20
Bakы
HUQUQ
Jurnalы
ehtiyacı olanlar sırasında mobil operatorlar və digər
şirkətlər də var.
Иstehlakчыlarыn hцquqlarы vя Mяrkяzi
Bankыn sяlahiyyяtlяrini aшmasы
MM kredit müqaviləsinin bütün əhəmiyyətli
şərtlərini, tərəflərin hüquq və vəzifələrini ətraflı
tənzimləmir. Bu boşluğu müəyyən mənada “Bank
olmayan kredit təşkilatları haqqında” Azərbaycan
Respublikasının Qanunu və Mərkəzi Bankının norma-
tiv xarakterli aktları doldurur. Lakin birinci qanundur-
sa, Mərkəzi Bankın normativ xarakterli aktları qanun
deyil, hüquqi qüvvəsinə görə onlar, hətta mərkəzi icra
hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi
aktlardan aşağıdır (“Normativ hüquqi aktlar haqqında”
Azərbaycan Respublikasının Konstitusiya Qanununun
4.4-cü maddəsi).
Ümumiyyətlə, Mərkəzi Bankın mülki hüquq
normaları müəyyən etmək səlahiyyəti yoxdur. Mərkəzi
Bank bank nəzarətini kredit təşkilatları üzərində
həyata keçirir və yalnız onlar üçün prudensial norma-
lar müəyyən edə bilər. Onun kredit təşkilatlarının cari
fəaliyyətinə, o cümlədən müştərilərlə bağladığı kredit
müqavilələrinə qarışmağa və beləliklə, digər fiziki və
hüquqi şəxslər üçün hüquq normaları müəyyən etməyə
səlahiyyəti yoxdur. Bank qanunvericiliyi publik hüquq
sahəsi, mülki qanunvericilik isə özəl hüquq sahəsidir.
Bunları qarışdırmaq olmaz
2
.
Hazırda isə biz bunun əksini görürük. Mərkəzi Bank
hətta kredit bazarının istehlakçılarının da hüquqlarını
müdafiə etmək baxımdan hüquq normaları müəyyən
edib. Bu normalara doğrudan da ehtiyac var, çünki
daha güclü tərəf olan kredit təşkilatları istehlakçıların
hüquqlarını ciddi şəkildə pozurlar. Amma həmin nor-
malar qanunla müəyyən edilməlidir. Mərkəzi Bank
özü də bankdır, bank sisteminin tərkib hissəsidir, buna
görə də özü-özü üçün qaydalar müəyyən edə bilməz.
Bu kontekstdə həm MM-də kredit müqaviləsinin
tənzimlənməsinin genişləndirilməsi, həm də kredit
bazarının istehlakçılarının müdafiəsinə yönələn
müddəaların aidiyyatı qanunda təsbiti olduqca vacib-
dir.
Иslam bankчыlыьыnыn qanuni mцmkцnlцyц
vя faktiki qeyri-mцmkцnlцyц
İstehlakçıların hüquqlarının qorunması baxımından
İslam bankçılığı sahəsində də qanunvericiliyin inkişafı
zəruridir. İslam bankçılığı prinsiplərinə (əsas prinsip
kreditin faizsiz olmasıdır) söykənən kreditləşdirmə
Qərb ölkələrində olduğu təqdirdə bizdə yoxdur. Ona
görə yox ki, tələbat yoxdur. Ona görə ki, adekvat qanun-
vericilik bazası mövcud deyil.
Əlbəttə, qanunla qadağan edilməyən hər
hansı fəaliyyəti həyata keçirmək olar. Lakin digər
tərəfdən, bank fəaliyyətinin böyük əhəmiyyəti və
lisenziyalaşdırılan fəaliyyət növü olması mülki hüquq
normaları ilə yanaşı, bank qanunvericiliyi müstəvisində
də tənzimləmə tələb edir. Buna görə də həm MM-də, həm
də “Banklar haqqında” Azərbaycan Respublikasının
Qanununda müvafiq müddəalar olmalıdır. Müqayisə
üçün qeyd edək ki, Qazaxıstan və Qırğızıstan artıq bu
addımı atıblar.
Beləliklə, Azərbaycanda geniş tətbiq edilən kredit
müqaviləsi üzrə qanunvericilik problemləri az deyil
və bu problemlər olduqca ciddidir. İlk növbədə MM-
nin kredit müqaviləsinə dair mövcud müddəaları
təkmilləşdirilməlidir.
Əks
halda,
məhkəmələr
onları təfsir edərkən AMQ-yə müraciət etməyə
məhkumdurlar. Daha sonra, bank qanunvericiliyi, o
cümlədən Mərkəzi Bankın normativ xarakterli aktları
xeyli təkmilləşdirilməlidir.
2
Yeri gəlmişkən, kredit fəaliyyəti sahəsində Mərkəzi Bankın normativ xarakterli aktlarında bilavasitə Mərkəzi Bankın səlahiyyətinə aid olan məsələlərin özü
sistemsiz, qüsurlu və bəsit şəkildə tənzimlənmişdir. Məsələn, hətta “bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu”, “aidiyyəti şəxslər”
və kredit
fəaliyyətinin normal şəkildə həyata keçirilməsi üçün zəruri olan digər adi anlayışlar belə amorf və anlaşılmaz şəkildə təsbit edilmişdir. “Banklarda kreditlərin
verilməsi Qaydaları” isə ümumiyyətlə Mərkəzi Bankın ən zəif normativ xarakterli aktıdır.
İnkişaf edən dunya iqtisadiyyatı, maliyyə resusrslarının
daha effektiv istifadə edilməsi zərurəti yeni maliyyə
alətlərinin yaranması və tətbiq edilməsini gündəmə
gətirmişdi. Bu baxımdan biznesin nisbətən yeni forması
sayılan lizinq daha münasib şərtləri ilə sahibkarlığın sürətli
inkişafına təkan vermiş oldu.
Lizinq üçün vahid beynəlxalq anlayış yoxdur. Bu da
ilk novbədə lizinq münasibətlərinin çoxşaxəliyindən,
məsələyə müxtəlif ölkələrin qanunvericiliyinin və vergi
sisteminin fərqli yanaşmalarından irəli gəlir. İAS-17 – liz-
inq üçün beynəlxalq mühasibat standartlarında lizinqə
belə anlayış verilir: “Əmlakdan istifadə hüququnu
razılaşdırılmış müddətə ödəniş və ya dövri ödənişlər
əvəzində lizinq verənin lizinq alana verməsini nəzərdə tu-
tan razılaşma”. Avropa Lizinq Şirkətləri Assosiasiyalarının
Federasiyası – Leaseurope isə lizinqi belə təqdim edir –
“Lizinq – icarəyə verən tərəfindən mülkiyyət hüququnu
özündə saxlamaq şərtilə, zavodların, sənaye mallarının,
avadanlıqların, daşınmaz əmlakın icarəçiyə istehsalat
məqsədilə istifadəsinə verilməsini nəzərdə tutan icarə
müqaviləsidir.” Zənnimcə, lizinqə ən sadə və dolğun
anlayış 29 noyabr 1994-cü il tarixdə qəbul olunmuş və
09 avqust 2003-cü il tarixdə qüvvədən düşmüş “Lizinq
xidməti haqqında” Azərbaycan Respublikasının Qanu-
nunda verilmişdi – “lizinq – istehlakçının sifarişi əsasında
əmlakı satın almaqla onu istehlakçıya orta və uzun müddətə
icarəyə vermək məqsədilə həyata keçirilən xidmət növü”.
“Lizinq” termini (ingilis dilindən “lease” – kirayə,
icarə, əmlakın müvəqqəti istifadəyə verilməsi və ya
götürülməsi) iqtisadi leksikona ilk dəfə 1877-ci ildə “Bell”
telefon kompaniyasının öz telefonlarını müştərilərinə
icarəyə verməsi haqqında qərar qəbul etdiyi andan daxil
edilmişdir. Lakin lizinqi əsas sahibkarlıq fəaliyyəti kimi
həyata keçirən ilk şirkət 1952-ci ildə San-Fransiskoda
yaradılan “United States Leasing Corporation” olmuşdur.
Vaxt keçdikcə bu biznes inkişaf edir və artıq 80-ci illərdə
ABŞ-da digər sahələrlə yanaşı, aviasiya texnikasının lizin-
qi də geniş yayılmağa başlayır. Avropada bu biznesin ilk
rəsmi “nümayəndə”ləri 1960-cı ildə İngiltərədə qeydiyyata
alınmış “Mercantile Leasing Corporation”və 1962-ci ildə
Düsseldorfda yaradılmış “Deutsche lising GMbH” şirkətləri
olmuşdur.Vaxt keçdikcə lizinq şirkətləri “maliyyə-lizinq
cəmiyyətləri” adlanmağa başladı; onlar artıq istehsalçılara
öz mallarının realizasiyası üçün yeni yollar tapmaqda
komək edir, həmçinin əqdlər və onlarla bağlı riskləri
maliyyələşdirirdilər. Hal-hazırda dünya li zinq bazarının
əsas hissəsi ABŞ-Qərbi Avropa-Yaponiya “üçbucağında”
cəmlənmişdir. Qərbi Avropada lizinqlə, əsasən, bankların
törəmə cəmiyyətləri olan ixtisaslaşdırılmış lizinq şirkətləri
məşğul olur.
SSRİ-də lizinq tam olmasa da, müəyyən çərçivələrdə
istifadə olunurdu. Buna SSRİ Dəniz Donanması Nazirliyi
tərəfindən gəmilərin ekipajsız icarəsini misal göstərmək
olar. Bu sahədə ilk qanunvericilik aktı kimi 16 fevral
1990-cı il tarıxli “SSRİ və ittifaq respublikalarının icarə
haqqında qanunvericiliyinin əsasları”nı və lizinqin müha-
sibat uçotunda əks olunması qaydalarını özündə ehtiva
edən SSRİ Dövlət Bankının 16 fevral 1990-cı il tarixli 270
nömrəli “Mühasibat uçotu hesablarının planı haqqında”
məktubunu misal göstərmək olar.
1972-ci ildə Avropa Lizinq Şirkətləri Assosiasiyalarının
Federasiyası – Leaseurope yaradıldı. 2006-cı ildən isə bu
təşkilat Avropada həm lizinq, həm də avtomobil nəq-
liyyatının icarəsi industriyasını özündə birləşdirmişdir. Hal-
hazırda Leaseurope-nin 33 ölkədən olan 45 üzvü vardır.
Lizinqin forma vя nюvlяri
Lizinqin operativ və maliyyə lizinqi növləri fərqlən-
dirilir.
Operativ lizinq əmlakın onun istismar müddətindən
daha az müddətə bir neçə dəfəyədək lizinqə verilməsini
nəzərdə tutur. Bu tip lizinq müqaviləsi qısamüddətli (3-5
ilədək) olması və icarə vaxtı əmlakın tam amortizasiya
olunmaması ilə xarakterizə olunur. Müddətin sonunda
əmlak yeni lizinq müqaviləsinin obyekti olur və ya icarəyə
verənə (lizinq verənə) qaytarılır. Operativ lizinqə, əsasən
tikinti texnikaları (məsələn: ekskavator, qaldırıcı kranlar),
nəqliyyat vasitələri və s. verilir.
Maliyyə lizinqi müqavilənin daha uzun müddətliliyi
(adətən 5 ildən 10 ilədək) və lizinq obyektinin tam və ya
böyük hissəsinin amortizasiyası ilə xarakterizə olunur.
Maliyyə lizinqi müqaviləsinin müddəti bitdikdə, lizinq
alan lizinq obyektini qaytara, müqaviləni uzada və ya
yenisini bağlaya, həmçinin lizinq obyektini qalıq dəyəri
Tural Piriyev
Kapital Bank ASC-nin
Hцquq Departamentinin direktoru
Lizinq: anlayышы, tarixi
vя inkiшaf yollarы
“Zənginlik heç də əmlaka mülkiyyət
huququ ilə sahiblik yox, ondan istifadədir”
Aristotel “Ritorika”
22
Bakы
HUQUQ
Jurnalы