Baki dövlet universiteti



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə172/179
tarix11.07.2018
ölçüsü4,84 Mb.
#54822
1   ...   168   169   170   171   172   173   174   175   ...   179

Xalidə Faiq qızı İslamzadə 

422 


Saqqal saxlamağın  müstəhab (Həzrət  Muhəmmədin  bəzən  edib, bəzən  də  etmədiyi 

əməllər),  qırxmağın  isə  mübah  (mükəlləflərin  edib-etməməkdə  sərbəst  olduqları 

əməllər) olması fikrini müdafiə edən alimlərə görə, saqqal saxlamaq, yemək, içmək, 

geyinmək  adətdir.  Adət  isə  ibadətlə  bağlı  sünnət  deyil,  ürflə  əlaqədar  sünnətdir. 

Buna “sünnətüz-zəvdid” deyilir. Sünnətüz-zəvdid tərk edilməsi qəbahət sayılmayan 

sünnətdir.  Müşriklərə  iman  yönündən  bənzəmək  müsəlmanlara  haramdır.  Ürf  və 

adətə  dair  mövzularda  isə  caizdir  (17,  s.  155).  Çünki,  Rəsulullah  (s.ə.s.)  xristian 

rahiblərinkinə bənzər takunya (taxta ayaqqabı) geyinmişdir.  

Həmçinin  bir  sıra  insanlar  geyimi  də  dinləşdirmək  niyyətinə  düşərək  qalstuk 

taxmağın  müsəlmanlara  caiz  olmadığını  iddia  edirlər.  Halbuki  bu  ehtimalın 

həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu zaman haqlı olaraq sual meydana gəlir ki, əgər 

həqiqətən də  qalstuk  taxmaq  müsəlmanlara şəri yöndən qadağandırsa, bəs nə  üçün 

bunu iddia edənlər şalvar və pencək geyinirlər?! Bu məsələyə məntiqlə yanaşsaq, bu 

halda  belə  bir  nəticə  alınır  ki,  əgər  qalstuk  xristian  kəşfi  olduğu  üçün  müsəlmana 

taxmaq  olmazsa,  o  zaman  şalvar  və  pencək  də  xristian  ixtirası  olduğuna  görə, 

geyinilməsi  caiz  deyildir.  Lakin  qalstuk  taxmağın  müsəlmana  qadağan  olduğunu 

söyləyənlər  nədənsə  şalvar  və  pencəyin  də  qeyri-müsəlman  libası  olduğunu 

görməməzlikdən gələrək  onları geyinirlər. Qalstuku  xristian  geyimi hesab  etdikləri 

üçün  taxmayıb  xristian  libası  geyinməyin  müsəlman  dindarları  üçün  yolverilməz 

hesab edənlər qeyri-səmimi davranaraq şalvarla pencəkdən istifadə edib bunların də 

qeyri-müsəlman  ixtirası  olduğunu  gözardı  edirlər.  Altını  çizərək  qeyd  edək  ki, 

Həzrət Muhəmmədin (s.ə.s.) dövründə nəinki müsəlmanlar, o cümlədən müşriklər də 

Peyğəmbər  (s.ə.s.)  kimi  saqqal  saxlayır,  uzun  əba  geyinir  və  əmmamə  taxırdılar. 

Yəni  sözügedən  saqqal  və  libas  şəkli  dinin  əmri  deyil,  sadəcə  o  dövrün  dəbi  ilə 

əlaqədardır.  

12.  Təsbeh  çəkmək:  Allahı  zikr  edərkən  “təsbeh”  adlı  muncuqlardan  istifadə 

olunması  müsəlmanların  arasında  yayqındır.  Lakin  Rəsulullah  (s.ə.s.)  Rəbbi  zikr 

edərkən  təsbeh  adlanan  muncuqlardan  istifadə  etməmişdir  Muncuqları  bir-bir 

çəkərək  Tanrını  anmaq  isə  İslama  Buddizmdən  keçmişdir.  Belə  ki,  Buddistlər  108 

kiçik  və  1  böyük  muncuqdan  ibarət  təsbehdən  istifadə  edərək  mantralar  (dini 

mətnlər) söyləyirlər (18, s. 335). Rəsulullahın (s.ə.s.) isə qızı Həzrət Fatiməyə (r.a.) 

və Həzrət Əli ibn Əbu Talibə (ə. s. ) tövsiyə etdiyi Allahı zikr şəkli belədir: 33 dəfə 

SÜBHANƏLLAH,  33  dəfə  ƏLHƏMDÜLİLLAH,  33  dəfə  də  ALLAHU-ƏKBƏR 

sözlərini  hər  gecə  demək  (19,  s.  84).  Mövzu  ilə  bağlı  mövcud  hədislərdə  Allaha 

təsbih  (SÜBHANƏLLAH),  təhmid  (ƏLHƏMDÜLİLLAH)  və  təkbir  (ALLAHU-




İslam dininə gətirilmiş xurafatlar, bidətlət 

423 


ƏKBƏR)  gətirərkən  Peyğəmbərin  (s.ə.s.)  muncuqlardan  istifadə  etdiyinə  və  yaxud 

onun vasitəsilə zikri tövsiyə etməsinə dair səhih məlumat yoxdur.  



13.  Bədnəzər:  Bədnəzərin  olub-olmaması  el  arasında  mübahisə  doğuran 

mövzulardandır. Bəziləri bunu xurafat, digərləri isə həqiqət hesab edirlər. Qeyd edək 

ki, bədnəzərin mövcudluğu elmi yolla isbat edilmişdir. Belə ki, gözdə biotok deyilən 

şüalar  vardır.  Əgər  həmin  şüaların  gücü  normadan  artıq  olarsa,  belə  adamın 

biotokları  məhvedici,  zərərverici  təsir  göstərir.  Məsələn:  Bədnəzəri  olan  adam  hər 

hansı  bir  əşyanı  bəyənib  ona  diqqətlə  baxarsa,  həmin  əşya  qırılır,  xarab  olur. 

Cəmiyyətdə  biotokları  güclü  olanları  “bədnəzərli”  adlandırırlar.  Müfəssirlərin 

əksəriyyəti  “….  .  Doğrusu  inkar  edənlər  zikri  (Quranı)  eşitdikləri  vaxt  hardaysa 

gözləri ilə səni yıxıb devirəcəklərdi…. ” kəlamından ibarət “əl-Qələm” surəsinin 50-

ci ayəsindəki “gözləri ilə səni devirəcəklərdi” sözlərini “nəzər” kimi təfsir etmişlər 

(20,  Elmalılı  Hamdi  Yazır.  Hak  dini,  Kuran  dili,  c.  VIII,  s.  5305).  Həzrət 

Muhəmməd  (s.ə.s.)  bədnəzər  haqqında  buyurub:  Nəzərdən  Allaha  sığının!  Çünki 

göz dəyməsi haqqdır (21, s. 268). Ondan qorunmaq üçün “Fatihə”, “Ayətəl-Kürsi”, 

“İxlas”,  “Fələq”, “Nass” surələrini  və  “Nun” surəsinin sonuncu  ayəsinin oxunması 

gərəkdiyini İbn Macə kitabının Tibb, 34-cü babında bildirir.  

Xurafatlardan,  bidətlərdən  qorunmağın  və  şirkə  düşməməyin  ən  doğru  yolu 

başqaların  əməllərinin  düzgün  olub-olmadığını  bilmədən  onları  kor-koranə  təqlid 

etmək deyil, dini yöndən maariflənməkdir.   

 

 

 



Xalidə Faiq qızı İslamzadə 

424 


 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 



V. M. Məmmədəliyev. Qurani-Kərim məalı. 2007.  

Seyyid Rəzi. Nəhcül-Bəlağə (tərcümə edən: Rəhman Nərimanoğlu). 2006, 336 s.  



Elmalılı. H. Yazır. Hak dini Kuran dili. İstanbul: Zaman yayın evi, VI c.  

A. Davudoğlu. Kuran-ı Kerim ve izahlı meali. İstanbul: Çile yayın evi, 1981.  



İmam Nevevi. Riyazüs Salihin (tərcümə edənlər: Y. Kandemir, İ. L. Çakan, R. 

Küçük). İstanbul: Erkam yayınları, 2005, VII c, 644 s.  

Müslim  b.  H.  Sahihi  Müslim  ve  tercümesi  (tərcümə  edən:  M.  Sofuoğlu). 



İstanbul: İrfan, 1988, VI c.  

Faruk Beşer. Hanımlara özel fetvalar. İSTANBUL: Nun yayıncılık, 2007, 375 s.  



Mevlana.  Mesnevi-i  şerif,  (sadələştirən:  Prof.  Dr.  Amil  Çelebioğlu). 

İstanbul: Milli egitim yayınları, 2000, c. I, 945 s.  

Xacə Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Bakı: Elm, 1980, 255 s.  



Əli Himmət Bərki, Osman Kəskioğlu. Xatəmül-Ənbiya Həzrəti Muhəmməd və 

həyatı. Ankara: Diyanət İşləri Başqanlığı Nəşri, 1996, 436 s.  

 Havva Ergene Işık. Hanım sahabiler. İstanbul: Gül yurdu yayınları, 2006, 320 s.  



 Buhari. Tecrid-i Sarih (tərcümə edən: M. Sofuoğlu). Akara: Ötüken yayın evi, 

1980.  



İmam Nevevi. Riyazüs Salihin (tərcümə edənlər: Y. Kandemir, İ. L. Çakan, R. 



Küçük). İstanbul: Erkam yayınları, 2005, III c, 607 s.  

 Ethem  Ruhi  Fığlalı.  Çağımızda  itikadi  İslam  mezhepleri.  Ankara:  Selçuk 



yayınları, 1996, 383 s.  

 Seyyid  Mühəmməd  Hüseyn  Fəzlullah.  Tərcümə  edən:  Xəyyam  Qurbanzadə. 



Əhli-Beyt məzhəbində namaz və oruc. Bakı: Xəzər Universiteti Nəşriyyatı, 2007, 349 s.  

İmam Nevevi. Riyazüs Salihin (tərcümə edənlər: Y. Kandemir, İ. L. Çakan, R. 



Küçük). İstanbul: Erkam yayınları, 2005, V c, 579 s.  

 Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi. İstanbul: 2010, XXXVIII c.  



В. В. Юрчук. Кришна. Минск: Современное слово, 2004, 350 стр.  

Müslim. b. H. Sahihi-Müslim. İstanbul, VIII c.  

19. Elmalılı Hamdi Yazır. Hak dini, Kuran dili. İstanbul: Zaman yayın evi, VIII c.  

20. İ. Mace. Sünen-i İbn-i Mace tercemesi ve şerhi. Tıbb, Nazar deymesi işi ba-

bı 32 (tərcümə edən: H. Hatipoğlu). İstanbul: Kahraman yayınları, 1983, IX c, 640 s.  

 



Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə