvetmə haqqında üç aylıq xəbərdarlıq
müddətini gözləməklə; borc tamamilə və ya əsasən
sənətkarlıq şəklində və ya peşəkarlıq qaydasında
müstəqil fəaliyyətin həyata keçirilməsi üçün
verilmişdirsə, bu qayda tətbiq olunmur”.
4) “Hər bir halda borc alındıqdan on il sonra ləğvetmə
haqqında altı aylıq xəbərdarlıq müddətini gözləməklə.
Əgər borc alındıqdan sonra onun qaytarılması müddəti
və ya faiz dərəcəsi yenidən şərtləşdirilirsə, həmin
razılaşmanın bağlanma anı ödəniş müddətini əvəz
edir”.Buradakı son ifadənin mənası aydın deyil. AMQ-
nin analoji müddəasının təhlili nəticəsində bu qənaətə
gəlmək olar ki, qanunverici bunu demək istəyib:
“Həmin razılaşmanın bağlanma anı borcun alınması
anını əvəz edir”.
MM-nin 744.4-cü maddəsinə əsasən borc alanın
qeyd edilən ləğvetmə hüquqları müqavilə ilə
məhdudlaşdırıla və ya mürəkkəbləşdirilə bilməz.
“Bu müddəa Azərbaycan Respublikası, onun dövlət
orqanları və ya bələdiyyələr üçün borc müqavilələrinə
tətbiq edilmir”. Buradan aydın deyil ki, dövlət və
bələdiyyələr burada borc verən və ya borc alan
qismində nəzərdə tutulub. Yenə də AMQ-nə (§489)
müraciət edərək müəyyənləşdirmək olar ki, on-
lar borc alan qismində nəzərdə tutulublar. Eyni za-
manda burada dövlətlə yanaşı, onun orqanlarının
xatırlanmasını düzgün hesab etmirik. Çünki MM-nin
43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası
mülki hüquq münasibətlərində eynilə digər hüqu-
qi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan
Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər
olmayan orqanları həyata keçirirlər.
Maraqlısı həm də odur ki, MM-nin 744-cü
maddəsində müddətli kredit müqaviləsinə borc alan
tərəfindən vaxtından əvvəl verilməsi halları və onlar
üçün müəyyən edilən xəbərdarlıq müddətləri impera-
tiv şəkildə təsbit edilmişdir. Niyə axı müqavilədə borc
alanın xeyrinə bu hallar və müddətlər daha sərfəli
şəkildə nəzərdə tutula bilməz?..
Kreditin qaytarыlmamasы:
kollektor agentlik lяrinin fяaliyyяti
tяnzimlяnmяlidirmi?
Kredit müqaviləsinin bağlanması zamanı kredi-
toru narahat edən ən vacib məsələ verdiyi pulun
qaytarılmaması ehtimalıdır. İqtisadçılar buna kredit
riski deyirlər. Bu riskin idarə edilməsi üçün kreditorlar
adətən öhdəliklərin icrasının təminedilməsi üsullarını
təşkil edən əqdlər (girov/ipoteka, qarantiya, zamin-
lik və s.) bağlayırlar. Lakin təbii ki, bununla kredit
riski tamamilə aradan qalxmır. Hər bir halda kreditin
qaytarılması üçün ən azı həmin təminat üsullarından
da yararlanmaq asan məsələ deyil.
Buna görə də kreditorlar, xüsusən iri kreditor-
lar, məsələn, kredit təşkilatları problemli kreditlərin
qaytarılması üçün adətən bu fəaliyyətlə peşəkar
şəkildə məşğul olan şəxslərin xidmətlərindən istifadə
edirlər. Bu fəaliyyətə adətən kollektor fəaliyyəti, həmin
şəxslərə isə kollektor agentliyi(amma təbii ki, fərqli ad
da ola bilər, əsas mahiyyətdir
1
) deyilir.Bu fəaliyyətlə
hüquq xidmətləri göstərən şirkətlər də məşğul olurlar.
Hüquqi cəhətdən onlar kreditorla bağladıqları tapşırıq
müqaviləsi əsasında faktiki olaraq vasitəçi qismində
fəaliyyət göstərirlər. Təbii ki, bu fəaliyyətin həyata
keçirilməsi üçün hər hansı lisenziya (icazə) tələb olun-
mur.
Bununla belə, son zamanlar Azərbaycanda bu
fəaliyyətin xüsusi tənzimlənməsinə ehtiyac olduğu
haqda fikirlər səslənir. Hətta deyirlər ki, bu fəaliyyət
lisenziyalaşdırılmalıdır. Mərkəzi Bankın bəzi rəsmiləri
bu fəaliyyəti tənzimləməyə hazır olduqlarını da bəyan
ediblər.
Lakin bu fəaliyyətin niyə tənzimlənməli və
lisenziyalaşdırılmalı olduğunu heç kəs söyləmir.Çünki
əslində buna heç bir ehtiyac yoxdur. Bu, adi təmsilçilikdir.
Azərbaycanda, hətta məhkəmə instansiyalarının çoxun-
da hansısa tərəfin təmsil edilməsi üçün lisenziya və ya
icazə tələb edilmir. Borcun qaytarılmasını tələb etmək
üçün xüsusi tənzimləmə və lisenziya nəyə lazımdır ki?
Lazım deyil.
Xaricdə kollektor agentliklərinin fəaliyyətinin
bir növü, həmçinin problemli borcun kreditordan
alınmasından ibarətdir. Başqa sözlə, kollektor agentliyi
özü kreditora çevrilir. Azərbaycanda bu fəaliyyət hələlik
mövcud deyil. Lakin hətta bu fəaliyyətin tənzimlənməsi
və ya icazəli olması məqsədəuyğun de yil. Hətta
əvvəlki kreditor kredit təşkilatı olsa belə. Çünki kredit
təşkilatının problemli kreditinin alınması kollektor
agentliyinin kredit təşkilatına çevrilməsi demək deyil.
Burada əsas meyar ondan ibarətdir ki, bank sistemi-
nin sabit fəaliyyəti üçün heç bir sistem xarakterli risk
yaranmır. Həm də ki, kollektor agentlikləri yalnız kredit
təşkilatlarına xidmət göstərmirlər. Məsələn, bu xidmətə
1
Bu yaxınlarda Azərbaycanda bir kollektor agentliyi dövlət qeydiyyatına alınandan sonra mətbuatda məlumat yayıldı ki, bu, ilk milli kollektor agentliyidir. Ola
bilər ki, adına görə bu doğrudan da belədir. Amma mahiyyətcə bu fəaliyyətlə məşğul olan şirkətlər ölkəmizdə çoxdan mövcuddur.