Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə14/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

 
 
45 
olan  ümidlərinin  azalmasındandır.  Bütün  bu  kədərin  ağır-
lığı  Ə.Cavadın  Türk  dünyasına  övlad  sevgisindən 
qidalanır. 
1917-ci  ildə  Bakıda  «Cəmiyyəti-Xeyriyyə»  xətti  ilə 
Azərbaycan yazıçı və şairlərinin Türkiyənin I Cahan sava-
şında çəkdiyi müsibətlər mövzusunda yazılan şeir, hekayə 
və  məqalələr  «Qardaş  köməyi»  kitabında  toplanmışdı. 
Həmin  kitabda  M.Ə.Rəsulzadə,  H.Cavid,  A.Şaiq,  A.Səh-
hət,  F.Köçərli,  Ə.Haqverdiyev,  M.S.Ordubadi,  M.Y.Cə-
fərov,  Xosrov bəy  Sultanov, C.Cabbarlı  və  s.  müəlliflərin 
(cəmi  37  nəfər)  əsərləri  yer  alır.  Ə.Cavadın  haqqında 
söhbət  açacağımız  bir  hekayəsi  və  «Yazıq»  şeiri  də 
məcmuəyə  daxil  olan  əsərlər  arasındadır  (81,  56-60;  41). 
«Yazıq»  şeirində  şair  savaş  faciələrindən  soydaşlarının 
deyil,  «dənizlərin,  dalğaların»  belə  dərdə  düşməsini, 
xalqın  «öz  elində  qərib  kəsilməsini»,  ah-nalələri  ürək 
ağrısı  ilə  şeirə  çəkir,  «yoldan  azanları»  lənətləyir,    «sizə 
düşər dərdin yarısı» deyir və onları «könül yapmağa»,  öz 
qardaşlarına yardıma səsləyir.  
 
«Ey elin xanımı, qızı, qarısı,  
Əl açmış bacılar duşmana, yazıq!»  (42, 143) 
 

  deyən  şair    belə  dözülməz  durumda  da  sabaha  inam  və 
qələbə  arzusunu  bildirir.  Bilir  ki,  türk  xalqları  əyilsə  də 
yenilməz.   
B.Nəbiyev Ə.Cavadın «Yazıq» şeirindən:  
 
Dəniz dərdə düşər, dalğalar ağlar,  
Dağlar dərdə gəlsə, dumana yazıq  
 
– beytini misal çəkərək yazır: «Burada oxucunu cəlb edən 
ilkin,  üzdə  olan  əlamət  alliterasiyadır.  Lakin  burada 
obrazlar silsiləsinin məna ardıcıllığı daha vacib məqamdır. 


 
 
46 
Hər  şeydən  əvvəl  bu  beytdə  dərdin  böyüklüyü  çox  iri 
miqyaslı obrazlar vasitəsilə ifadə olunmuşdur» (102, 107).  
Ə.Cavadın  bu  mövzudakı  silsilə  şeirləri  ilə  yanaşı, 
«Xuda qəbul nəkə» (Allah qəbul eyləməsin – A.M.) heka-
yəsində  müəllif  özü  də  «Xeyriyyə  cəmiyyəti»nin  üzvü 
kimi iştirak edir (81, 56-60). Hekayənin qəhrəmanı isə ev-
eşiyi  dağılmış,  Türkiyəni,  İranı  və  Rusiyanı  gəzib,  itmiş 
körpə  oğlunu  axtaran  anadır.  Son  ümid  yeri    Bakı 
«Xeyriyyə  Cəmiyyəti»nin  cəbhə  bölgəsindəki  məntəqəsi 
olur,  cəmiyyət  üzvlərindən  oğlu  Həsəni  axtarıb  tapma-
larını  xahiş  edir. Cəmiyyətin nümayəndəsi  ananın oğlunu 
bütün  bölgələrdə  axtarsa  da  tapılmır,  məlum  olur  ki,  onu 
bir  rus  zabiti  özü  ilə  aparıb.  Publisistik  üslubda  olan  bu 
hekayə  Ə.Cavadın  şahidi  olduğu  hadisə  əsasında  yazılıb 
və  müharibənin  gətirdiyi  faciələrin  dəhşətini,  ağırlığını 
daha real şəkildə və əhatə dairəsini göstərmək baxımından 
maraq doğurur.  
Ümumiyyətlə, Birinci Cahan savaşının Türkiyə obala-
rında  törətdiyi    fəlakətlər  haqqında  yazılan  və  bir  çoxu 
«Qardaş  köməyi»  toplusunda  verilən  ədəbi  publisistik 
əsərlərin  əksəriyyətində  nikbinlik,  sabaha  inam  da  var. 
«Qardaş  köməyi»  bu  inam  və  hərbzədələrə  yardım 
çağırışı xarakterinə görə  rəğbətlə qarşılanmışdır.  
Azərbaycan  ədəbiyyatının  görkəmli  tədqiqatçısı 
professor  Yavuz  Akpınar    həmin  kitab  haqqında  yazır: 
«Bu, artıq tarixə «Qardaş köməyi» kimi  düşmüş,  I dünya 
savaşında  Qafqaz  cəbhəsində  böyük  sıxıntılarla,  rus  və 
erməni zülmüylə qarşılaşmış vətəndaşlarımıza Azərbaycan 
türklərinin şəfqət əlini uzatmasıdır» (9).  
Azərbaycan  yenidən  öz  müstəqilliyini  qazandıqdan,  
Türkiyə  ilə  ədəbi-mədəni,  siyasi-ictimai  əlaqələrimiz  bir 
daha  canlandıqdan  sonra  «Qardaş  köməyi»  toplusunun 


 
 
47 
yeni  əlifba  ilə  çapına  ehtiyac  duyulmuş,  Nizami  adına 
Ədəbiyyat  İnstitutu  (Tərtibçi  və  ön  söz  müəllifi:  f.e.n. 
Nəzakət  Qafqazlı)  onu  nəfis  şəkildə  hazırlayıb  oxuculara 
çatdırmışdır (81).  
Ə.Cavadın savaş illərində qələmə aldığı «İki düşmən»  
hekayəsi  də    bəşəri,  ali  duyğuların  təbliğ  edilməsi  baxı-
mından  maraqlıdır.  Arxa  cəbhədə  tanış  olmuş  osmanlı  və 
rus  əsgərinin  mehribançılığını  və  səmimiyyətini  mənsub 
olduqları  millətlərin  ürək  təmizliyi  və  alicənablığı  ilə  də 
əlaqələndirən Ə.Cavad hekayəsini  Ə.Hüseynzadənin  məş-
hur  «Heyrət,  yaxud  bir    Mələyin  insanlara  xitabı»  şeirilə 
bitirir  (43,  8-12).  Şairin  bu    istinadından  da  göründüyü 
kimi A.Şaiq «hətta  Cavad və Cavid kimi qiymətli şairləri 
– Əlibəy yetişdirdi» deməkdə haqlısız (43, 91). 
Prof.  Əflatun  Saraçlı  Ə.Cavadın  bu  dövrdəki  fəaliy-
yətindən  danışarkən  haqlı  olaraq  belə  qənaətə  gəlir  ki, 
bunun  «…bir  əhəmiyyəti  ədəbiyyatımızda  Birinci  Cahan 
savaşı mövzusunun işlənmə dairəsi və çeşidliliyi idisə, bir 
əhəmiyyəti də ilk dəfə bu bölgələrdə türk soydaşlarımızın, 
qonşularımızın  durumunu  obyektiv  şəkildə  öyrənmək  idi. 
Ə.Cavad  üçün  isə  bu  həm  də  onun  dünyagörüşünün 
zənginləşməsi,  gələcək  bədii  yaradıcılığı  üçün  həyat 
müşahidəsi  və  yeni  mövzular  öyrənməsi  idi.  Ən  başlıcası 
isə  bunlar  Ə.Cavadın  istiqlal  və  türkçülük  görüşlərinin  
yetkinləşməsində  və  formalaşmasında  xüsusi  rol  oynadı» 
(112, 158).  
I  Cahan  müharibəsi  Ə.Cavad  yaradıcılığında  xüsusi  
mərhələ  təşkil  edir.  Bunu,  prof.  Ə.Cəfəroğlu  belə 
yazırdı:  «Azərbaycan  ədəbiyyatı  tarixində  I  Cahan 
müharibəsinin  salnaməsini,  tarixini  onun  qədər  heç  bir 
Azərbaycan  şairi  olduğu  kimi  əks  etdirə  bilməmişdir» 
(151, 288).  


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə