Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 0,87 Mb.
səhifə4/6
tarix20.10.2017
ölçüsü0,87 Mb.
#5861
1   2   3   4   5   6

Şəkildən göründüyü kimi, sakinlər içərisində «ağ» partiyanın tərəfdarları üstünlük təşkil edir və onların sayı 27-dən 19-a yaxud 70%-ə bərabərdir. Bununla yanaşı, səslərin çoxsəviyyəli verilməsi proseduru bu halda sakinlərin əksəriyyətinin dəstəyini qazanmayan «qara» partiyanın nümayəndəsinə prezident vəzifəsini təmin edir. Qeyd edək ki, nümayəndələr seçilən zaman sadə (hətta konstitusiya) çoxluq prinsipindən istifadə edilmişdir. Beləliklə, seçki sahələri və dairələrinin formalaşdırılması üsulunun seçilməsi ictimai seçimin son nəticələrinə təsir göstərə bilər.







2.2. Asimmetrik informasiyada istehsalistehlak funksiyasının

tətbiq xüsusiyyətləri
Fərdin sutka ərzində ali fəaliyyət göstərdiyi saatların miqdarı ilə ifadə olunan kreativ rifahı onun həm yaradıcılıq fəaliyyətinin (istehsalının) nəticəsi, həm də yaradıcı istehlakının nəticəsi kimi çıxış edir. Buna görə də ali fəaliyyət vaxtını həm istehsal, həm də istehlak məhsulu kimi, ali fəaliyyət prosesinin özünü isə vahid istehsalistehlak prosesi kimi nəzərdən keçirmək olar. Biz fərdin müəyyən dövr ərzində ali fəaliyyəti müddətini istehsal−istehlak məhsulu adlandırırıq.

Fərdin istehsal−istehlak funksiyası istehsal−istehlak məhsulunun onun pul gəlirindən asılılığıdır. Ənənəvi istehsal nəzəriyyəsində bu funksiyanın analoqu istehsal funksiyasıdır − məhsul buraxılışının sərf edilmiş əməyin həcmindən asılılığıdır. İstehlakçı nəzəriyyəsində onun analoqu faydalılıq funksiyasıdır − faydalılığın kəmiyyətinin istehlak olunmuş nemətin həcmindən asılılığıdır. Beləliklə, istehsal−istehlak nəzəriyyəsində fərdin gəliri faydalı fəaliyyət resursu rolunu oynayır. Bu rol istehsal nəzəriyyəsində əməyin roluna və istehlak nəzəriyyəsində nemətin roluna bənzəyir. Cədvəldə informasiya mikroiqtisadiyyatında və ənənəvi mikroiqtisadiyyatda məqsəd funksiyalarının əsas xarakteristikaları göstərilmişdir.


Cədvəl 6. İstehsal−istehlakın informasiya nəzəriyyəsində, ənənəvi istehsal və istehlak nəzəriyyələrində məqsəd funksiyaları




Xarakteristika

İnformasiya mikroiqtisadiyyatı

Ənənəvi mikroiqtisadiyyat

istehsalistehlak nəzəriyyəsi

istehsal nəzəriyyəsi

istehlak nəzəriyyəsi

1

Nəticə

Rifah

Məhsul

Faydalılıq

2

Nəticənin ölçü vahidi

Zaman

Ədəd

Yutil

3

Məqsəd funksiyası

İstehsal−istehlak funksiyası

İstehsal funksiyası

Faydalılıq funksiyası

4

Məqsəd funksiyasının məhdudluğu

Məhduddur

Məhdud deyil

Məhdud deyil

5

Resurs

Gəlir

Əmək

Nemət

İstehsal−istehlak funksiyasının əsas xassələrini nəzərdən keçirək.



Artma. Gəliri artdıqca fərd işdə və ev təsərrüfatında ibtidai fəaliyyət müddətini, sadə əmək vaxtını, növbələrdə və nəqliyyatda vaxt sərfini, xəstəlik dövrünü azaltmaq üçün əlavə imkanlar əldə edir. Bundan başqa, fərdin ali fəaliyyətlə məşğul olmaq − teatrlara və konsertlərə getmək, kitablar və videofilmlər almaq, səyahət etmək imkanları artır. İstehsal−istehlak funksiyasının artması yeknəsəq xarakter daşıyır.

Məhdudluq. Hər bir insanın həyat fəaliyyəti vaxtının resursu sutkanın astronomik uzunluğu ilə məhdudlaşdığına görə istehsal−istehlak funksiyası 24 saatdan artıq ola bilməz. Bununla birlikdə, həmin funksiya müxtəlif fərdlər üçün müxtəlifdir. Fərdin yaradıcılıq hüdudu gəlirinin qeyri-məhdud olduğu şəraitdə onun sutka ərzində ali fəaliyyətinin maksimum mümkün olan uzunluğudur. Bu göstərici fərdin yaradıcılıq qabiliyyətinin inkişaf səviyyəsini və ya onun kreativ kapitalının kəmiyyətini səciyyələndirir. Beləliklə, fərdin istehsal−istehlak funksiyası yuxarıdan onun yaradıcılıq hüdudu ilə məhdudlaşır və gəliri qeyri-məhdud artdıqda istehsal−istehlak məhsulu da həmin son qiymətə yaxınlaşır.

Son məhsulun azalması. Gəlir artdıqca fərdin gəlirin əlavə manatdan öz ali fəaliyyətinin müddətini artırmaq üçün istifadə etməsi çətinləşir ki, bu da onun yaradıcılıq potensialının məhdudluğu ilə şərtlənmişdir. Başqa sözlə, gəlir artdıqca gəlirin son məhsulu azalır. Gəlirin son məhsulu istehsal−istehlak funksiyasının törəməsidir və aşağıdakı düsturla hesablanır:

MW =

W

I

burada ∆W – fərdin gəlirinin ∆I qədər artması nəticəsində onun kreativ rifahının artımıdır.



Sıfır gəlirin sıfır nəticəsi. Gəlir sıfır olduqda insanın bütün səyləri həyat fəaliyyəti üçün ən bəsit şəraitin saxlanmasına yönəlir və onun yaradıcılıq fəaliyyəti üçün vaxtı, demək olar, qalmır. Ona görə ehtimal olunur ki, istehsal−istehlak funksiyası sıfır arqumentində sıfır qiyməti alır.

Müəyyən fərdin istehsal−istehlak əyrisi 2 a şəklində göstərilmişdir.



a)

b)

a)
Şəkil 3. Yaradıcı fərdin istehsal−istehlak modeli:

a) istehsal−istehlak əyrisi; b) istehsal−istehlak məsrəfləri əyrisi
Gəlir – I ilə, kreativ rifah (istehsal−istehlak məhsulu) – W ilə, yaradıcılıq hüdudu – W0 ilə işarə olunmuşdur. İstehsalistehlak məsrəfləri funksiyası kreativ rifahın təmin olunması üçün sərf edilməli olan gəlirin kreativ rifahın həmin kəmiyyətindən asılılığını ifadə edir. Bu funksiya istehsal−istehlak funksiyasının tərsidir, ona görə də həmin funksiyaların qrafikləri birinci koordinat bucağının tənböləninə nisbətən simmetrikdir. İstehsal−istehlak məsrəfləri əyrisi şəkildə əks etdirilmişdir. İstehsalistehlakın son məsrəfləri kreativ rifahın bir vahid artması üçün zəruri olan gəlir artımıdır. Kreativ rifah artdıqca son məsrəflər də artır və kreativ rifah hüdud qiymətinə yönəldikdə o da sonsuzluğa yönəlir. Bu o deməkdir ki, fərdin yaradıcılıq potensialı tükənmişdirsə, heç bir əlavə gəlir onun rifahının artımını təmin edə bilməz.

İstehsal−istehlak funksiyasına tərif verilərkən ehtimal olunurdu ki, gəlir əldə olunması fərddən hər hansı vaxt sərfi tələb etmir. Lakin praktikada belə vəziyyətə az-az rast gəlinir. Biz burada ehtimal edək ki, gəlir əldə etmək üçün fərd öz vaxtını yaradıcı əmək deyil, sadə əmək formasında sərf etməyə məcburdur.



Gəlirin qiyməti hər bir fərdin bir manat gəlirini təmin edən sadə əməyin müddətidir. Gəlirin qiyməti sadə əməyin ödənilməsi dərəcəsinin tərsi olan kəmiyyətdir. Buna görə də o, pul vahidinə bölünmüş zaman vahidləri ilə ölçülür. Gəlirin dəyəri − C gəlirin qiyməti − q ilə onun kəmiyyətinin − I-nin hasilinə bərabərdir:

C = q x I.


Bu göstərici zaman vahidləri ilə ölçülür.

Nəzərdən keçirdiyimiz və gəlirin mənbəyinin sadə əmək olduğu halda fərdin kreativ rifahı − Wn istehsal−istehlak funksiyasının qiyməti − W ilə gəlirin dəyəri arasında fərqə bərabərdir:



Wn = W – C.

Yaradıcı fərdin tarazlığı onun kreativ rifahının maksimum olduğu vəziyyətdir. Bu halda tarazlıq şərtini almaq üçün funksiyasının törəməsini sıfıra bərabər edirik və aşağıda göstəriləni alırıq:

MW = q,

burada MW – gəlirin son məhsuludur. Beləliklə, fərd sadə əməyin elə müddətini seçməlidir ki, gəlirin son məhsulu gəlirin qiymətinə bərabər olsun.

Şəkildə gəlirin dəyər funksiyası C şüası ilə təsvir edilmiş, onun absis oxuna əyilmə bucağının tangensi gəlirin qiymətinə bərabərdir. Kreativ rifahın maksimal kəmiyyəti AB kəsik xəttinin uzunluğu ilə ifadə olunur, tarazlı gəlir I ilə işarə edilir. Şəkildə E tarazlıq nöqtəsi gəlirin son məhsulunun azalan əyrisi ilə gəlirin qiymətinə uyğun üfüqi xəttin kəsişməsindən yaranır. Kreativ rifahın maksimal kəmiyyəti ştrixlənmiş əyrixətli üçbucağın sahəsi ilə ifadə olunur.

а)

б)

Şəkil 4. Yaradıcı işçinin tarazlığı

Yaradıcı işçinin tarazlıq şərti formasına və iqtisadi məzmununa görə ənənəvi iqtisadiyyatda istehsalçının və istehlakçının tarazlıq şərtləri ilə oxşardır. Birinci halda o, əməyin son məhsulu ilə əmək haqqı dərəcəsi arasında bərabərliklə, ikinci halda isə son faydalılıq ilə istehlak edilən nemətin qiyməti arasında bərabərliklə ifadə edilir. Cədvəldə informasiya mikroiqtisadiyyatında və ənənəvi mikroiqtisadiyyatda iqtisadi subyektin tarazlığının əsas xarakteristikaları göstərilmişdir.


Cədvəl 7. İstehsal−istehlakın informasiya nəzəriyyəsində, ənənəvi istehsal və istehlak nəzəriyyələrində tarazlıq







Xarakteristika

İnformasiya mikroiqtisadiyyatı

Ənənəvi mikroiqtisadiyyat

istehsalistehlak nəzəriyyəsi

istehsal nəzəriyyəsi

istehlak nəzəriyyəsi

1

Məqsəd göstəricisi

Kreativ rifah

Mənfəət

İstehlak artıqlığı

2

Verilmiş qiymət

Gəlirin qiyməti

Əməyin qiyməti

Nemətin qiyməti

3

Tarazlıq şərti

MW = q

MP = w

MU = p


Misal. Fərdin istehsal−istehlak funksiyası 2−1/(I+0,5) düsturu ilə verilmişdir; burada kreativ rifah saat/sutka ilə, gəlir isə tuqrik/sutka ilə ölçülür. Gəlirin qiyməti 0,2 saat/tuqrikə bərabərdir. Fərdin tarazlıq parametrlərini müəyyənləşdirək.

Tarazlıq şərtinə əsasən istehsal−istehlak funksiyasının törəməsini gəlirin qiymətinə bərabərləşdirib aşağıda göstəriləni alırıq:

(I + 0,5)-2 = 0,2, buradan I = 1,74 (tuqrik/sutka).

İstehsal−istehlak funksiyasının tarazlı qiyməti aşağıdakına bərabərdir:



W = 21/(1,74+0,5) = 1,55 (saat/sutka).

Gəlirin tarazlı dəyəri və ya sadə əməyin sutkalıq tarazlı müddəti aşağıdakına bərabərdir:



C = 0,2 x 1,74 = 0,35 (saat/sutka).

Kreativ rifahın tarazlı qiyməti aşağıdakına bərabərdir:



Wn=1,55 0,35 = 1,2 (saat/sutka).

Sonda fərdin yaradıcılıq hüdudunun kəmiyyətini müəyyənləşdirək. Bunun üçün istehsal−istehlak düsturunda gəlirin qiymətini sonsuzluğa yönəldirik. Məlum olur ki, kreativ rifahın maksimum mümkün olan qiyməti 2 saat/sutkaya bərabərdir.

Firma haqqında ənənəvi nəzəriyyədə ehtimal olunur ki, sahibkarın yeganə məqsədi mənfəəti maksimallaşdırmaqdır. Sahibkarın motivlərinin bu cür təfsiri həddən artıq bəsitdir və daxilən ziddiyyətlidir. İş burasındadır ki, adətən, mənfəətin bir hissəsi investisiyalar şəklində istehsala qoyulur, digər hissəsi isə istehlak nemətlərinin əldə edilməsinə yönəldilir. Ona görə də sahibkarın davranışını modelləşdirərkən mənfəətin maksimallaşdırılması problemini nəzərdən keçirməklə kifayətlənmək olmaz, bu mənfəətin istehlak və yığım arasında optimal bölgüsü problemini də tədqiq etmək lazımdır. Sonuncu problem həm firmanın fəaliyyətinin motivasiya cəhətlərini, həm də sırf maliyyə-iqtisadi cəhətlərini əhatə edir. Həqiqətən, istehsalın genişləndirilməsinə yönəldilən mənfəət hissəsi öz iqtisadi mahiyyətinə görə mənfəətə deyil, istehsal məsrəflərinə aiddir. Beləliklə, sahibkarın ənənəvi olaraq mənfəətin maksimizatoru kimi təfsiri daxilən ziddiyyətlidir.

Burada sahibkar yaradıcı fərdlə bağlı xüsusi bir hal kimi nəzərdən keçirilir, onun məqsədi kreativ rifahı və ya istehsal−istehlakın məhsulunu maksimallaşdırmaqdır. Sahibkarın mənfəəti gəlirin spesifik növü olub istehlak və yığım arasında optimal bölüşdürülməlidir.



İstehlak C − sahibkarın asudə vaxt sahəsində yaradıcılıq fəaliyyətinin təmin olunmasına yönəldilən mənfəət hissəsidir.

Əmanətlər S − sahibkarın biznes sahəsində yaradıcılıq fəaliyyətinin təmin olunmasına yönəldilən mənfəət hissəsidir.

Ehtimal olunur ki, aşağıdakı nisbətin yerinə yetirildiyi halda sahibkarın mənfəətinin kəmiyyəti − I verilmişdir:


C + S = I.

Sahibkarın büdcə xətti koordinat oxlarına 45-lik bucaq altında meyil edən və onları uzunluğuna görə mənfəətin kəmiyyətinə bərabər kəsik xətlərə bölən düz xətt şəklində təsvir edilir.

Yaradıcı sahibkarın istehsalistehlak funksiyası iki sərbəst dəyişənin funksiyasıdır:



W(C; S).

İstehlakın son məhsulu sahibkarın istehlakının 1 manat artdığı şəraitdə kreativ rifahının artımıdır:

MWC =

W

C


Yığımın son məhsulu MWS sahibkarın yığımının 1 manat artdığı şəraitdə kreativ rifahının artımıdır:

MWS =

W

S

Ehtimal edilir ki, istehlakın və yığımın həcmləri artdıqca müvafiq olaraq istehlakın son məhsulunun və yığımın son məhsulunun qiymətləri azalır.

Yaradıcı sahibkarın tarazlığı mənfəətin verilən kəmiyyəti şəraitində onun maksimum rifah səviyyəsinə çatdığı vəziyyətdir. Tarazlıq haqqında məsələ dəyişənlərinin məhdudlaşdırıldığı şəraitdə istehsal−istehlak funksiyasının maksimallaşmasına gətirib çıxarır. Şərti ekstremuma dair bu məsələni Laqranj metodu ilə həll edib sahibkarın tarazlıq şərtini əldə edirik:

MWC = MWS .

Beləliklə, tarazlıq vəziyyətində istehlaka yönəldilən 1 manat yığıma yönəldilən 1 manat ilə eyni miqdarda fərdi rifahın artımına səbəb olur. Tarazlıq şərtindən aşağıdakı iki nəticə də çıxır:



  • istehlakın yığımla əvəzlənməsinin son norması (MRS) vahidə bərabərdir;

  • sahibkarın istehsal−istehlak funksiyasının müəyyən etinasızlıq əyrisi büdcə xəttinə toxunur.

Mənfəət artdıqda sahibkarın tarazlığının dəyişməsini tədqiq edək. Bunun üçün iki tərifdən istifadə edək:

İstehlaka meyilin son həddi (MPC) mənfəətin 1 manat artdığı şəraitdə sahibkarın istehlakının tarazlı həcminin artımıdır. Bu göstərici vahiddən böyük deyildir.

Yığıma meyilin son həddi (MPS) mənfəətin 1 manat artdığı şəraitdə sahibkarın yığımının tarazlı həcminin artımıdır. Bu göstərici vahiddən böyük deyildir.

Ehtimal edilir ki, mənfəət artdıqca istehlaka meyilin son həddi azalır, yığıma meyilin son həddi isə artır. Başqa sözlə, mənfəət artdıqca asudə vaxt sahəsində yaradıcılıq fəaliyyəti üçün imkanlar biznes sahəsi ilə müqayisədə daha yüksək sürətlə tükənir. Buna görə də sahibkarlıq fəaliyyəti sahibkar üçün onun şəxsiyyətinin inkişafı baxımından ənənəvi nemətlərin işdənkənar vaxtlarda istehlakına nisbətən getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayır.

Şəkildə büdcə xəttinin başlanğıc vəziyyəti A1B1 kəsik xətti ilə üst-üstə düşür. Tarazlığın başlanğıc nöqtəsi E1 ilə işarə olunmuşdur. Fərz edək ki, mənfəətin 1 manat artması nəticəsində büdcə xətti A2B2 vəziyyətinə, tarazlıq isə E2 nöqtəsinə keçmişdir. Qeyd edək ki, B1B2 kəsik xəttinin uzunluğu mənfəətin artımına, bizim halda isə vahidə bərabərdir.

Köhnə və yeni büdcə xətlərini birləşdirən şaquli E1R kəsik xəttini çəkək. Bu kəsik xəttin uzunluğu vahidə bərabərdir. E2 nöqtəsindən onun üzərinə perpendikulyar endirsək, P nöqtəsini alarıq. E1P kəsik xəttinin uzunluğu yığımın həcminin artımına və ya yığıma meyilin son həddinə bərabərdir. PR kəsik xəttinin uzunluğu istehlaka meyilin son həddinə bərabərdir. 1 bucağının tangensi istehlaka meyilin son həddi ilə yığıma meyilin son həddi arasında nisbətə bərabərdir.





Şəkil 5. Mənfəət artdıqca sahibkarın tarazlığının dəyişməsi

İndi fərz edək ki, mənfəət daha bir vahid artmış və nəticədə büdcə xətti A3B3 vəziyyətinə, tarazlıq isə E3 nöqtəsinə keçmişdir. Mənfəət artdıqca istehlaka meyilin son həddinin azalması barədə ehtimalımıza uyğun olaraq, 2 bucağı 1 bucağından kiçik olacaqdır. Buradan belə nəticə çıxır ki, tarazlıq nöqtələrindən tərtib olunmuş mənfəətin optimal bölgüsünün əyrisi (l) mənfəət artdıqca absis oxuna əyilmə bucağının artması ilə xarakterizə olunur.

Sahibkarın tarazlığının daha mürəkkəb halını nəzərdən keçirək. Tutaq ki, istehlakdan t dərəcəsi üzrə gəlir vergisi tutulur, yığımın həcmindən isə vergi tutulmur.

Bu halda gəlir vergisi çıxılanadək istehlakın kəmiyyəti istehlak edilən nemətin həcmi kimi nəzərdən keçirilə bilməz, çünki bu məbləğin bir hissəsindən sahibkar həqiqətən istifadə edir. Ona görə də sahibkarın faydalılıq funksiyasının arqumentləri istehlakın xalis həcmi (1−t)C və əmanətlərin həcmi − S olacaqdır.

Sahibkarın büdcə məhdudiyyəti əvvəlki (4.3) şəklində qalır. Gəlir vergisi tutulduğu halda tarazlıq şərtini Laqranj metodu ilə əldə edirik. Həmin şərt aşağıdakı tənliklə ifadə olunur:

MRC = 1/(1−t).
Bu tənlikdən belə çıxır ki, sahibkarın tarazlıq nöqtəsində istehlakın yığımla əvəzlənməsinin son norması vahiddən böyükdür, yəni faydalılıq funksiyasının müəyyən etinasızlıq əyrisinin büdcə xəttini 45-dən çox olan və 1/(1−t) tangensinə malik olan bucaq altında kəsdiyi (toxunduğu deyil!) nöqtədə tarazlıq əldə edilir.

a)

b)

Şəklində sahibkarın gəlir vergisi tətbiq edilənədək tarazlıq nöqtəsi E ilə (toxunma halı), t dərəcəsi üzrə gəlir vergisi tətbiq edildikdən sonrakı tarazlıq nöqtəsi isə E1 ilə (kəsişmə halı) işarə olunmuşdur. Şəkildən göründüyü kimi, gəlir vergisinin dərəcəsi artdıqca istehlakın tarazlı həcmi azalır, yığımın tarazlı həcmi isə artır.



Şəkil 6. Gəlir vergisi tətbiq edildikdə sahibkarın tarazlığının dəyişməsi:

a) tarazlıq nöqtəsinin yerdəyişməsi; b) mənfəətin optimal bölgüsü əyrisinin yerdəyişməsi
İstehlaka meyilin və yığıma meyilin son göstəricilərinə gəldikdə isə, gəlir vergisi dərəcəsi artdıqca, onlar faydalılıq funksiyasının növündən asılı olaraq həm arta, həm də azala bilər. Bununla birlikdə, mənfəət artdıqca istehlaka son meyil gəlir vergisinin tutulmadığı tarazlıq halında olduğu kimi azalır.

Şəkildən göründüyü kimi, gəlir vergisinin dərəcəsi artdıqca mənfəətin optimal bölgüsü əyrisi sola tərəf yerini dəyişir. Şəkildə gəlir vergisi tətbiq edildikdən sonra optimal artım əyrisi lt ilə işarə edilmişdir.



Misal. Sahibkarın istehsal−istehlak funksiyası aşağıdakı düsturla verilmişdir:

W = 2C0,5+4S0,5 ,

burada kreativ rifah saat/ay ilə ölçülür. Sahibkarın mənfəəti ayda 100 min manat təşkil edir. Tarazlığın parametrlərini müəyyənləşdirək. Tarazlıq şərtinə əsasən:



C-0,5 = 2S-0,5, buradan S = 4C.

Bu xətti funksiya mənfəətin optimal bölgüsü əyrisini müəyyənləşdirir, istehlakın və yığımın optimal həcmlərini mənfəətin kəmiyyəti vasitəsi ilə ifadə etməyə imkan verir. Məhdudiyyətə görə:



C = 0,2I; S = 0,8I.

Bu nisbətlərdən belə çıxır ki, istehlaka meyilin son həddi 0,2-yə, yığıma meyilin son həddi isə 0,8-ə bərabərdir. İstehlakın tarazlı həcmi 20, yığımın tarazlı həcmi isə 80-dir. Yuxarıda göstərilən nisbətləri istehsal−istehlak funksiyasına daxil edərək, maksimal kreativ rifahın mənfəət həcmindən asılılığını əldə edirik:



W = 4,47I0,5 .

Alınmış düsturda mənfəətin verilmiş kəmiyyətini yerinə qoyaraq fərdin 44,7 saat/aya bərabər olan kreativ rifahının tarazlı qiymətini əldə edirik.


FƏSİL III. Asimmetrik informasiya modelinin qurulması xüsusiyyətləri və informasiya iqtisadiyyatının inkişaf perspektivləri
3.1. Asimmetrik informasiya modelinin optimal qurulması məsələləri
İqtisadiyyatda istehsal olunan nemətlər maddi və informasiya nemətlərinə bölünür. Müvafiq olaraq iqtisadiyyatın sahələri də maddi və informasiya sahələrinə bölünür. Maddi sahələr iqtisadiyyatın maddi sektorunu, informasiya sahələri isə informasiya sektorunu təşkil edir. Maddi sektorda maddi predmetlərdən əlavə, həm də maddi obyektlərin bu və ya digər xüsusiyyətlərini dəyişdirmək mahiyyətinə malik olan xidmətlər də istehsal edilir. Məsələn, nəqliyyat xidmətləri yüklərin məkanda yerini dəyişdirir, ona görə də onlar da maddi sektora aid edilir.

İqtisadiyyatın informasiya sektorunda informasiya məhsulları istehsal olunur. İnformasiya məhsulu yaradıcılıq fəaliyyəti prosesindən ayrılmaz olduğuna görə hesab etmək olar ki, informasiya sektorunun məhsulu yaradıcı fərdlərin həyat fəaliyyətinin məcmu vaxtıdır. Mahiyyət etibarı ilə informasiya sektoru yaradıcı fərdlər «istehsal edir». Bu sektora ənənəvi sahələrin iki növü daxildir. Birincisi, yaradıcı fərdlərin formalaşdığı sahələr − təhsil, səhiyyə və s. İkincisi, fərdlərin yaradıcılıq qabiliyyətinin reallaşdığı sahələr − elm, mədəniyyət, incəsənət və s. Bunlardan başqa, informasiya sektoruna qeyri-ənənəvi bir sahə − yaradıcı asudə vaxt sahəsi də daxildir. Bu sahədə də informasiya məhsulları yaradılır.

Yaradıcı fərdin həyat fəaliyyəti vaxtına onun məcburən ibtidai fəaliyyətlə məşğul olduğu dövrlər də daxildir. İş yerində və ev təsərrüfatında sadə əməyin müddəti, gözləmə müddəti və s. vaxt itkisinə aiddir. Həyat fəaliyyətinin məcmu vaxt itkiləri müvafiq olaraq maddi və informasiya sektorlarında vaxt itkilərinin cəmindən yaranır. İtkilərə aid olmayan həyat fəaliyyəti müddəti yaradıcı istehsaldan − informasiya məhsullarının istehlakından ibarətdir. Bu, yaradıcılıq vaxtı və ya asudə vaxtdır.

İnformasiya məhsulunun yaradılması prosesi çox mürəkkəbdir. Bu proses informasiya sektorunun müxtəlif sahələrinə aid olan mərhələlərə bölünə bilməz. Bu səbəbdən iqtisadiyyatın həmin sektoru formalaşmış modellər çərçivəsində hissələrə ayrıla bilməz. Maddi məhsulların yaradılması prosesi daha sadədir, ona görə də iqtisadiyyatın maddi sektoru nisbətən müstəqil sahələrin − sənayenin, tikintinin, nəqliyyatın və i.a. məcmusu kimi təqdim oluna bilər. Aşağıda iki model nəzərdən keçirilir. İkisektorlu balans modelində maddi sektor müəyyən ümumi məhsul istehsal edən bölünməz təsərrüfatçılıq obyekti kimi təqdim olunmuşdur. Çoxsahəli balans modelində həmin maddi sektor hər biri öz maddi məhsulunu istehsal edən sahələrin məcmusu kimi təqdim olunmuşdur.



İkisektorlu balans modeli: qurulma

İki sektordan − maddi və informasiya sektorlarından ibarət olan iqtisadiyyat nəzərdən keçirilir. Maddi sektor ümumi məhsul və ya sadəcə, məhsul istehsal edir. İnformasiya sektoru yaradıcı fərdlərin həyat fəaliyyətinin məcmu vaxtını istehsal edir.

Modelin ehtimalları aşağıdakılardır:


  • İstehsal olunan məhsulun həcmini maddi sektorun ümumi buraxılışı adlandıraq və onu x1 ilə işarə edək.

  • Yaradıcı fərdlərin həyat fəaliyyətinin məcmu vaxtını informasiya sektorunun ümumi buraxılışı adlandıraq və onu x2 ilə işarə edək.

  • İnformasiya sektorunda resurs kimi istifadə olunan məhsulun həcmi informasiya sektorunun ümumi buraxılışına mütənasibdir. Həyat fəaliyyəti vaxtının bir saatının istehsalına çəkilən məhsul məsrəflərini a12 ilə işarə edək. Bu göstərici informasiya sektorunda istehsalın material tutumluğunu xarakterizə edir. İnformasiya sektorunda ümumi məhsul məsrəfləri a12x2-yə bərabərdir.

  • Məhsuldan maddi sektor daxilində resurs kimi istifadə olunur. Məsələn, elektrik enerjisi elektrik stansiyası üçün məhsuldur və eyni zamanda, sənaye istehsalı üçün resursdur. Maddi sektorda resurs kimi istifadə olunan məhsulun həcmi həmin sektorun ümumi buraxılışına mütənasibdir. Məhsul vahidinin istehsalına çəkilən məhsul məsrəflərini a11 ilə işarə edək. Bu göstərici maddi sektorda istehsalın material tutumluğunu xarakterizə edir və kəmiyyətcə vahiddən böyük olmur. Maddi sektorda ümumi məhsul məsrəfləri a11x1-ə bərabərdir.

  • Məhsulun iqtisadiyyatın maddi və informasiya sektorlarında istifadədən sonra qalan həcmini maddi sektorun xalis buraxılışı adlandıraq və onu b1 ilə işarə edək. Bu göstərici ev təsərrüfatları tərəfindən məhsulun son istehlakının həcmi mənasını daşıyır və aşağıdakına bərabərdir:

x1 a11x1 a12x2 = b1.

  • Fərdlərin həyat fəaliyyəti vaxtından maddi sektorda resurs kimi istifadə olunur və burada o, ibtidai fəaliyyət və ya fiziki əmək formasını alır. Maddi sektorda istifadə olunan fiziki əmək vaxtı bu sektorun ümumi buraxılışına mütənasibdir. Məhsul vahidinin istehsalına çəkilən əmək məsrəflərini a21 ilə işarə edək. Bu göstərici maddi sektorda istehsalın əmək tutumluğunu xarakterizə edir. Maddi sektorda həyat fəaliyyəti vaxtının ümumi məsrəfləri a21x1-ə bərabərdir.

Maddi

sektor


x1
İnformasiya sektoru

x2
a11x1

a22x2

a12x2

a12x2

b1

b2

Həyat fəaliyyəti vaxtından informasiya sektoru daxilində fiziki əmək formasında resurs kimi istifadə olunur. İnformasiya sektorunda vaxt itkiləri bu sektorun ümumi buraxılışına mütənasibdir. Həyat fəaliyyəti vaxtı vahidinin istehsalına çəkilən fiziki əmək məsrəflərini a22 ilə işarə edək. Bu göstərici informasiya sektorunda istehsalın əmək tutumluğunu xarakterizə edir və kəmiyyətcə vahiddən böyük olmur. İnformasiya sektorunda ümumi vaxt itkiləri a22x2-yə bərabərdir.



Şəkil 7. İnformasiya sektorlu balans modeli


  • Yaradıcı fərdlərin həyat fəaliyyəti vaxtını onun iqtisadiyyatın maddi və informasiya sektorlarındakı itkilərini çıxmaqla informasiya sektorunun xalis buraxılışı adlandıraq və b2 ilə işarə edək. Bu göstərici yaradıcılıq fəaliyyətinin məcmu müddətinə və ya yaradıcı fərdlər tərəfindən zamanın son istehlakı həcminə bərabər olub aşağıdakı düsturla hesablanır:

x2 – a21 x1 a22 x2 = b2.

Yuxarıda alınmış nisbətləri birlikdə nəzərdən keçirərək, aşağıdakı balans bərabərliyini əldə edirik:

(E A) X = B,

burada E − tək matrisdir; A − material tutumluğu və əmək tutumluğu göstəricilərindən ibarət olan birbaşa məsrəflər matrisidir; X − sahələrinin ümumi buraxılışlarının vektorudur; B − sahələrin xalis buraxılışlarının vektorudur. Əgər balans bərabərliyi yerinə yetirilirsə, iqtisadiyyatın durumu balanslaşdırılmış durum adlandırılır.


İkisektorlu balans modeli: təhlil

A birbaşa məsrəflər matrisinin və B xalis buraxılışlar vektorunun verildiyi vəziyyəti nəzərdən keçirək. İqtisadiyyatın balanslaşdırıldığı şəraitdə ümumi buraxılışların vektorunu müəyyənləşdirmək tələb olunur. Bu halda balans bərabərliyi X vektoruna nisbətdə balans tənliyindən ibarət olur.

Fərz edək ki, E A matrisinin tərsi olan matris vardır. Onu tam məsrəflər matrisi adlandıraq və C ilə işarə edək. Soldan balans tənliyini bu matrisə vuraraq aşağıdakı tənliyin həllini alırıq:



X = C × B.

Beləliklə, iqtisadiyyatın balanslaşdırılmış durumunda ümumi buraxılışlar vektoru tam məsrəflər matrisi ilə xalis buraxılışlar vektorunun bir-birinə vurulması yolu ilə yaranır.

Tam məsrəflər matrisinin iqtisadi mahiyyətini tədqiq edək. Bundan ötrü yuxarıda aldığımız balans tənliyinin matris həllini iki bərabərlik sistemi şəklində təsəvvür edək:

x1 = C11b1 + C12b2 ;

x2 = C21b1 + C22b2 .

Bu tənliklər məhsulların son istehlakı həcmlərinin verilmiş dəyişiklikləri şəraitində ümumi buraxılışlarda zəruri olan dəyişiklikləri müəyyənləşdirməyə imkan yaradır. Burada maddi sektorun məhsulunun son istehlakı həcmi bu məhsula olan bazar tələbatının həcmi kimi, informasiya sektorunun son istehlakı həcmi isə yaradıcılığa olan sosial tələbat kimi nəzərdən keçirilir ki, bu tələbat da ictimai tərəqqinin tələbləri ilə şərtlənir.

Bir sektorun xalis buraxılışının birdəfəlik dəyişikliyə məruz qaldığı, digər sektorun buraxılışının isə dəyişməz qaldığı iki ayrı halı nəzərdən keçirək. Bu zaman yuxarıda verilmiş bərabərliklər sistemindən aşağıdakı nisbət əldə edilir:

,

burada Δxi i sektorunun məhsuluna tələbin dəyişməz qaldığı halda j sektorunun məhsuluna tələbin bir vahid artması nəticəsində i sektorunun ümumi buraxılışının artımıdır.



Birinci hal. Maddi sektorun məhsulunun son istehlakı həcmi artmışdır, yaradıcılığın son istehlakı həcmi isə dəyişməz qalmışdır. Düsturdan məlum olur ki, tam məsrəflər matrisinin C11 elementi maddi sektorun məhsuluna olan tələbin bir vahid artması halında bu məhsulun ümumi buraxılışının nə qədər artırılmalı olduğunu göstərir. Bu elementin vahiddən böyük olduğunu əsaslandıraq. Birincisi, o, vahiddən kiçik ola bilməz, çünki istehlakçıları məhsulun əlavə vahidi ilə təmin etmək üçün onun istehsal olunması gərəkdir. Fərz edək ki, tədqiq etdiyimiz element vahidə bərabərdir, yəni maddi sektor istehlakçıların əlavə olaraq tələb etdikləri miqdarda əlavə məhsul istehsal etmişdir. Lakin əlavə istehsal edilmiş vahidin müəyyən hissəsindən maddi sektorda resurs kimi istifadə olunacaqdır. Bundan başqa, maddi sektorda ümumi buraxılışın artması bu sektorda əmək məsrəflərinin də artmasına səbəb olacaqdır. Bu isə informasiya sektorunun resursu kimi maddi məhsulun əlavə məsrəflərini tələb edəcəkdir. Deməli, istehsal edilən məhsul vahidi bütünlüklə istehlakçıların sərəncamına verilməyəcəkdir. Beləliklə, istehlakçıları məhsulun hansısa əlavə həcmi ilə təmin etmək üçün bu məhsulun daha böyük həcminin istehsal olunması zəruridir.

Daha sonra, düsturundan belə çıxır ki, tam məsrəflər matrisinin C21 elementi məhsula olan bazar tələbinin bir vahid artması halında həyat fəaliyyətinin məcmu vaxtının nə qədər artırılmalı olduğunu göstərir. Həyat fəaliyyəti vaxtının artımı material tutumluğu və əmək tutumluğu effektləri ilə şərtləndiyinə görə burada söhbət yaradıcılıq vaxtının deyil, yalnız fiziki əmək vaxtının artırılmasından gedir.



İkinci hal. Yaradıcılığın məcmu vaxtının həcmi artmış, maddi sektorun məhsulunun son istehlakı həcmi isə dəyişməz qalmışdır. Düsturdan məlum olur ki, tam məsrəflər matrisinin C22 elementi yaradıcılığa olan sosial tələbin bir vahid artması halında həyat fəaliyyətinin məcmu vaxtının nə qədər artırılmalı olduğunu göstərir. Bu halda həyat fəaliyyəti vaxtının artımı fiziki əməyin artımı ilə yaradıcılığın artımının cəmindən yaranır və buna görə də həmin element vahiddən böyükdür. Fiziki əməyin artımı onunla şərtlənir ki, həyat fəaliyyəti vaxtının artması məhsulun əlavə buraxılışını tələb edir, bu isə fiziki əməyin əlavə məsrəflərini tələb edir. Maddi sektordan fərqli olaraq, informasiya sektorunun ümumi buraxılışı qısamüddətli dövrdə artırıla bilməz, çünki həyat fəaliyyətinin məcmu vaxtının artırılmasının əsas vasitəsi əhalinin sayının artırılmasıdır. Digər vasitə əvvəllər fiziki əməklə və ya yaradıcılıqla məşğul olmayan fərdlərin bu sahələrə cəlb edilməsidir.

Daha sonra, düsturdan məlum olur ki, tam məsrəflər matrisinin C12 elementi yaradıcılığa olan sosial tələbin bir vahid artması halında maddi sektorun məhsulunun ümumi buraxılışının nə qədər artırılmalı olduğunu göstərir.

İnformasiya sektorunun xalis buraxılışı ümumi kreativ rifahdır, yəni ictimai istehsalın məqsəd göstəricisidir. İqtisadiyyatda sərf olunan fiziki əməyin həcmi ictimai istehsalın sosial məsrəfləridir. Bu məsrəfləri SC ilə işarə edək. Sosial məsrəflərin kreativ rifahın kəmiyyətindən asılılığı sosial məsrəflər funksiyasıdır. Balans tənliyinin həllindən məlum olur ki, sosial məsrəflər aşağıdakı düsturla ifadə olunur:

SC = C21b1 + (C22−1) × b2.

Bu düsturdan iki nəticə çıxır:



  1. sabit sosial məsrəflər maddi sektorun dəyişməz hesab edilən xalis buraxılışına mütənasıbdir;

  2. sosial məsrəflər funksiyası xəttidir, son sosial məsrəflər sabitdir və C22 − 1-ə bərabərdir. Bu göstərici yaradıcılıq fəaliyyətinin məcmu vaxtının bir vahid artması nəticəsində fiziki əmək məsrəflərinin artımına bərabərdir.


İkisektorlu balans modeli: ədədli misal

İki sektordan − maddi və informasiya sektorlarından ibarət iqtisadiyyat nəzərdən keçirilir. Tam məsrəflər matrisi və sektorların xalis buraxılış həcmləri 5.1-ci cədvəldə verilmişdir.

Cədvəl 8. İkisektorlu balans modeli: ədədli misal


Sektor

Birbaşa məsrəflər matrisi A

Xalis buraxılış B

Maddi

0,3

0,6

5

İnformasiya

0,1

0,2

10


E A matrisini yazaq və onun təyinedicisini tapaq:

d = 0,7 × 0,8 − (− 0,1) × (− 0,6) = 0,5.

Matrisin çevrilməsi düsturlarından istifadə edərək tam məsrəflər matrisinin elementlərini hesablayaq:



C11 = (1 − a22)/d = (1 − 0,2)/0,5 = 1,6;

C12 = a12/d = 0,6/0,5 = 1,2;

C21 = a21/d = 0,1/0,5 = 0,2;

C22 = (1 − a11)/d = 0,7/0,5 = 1,4.

Tam məsrəflər matrisini xalis buraxılışlar vektoruna vurmaqla ümumi buraxılışlar vektorunu alırıq: maddi sektorda ümumi buraxılış 20-yə, informasiya sektorunda ümumi buraxılış isə 15-ə bərabərdir.

İqtisadiyyatda fiziki əmək məsrəfləri 15 − 10 = 5-dir. Maddi sektorda fiziki əməyin 0,1 × 20 = 2 vahidi, informasiya sektorunda isə 3 vahidi sərf edilir.

Sabit sosial məsrəflər 0,2 × 5 = 1-dir, son sosial məsrəflər isə 1,4 − 1 = 0,4-dür. Maddi sektorun ümumi buraxılışının dəyişməz olduğu şəraitdə sosial məsrəflər funksiyası aşağıdakı kimi yazılır:



SC = 1 + 0,4b2 ,

burada b2 − kreativ rifahın kəmiyyətidir.


Çoxsahəli balans modeli

Maddi istehsalın iki sahəsindən və burada bizim informasiya sahəsi adlandırdığımız informasiya sektorundan ibarət iqtisadiyyat nəzərdən keçirilir. Beləliklə, iqtisadiyyat üç sahədən ibarətdir. Modelin ehtimalları aşağıdakılardır:



  • maddi istehsalın hər sahəsində bir məhsul yaradılır. Birinci sahənin ümumi buraxılışı x1 ilə, ikinci sahənin ümumi buraxılışı x2 ilə işarələnmişdir;

  • cəmiyyət üzvlərinin həyat fəaliyyətinin məcmu vaxtı və ya informasiya səhəsinin ümumi buraxılışı x3 ilə işarələnmişdir;

  • j sahəsinin məhsul vahidinin istehsalı zamanı i sahəsinin məhsul məsrəfləri aij ilə işarələnmişdir. Bu ədədlərdən qurulmuş matris birbaşa məsrəflər matrisidir;

  • birbaşa məsrəflər matrisinin ilk iki sətiri ilə ilk iki sütununun kəsişməsindən yaranan matris texnoloji əmsallar matrisidir. Belə ki, a12 elementi ikinci sahənin maddi məhsulunun bir vahidinin istehsalı zamanı birinci sahənin maddi məhsul məsrəflərini göstərir;

  • birbaşa məsrəflər matrisinin sonuncu sətrinin sonuncu elementindən başqa hər bir elementi müvafiq sahənin məhsul vahidinin istehsalı zamanı fiziki əmək məsrəflərini göstərir. Belə ki, a31 elementi birinci sahədə istehsalın əmək tutumluğunu xarakterizə edir;

  • birbaşa məsrəflər matrisinin sonuncu sütununun sonuncu elementindən başqa hər bir elementi həyat fəaliyyəti vaxtı vahidinin istehsalı zamanı müvafiq sahənin maddi məhsul məsrəflərini göstərir. Bu göstərici insanın yaradıcı fərd kimi təkrar istehsalı üçün zəruri olan həmin maddi məhsulun istehlakının minimal həcmini xarakterizə edir. Başqa sözlə, birbaşa məsrəflər matrisinin sonuncu sütununa yaradıcı fərdin minimal istehlak səbəti daxildir;

  • birbaşa məsrəflər matrisinin a33 elementi informasiya sahəsində istehsalın əmək tutumluğunu xarakterizə edir və həyat fəaliyyətinin bir saatının istehsalı üçün zəruri olan fiziki əmək məsrəflərinə bərabərdir;

  • sahənin xalis buraxılışı anlayışı eynilə ikisektorlu balans modelindəki iqtisadi mənanı daşıyır.

Bu ehtimallar qəbul edildikdə ikisektorlu model çərçivəsində əldə olunan əsas nisbətlər, balans tənliyi və onun həlli düsturu yerinə yetirilir. Bununla birlikdə, həmin modeldə tam məsrəflər matrisinin elementləri daha çoxdur və onlar iqtisadi təfsir tələb edir. Belə ki, tam məsrəflər matrisinin sonuncu sütununun sonuncu elementindən başqa hər bir elementi kreativ rifahın bir vahid artırılması halında müvafiq sahənin məhsulunun ümumi buraxılışının nə qədər artırılmalı olduğunu göstərir. Bu göstərici nə qədər böyükdürsə, kreativ rifahın yüksəlməsində maddi istehsal sahəsinin rolu da bir o qədər çox olur. Cəmiyyət inkişaf etdikcə kənd təsərrüfatı və nəqliyyat kimi ənənəvi sahələrin rolu azalır, kommunikasiya vasitələri istehsal edən elm tutumlu sahələrin rolu isə artır.

Çoxsahəli balans modelində sosial məsrəflər aşağıdakı düsturla ifadə olunur:



SC = FC + (C33−1) × b3 ,

burada FC − maddi istehsalın bütün sahələrinin xalis buraxılış həcmlərindən asılı olan sabit sosial məsrəflərdir; C33 − 1 − son sosial məsrəflərdir; b3 − kreativ rifahın kəmiyyətidir.

Keynsçilik makroiqtisadi nəzəriyyəsi iqtisad elminin neoklassik cərəyanına aiddir, ona görə də bu nəzəriyyədə ümumi rifah ev təsərrüfatlarının məcmu pul gəliri və ya sadəcə, gəlirlə eyniləşdirilir. Keynsçilik multiplikator modelində bir sahənin işçilərinin gəlirinə birdəfəlik təsir nəticəsində məcmu gəlirin dəyişməsi prosesi tədqiq olunur. Bu təsiri, habelə onun kəmiyyətini impuls adlandırırlar. Bütün sahələr qarşılıqlı surətdə bağlı olduğundan ilkin impuls bütün digər sahələrin işçilərinin gəlirlərinin dəyişməsinə gətirib çıxarır. Nəticədə məcmu gəlirin artımı ilkin impulsun kəmiyyətindən çox olur. Gəlir multiplikatoru məcmu gəlirin artımı ilə ona səbəb olmuş ilkin impulsun kəmiyyətinin nisbətidir. Kəmiyyətcə bu göstərici vahiddən böyükdür. Gəlirin multiplikasiyası ilkin impulsun təsirinə məruz qalmayan iqtisadiyyat sahələrində gəlirin artması prosesidir.

Bir-birinin ardınca gələn iki bərabər dövr nəzərdən keçirilir. İqtisadiyyat sahələrinin sayı sonsuz çox hesab edilir, bütün dövrlər və bütün sahələr natural ədədlərlə nömrələnmişdir. Birinci dövrdə işçilərin gəliri yalnız impulsun təsirinə məruz qalmış birinci sahədə dəyişir. İkinci dövrdə ikinci sahənin işçilərinin, üçüncü dövrdə isə üçüncü sahənin işçilərinin gəliri dəyişmişdir və i.a. sonsuzluğa qədər. Beləliklə, sahələrin işçilərinin gəlirinin dəyişməsi ardıcıl baş verir. Birinci sahədə gəlirin artımı I impulsunun kəmiyyətinə bərabərdir.

İşçilərin gəlirinin artımı istehlakdan və yığımdan ibarətdir. Hər sahənin işçiləri yalnız sıraca sonra gələn sahənin məhsullarını istehlak edirlər. İstehlak gəlirin artımının bütün sahələr üçün eyni olan sabit hissəsini təşkil edir. Bu hissəni istehlaka son meyil adlandırırlar və MRS ilə işarə edirlər, burada izahın sadəliyi üçün onu a ilə işarələmişik. Birinci sahədən başqa hər bir sahənin gəlirinin artımı əvvəlki sahənin işçilərinin gəlirinin artımı ilə istehlaka son meyilin hasilinə bərabərdir. İkinci sahədə gəlirin artımı Ia-ya, üçüncü sahədə Ia2-a və i.a. bərabərdir. Beləliklə, sahələr üzrə gəlirin artımları birinci üzvü I və məxrəci a olan sonsuz azalan həndəsi silsilə təşkil edir. İqtisadiyyatda gəlirin məcmu artımı bu silsilənin cəminə bərabərdir:

Δy = I + Ia + Ia2 + …= I/(1 a).

Bu düsturdan məlum olur ki, keynsçilik modelində gəlir multiplikatoru aşağıdakına bərabərdir:

.

5.5-ci şəkildə keynsçilik modelində gəlirin multiplikasiyasının sxemi verilmişdir.

1-ci sahə

2-ci sahə 2

3-cü sahə

I

Ia

Ia2

Ia3

Şəkil 8. Keynsçilik modelində gəlirin multiplikasiyası

İnformasiya makroiqtisadiyyatında ümumi rifah məcmu kreativ rifahla eyniləşdirilir, o, kəmiyyətсə cəmiyyət üzvlərinin yaradıcılıq fəaliyyətinin məcmu müddətinə bərabərdir, yəni dəyər vahidləri ilə (keynsçilik nəzəriyyəsində olduğu kimi) deyil, zaman vahidləri ilə ölçülür. Tədqiqatın elementar obyekti kimi sahə deyil, yaradıcı fərd götürülür. Ümumi rifah cəmiyyətin bütün üzvlərinin fərdi rifah qiymətlərinin cəminə bərabərdir, ona görə də kreativ nəzəriyyədə ümumi rifah funksiyası additiv olur. Bu o demək deyildir ki, hər hansı fərdin rifahının müəyyən miqdarda artması ümumi rifahın da həmin miqdarda artmasına səbəb olacaqdır. Fərdlər bir-birinə təsir göstərirlər və onlardan birinin rifahının dəyişməsi digərinin rifahının dəyişməsinə səbəb ola bilər. Məsələn, ananın asudə vaxtının artması ona öz oğlu ilə daha çox vaxt keçirməyə imkan verir və oğulun həyatı daha məzmunlu olur, yəni ananın rifahının artması oğulun rifahının artmasına səbəb olur. Oğul da anaya təsir göstərir və oğulun rifahının induksiyalaşmış artımı ananın rifahının müəyyən artımına səbəb olacaqdır və i.a. sonsuzluğa qədər. Fərdlərin rifah qiymətlərinin ardıcıl dəyişməsi prosesi və onunla yanaşı, ümumi rifahın dəyişməsi kreativ rifahın multiplikasiyası prosesini təşkil edir. Multiplikasiya effekti ondan ibarətdir ki, bir fərdin rifahının birdəfəlik artması nəticəsində və ya əlverişli impuls nəticəsində ümumi rifahın sonsuz zaman ərzində əldə olunmuş məcmu artımı bu impulsun kəmiyyətindən çox olur. Fərdin ümumi rifahının multiplikatoru həmin fərdin ümumi rifahının artımının onun rifahının birdəfəlik artımı kəmiyyətinə olan nisbətinə bərabərdir.

Ümumi rifahın multiplikatoru modeli gəlir multiplikatorunun keynsçilik modelindən onunla fərqlənir ki, birinci halda cəmiyyətin hər bir üzvünün ayrıca multiplikatoru vardır və bu multiplikator onun ictimai əhəmiyyətini xarakterizə edir. Keynsin modelində isə multiplikator yeganədir və makroiqtisadi göstərici kimi çıxış edir. Kreativ nəzəriyyədə əlverişli impuls fərdin həyat şəraitində qısamüddətli dəyişiklik kimi təfsir edilir, elə dəyişiklik ki, onun həyatının yaradıcı dolğunluğunun kəskin şəkildə artmasına səbəb olur. Əlverişli impulsa misal kimi intensiv tədris kursunu, dünyagörüşünü artıran səyahəti, başqa insanla yaradıcı ünsiyyəti və s. göstərmək olar. İmpulsun kəmiyyəti nəzərdən keçirilən qısa dövrdə ali fəaliyyət vaxtının eyni uzunluqda olan əvvəlki dövrə nisbətən artımı ilə ölçülür.

Ümumi rifahın multiplikasiyalı artımı cəmiyyətin bütün üzvlərinin fərdi rifahlarının multiplikasiyalı artımlarının cəmləşməsi yolu ilə yaranır. Fərdi rifahın multiplikasiyalı artımı bir-birinin ardınca gələn bərabər ölçülü qısa dövrlərə aid edilən artımların sonsuz azalan ardıcıllığının cəmi kimi hesablanır. İzahın sadəliyi üçün biz bu qısa dövrü bir ay kimi qəbul edirik. Nəzərdən keçirilən fərdin əlverişli impulsa məruz qaldığı ay sıfırıncı ay sayılır.

Ümumi rifahın multiplikasiyası modelində mərkəzi yeri A təsirlər matrisi tutur, onun aij elementi i fərdinin cari ayda rifahının bir vahid artması nəticəsində j fərdinin növbəti ayda rifahının artımına bərabərdir. Təsir matrisinin bu elementini biz i fərdinin j fərdinə təsirinin son norması adlandırırıq, həmin element bir fərdin digərinə təsir göstərmək qabiliyyətini xarakterizə edir. Məsələn, tanınmış müğənni üçün təsirin son normasının bir çox qiymətləri qəti olaraq müsbətdir, çünki onun kreativ rifahının artması yaradıcılıq fəaliyyətinin nəticələrinə müsbət təsir göstərir və buna görə də çoxsaylı pərəstişkarların həyatının dolğunluğu artır. Cəmiyyətin «adi» üzvü üçün təsirin son normasının sıfıra bərabər olmayan qiymətlərinin sayı çox deyildir və onun ailə üzvlərinin, dostlarının, həmkarlarının və s. sayına uyğun gəlir. Təsirin son normasının qiymətləri, bir qayda olaraq, mənfi deyildir. Lakin cəmiyyətə zidd davranışı istisna etmək olmaz ki, bunun da nəticəsində bir fərdin rifahının artması digər fərdin rifahının azalmasına səbəb olur. Bu halda təsirin son norması mənfidir.

Ümumi rifahın multiplikasiyası modelində təsirlər matrisinin rolu V.Leontyevin xətti balans modelindəki birbaşa məsrəflər matrisinin rolu ilə eynidir. Hər iki matris qısa dövrdə iqtisadi subyektlərin birbaşa qarşılıqlı əlaqələri sistemini təsvir edir, birinci modeldə yaradıcı fərd, ikinci modeldə isə eyni bir məhsulu istehsal edən sahə subyektdir. Hər iki matrisin diaqonal elementləri vahiddən böyük olmur.

Fərz edək ki, sıfırıncı ayda birinci fərd I ölçülü əlverişli impulsa məruz qalmışdır. Bu halda sıfırıncı ayda fərdi rifahların artımlarının ΔU0 vektorunun, birincidən başqa, bütün koordinatları sıfıra bərabər olacaqdır. Birinci ayda o fərdlərin rifahı artacaqdır ki, birinci fərdin onlara təsirinin son norması qəti olaraq müsbətdir.

8-ci şəkildə kreativ rifahın multiplikasiyası sxemi verilmişdir. Cəmiyyətdə fərdlərin ümumi sayı üçə bərabərdir. Birinci fərd sıfırıncı dövrdə ilkin əlverişli impulsa məruz qalmışdır ki, bu da sxemdə şaquli ox işarəsi ilə təsvir olunmuşdur. Birinci ayda birinci fərdin ikinci və üçüncü fərdlərə göstərdiyi təsirlər bütöv maili oxlarla təsvir olunmuşdur. Sonrakı aylarda reallaşmış fərdlərarası təsirlər punktirli ox işarələri ilə təsvir olunmuşdur.

1-ci fər


3-cü fərd

2-ci fərd

rd

I

a12I

a13 I

Şəkil 9. Kreativ rifahın multiplikasiyası
Fərdi rifahların birinci aydakı artımlarının vektoru ΔU0 vektoru ilə A təsirlər matrisinin hasilinə bərabərdir. Bu fikri ümumiləşdirərək müəyyən edirik ki, fərdi rifahların k ayındakı artımlarının vektoru fərdi rifahların sıfırıncı aydakı artımları vektoru ilə təsirlər matrisinin sağdan (k1)-ci dərəcəsinin hasilinə bərabərdir. Fərdi rifahların sonsuz dövr ərzindəki artımlarının vektoru aylıq artımlar vektorlarının sonsuz ardıcıllığının cəminə bərabərdir:

ΔU= ΔU0(E+A+A2+…).

Fərz edək ki, alınmış tənliyin sağ hissəsindəki sonsuz matris ardıcıllığının cəmi mövcuddur. Bu halda sonsuz dövr ərzində rifahın fərdi artımlarının tamamlayıcı vektorunun düsturu aşağıdakı kimi yazılacaqdır:

ΔU= ΔU0×M,

burada M matrisi E A matrisinin tərsi olan matrisdir:

M=(E A)-1 .

Bu matris özəl multiplikatorlar matrisi adlanır, çünki onun elementləri təsirlərin özəl multiplikatorlarıdır. i fərdinin j fərdinə təsirlərinin özəl multiplikatorumij i fərdinin birdəfəlik əlverişli impulsu nəticəsində j fərdinin fərdi rifahının sonsuz dövr ərzindəki məcmu artımıdır.

Məcmu gəlirin müəyyən dövrdə bölgüsü o halda optimal sayılır ki, bu bölgü uzunmüddətli perspektivdə ümumi kreativ rifahın maksimal artımını təmin etsin. Bu tərif kreativ ədalət meyarını ifadə edir.

Cəmiyyətdə cəmi iki fərdin olduğu halı nəzərdən keçirək. Məcmu gəlirin I sabit kəmiyyəti verilmişdir. Həmin gəlir sıfırıncı ayda bu fərdlər arasında bölüşdürülməlidir:



I1+ I2= I,

burada Ii i fərdinin sıfırıncı aydakı gəliridir.

Hər bir fərdin sıfırıncı ayda kreativ rifahı onun aylıq gəlirinin artan funksiyasından ibarətdir. Ehtimal olunur ki, bu funksiyalar üst-üstə düşür, yəni bir-birindən ayrılıqda nəzərdən keçirilən fərdlər bərabər yaradıcılıq imkanlarına malikdirlər. Gəlirin son kreativ faydalılığı sıfırıncı ayda fərdin gəlirinin bir vahid artması nəticəsində fərdi rifahın artımına bərabərdir. Birinci fərd üçün gəlirin son kreativ faydalılığı aşağıdaki kimi yazılacaqdır:

,

burada U1 − birinci fərdin sıfırıncı aydakı kreativ rifahıdır. İkinci fərdin gəlirinin son kreativ faydalılığı düsturu da oxşar şəkildə yazılır. Ehtimal olunur ki, fərdin gəliri artdıqca gəlirin son kreativ faydalılığı azalır.

Uzunmüddətli perspektivdə ümumi rifah fərdi rifahın sıfırıncı aydakı qiymətlərindən asılıdır. Fərdi rifahın qiymətləri fərdlərin sıfırıncı aydakı müvafiq gəlirlərindən asılı olduğuna görə ümumi rifah fərdi gəlirlərin mürəkkəb funksiyasından ibarətdir:

W(U1(I1); U2(I2)).

i fərdinin ictimai əhəmiyyəti onun fərdi rifahının sıfırıncı ayda bir vahid artması nəticəsində ümumi rifahının uzunmüddətli perspektivdə artmasıdır. Başqa sözlə, fərdin ictimai əhəmiyyəti onun ümumi rifahının multiplikatoru − Mi ilə üst-üstə düşür. Tərifə uyğun olaraq, bu göstərici ümumi rifah funksiyasının müvafiq arqument üzrə xüsusi törəməsinə bərabərdir. Belə ki, birinci fərd üçün o, aşağıdakına bərabərdir:

.

Gəlirin optimal bölüşdürülməsi haqqında məsələ fərdlərin gəlirlərinin miqdarı üzərində qoyulmuş məhdudiyyət şəraitində bu funksiyanın maksimallaşmasından ibarət olur. Şərti ekstremuma dair bu məsələni Laqranj metodu ilə həll edərək, kreativ ədalət şərtini əldə edirik:

.

Alınmış nisbətdən belə çıxır ki, daha böyük ictimai əhəmiyyəti olan fərdə gəlirin kreativ faydalılığının daha kiçik qiyməti uyğun gəlir. Gəlir artdıqca onun son kreativ faydalılığı azaldığına və fərdlərin rifah funksiyaları üst-üstə düşdüyünə görə daha böyük ictimai əhəmiyyətə malik fərdin ictimai optimal gəlirinin qiyməti daha böyük olacaqdır. Bu nəticə məşhur yaradıcı şəxslərin − musiqiçilərin, rəssamların, yazıçıların və s. nisbətən yüksək gəlirə malik olmasına iqtisadi və etik əsas verir.





Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə