Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети


Asimmetrik informasiyanın modelləşdirilməsinin inkişaf perspektivləri



Yüklə 0,87 Mb.
səhifə5/6
tarix20.10.2017
ölçüsü0,87 Mb.
#5861
1   2   3   4   5   6

3.2. Asimmetrik informasiyanın modelləşdirilməsinin inkişaf perspektivləri



Ənənəvi mikroiqtisadiyyatda ehtimal olunur ki, informasiya alıcılar və satıcılar arasında simmetrik paylanmışdır. İnformasiyanın asimmetriyası elə bir vəziyyətdir ki, əqdin ayrı-ayrı iştirakçıları lazımi informasiyaya yetərli dərəcədə malikdirlər, eyni zamanda, əqddə iştirak edən digər şəxslər bu informasiyaya malik deyildirlər. Təsərrüfatçılıq praktikasında informasiyanın asimmetriyası geniş yayılmışdır, çünki satıcılar, bəzi hallarda isə alıcılar müəyyən üstünlüklər əldə etmək üçün əqd obyektinə dair həqiqi biliklərini gizlətməyə çalışırlar. Çox vaxt istehlakçı əldə etdiyi malın keyfiyyətini alış məqamında müəyyənləşdirə bilmir, çünki malın keyfiyyəti haqqında yalnız bir tərəf − satıcı məlumatlıdır. Başqa sözlə, istehlakçı nə aldığını bilmir, malın keyfiyyəti isə onun istismarı prosesində aydınlaşır. Belə vəziyyətdə satıcı əlverişsiz seçim edilməsi − ən yaxşı deyil, ən pis malların əldə edilməsinə zəmin yaradan informasiya üstünlüyünə malik olur. Əlverişsiz seçim o halda yaranır ki, alıcılar müxtəlif keyfiyyətli malları təklif edən satıcıları diferensiallaşdırmağa qadir olmurlar.

Asimmetrik informasiyalı bazarda tarazlığın necə formalaşdığını anlamaq üçün «limon» bazarını − C.Akerlofun təklif etdiyi modeli nəzərdən keçirək. Amerika slenqində yararsız şeyləri «limon» adlandırırlar.

Bu model köhnə avtomobillər bazarının fəaliyyətini təsvir edir. Həmin bazarın xüsusiyyəti bundan ibarətdir ki, satıcılar informasiyaya malik olmaqda alıcılardan üstündürlər. Nəticədə əlverişsiz seçim baş verir − alıcılar yaxşı avtomobil satıcısını qane edəcək qiymətlə «limon» (pis keyfiyyətli avtomobil) satıcısını qane edəcək qiymətin arasında yerləşən qiyməti ödəyirlər. Çox vaxt bu, yaxşı maşınların satıcılarının bazardan çıxması və «natamam» bazarın formalaşması ilə nəticələnir.

Fərz edək ki, bir bazarda iki növ − keyfiyyətli və keyfiyyətsiz avtomobillər satılır. Bu cür bazarda tələb əyrisini tədqiq edək. Keyfiyyətli avtomobillərə olan tələbi D1-lə işarə edək. Əgər keyfiyyətli avtomobillərin ayrıca bazarı olsaydı, bazar tələbinin əyrisi məhz bu cür olardı. Aşağı keyfiyyətli avtomobillərə olan tələbi D0-la işarə edək (0 indeksi belə bazarda keyfiyyətli avtomobillərin payının sıfıra bərabər olduğunu göstərir). Aydın məsələdir ki, hər bir qiymətdə yaxşı avtomobillərə olan tələb pis avtomobillərə olan tələbdən yüksəkdir, yəni D1 əyrisi D0 əyrisindən sağda yerləşmişdir. Praktikada yaxşı və köhnə pis maşınların ayrıca bazarları olmur, bazarda bütün kateqoriyalı maşınlar − həm yaxşı keyfiyyətli avtomobillər, həm də «limonlar» üçün vahid tələb əyrisi və vahid qiymət müəyyənləşir.

Bazarda asimmetrik informasiya halında alıcılar avtomobilin keyfiyyətini alış məqamında qiymətləndirə bilmədiklərinə görə bazarda yaxşı avtomobillərin payı haqqında statistik informasiya əsasında seçim edirlər. Bu pay nə qədər yüksəkdirsə, bazar tələbi bir o qədər böyükdür, tələb əyrisi bir o qədər sağda yerləşmişdir və keyfiyyətli avtomobillərə olan tələb əyrisinə bir o qədər yaxındır.

Bazarda keyfiyyətli avtomobillərin payını a ilə işarə edək. Belə olduqda bazar tələbinin həcmi müxtəlif keyfiyyətli maşınlara olan tələbin müxtəlif kateqoriyalı maşınların satış paylarına əsasən ölçülmüş orta kəmiyyətinə bərabərdir:



.

Əgər bazarda keyfiyyətli avtomobillər yoxdursa (a = 0), onda bazar tələbi minimaldır və D0-la üst-üstə düşür. Əgər yalnız keyfiyyətli avtomobillər vardırsa (a = 1), onda bazar tələbi maksimaldır və D1-lə üst-üstə düşür.



D0 D1 əyriləri, habelə bazarda avtomobillərin 70%-nin keyfiyyətli, digərlərinin isə keyfiyyətsiz olduğu vəziyyətə uyğun gələn D0,7 bazar tələbi əyrisi təsvir edilmişdir. Aydın məsələdir ki, D0,8 tələb əyrisi həmin əyri ilə D1 əyrisi arasında yerləşəcəkdir və i.a.

İndi isə asimmetrik informasiyalı bazarda təklif əyrisini tədqiq edək. Fərz edək ki, cəmi iki satıcı vardır: birinci satıcı keyfiyyətli, ikinci satıcı isə keyfiyyətsiz avtomobillər satır. Avtomobilin hər bir qiymətində birinci satıcının təklifinin həcmi daha kiçikdir, çünki avtomobilin təmiri və yaxşılaşdırılması üçün onun çəkdiyi məsrəflər vicdanlı olmayan rəqibinə nisbətən daha çoxdur. Bazar təklifinin əyrisi adətən satıcıların fərdi təklifləri əyrilərinin cəmləşməsi yolu ilə əmələ gəlir.



p

0 Q



D1

D0,7

D0

Şəkil 10. Asimmetrik informasiyalı bazarda tələb
Şəkildə keyfiyyətli avtomobillər satıcısının təklifinin əyrisi S1 ilə, keyfiyyətsiz avtomobillər satıcısının təklifinin əyrisi S0-la, bazar təklifinin əyrisi S ilə işarə edilmişdir (qalın xətlə göstərilmişdir). Keyfiyyətli avtomobillər satıcısının təklifinin minimal qiyməti p1 ilə, keyfiyyətsiz avtomobillər satıcısının təklifinin minimal qiyməti isə p0-la işarə edilmişdir. Qiymət aşağı (p0-dan p1-dək) olduqda bazarda yalnız keyfiyyətsiz avtomobillər təklif edilir, yəni a = 0. Qiymət p1-dən çox olduqda bazarda təklif edilən keyfiyyətli avtomobillərin payı aşağıdakı düsturla hesablanır:
.

p


p1


p0
S1
B

S0


S

0 Q



Şəkil 11. Asimmetrik informasiyalı bazarda təklif əyrisi

Bazar tələbinin əyrisi bazarda keyfiyyətli malların payından, bu pay isə satıcıların fərdi təklifləri əyrilərindən asılı olduğuna görə belə nəticəyə gəlirik ki, asimmetrik informasiyalı bazarlarda bazar tələbinin əyrisi bazar təklifinin strukturundan asılıdır. Aşağıda göstərildiyi kimi, keyfiyyətli mal bazardan o halda sıxışdırılıb çıxarılır ki, bazar təklifi əyrisinin keyfiyyətsiz mal satıcısının fərdi təklif əyrisi ilə üst-üstə düşən hissəsi keyfiyyətsiz mala olan tələbin əyrisi ilə kəsişir.



a) b)

Şəkil 12. Asimmetrik informasiyalı bazarda tarazlıq:

  1. keyfiyyətli mal sıxışdırılıb çıxarılmışdır; b) malın hər iki tipi satılır

Nəzərdən keçirilən köhnə avtomobillər bazarında tarazlığın xarakteri bu tarazlığa bazar təklifi əyrisinin hansı hissəsində nail olunmasından asılıdır. Əgər tələb və təklif əyriləri MN hissəsində yerləşən nöqtədə kəsişirlərsə, onda keyfiyyətli avtomobillər heç satılmayacaqdır. Bu halda deyirlər ki, onları keyfiyyətsiz avtomobillər «sıxışdırıb çıxarmışdır». Tələb və təklif əyrilərinin başqa nöqtələrdə kəsişdiyi hallarda bazarda həm keyfiyyətsiz, həm də keyfiyyətli mallar satılır.

Şəkildə tarazlı vəziyyətdə hər iki kateqoriyadan olan malların satıldığı hal təsvir edilmişdir. Vahid tarazlı qiymət pE ilə, satılan bütün mal vahidlərinin keyfiyyətli olduğu halda qiymət pA ilə, satılan bütün mal vahidlərinin keyfiyyətsiz olduğu halda qiymət pB ilə işarələnmişdir. Şəkildən görünür ki, asimmetrik informasiyalı bazarda keyfiyyətli mal satıcıları onu keyfiyyətli mal bazarında bərqərar ola biləcək tarazlı qiymətdən aşağı qiymətə satmağa məcburdurlar (pE < pA). Eyni zamanda, keyfiyyətsiz mal satıcıları özlərinin malı üçün alıcıların tam məlumatlı olduğu şəraitə nisbətən daha böyük qiymət əldə edirlər (pE > pB). Beləliklə, bazar informasiyasının asimmetrikliyi səbəbindən keyfiyyətli mal satıcıları geri düşür, keyfiyyətsiz mal satıcıları isə irəli düşürlər.

Asimmetrik informasiyalı bazarda tarazlığın tapılması problemini konkret ədədli bir misalın həlli timsalında nəzərdən keçirək. Fərz edək ki, keyfiyyətli və keyfiyyətsiz mala olan tələb müvafiq surətdə aşağıdakı düsturlarla verilir:



D1= 22 − p,

D0 = 16 − p.

Keyfiyyətli məhsulun təklifi aşağıdakı şəkildədir:



S1 = p − 16.

Keyfiyyətsiz məhsulun təklifi aşağıdakı şəkildədir:



S0 = p − 2.

Birinci satıcı üçün təklifin minimal qiyməti 6-ya, ikinci satıcı üçün isə 2-yə bərabərdir. Deməli, qiymət 6-dan böyük olduqda bazar təklifinin əyrisi verilmiş fərdi təklif funksiyalarının cəmləşməsi yolu ilə əmələ gəlir:



S = 2p 8.

Daha sonra qiymətin 6-dan böyük olduğu hallarda bazar tarazlığının mümkün olub-olmadığını aydınlaşdıraq. Bu zaman bazarda keyfiyyətli mallar təklifinin payı aşağıdakına bərabər olacaqdır:



a = (p 6)/(2p − 8).

Onda bazar tələbinin əyrisi sadə çevrilmələrdən sonra aşağıdakı şəklə düşəcəkdir:



D = (46p 164 − 2p²)/(2p − 8).
Əldə edilən tələb funksiyasını bazar təklifi funksiyasına bərabərləşdirərək və sadə çevrilmələr apararaq, tarazlı qiyməti hesablamaq üçün kvadrat tənlik alırıq:

6 78p + 228 = 0.

Bu tənliyin 4,44-ə bərabər olan birinci kökü 6-dan kiçikdir, yəni o, tədqiq etdiyimiz qiymət dəyişiklikləri aralığına aid deyildir. Başqa sözlə, tənliyin bu kökü kənarda qalır. Tənliyin 8,56-ya bərabər olan ikinci kökü 6-dan böyükdür, həm də yoxlama göstərir ki, qiymət bu cür olduqda tələbin həcmi təklifin həcminə bərabərdir, yəni bazar tarazlığı əldə edilir. İndi isə qiymətin 6-dan kiçik olduğu hallarda tarazlığın mümkün olub-olmadığını aydınlaşdıraq. Bu zaman bazar təklifi keyfiyyətsiz mal satıcısının fərdi təklifi ilə üst-üstə düşür, bazar tələbi isə minimaldır. Müvafiq funksiyaları bərabərləşdirərək aşağıdakını alırıq:

P − 2 = 16 − p, buradan p= 9.

Hesablanmış qiymət 6-dan böyük olduğundan, o, tədqiq edilən qiymət dəyişiklikləri aralığında yerləşmir və bu qiymətin əsasında tarazlığın yaranması mümkün deyildir. Beləliklə, bu misalda tarazlıq halı yeganədir və qiymət 8,56 olduqda əldə edilir. Bu zaman keyfiyyətli malın payı 0,31-ə bərabərdir, bazar tələbinin əyrisi isə aşağıdakı düsturla verilir:



D = 17,86 − p.

Daha sonra biz bazarda tarazlı vəziyyətə yaxınlaşma mexanizmini nəzərdən keçirəcəyik.

«Limon» bazarında tarazlığın dinamik modelini əvvəlki bənddə həll edilmiş məsələnin təhlili timsalında təsvir edək. Bundan ötrü iki əlavə fərziyyə irəli sürək:


  • alıcılar cari günün bazar tələbi əyrisini keyfiyyətli malın əvvəlki gündəki satış payına dair informasiyanı nəzərə alaraq formalaşdırırlar;

  • birinci gün alıcılar bazar tələbi əyrisini bazarda satılan malın hamısının keyfiyyətli olması ehtimalına əsaslanaraq formalaşdırırlar, yəni birinci gün tələb əyrisi D1 ilə üst-üstə düşür.

Birinci gün üçün bazar tarazlığının parametrlərini tapaq. Bundan ötrü təklifin dəyişməz funksiyası ilə tələbin maksimal funksiyasını bərabərləşdiririk:

2p 8 = 22 − p, buradan p = 10.

Qiymət 10 olduqda keyfiyyətli mal satıcısının təklifi 4-ə, keyfiyyətsiz mal satıcısının təklifi 8-ə, bazar təklifi 12-yə, bazarda keyfiyyətli malın payı 0,33-ə bərabərdir.

Ertəsi gün bazar tələbi azalacaqdır, çünki alıcılar bazarda keyfiyyətli malların 100% deyil, yalnız 33% olmasına əsaslanacaqlar. Bazar tələbinin yeni əyrisi belə yazılacaqdır:



D = 0,33(22 − p)+ 0,67(16 − p) = 18 – p.

Nəzərdən keçirilən misalda keyfiyyətli mal bazarda qalır, çünki bazar təklifi əyrisinin keyfiyyətsiz mal satıcısının fərdi təklifi əyrisi ilə üst-üstə düşən hissəsi keyfiyyətli mala olan tələb əyrisi ilə kəsişmir. Həqiqətən, müvafiq funksiyaları bərabərləşdirərək aşağıdakını alırıq:



P 2 = 16 − p, buradan p = 9.

Alınmış qiymət bazar təklifi əyrisinin yuxarıda göstərilən hissəsinin uyğun gəldiyi 0-dan 6-dək olan aralıqda deyildir, ona görə də əyrisi bazar təklifi əyrisini onun hər iki fərdi təklif əyrisinin cəmləşməsi yolu ilə əmələ gələn hissəsində kəsir.

Keyfiyyətli malın bazardan tamamilə sıxışdırılıb çıxarılması halını nəzərdən keçirək. Fərz edək ki, əvvəlki nümunənin bütün şərtləri dəyişməz olaraq qalmışdır, lakin keyfiyyətsiz mala olan tələb azalmışdır və indi bu düsturla verilir:

D0 = 8 – p.

Qiymət 0-dan 6-dək olan hüdudlarda yerləşdikdə yeni D0 əyrisinin bazar təklifi əyrisini kəsdiyinə əmin olaq:



P – 2 = 8 – p, buradan p = 5 .

Beləliklə, bu halda «limon» bazarında tarazlı qiymət 5-ə bərabərdir.

Bu halda bazarın tarazlığa meyilini tədqiq edərkən yadda saxlamaq lazımdır ki, tələb əyrisi özünün ilkin vəziyyətindən sol tərəfə hərəkət edərkən təklif əyrisinin müxtəlif düsturlarla verilən hər iki hissəsini ardıcıl olaraq kəsir.

Alıcıların bütün malı keyfiyyətli hesab etdikləri birinci gün bazarın parametrləri əvvəlki nümunədə olduğu kimidir. Lakin ikinci gün bazar tələbi əvvəlki haldakına nisbətən az olacaqdır, çünki indi əyrisi əvvəlkindən solda yerləşmişdir:



D = 0,33 (22 − p) + 0,67 (8 − p) = 12,62 − p.

Alınmış tələb funksiyası ilə bazar təklifi funksiyasını bərabərləşdirərək, ikinci gün üçün bazar qiymətini alırıq:

2p − 8 = 12,62 − p, buradan p = 6,87.

İkinci gün üçün tarazlığın digər parametrlərini hesablayaq, üçüncü gün üçün tələb əyrisini müəyyənləşdirək və üçüncü gün üçün bazar qiymətini hesablayaq. Bu qiymət 6,05-ə bərabərdir. Həmin qiymət bazar təklifi əyrisinin «sınma» nöqtəsinə uyğun olduğundan, növbəti (dördüncü) gün üçün bazar tələbi əyrisi bazar təklifi əyrisini onun keyfiyyətsiz mal satıcısının fərdi təklifi əyrisi ilə üst-üstə düşən hissəsində kəsəcəkdir. Beləliklə, tarazlıq şərtinə indi təklifin yeni düsturunu daxil etmək lazımdır:



P – 2 = 8,14 − p, buradan p = 5,07.

Dördüncü gün keyfiyyətli mal daha satılmadığından a parametri 0-a bərabərdir, ona görə də bazar tələbi əyrisi beşinci gün və sonrakı günlərdə öz vəziyyətini dəyişmir və keyfiyyətsiz mala olan tələbin əyrisi ilə üst-üstə düşür. «Limon» bazarında dinamik tarazlıq statik tarazlıqla əvəz olunur. Qeyd edək ki, «qarışıq» tarazlığın mövcud olduğu əvvəlki halda bazar qiyməti uzunmüddətli tarazlı kəmiyyətinə meyillənərək sonsuz dəyişirdi.

Cədvəldə ilk beş gün və perspektiv üçün tələb funksiyaları tarazlı qiymətlər və bazar tarazlığının digər xarakteristikaları göstərilmişdir.

Cədvəl 9. «Limon» bazarında tarazlığa meyil: keyfiyyətli mal sıxışdırılıb çıxarılır


Gün

D

P

S1

S0

S

a

1

22−p

10

4

8

12

0,33

2

12,62−p

6,87

0,87

4,87

5,74

0,15

3

10,10−p

6,05

0,05

4,05

5,10

0,01

4


8,14−p

8−p



5,07

5


0

0


3,07

3


3,07

3


0

0


...

...

...

...

...

...

...

100

8−p

5

0

3

3

0

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə