Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 0,87 Mb.
səhifə3/6
tarix20.10.2017
ölçüsü0,87 Mb.
#5861
1   2   3   4   5   6

Hesab olunur ki, informasiya paradiqmasının tətbiqi, fundamental iqtisadi kateqoriyaların indiyədək məlum olmayan cəhətlərini aşkar etməklə, yeni şəraitdə iqtisadi sistemin inkişaf qanunlarını müəyyənləşdirməyə və bütövlükdə, iqtisadiyyatın və dövlətin idarə olunması prinsiplərini müəyyənləşdirməyə imkan verər.






FƏSİL II. Asimmetrik informasiya modelinin qurulmasına təsir edən amillər


2.1. Asimmetrik informasiya modelinin qurulmasında

ictimai seçim anlayışı

Əgər müxtəlif insanların hərəkətləri öz aralarında razılaşdırılmamış olarsa, cəmiyyət normal yaşaya bilməz. Tarixən fərdlərin hərəkətlərinin razılaşdırılmasının iki mexanizmi formalaşmışdır: bazar mexanizmi və ictimai seçim mexanizmi. Hər iki halda fərd informasiya siqnalının mənbəyi kimi çıxış edir, lakin razılaşma mexanizmi isə belə siqnallar çoxluluğunun cəmiyyət üzvlərinin hərəkətini müəyyən edən vahid siqnala çeviricisi kimi çıxış edir.

Razılaşmanın bazar mexanizmi bazar subyektlərinin fərdi tələb və təklif əyriləri haqqında informasiyasını yeniləşdirir və satıcıların və alıcıların davranışını müəyyənləşdirən, vahid siqnal kimi çıxış edən, tarazlı qiyməti formalaşdırır. Bununla belə bazar subyektinin “bazar qərarına” təsir dərəcəsi onun iqtisadi hökmranlığından, başqa sözlə, malı satmaq və yaxud almaq qabiliyyətindən asılıdır.

Bazar mexanizmi cəmiyyət üzvlərinin hərəkətlərini razılaşdıra bilmədiyi hallarda ictimai seçim mexanizmi tətbiq olunur. Cəmiyyət üzvlərinin razılaşdırılması nəzərdə tutulan hərəkətləri həm iqtisadiyyata, həm də ictimai həyatın digər sahələrinə də aid edilə bilər. Qərar qəbuletmənin bazar mexanizminin və ictimai seçim mexanizminin fəaliyyətlərinin başlıca prinsipləri köklü surətdə bir-birindən fərqlənir: bütün fərdlər üçün onların hər birinin “ictimai qərara” təsir dərəcəsi fərdlərin iqtisadi hökmranlığından asılı olmayaraq bərabər olmalıdır. Başqa sözlə, ictimai seçim mexanizmi “bir nəfər–bir səs” prinsipinə əsaslanır, yəni onun əsasında siyasi demokratiya ideyası durur. Beləliklə, ictimai seçim demokratik cəmiyyətin siyasi institutları vasitəsilə fərdi hərəkətlərin qeyri-bazar razılaşdırılması proseslərinin məcmusundan ibarətdir. İctimai seçim fərdi fikirlərin nümayişi və nəzərə alınması, başqa sözlə, səsvermə prosesidir.

Bazar mexanizmi və ictimai seçim mexanizmi arasındakı fərqlər aşağıdakılardan ibarətdir:


  • yuxarıda qeyd edildiyi kimi, ictmai qərar qəbuluna fərdin təsir dərəcəsi onun iqtisadi hökmranlığından asılı deyildir və bir səslə ölçülür;

  • bazar subyekti dərk etmir ki, o, bazar qərarının qəbulu prosesinin iştirakçısıdır və həmin prosedurun mahiyyətini başa düşmür. Bazar qərarının kəmiyyət parametrləri onun yalnız iqtisadi fəaliyyətinin istiqamətinin müəyyən olunmasına xidmət edir və məcburi xarakter daşımır. İctimai seçim subyekti ictimai qərarın işlənib hazırlanmasına təsir göstərmək məqsədilə, fəaliyyətində rəhbərlik üçün qəbul etdiyi və özünün üstünlük verdiyini şüurlu surətdə nümayiş etdirir;

  • qarşılıqlı bazar fəaliyyəti həmişə Pareto-yaxşılaşmalara gətirib çıxarır. Əgər razılaşma sazişi tərəflərdən hər hansı birinin marağına cavab vermirsə, həmin razılaşma könüllü surətdə bağlanmayacaqdır. Əgər ictimai qərar yekdilliklə qəbul edilməzsə, o zaman həmin qərar azlıqda qalanlar üçün zərər gətirəcəkdir;

  • bazar subyekti maraqlıdır ki, onun üstünlük verdiyi cəhətlər rəqiblərinin üstünlük verdiyi cəhətlərdən yüksək dərəcədə fərqlənsin. Əgər, misal üçün, digər alıcıların hər hansı bir mala tələbi aşağıdırsa, o zaman həmin mala bərəbər çəkili aşağı qiymət qoyulacaqdır və bu da alıcılar üçün sərfəli olacaqdır. Bununla belə, ictimai seçim zamanı fərd maraqlıdır ki, daha çox insanın üstünlük verdiyi, onun özünün şəxsi üstünlükləri ilə üst-üstə düşsün. Həmfikirlərin sayı nə qədər çox olarsa, fərd üçün lazım olan ictimai qərarın qəbul edilmə ehtimalı da bir o qədər çox olacaqdır.

İctimai qərar qəbulu prosesi verilmiş variantlar yığımı içərisindən yeganə variantın, yaxud alternativin seçilməsindən ibarətdir. Alternativ yekun olaraq qəbul edilməzdən əvvəl fərdlər öz aralarında özlərinin üstün hesab etdikləri variant haqda informasiya mübadiləsini edirlər və bu və ya digər alternativi dəstəkləyən qrupu formalaşdırırlar. Alternativi dəstəkləyən qrupun yaradılması prosesi ictimai seçimin daxili məsrəfləri – nümayişlərlə əlaqədar olan və fərdi üstünlüklər haqda informasiya mübadiləsi və dəstək qrupunun formalaşdırılması ilə bağlı məsrəflərlə birləşir. Belə məsrəflərin olması əsas etibarə ilə fərdlərin xeyli vaxt sərfiyyatı ilə şərtlənir. Dəstək qrupunun sayı nə qədər çox olarsa, onun üzvləri arasında şəxsiyyətlərarası qarşılıqlı fəaliyyət nə qədər çox olarsa, bütün digər bərabər şərtlər altında ictimai seçim məsrəfləri də bir o qədər çox olacaqdır. Beləliklə, daxili məsrəflər dəstək qrupunun sayının artan funksiyası kimi baxıla bilər. Əgər səsvermə subyektlərinin sayı verilmişdirsə, o zaman həmin funksiyanın arqumenti kimi dəstək qrupunun çəkisi, yəni səsvermədə iştirak edənlərin ümumi sayında qrup üzvlərinin xüsusi çəkisinin qəbul edilməsi əlverişli hesab olunur. Daxili məsrəflərin dəstək qrupunun çəkisindən asılılığı şəkil 1.-də D əyrisi ilə təsvir edilmişdir:

Təkbaşına qərar


Yekdil

qərar
E+D



D

E

0%  100%



Şəkil 1. İctimai seçim məsrəfləri
Həlledici dəstək qrupu - verilmiş alternativin ictimai qərar kimi tanınması haqda son qərar qəbul etmək qabiliyyətinə malik olan alternativin dəstək qrupudur. Həlledici dəstək qrupu həmişə yeganədir. İctimai seçimin əsas prinsipinə uyğun olaraq formalaşdırılan bir neçə dəstək qruplarından daha çox çəkiyə malik olanı həlledici kimi tanına bilər. Bununla belə qrupun fərdi tərkibi nəzərə alınmır. Əgər say etibarı ilə bütün digər qrupları üstələyən iki bərabər dəstək qrupu olarsa, o zaman həlledici qrupun müəyyən olunmasında həlledilməz problem meydana çıxır. Dəstək qrupları içərisində xüsusi çəkisi 50%-dən çox qrup olarsa, bu problem meydana çıxmır. O zaman həmin qrup həlledici qrup roluna iddialı ola bilər.

Səsvermə qaydası müəyyən edir ki, dəstək qrupu hansı minimal çəkiyə malik olmalıdır ki, o, həlledici kimi tanınsın və müvafiq alternativ ictimai qərar kimi tanına bilsin. Göstərilən çəkiyə son hədd çəkisi deyilir. Beləliklə, səsvermə qaydası alternativin dəstək qrupunun son hədd çəkisini müəyyən edir. Adətən, son hədd çəkisi 50%-dən yuxarı səviyyədə müəyyən edilir. Bu yuxarıda qeyd edilən bərabər rəqabət aparan qruplar problemi ilə üzləşməmək üçün edilir. Lakin burada istisna hal vardır. Nisbi çoxluq qaydası son hədd çəkisini mövcud dəstək qruplarından daha çox çəkiyə malik olanı kimi müəyyən edir. Əgər, misal üçün, birinci alternativ səslərin 35%-ni, ikinci 45%, üçüncü isə 20% yığmışdırsa, həmin qaydaya uyğun olaraq son hədd çəkisi 45% səviyyəsində müəyyən edilir. İkinci qrup həlledici, ikinci alternativ isə ictimai qərar kimi tanınır.

Səsvermə qaydası öz-özlüyündə ictimai seçim predmeti kimi çıxış edir. Bu və ya digər səsvermə qaydası seçilən zaman ictimai seçimin nəinki daxili, həm də xarici məsrəfləri nəzərə alınır. Həmin xərclər ictimai seçimin reallaşdırılması nəticəsində ayrı-ayrı fərdlərin sərf etdiyi xərclərdən əmələ gəlir. Əgər ictimai seçim fərdin fikri ilə üst-üstə düşərsə, o zaman xarici məsrəflər sıfra bərabər qəbul ediləcəkdir. Əks halda onlar müsbətdir. Həlledici dəstək qrupunun çəkisi nə qədər çox olarsa, xarici məsrəfləri daşıyan fərdlərin payı bir o qədər az və nəticədə xarici məsrəflərin ümumi həcmi də bir o qədər az olacaqdır. Beləliklə, ictimai seçimin xarici məsrəfləri dəstək qrupunun çəkisinin azalan funksiyası kimi çıxış edirlər (şəkildə E əyrisi).



Misal. Mikrorayonun sakinləri avtobus dayanacağının qurulacağı yerin seçilməsi barədə məsələni həll edirlər. Dayanacağın yerləşdirildiyi yerin yanındakı binanın sakinləri kənar məsrəflər etmir, qalan bütün sakinlər belə məsrəflərə məruz qalır. Ev dayanacaqdan nə qadər uzaq olarsa, onun sakinlərinin yola sərf etdiyi vaxt da çox olacaq və onların kənar məsrəfləri də bir o qədər çox olacaqdır.

Təkbaşına qərar dəstək qrupunun çəkisi minimal olduğu halda özünə yer tapır. Bu zaman narazı qalan fərdlərin sayı maksimal olduğuna görə kənar məsrəflər də maksimal olur. Bu zaman daxili məsrəflər minimaldır. Yekdil qərar o zaman özünə yer tapır ki, dəstək qruplarının çəkisi maksimaldır, başqa sözlə, 100%-ə bərabərdir. Bu halda narazı fərdlər olmur və ona görə də kənar məsrəflər sıfra bərabərdir. Bu zaman daxili məsrəflər maksimal olur.

İctimai seçimin ümumi məsrəfləri daxili və kənar məsrəflərin cəminə bərabərdir. Dəstək qrupunun çəkisi artdıqca, daxili məsrəflərin funksiyası artdığına və kənar məsrəflərin funksiyası azaldığına görə, ümumi məsrəflərin funksiyasının minimumu olur. Həmin funksiyanın minimumuna cavab verən dəstək qrupunun çəkisinə optimal çoxluq deyilir. Şəkildə ictimai seçimin ümumi məsrəflərinin funksiyası E+D ilə, optimal çoxluq isə α ilə işarələnmişdir.

Optimal çoxluq qaydası dəstək qrupunun son hədd çəkisini optimal çoxluğa bərabər tutur. Ümumiyyətlə, səsverənlərin hər bir spesifik qrupunun və səsverməyə çıxarılan hər bir məsələnin müvafiq optimal çoxluğu mövcuddur. Hər bir konkret şəraitdə optimal çoxluğun hesablanması öz-özlüyündə əlavə məsrəflər tələb edir ki, onlar da çox zaman özünü doğrultmur. Ona görə də təcrübədə aşağıdakı səsvermə qaydasından istifadə olunur.

Sadə çoxluq qaydası dəstək qrupunun son hədd çəkisini “50 üstəgəl bir səs” kimi müəyyən edir. Bu qaydaya uyğun olaraq səsvermədə iştirak edənlərin mülahizələri alternativin qələbə çalmasına yardım edir. Sadə çoxluq qaydasının daha üstün olmasına inamın ciddi şəkildə sübut edilməsinə “Mey nəzəriyyəsi” deyilir. İctimai təcrübə optimal çoxluğun sadə çoxluğa yaxın olmasını göstərir. Nəzəri planda optimal çoxluq sadə çoxluqdan üstündür. Bu da onunla bağlıdır ki, dəstək qrupunun son hədd çəkisi 50%-dən az olduğu halda rəqib qruplar problemi yaranır ki, onun həlli də xeyli əlavə məsrəflər tələb edir.

Konstitusiya çoxluğu qaydası dəstək qrupunun son hədd çəkisinin 2/3-ə bərabər olmasını qəbul edir. Bu qayda ən mühüm ictimai qərarların qəbulu üçün istifadə edilir.

İctimai seçim proseduru verilmiş alternativlər çoxluğundan yeganə alternativin seçilməsinə imkan verən alqoritmdir. Bəzi seçim proseduraları bilavasitə ictimai seçim qaydalarından çıxarılır, digərləri onları istifadə edir, üçüncülər isə müstəqil xarakterə malikdir. Bütün prosedurlar üçün ümumi olan ictimai seçimin əsas prinsipi «bir nəfər – bir səs» prinsipidir.

Sadə çoxluq. Səslərin yarıdan çoxunu alan alternativ seçilir.

Nisbi çoxluq. Digərləri ilə müqayisədə daha çox səs alan alternativ seçilir. Əgər belə alternativlərin sayı iki olarsa, onda səsvermə təkrarlanır, özü də qəbul oluna bilən alternativlər kimi yalnız həmin iki alternativ nəzərdən keçirilir. Səsvermə iştirakçılarının sayı cüt olmadığı və səsvermədən imtinaya yol verilmədiyi halda, ictimai qərar birmənalı müəyyən edilmiş olur.

Bəyənilən (təqdir edilən) səsvermə. Hər bir səs verən səsverməyə çıxarılan çoxluqlardan ixtiyari sayda alternativləri bəyənmək hüququna malikdir. Daha çox sayda iştirakçının bəyəndiyi alternativ qalib hesab edilir.

Misal 1. A, BC səsvermə iştirakçıları K, L, MN alternativlərini nəzərdən keçirirlər. Bəyənilən alternativ vahidlə, bəyənilməyən isə sıfırla ifadə olunur. Səsvermənin nəticələri cədvəl 6.4-də verilmişdir.
Cədvəl 1

Bəyənilən səsvermə


Alternativlər

Səsvermə iştirakçıları

Cəmi

A

B

C

K

L

M

N

1

1

0



0

0

1

1



1

0

1

1



0

1

3

2



1

Cədvəldən göründüyü kimi, L alternativi daha çox iştirakçılar tərəfindən bəyənilmişdir. Ona görə də o, ictimai qərar kimi qəbul edilir.



Ardıcıl bəyənilən səsvermə bir neçə mərhələdə aparılır. Hər bir səsverən özü üçün daha məqbul olan yeganə alternativi seçir və ona «müsbət bal» verir. Gələcək nəzərdən keçirmələrdə ən az sayda «müsbət ballar» toplayan alternativ sıradan çıxarılır.

Bord proseduru. Hər bir səsverən alternativləri onların üstünlük dərəcəsinə görə nizamlayır. Onlardan daha üstün olanı 1 ranqını, sonrakı 2 ranqını alır və s. Ranqların ən az cəmini yığan alternativ qalib hesab edilir. Əgər ranqların cəmi bərabər olan iki alternativ vardırsa, bu halda ranqlarının qiymətləri dağınıq olan alternativ daha üstün hesab edilir, çünki həmin alternativ qiymətləndirilərkən səsverənlər daha yekdil olmuşlar.

Misal 2. A, BC səsvermə iştirakçıları K, L, MN alternativlərini nəzərdən keçirirlər. Səsvermənin nəticələri cədvəl 6.5-də verilmişdir.

Cədvəl 2

Bord proseduru


Alternativlər

Səsvermə iştirakçıları

Cəmi

A

B

C

K

L

M

N

4

2

3



1

4

2

3



1

4

3

1



2

12

7

7



4

Ardıcıl bəyənilməyən səsvermə bir neçə mərhələdə aparılır. Hər bir səsverən özü üçün ən az məqbul olan yeganə alternativi seçir və ona “mənfi bal” verir. Gələcək baxılmadan ən çox sayda “mənfi ballar” toplayan alternativ çıxarılır.

Cədvəldən göründüyü kimi, N alternativi ranqların daha az cəmini almışdır, ona görə də həmin alternativ qalib hesab edilmişdir. Üstünlük dərəcəsinə görə növbəti L alternatividir. Onun ranqlarının cəmi M alternativində olduğu kimidir, lakin bu halda ranqların dağınıqlığı aşağıdır (bunu yoxlamaq olar).

Kondorse proseduru alternativ cütlüklərinin müqayisəsinə əsaslanır, bu misal üçün, sadə çoxluq metodu ilə aparılır. Cütlərin müqayisələrinin sayı (səsvermələrin) n(n-1)/2-ə bərabərdir, burada n - alternativlərin sayıdır. Əgər cütlərin müqayisəsi nəticəsində alternativ daha üstün hesab edilərsə, onda həmin alternativ bir bal alır, əgər üstünlüyü aşağı olarsa, o zaman sıfır bal alır. Daha çox sayda ballar yığan alternativ qalib hesab edilir. Əgər i alternativi j alternativindən üstün olarsa, o zaman Kondorse əmsalı kij vahidə bərabər olacaqdır. Bərabər indenksli Kondorse əmsalları sıfra bərabərdir. Kondorse matrisi kij sayda elementlərdən ibarətdir.

Misal 3. K, L, MN alternativlərinin cütlərlə müqayisəsinin nəticələri cədvəl 6.6-da verilmişdir.

Cədvəl 3

Kondorse proseduru


Alternativlər

Alternativlər

Cəmi

K

L

M

N




K

L

M

N

0

0

0



0

1

0

1



1

1

0

0



1

1

0

0



0

3

0

1



2

Cədvəldən göründüyü kimi, K alternativi balların daha çox cəmini yığmış və ona görə də qalib hesab edilir. Üstünlük dərəcəsinə görə növbəti alternativ N-dir və s.



Səslərin sadə göndərilməsi iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə səsvermə iştirakçıları alternativi deyil, öz nümayəndələrini seçirlər və öz səslərini ona ötürürlər. Nümayəndənin seçilməsi yuxarıda təsvir olunmuş hər hansı bir prosedurun köməkliyilə aparıla bilər. İkinci mərhələdə seçilmiş nümayəndə təkbaşına qalib hesab edilən bir alternativi seçir.

Səslərin çoxsəviyyəli göndərilməsi bir neçə mərhələdə həyata keçirilir və onların hər biri səslərin göndərilməsinin (ötürülməsinin) müəyyən səviyyəsinə cavab verir. Səsvermə iştirakçıları aşağı səviyyədə bu və ya digər üsulla nümayəndələri seçirlər və onlar növbəti səviyyədə səsvermənin iştirakçıları olurlar. Həmin nümayəndələr öz növbəsində öz nümayəndələrini daha yuxarı səviyyəyə seçirlər və s. Ən yuxarı səviyyəyə seçilmiş nümayəndələr (onların sayı vahidə də bərabər ola bilər) qalib elan olunan alternativi seçirlər.

Səsvermənin paradoksu - səsvermənin bu və ya digər prosedurunun seçilməsinin ictimai qərara təsir göstərə biləcək vəziyyətilə bağlıdır. Aşağıda səsvermənin üç paradoksu nəzərdən keçirilir: Kondorse paradoksları və səslərin çoxsəviyyəli ötürülməsi (verilməsi) paradoksu. Kondorse paradokslarına həmçinin tsiklik səsvermə paradoksları da deyilir.

Natamam səsvermə zamanı Kondorse paradoksu. Burada üç A, BC səsvermə iştirakçılarının K, LM alternativlərinin qiymətləndirdiyi hal nəzərdən keçirilir. Hər bir fərd həmin alternativləri üstünlük dərəcəsinə görə nizamlayır. O, daha üstün olan alternativə 1-ci ranqı verir, az üstünlüyə malik olana 2 və s. Fərdlərin verdiyi fərdi üstünlüklər cədvəl 6.7-də verilir.

Cədvəl 4

Natamam səsvermə zamanı Kondorse paradoksu


Səsvermənin iştirakçıları

Alternativlər

ranq 1

ranq 2

ranq 3

A

B

C



K

L

M



L

M

K



M

K

L


Fərdlərin Bord prosedurundan istifadə etməklə, bir alternativ seçməsi zəruridir. Hər bir alternativin ranqlarının sayı altıya bərabər olduğundan və ranqların dağınıqlığı eyni olduğundan, bu səsvermə proseduru özünün klassik şəklində yeganə alternativi seçməyə imkan vermir. Tutaq ki, ictimai seçimin təşkilatçısı (yığıncağın sədri) fərdlərdən birinin iştirak etmədiyi səsvermə prosedurunun – natamam səsvermənin nəticələri əsasında alternativi nizamlamaq səlahiyyətinə malikdir. Natamam səsvermənin nəticələri bütün fərdlərin üçdə ikisi, başqa sözlə, konstitusiya çoxluğu tərəfindən dəstəklənir. Səsvermənin təşkilinin iki mümkün ssenarisini nəzərdən keçirər.



Ssenari 1. Əvvəlcə səsvermə B fərdinin iştirakı olmadan aparılır, özü də KL alternativləri müqayisə edilir. Cədvəl 8-dən göründüyü kimi, hər iki səsverən A C fərdləri K alternativinə üstünlük verir. Sonra səsvermə F fərdi iştirak etmədən aparılır, MK alternativləri müqayisə edilir. Cədvəldən göründüyü kimi, hər iki səsverən M alternativinə üstünlük verir. Hər iki yarımçıq səsvermənin nəticələrini birləşdirməklə üstünlük dərəcəsinin azalmasına görə alternativlərin aşağıdakı ardıcıllıqla yerləşməsini alırıq: M, K, L. Nəticədə M alternativi seçilir.

Ssenari 2. Əvvəlcə səsvermə A fərdinin iştirakı olmadan aparılır, özü də KL alternativləri müqayisə edilir. K alternativinin ranqlarının cəmi beşə, L alternativininki isə dördə bərabərdir. Ona görə də L alternativi üstün olur. Sonra səsvermə B fərdi iştirak etmədən aparılır və M K alternativləri müqayisə edilir. M alternativinin ranqlarının cəmi dördə, K alternativininki isə üçə bərabərdir. Ona görə də K alternativi üstün olur. Hər iki natamam səsvermənin nəticələrini birləşdirməklə üstünlüklərinin azalması dərəcəsinə görə alternativlərin aşağıdakı ardıcıllıqla yerləşməsini alırıq: L, K, M. Nəticədə L altennativi seçilir.

Beləliklə, nəzərdən keçirilən iki ssenaridən birini seçməklə, səsvermənin təşkilatçısı onun yekunları üzərində əməliyyat apara bilər, başqa sözlə, ictimai seçimə təkbaşına təsir göstərə bilər.



Alternativlərin cüt-cüt müqayisəsi zamanı Kondorse paradoksu. Cədvəl 6.8-də alternativlərin cüt-cüt müqayisəsi nəticəsində alınmış Kondorse matrisi verilmişdir. Bu matrisin k12 elementinin tək bir qiyməti K alternativinin L alternativindən üstün olduğunu göstərir. k23 elementinin tək bir qiyməti L alternativinin M alternativindən üstün olduğunu göstərir. k31 elementinin tək bir qiyməti M alternativinin K alternativindən üstün olduğunu göstərir. Buradan belə bir absurd nəticəyə gəlirik ki, A alternativi eyni zamanda həm daha çox üstün, həm də daha az üstün alternativdir. Burada biz hər hansı bir alternativin hər hansı digər alternativdən üstün olduğu halın subut oluna biləcəyi dövri səsvermə ilə üzləşirik.
Cədvəl 5

Alternativlərin cüt-cüt müqayisəsi zamanı Kondorse paradoksu


Alternativlər

Alternativlər

Cəmi

K

L

M

K

L

M

0

0

1



1

0

0



1

1

0



2

1

1


Kondorse matrisinin daxili ziddiyyəti yoxdur, başqa sözlə, əgər iki şərt yerinə yetirilirsə, o, yeganə üsulla alternativləri üstünlüklərinin azalmasına görə yerləşdirməyə imkan verir:



  1. Diaqonal elementlər istisna olmaqla, elementləri vahidə bərabər olan sətrin uyğun gəldiyi alternativ və bütün elementləri sıfra bərabər olan sütunun uyğun gəldiyi alternativ vardır. Həmin alternativ daha üstündür.

  2. Əgər göstərilən sətir və sütun ləğv edilərsə, o zaman yenidən alınan kiçik ölçülü matris yuxarıda göstərilən əvvəlki şərti ödəyir və s.

Səslərin çoxsəviyyəli verilməsi (ötürülməsi) paradoksu. Səslərin dörd səviyyədə verilməsinin mövcud olduğu halı nəzərdən keçirək. Aşağı səviyyədə hər bir binanın sakinləri şəhər məclisinə öz nümayəndəsini seçir. Şəhər məclisinin üzvləri parlamentə öz nümayəndəsini seçirlər.
Evdə

Şəhər yığıncaqları

Şəhər 1

Şəhər 2


Şəhər 2

Parlament

Prezident

Şəkil 2. Səslərin çoxsəviyyəli verilməsi paradoksu
Tutaq ki, hər bir sakin iki siyasi partiyadan birini dəstəkləyir və həmin partiyanın nümayəndəsinə səs verir. Şəkildə dəstəklədiyi partiyaya uyğun olaraq rənglənmiş hər bir fərd dairə kimi təsvir edilmişdir.


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə