Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə16/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

 
 
51 
Kars qalası salam topu atdımı?  
Sən yaparkən orda zəfər şənliyi  
Məğlub düşmən qaşlarını çatdımı? (42, 152-153) 
 
Şair  bu  şeirdə  Qafqaz  İslam  Ordusunun  bütünlüklə 
Qafqaz  türklərinin  yurduna  gəldiyini  diqqətə  çatdırmışdır. 
Ə.Cavad  burada  Qars  qalasından  Türk  ordusuna  salam 
topu atılmasını da təsadüfi  olaraq işlətmir.  Şair Qarsın er-
mənilərin  tamah    saldıqları    Türk  torpağı  olduğunu  yada 
salmaq istəmişdir. O, Qafqaz İslam Ordusunu fəxrlə «şanlı 
ölkənin  şanlı  ordusu»  –  deyə  təqdim  edir.  Ə.Cavad  onun 
gəlişinin məqsədini aydın şəkildə bildirir. Şairə görə, Qaf-
qaz  İslam  Ordusunun  «Turandan  rusu  qovmağa»  gəlmə-
sindən  hər  yer,  o  cümlədən  öz  sırasını  gözləyən  Dağıstan 
dağları da  sevinib şadlanır, Kür və Araz çayları sevincdən 
coşur:  
 
Gəldiyin gün Kürün axar-baxarı  
Əski günahlardan silkindi, çıxdı!  
Eşidib Gümrüdə
*
 təkbir səsini 
Araz sevincindən dünyanı yıxdı!  
 
Türk əsgərinin keçib getdiyi yerlərdə abadlıq və əmin-
amanlıq  hökm  sürdüyünə  inanan  prof.  Əflatun  Saraçlı  bu 
cəhətləri  belə  mənalandırır:  «Türk  ordusuna»  şeirində… 
Türkiyə 
əsgərlərinin 
Qafqazdakı 
qəhrəmanlıqları, 
qardaşın-qardaşa təmənnasız köməyi və bunun düşmənlərə 
görk olması da əks olunur» (112, 142). 
Ə.Cavad  şeirinə  belə  bir  qeyd  də  vermişdir:  «Bu 
parça  Bakını  fəth  edən  əsgərlərə  ithaf  edilmişdir  (42, 
152).  
                                                   
*
  Эцмрц  –  Совет  Ермянистанында  ады  Ленинакан  олараг 
дяйишдирилмиш гядим тцрк торпаьы 


 
 
52 
B.Nəbiyev  şeirin  məna    və  məzmununu  belə  ümumi-
ləşdirir:  «Ə.Cavad  Azərbaycan  xalqını  bolşevik-daşnak 
əsarətindən  xilas  etmək  üçün  gəlmiş  türk  ordusunu  öz 
əsərlərində  dərin    səmimiyyətlə  qarşılayır,  onun  təkcə 
azərbaycanlılar  qarşısında  deyil,  bütün  türklər  və 
tərəqqipərvər  dünya  qarşısında  tarixi  xidmətlərini 
tərənnüm edirdi. «Türk ordusuna» şeirində hər şey olduğu 
kimi,  öz  adı  ilə  verilir,  qardaş  ölkənin  xilaskar  ordusu 
Turandan  rus  işğalçılarını  qovduğu  üçün  alqışlanırdı. 
Viran  edilmiş  xan  sarayı  da,  xalqın  müsibətləri  üçün  qan 
ağlayan  Araz  da,  Kür  də,  Qara  dəniz  də,  vüqarlı  Qars 
qalası  da,  uca  Dağıstan  dağları  da  türk  ordusunun 
insanpərvərlik  missiyası  sayəsində  öz  həyatlarının  yeni 
mərhələsinə qədəm qoyurlar» (102, 55).  
Əhməd  Cavad  Qafqaz  İslam  Ordusunun  qələbələrlə 
dolu  yürüşünü  sanki  addım-addım  izləmiş,  onu  öz  şeir-
lərində  sevinc  və  qürur  hissi  ilə  tərənnüm  etmişdir.  «Ey 
əsgər»  şeiri  bu  baxımdan  maraq  doğuran  nümunələr-
dəndir. Orada türk ordusuna müraciətlə deyilir:  
 
Dağa, daşa sancağını öpdürüb,  
Duman kimi bu dağları bürüdün!  
Dənizlərə salam rəsmi yapdırıb,  
Göylərdəki bulud kimi yürüdün!  
Yürü, yürü batan günün izinə!  
Gülümsəyir doğan günəş yüzünə! (42, 151) 
 
Bu  şeir  öz  ruhu,  üslubu  ilə  M.Ə.Yurdaqulun  «Yürü, 
oğlum,  yürü  git,  Ya  qazi  ol,  ya  şəhit!»  beytində  olduğu 
kimi hücum marşı təsiri bağışlayır.  
Ə.Cavad  türkün  məhz  İslam  inamlı  olmasını  da 
Türkiyə  ordusunun  əsas  keyfiyyətlərindən    sayır  və  bu 
cəhətin  «əsən  yel»  vasitəsi  ilə  «eşitməyən  qulaqlara»  da 


 
 
53 
çatdırılmasını vacib sayır:  
Ey Türk, sənin hansı dində olduğun,  
Minarəyə buyur, bizə söyləsin!  
Eşitməyən qulaqlara səsini  
Əsən yelə buyur, xəbər eyləsin!  
Yürü, yürü batan günün izinə!  
Gülümsəyir doğan günəş yüzünə!  (42, 152) 
 
Ə.Cavad  bu  şeirində  Qafqaz  İslam  Ordusunun  Azər-
baycanda  həyata  keçirdiyi  xilaskarlıq  işlərini  də  xüsusi 
nəzərə  çatdırır.  Şair  Qafqaz  İslam  Ordusunun  Azərbay-
candan  düşmənləri  qovduqdan  sonra  ölkənin  dinc  həyata 
qədəm  qoymasını  arzulayır  və  xilaskar  orduya  iftixarla 
təşəkkürünü çatdırır:  
 
Şu qarşıkı duman çıxan bacadan  
Sən gəlmədən iniltilər çıxardı.  
Geciksəydin məzlumların fəryadı  
Yeri, göyü, kainatı yaxardı!  
Yürü, yürü batan günün izinə!  
Gülümsəyir doğan günəş yüzünə!  (42, 152) 
 
Ə.Cavad  onu  da  xüsusi  olaraq  vurğulayır  ki,  azadlıq, 
istiqlaliyyət  və  ədalətin  bərpası  üçün  gələn,  üzünə  doğan 
günəşin də gülümsədiyi türk əsgərinin ayaq basdığı yerlər 
qaranlıqdan çıxıb, aydınlığa qovuşur. 
Azərbaycanı Turanın bir  parçası,  Osmanlı türklərinin 
nənə  torpağı  hesab  edən  şair    türk  ordusunun  xilaskarlıq 
missiyasından və əldə etdiyi qələbələrdən doğan sevinc və 
coşqu hisslərini  belə ifadə edirdi:  
 
«Durnalarla göndərdiyim salamı 
Yetirdimi sana  ninen torpağı?!» (42, 152) 
 


 
 
54 
Bu  sevinc  və  coşqu  «İstiqlal  zəfərinin  dastanı»  kimi 
qiymətləndirilən  (182,  3)  «Bismillah»  şeirində    özünü 
daha  qabarıq  şəkildə    göstərməkdədir.  Bu  şeir  də  1918-ci 
ildə,  sentyabr  ayının  15-də  Bakının  Qafqaz  İslam  Ordusu 
tərəfindən  ruslardan  və  erməni  daşnaq  qüvvələrindən, 
həmçinin  ingilis  əsgərlərindən  tam  azad  edilməsi 
münasibəti  ilə  yazılmışdır.  Ə.Saraçlı  «Bismillah» 
şeirindən  bəhs  edərkən  yazır:  «…İlk  baxışda  «Bismillah» 
sözü  dini  məna  təsiri  bağışlasa  da,  o  vətən,  azadlıq,  inam 
anlamındadır. Bakının düşmənlərdən təmizlənməsi, qardaş 
Türkiyə 
ordusunun 
yardımı, 
başkəndin 
Bakıya 
köçürülməsi, birlik, qardaşlıq, qələbə əzmi vətəndaş şairin 
odlu 
misralarında  əzəmətli  səslənir»  (112,  142). 
Ə.Cavadın  şeirə  «Bismillah» adını verməsi təsadüfi deyil 
və əslində müqəddəs vətən torpağı üçün başlanmış olan bu 
işə  Allahdan xeyir-dua diləyidir. Bakı  şəhərinə  müraciətlə 
yazılan  bu  şeirdə  əsgərlərin  «zəfər  topları»nın 
gurultusundan, qələbə Sevincindən coşan ürək döyüntüləri 
böyük fərəh və sevinclə qələmə alınır:  
 
Atıldı dağlardan zəfər topları, 
Bürüdü elləri əsgər, bismillah! 
O xan sarayında çiçəkli bir qız 
Bəkliyor bizləri zəfər, bismillah! 
Ey döyünən yürək, dumanlı şəhər, 
Bilirmisən, bu zor gurultu nədir?  
Aç sisli qoynunu, ordumuz gəlir,  
Nişanlın qoynuna girər, bismillah! (42, 147) 
 
Şair  Türk  ordusunu  rəmzi  şəkildə  Bakının  istəklisi, 
nişanlısı  kimi  təqdim  edir.  İnanır  ki,  «şəhərin  sisli,  du-
manlı  qoynuna»  onun  istəkli  nişanlısı  girməklə  hər  iki 
həsrətli  vüsala  çatıb,  bu    vüsalın  şirinliyindən  «məst  ola-


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə