Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə13/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

 
 
41 
Gözündə yaşı var qoy onu töksün,  
Sonra amadədir ölümə hər gün.  
 
 
«Bir  gül  əkdim,  açılmamış  dərdilər»  misrası  ilə  baş-
layan  üç  bəndlik  şeirdə  isə  «yaralandım,  sarmadılar 
yaramı»  ifadəsinə  rəmzi  məna  verir,  bütün  qan  qardaş-
larının bu cəbhədə olmamasından qayğılanır:  
 
Nə yazım yaz, nə də günüm gün oldu,  
Könlümün çiçəyi açmadan soldu.  
Qanadımı bir uğursuz əl yoldu,  
Yerində bir damla quru qan qaldı.  
 
 
 
 
  
 
Ə.Cavadın  Türkiyəyə  sevgi  və  rəğbəti  təkcə  ayrı-ayrı 
misra,  beyt  və  dördlüklərdə  ifadə  olunmur,  həm  də  bü-
tövlükdə  şeirlərinin  ideya,  mövzu  və  ruhunu  çevrələyir. 
Şair bəzən heç türk, Turan adı da çəkmir, amma türk xalq-
larına, Türkiyəyə məhəbbətini, birlik amalını şeirin ümumi 
ruhunda,  bəzən  də  pafosunda  bildirir.  Bu  baxımdan  «Çırpı-
nırdın, Qara dəniz!» şeiri daha maraqlıdır.  
Türkiyə şairləri  Qara dəniz haqqında çox əsərlər yaz-
mışlar.  Ancaq  bunların  heç  biri  Türkiyədə  Ə.Cavadın 
«Çırpınırdın,  Qara  dəniz»  şeiri  qədər  sevilib,  yayılıb 
qiymətləndirilməmişdir.  Bunun  bir  səbəbi  şairin  türk-
çülüyü,  türk  dünyasına  rəğbəti,  sevgisi  ilə  bağlı  idisə,  bir 
səbəbi də 1912-ci ildə dəniz savaşında Türkiyənin məşhur 
«Həmidiyyə»  zirehli  gəmisinin  Yunanıstanın  «Averof» 
hərbi  gəmisini  məhv  etməsidir.  Ə.Cavad  1912-ci  ildə  baş 
vermiş  bu  hadisədən  mlhamlanaraq,  «Çırpınırdın,  Qara 
dəniz»  şeirini  1914-cü  ildə  Gəncədə  yazmışdır.  Şeir 
Rusiyanın  «Kazbek»  hərbi  zirehli  gəmisinə  meydan 
oxuyan  məşhur  «Həmidiyyə»  hərbi  gəmisinin  və  onun 
hərbi  heyətinin  qəhrəmanlığı  münasibətilə  qələmə 


 
 
42 
alınmışdır.  Gəminin  kapitanı  Atatürklə  yaxın  olmuş, 
Başbakanlıq  və  Böyük  elçilik  vəzifələrində  çalışmış  Rauf 
Orbay  bü  hünərinə  görə  «Həmidiyyə»  qəhrəmanı  kimi 
şöhrətlənmişdir.  Tarixçi  alim  Muhiddin  Nalbəndoğlu  bu  
mövzudan  bəhs  edərkən  yazırdı:  «Dünya  dənizçilik 
tarixində ilk korsan zirehlisi kimi tanınan «Həmidiyyə»nin 
bu  hünəri  bütün  türk  xalqlarında  qürur  hissi  yaratmışdı. 
Şərqilərə,  türkülərə  keçən  bu  qəhrəmanlıq  məşhur 
«Çırpınırdın, Qara dəniz» şərqisində də yer almışdır… Bu 
gün  Anadoluda    və    Azərbaycanda  dillər  əzbəri  olan  bu 
bəstə  türk  millətinin  qəlbində  uyuyan  Üzeyir  bəy  Hacı-
bəyliyə aiddir. Bu da göstərir ki, Ü.Hacıbəylinin türkçülük 
anlayışının boyutu Turançılıq imiş» (184).  
Türkiyənin  qələbəsini  qürurla  qələmə  alan    Ə.Cavad 
şeirdə  həm  də  bütün  türk  xalqlarının  sevincini  ifadə  edir. 
Türkün bayrağından və özündən ayrı qalan Qara dəniz indi 
ona qovuşmaq və isti nəfəsini duymaq  həsrəti ilə çırpınır. 
Bu  çırpıntılar  dalğa    və  ləpələrin  sevinc  səsi  rəmzinə 
çevrilir:  
 
Çırpınırdın, Qara dəniz, 
Baxıb Türkün bayrağına! 
«Ah!..» deyərdin, heç ölməzdim  
Düşə bilsəm ayağına!  
Ayrı düşmüş dost elindən,  
İllər var ki, çarpar sinən!..  
Vəfalıdır gəldi-gedən,  
Yol ver Türkün bayrağına!  
 
İncilər tök gəl yoluna,  
Sırmalar səp sağ, soluna!  
Fırtınalar dursun yana,  
Salam Türkün bayrağına!  


 
 
43 
 
«Həmidiyyə», o Türk qanı! 
Heç birinin bitməz şanı!  
«Kazbek» olsun ilk qurbanı.  
Heyran Türkün bayrağına!  
 
Dost elindən əsən yellər, 
Bana şeir, salam söylər! 
Olsun bizim bütün ellər 
Qurban Türkün bayrağına!  
Yol ver Türkün bayrağına!  (42, 149-150) 
  
 
«İstanbul» şeirinin yazılma tarixçəsi və şeirin məziyyət-
ləri  haqqında  isə  akad.  B.Nəbiyev  yazır:  «Ə.Cavad  Balkan 
və  Birinci  Cahan  savaşının  türk  xalqlarına,  islam 
dünyasına  gətirdiyi  fəlakətlərdən  rəmzlər  vasitəsilə  bəhs 
edir.  Onun  könül  rübabı  çox  həssasdır.  Biz  bu  rübabın 
tellərinin  gah  ordumuzun  uğurlarından  doğan  sevinc,  gah 
da  uğursuzluqlarından  doğan  hüzn,  kədər,  ağır  peşi-
mançılıq duyğuları ilə  səsləndiyinin şahidi  oluruq... 1919-
cu  ilin  baharı  astanasında  xarici  işğalçıların  İstanbulu 
alması  xəbəri  türk  xalqlarının  səadəti  üçün  bu  böyük 
qonşu  ölkədən  mənəvi  və  fiziki  kömək  uman  şairi  də 
bütün  həmvətənləri  kimi  dərindən  kədərləndirmişdi.  Eyni 
adlı  şerində  o,  İstanbulu  sevgili  yar  obrazında 
canlandırmış,  onun  mərmər  sinəsində  yabançı  əllər 
dolaşdığından  dərin  yasa  batmışdı.  Şeirin  növbəti 
bəndlərində  ardıcıl  surətdə  və  yerli-yerində  işlədilmiş 
təsvir  vasitələri  sevgili  yar  –  İstanbul  obrazı  ətrafında 
uğurlu  qruplaşdırılmışdır.  Dünyada  tayi-bərabəri  olmayan 
bu  gözəlin  tifağı  dağılandan  sonra  onun  «sırmalı  telləri 
daranmamış»,  incə  belinə  yad  ellərdən  sürüşüb  gələn 
zəhərli  ilan  sarılmışdır.  Şeirin  sonunda  Ə.Cavad  obrazın 


 
 
44 
«kodunu» açır. Türkiyə  paytaxtına üz  vermiş  bu  fəlakətin 
təkcə  Anadolunu  deyil,  bütün  Turan  elini  yasa  batırdığını 
elan edir. Yeddi  bəndlik  şeirin  hər bəndindən  sonra  verilən 
bu  təkrar  beyt  isə  şəhərin  kömək  uman  mükəddər 
mənzərəsini tamamlayır:  
 
Ah, ey solğun üzlü, dalğın İstanbul,  
Mavi gözləri pək bayğın  İstanbul!  (102, 57-58) 
 
İstanbulun  düşmən  əlinə  keçməsindən  həyəcanlanıb, 
bədbinləşən  şair  elə  zamanındaca  öz  kədərini,  təəssüf  və 
ümidini təsirli  bir  dillə ifadə  edir. İstanbulu  dünya gözəli, 
sevgili  yar  kimi  vəsf  edən  şair,  ona  uzanan  düşmən  əlini 
əfi  ilana  bənzədir,  «yoxmudur  kimsədən  könlümə 
imdad?!» deyə hayqırır:  
 
 
 
Bu qəlbimdən qopan yanıq bir fəryad, 
Çəkdiyim dərdlərin tərcümanımı? 
Yoxmudur kimsədən könlümə imdad,  
Bu bəxtsiz sevdamın son zamanımı?  
Ah, ey solğun yüzlü, dalğın İstanbul!  
Mavi gözləri pək bayğın İstanbul! (42, 144) 
 
Şair  yenə də ona yardıma getmək istəyir:  
 
Ey yolum üstündə yüksələn dağlar,  
Gizli sevda üçün çırpınan dəniz!  
Yol verin, yol verin, bənim dərdim var,  
Qeyb etdim yolumu, qaldım kimsəsiz! 
Ah, ey solğun yüzlü, dalğın İstanbul!  
Mavi gözləri pək bayğın İstanbul! (42, 144) 
 
Şairin  kədərinin  bu  qədər  dərinliyinin  səbəbi  həm  də 
İstanbulun işğal edilməsi ilə bütün Turan elinin azadlığına 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə