Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə10/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

 
 
30 
məmnun  oldular,  o  qədər  sevindilər  ki,  bizim  gözlərimiz 
yaşardı.  Hamısının  solğun  dodağından  boyasız  bir 
təbəssüm ilə bərabər bu kəlmələri eşidirdik:  
Həmd  olsun  cənabi  Haqqa,  bizim  də  canıyananılıq 
edənimiz  varmış.  İnsan  ölərkən  də  qardaşının  qucağında 
ölməlidir. Yaşasın qardaşlarımız!»  (43, 43-44).  
       Göründüyü  kimi,  Əhməd  Cavad  Osmanlı  türklərinin 
Azərbaycan  xalqına  olan  doğma  münasibətini,  onlara 
özlərinin qan qardaşı və ümid yeri kimi baxmalarını təsirli, 
lirik-romantik üslubda təsvir etmişdir. Şair bununla hər iki 
türk  xalqının  bir-birinə  bəslədiyi  sevgi,  sayğı  və 
doğmalığın qarşılıqlı olduğunu da göstərirdi.  
Belə  lirik-romantik  təsvirlərə  şairin  «Acara  məktub-
ları»nda  daha  çox  rast  gəlirik.  Acaranın  Çorok  çayına 
qədər  olan  güney  bölgəsi  XVI  əsrin  sonlarından,  bütün 
Acarıstan  isə  XVII  əsrdən  1877-1878-ci  illər  rus-osmanlı 
müharibəsinədək  Osmanlı  imperatorluğunun  tərkibində 
olmuşdur. Ə.Cavad misilsiz  Acara təbiətini elə təsvir edir 
ki,  insan  görmədən  ona  heyran  qalır.  Acarıstandan  «… 
insan bilməz ki, sağınamı, yoxsa solunamı baxsın. Vətən – 
hər iki tərəfi gözəl!» deyə bəhs edən şairə burada iki çayın 
birləşərək  Qara  dənizə  axması  xüsusi  təsir  göstərir.  Bir-
birindən  ayrı  düşmüş  bütün  türk  xalqlarının  bu  şəkildə 
birləşməsi  arzusunu  belə  ifadə  edir:  «Hər  dərədən  bir 
irmaq alaraq Qara dənizə, bənim  məftun  olduğum bu ağır 
başlı  dalğalara  malik  olan  Qara  dənizə  doğru,  coşa,  qoşa 
yürüyən  «Acara  su»  əvvəlcə  «Çorok»un  xatirini  sorar, 
sonra  hər  ikisi  də  bir  yerdə  Qara  dənizin  əngini  öpmək 
üçün yola çıxarlar» (43, 47). 
Bundan  sonra  «  –  Uf!..  Ya  rəbbi,  bu  məğrur  dağların 
dalğın duruşunu gördükcə, bənim küskün könlüm nələr ərz 
ediyor  (söyləyir  –  A.M.)!..»  deyən  şair  bununla  bir  daha 


 
 
31 
Acarıstanın  tarixi  türk  ərazilərindən  biri  olduğuna  eyham 
vururdu  (43,  48).  Onun  öz  soydaşlarına  aşılamaq  istədiyi 
fikir  və  arzu  bu  cür  orijinal  təsvir  və  təhkiyə  vasitəsilə 
yaddaşlarda daha dərin iz buraxırdı. 
Acarada  türkcənin  rus  dilindən  sonra  ikinci  rəsmi  dil 
olduğunu  yazan  müəllifin  «Acarada  dil»  məqaləsindəki 
aşağıdakı  sətirlər  də  maraq  doğurmaya  bilməz:  «Bütün  ər 
kişilər  türkcə  bildikləri  kimi,  əhli  xanımlar  da  türkcə 
qonuşurlar. Hətta Acaranın bir çox məşhur familiyalarının 
ailə  dili  türkcədir.  Bunlardan  başqa  Acariyada  rəsmi  dil 
ruscadan  sonra  köklü  dil  və  yazı  da  türkcədir...  Türkcə 
oxunmayan  bir  məktəbə  acaralılar  çocuq  vermək    istə-
mirlər. Bu dilə adəta (hardasa – A.M.) bir türk qədər ehti-
ram  göstərirlər...  Bir  rum,  yəhudi,  yaxud  erməni  taciri  və 
sənətkarı Acaraya çıxdığı zaman  həp (hey – A.M.) türkcə 
söylər,  durur.  Acaralılar  da  Batuma  gəldikləri  zaman, 
oğul-uşağa  nə  alacaqlarsa,  həpsini  (hamısını  –  A.M.) 
türkcə  bazarlıq  edərlər.  Böyləcə  bu  dil  anadan  oğula 
unudulmadan keçər gedər...» (43, 20-22). 
 Ə.Cavad  fikrinə  davam  edərək  bildirir  ki,  ibadət 
zamanı  acarlar  «Qurani-Kərim»dən  başa  düşmədikləri 
parçaların  izahını  da  türk  dilində  aparırlar,  «hər  anlaşıl-
mayan  sözün  təfsilatı  türkcə  olaraq  bəyan  edilir.  Ana  dili 
gürcücə  olan  Acara  yavrusu  (balası  –  A.M.)  az  bir 
zamanda  türkcəyə  alışır  (öyrəşir  –  A.M.),  din  qardaşının 
dilində söyləməyə başlar... Acaranın ən elmli vaizləri türk, 
yaxud  türk  dilində  tərbiyə  görərək  dönmüş  adamlar  olur. 
Məhəmməd  (s)  minbərində  oxunan  xütbənin  tərcüməsi 
türkcə olaraq anlatılır» (43, 21). 
Müəllif  bütün  bunların  heç  bir  inzibati  amirlikdən 
deyil,  Acarıstan  əhalisinin daxili  mənəvi tələbatından irəli 
gəldiyini  lirik  şəkildə  belə  ifadə  edir:  «Acaralıların  saf 


 
 
32 
ürəklərindən  çıxan  «qardaş»  salamlarını  daha  uzaqlara, 
ötənlərə götürməyə  məcbur  olan  «Acarasu»  bu  yanıq  səsi 
eşitdikcə  qıvrılmağa  başlayır…  Dursun  ağaya  o  səs  nə 
dedi  ki,  yumruqlarını  böylə  hızlı  (burada:  möhkəm  – 
A.M.)  sıxdı  da,  yerindən  fırladı.  Və  dərin  bir  təhəssürlə 
(həsrətlə – A.M.) sağ tərəfindəki məzarlığa baxdı…  
O səs deyir ki: 
 
 
 
 
Yox, əzizim, qar qalandı,  
Qar yağdı, qar qalandı.  
Qarğalar laçın oldu,  
Laçınlar qarğalandı!» (43,  22). 
 
Ə.Cavadın məqaləyə daxil etdiyi bu ağrılı bayatı da öz 
qayəsi  ilə assosiativ olaraq  ayrı düşmüş türk torpaqlarının 
həsrətini də anladır.  
Əhməd  Cavad  «Gürcü  mətbuatı  və  Acara»  mə-
qaləsində  gürcü  millətçilərinin  bölgədəki  müsəlmanların 
və türklərin barəsində olan hər hansı bir tərəqqi və inkişafa 
qısqanclıqla  yanaşmalarına  da  vaxtında,  həm  də  tutarlı 
cavab  vermişdi.  Gürcüstanın  «Saxalxo  purtseli»  qəzeti 
«Cəmiyyəti-Xeyriyyə»nin  Acarıstanda  türkcə  məktəb 
açmaq  istəməsinə    gürcü  millətçilərinin  etirazına  belə 
cavab  verirdi:  «Acarada  məktəb  açırsınız,  demək  ki, 
məqsədiniz 
dəyişdi. 
İstəyirsiniz 
ki, 
acaralıları 
türkləşdirəsiniz!..» (43, 68). 
Müəllif  onların  və  oxucuların  nəzərinə  belə  bir 
həqiqəti  də  çatdırırdı  ki,  bu  vaxta  qədər  gürcü  xalqının 
Acariya haqqındakı təsəvvürləri tamamilə yanlışdır. Çünki 
həmin  təsəvvürlər  gürcü  tarixçilərinin  şovinist  mövqedən 
yazdıqları  və  heç  bir  əsası  olmayan  təhrif  olunmuş 
iddialarına  əsaslanır.  Həmin  tarixçilər  indiyədək  belə  bir 
yanlış  təsəvvür  formalaşdırmışlar  ki,  guya  «Qərbi 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə