Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Okeandan istifadənin digər istiqamətləri



Yüklə 137,16 Kb.
səhifə25/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Okeandan istifadənin digər istiqamətləri. Bəşəriyyətin keçmişi, bu günü və gələcəyi okean ərazisindən nəqliyyat istifadəsi ilə bağlıdır. Dəniz nəqliyyat fəaliyyəti yüksək dərəcədə dinamikliyi ilə fərqlənir, beynəlxalq gəmiçilik ticarətinin yerinə yetirdiyi xidmətin illik həcmi 150 mlrd. dollar təşkil edir. Okean və onun sahilləri təbiətdən rekreasiya məqsədilə istifadə üçün ən gözəl yerlərdir. Odur ki, dünya əhəmiyyətli iri kurortlar okean və dənizlərin sahilində yerləşir. Sahilyanı zonada bütün dünyadakı rekreantların yarıya qədəri istirahət edir. 2025-ci ilə onların sayı 2 dəfə artması proqnozlaşdırılır. Yalnız Aralıq dənizi sahillərinə 110 mln. turist gəlir. Okean həm də elmi əhəmiyyət kəsb edir. Dünya okeanını dərk etməyə (öyrənməyə) və mənimsəməyə can atmaqla bəşəriyyət tarixində həmişə kainatı bütövlüklə, planetimiz haqqında isə qismən ətraflı və dərin biliklər əldə olunmuşdur. Akademik A.Sidorenko belə hesab edir ki, «Okeanın dibini öyrənməklə biz planetimizin təkamülünü daha yaxşı dərk edəcəyik». Okean daxilində bütün okean boyu 80 min km uzunluğunda əzəmətli sıra dağları, okean və qurunun qlobal rifət sistemini aşkar etməklə Yerin tarixi haqqında olan anlayış dəyişdi. Məhz okeanda planetar miqyasda aşkar edilən hadisələri tədqiq etməkYerin mənşəyi və inkişafını dərk etməkdə alimlərə kömək edər. Belə ki, «Qlomar Çellencer» xüsusi gəmisinin Okeanda apardığı dərin qazma işləri okeanların genişlənməsi, rif zonalarında yer qabığının aralanması və oradan okean dibinin fasiləsiz «cavanlaşması» faktını təstiq edir.
Dənizlərin vəziyyətinə təsir göstərən insan fəaliyyəti növləri aşağıdakılardır: - Dənizlərin hidroloji rejiminin dəyişməsinə ora tökülən çayların hövzəsində insan fəaliyyəti böyük təsir göstərir. Çay hövzələrində insan fəaliyyəti (əkin sahələrinin artması, suvarma sisteminin qurulması, meşələrin məhv edilməsi, gübrə və pestisidlərdən istifadə, müxtəlif tikililər və s.) çayların hidroloji rejiminə və oradan da dənizlərin, xüsusilə qapalı dənizlərin rejiminə təsir göstərir. XX əsrin əvvəlində əkinçiliyin inkişafı ilə əlaqədar olaraq qurudan dənizə axan çay gətirmələrinin antropogen fəaliyyətinə düşən payı qlobal təbii normadan artıq olmuşdur. Hazırda, əsasən XX əsrin ikinci yarısında çaylar üzərində tikilən bəndlər və suvarma sistemləri gətirmələri, o cümlədən biogen maddələrin axınını saxlayır və xeyli azaldır.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə