Азярбайъан республикасы мядяниййят вя туризм назирлийи м. Ф. Ахундов адына



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/60
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17915
1   ...   6   7   8   9   10   11   12   13   ...   60

 
41
2002 
 
88. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər 
Nazirliyinin şəxsi heyəti /Tərt. və ön sözün müəl.prof. Musa 
Qasımov.- B.: Azərbaycan Universiteti nəşr., 2002.- 22 s. 
89.  Əliyeva, A. “Azərbaycan” (1918-1920) qəzetində 
ədəbiyyat məsələləri / Red. akademik, Əməkdar elm xadimi 
Kamal Talıbzadə; Rəyçi fil. elm. dok. Hüseyn İsrafilov, fil. 
elm. dok. İslam Ağayev.- B.: Gənclik, 2002.- 114 s. 
Monoqrafiyada 1918-1920-ci illərin “Azərbaycan” qə-
zetində ədəbiyyat məsələləri ilk dəfə sistemli elmi tədqiqata 
cəlb edilir, qəzetdə çap olunmuş poeziya, ədəbi tənqid 
nümunələri araşdırılır. 
  
2003 
 
90. Bayramoğlu, A. Azərbaycan Demokratik Respub-
likası dövründə  ədəbiyyat /Elmi red. Bəkir Nəbiyev.- B.: 
Elm, 2003.- 276 s. 
91.  Əfəndiyev, S. Şəki Azərbaycan Xalq Cümhuriy-
yətinin fəaliyyəti illərində (1918-1920).- B., 2003.- 32 s.  
Kitabçada Cümhuriyyət illərində Şəki mühiti, oradakı 
durum, müstəqilliyimiz uğrunda gedən mübarizə müəyyən 
qədər öz əksini tapmışdır. 
92. Qasımlı M., Hüseynova E. Azərbaycanın Xarici 
İşlər nazirləri (1918-1985)/ Elmi redaktor və  rəyçilər tarix 
elm. dok. prof. Həsən Əlibəyli, tarix elm. dok. prof. Namiq 
Axundov.- B.: Adiloğlu, 2003.- 110 (2) s. 
Kitabda 1918-ci ildən 2003-cü ilə kimi Azərbaycanın 
Xarici İşlər nazirlərinin bioqrafiyası verilmişdir. 
93. Məmmədov, C. Birinci Azərbaycan Respublikası. 
1918-1920: Dərs vəsaiti /Elmi red. prof. H.Ə.Hacıyev; 
Rəyçilər tarix elm. dok. İ.M.Cəfərov və b.- B.: Adiloğlu, 
2003.-120(1) s. 


 
42
Dərs vəsaitində 1917-1920-ci illərdə  Şimali Azərbay-
canda gedən ictimai-siyasi proseslər, Azərbaycan Xalq 
Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutundan 
danışılır. 
94. Mərdanov, M., Quliyev Ə.  Azərbaycan təhsili 
Xalq Cümhuriyyəti illərində (1918-1920) /Elmi red. pedaqo-
ji elm. dok. prof. Əjdər Ağayev.- B.: Çaşıoğlu, 2003.- 240 s.  
Kitab Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 
milli təhsil siyasəti və quruculuğu sahəsində  fəaliyyətinin 
əsas istiqamətlərinin tədqiqinə  həsr olunmuşdur.  
95. Vəliyeva, S. Milli dövlətçilik hərəkatının yüksəlişi 
və Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideyası 
/Elmi red. Cəfərov Nizami.- B.: Azərbaycan , 2003.- 128 s. 
Kitabda maarifçilərin, Xalq Cümhuriyyətinin ictimai-
siyasi xadimlərinin  əsərlərində bu məsələnin qoyuluşu və 
mahiyyəti ardıcıl tədqiq olunmuşdur. 
 
2004 
 
96. Abdullayev,  Ə. Azərbaycana qarşı erməni təca-
vüzü və xarici havadarlıq /Elmi red. f. e. d., prof. M.F.Cə-
lilov.- B.: İqtisad Universitetinin nəşriyyatı, 2004.- 214 s.  
Monoqrafiyada ermənilərin Azərbaycana, azərbaycan-
lılara qarşı uzun bir dövr ərzində, o  cümlədən də 1918-
1920-ci illərdə törətdikləri təcavüz və soyqırımların tarixi 
kökləri açıqlanır, mənfur erməni milliyyətçilərinin riyakar 
məqsəd və məramları ifşa olunur. 
97.  Azərbaycan Xalq Cümhuriyyəti  Ensiklopedi-
yası. 2 cilddə /Baş red. Yaqub Mahmudov.- B.: Lider nəşi-
riyyatı, 2004.- C. I.- 440 s; 2005.- C. II.-  472 s.  
Ensiklopediya Azərbaycan Xalq Cümhuriyyətinin ta-
rixini  əhatə edən ilk fundamental elmi soraq əsəridir.  İki 
cilddən ibarət olan  Azərbaycan Xalq  Cümhuriyyəti Ensi-
klopediyasının səhifələində Azərbaycan xalqının istiqlal 


 
43
mübarizəsi və ictimai fikir tarixinin ən mühüm məqamları, 
azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və 
fəaliyyəti verilmişdir. 
98.  Azərbaycan Xalq Cümhuriyyətinin  86-cı ildö-
nümünə  həsr olunmuş Respublika elmi konfransının mate-
rialları /Red. tar. elm. nam. E.Məhərrəmov.- B.: Nurlan, 
2004.- 199 (1) s.  Azərbaycan və rus    dilində. 
Konfrans materialları XIX əsrin sonu XX əsrin əvvəl-
lərində Azərbaycandakı ictimai-siyasi vəziyyəti əks etdirir.  
99. Qoca, E. Azərbaycanın təhlükəsizlik və xüsüsi 
xidmət orqanları ( 1918-1920) /Azərbaycanın xüsusi xidmət 
orqanlarının 85  illiyinə  həsr olunur.- B.: “Şuşa”, 2004.-  
208 s. 
Kitabda 1918-1920-ci illərdə  kəşfiyyat və  əks-kəşfiy-
yat xidmətinin yaradılması, həmin təşkilatların fəaliyyəti 
barədə məlumat verilir. 
100. Məhəmmədzadə, M. Azərbaycan türk mətbuatı 
/Mirzəbala Məhəmmədzadə; Ərəb əlifb. çer. və tərt., ön söz, 
lüğət, qeydlərin müəllifi A. Bayramoğlu; Red. C.Məmmədli; 
BDU.- B.: Bakı Universiteti, 2004.- 83 (1) s.  
 
Kitab milli mətbuat tariximizə həsr olunmuşdur. 
101. Məmmədli, M. Mənalı həyat yolu (Seçilmiş əs-
ərləri) /Red. T. Quliyev.- B.: Vətən, 2004.- 554 s. 
Tarix elmləri doktoru, professor Mahal Məmmədlinin 
kitabında Azərbaycan tarixinin tədqiqinə  və  tədrisinə, tari-
ximizin tədrisində Azərbaycan Xalq Cümhuriyyətinin tari-
xinin öyrənilməsinə geniş yer verilmişdir. 
 
2005 
 
102.  Dünyaminqızı, Q. Cümhuriyyət dövrü, Azər-
baycan mətbuatı (1918-1920) /Elmi red. və ön sözün müəl-


 
44
lifi Alxan Bayramoğlu.- B.: Azərbaycan Dövlət Pedaqoji 
Universitetinin mətbəəsi,  2005.- I hissə.- 129 s.  
Kitabda AXC-i dövründə jurnalistikanın hüquqi ba-
zası, demokratik cəmiyyət quruculuğunda mətbuatın rolu-
nun və yerinin əvəzedilməz olduğu bir daha vurğulanır. 
103. Hacıyeva, M. Azərbaycan dilindən oxu və çalış-
ma mətnləri  (ADİU - nun Türk dünyası  işlətmə fak. tələ-
bələri üçün dərs vəsaiti) /Red. f. e. n. dos. K. Quliyev.- B.: 
İqtisad Universitetinin nəşriyyatı, 2005.- 116 (2) s. Azərbay-
can və türk dilində. 
Kitabda Azərbaycanın Dövlət Bayrağı, Azərbaycanın 
Dövlət Gerbi, Azərbaycanın Dövlət Himninə, (Ə. Cavad) 
dair məlumatlar vardır. 
104. Qasımov, K. İyirmi üç ay (bədii-sənədli, tarixi 
kinoroman) /Red. Səlimbəyli  Şöhrət.- B.: Avropa.- 2005.-
144 s. 
Gənc rejissor K.Qasımovun müəllifi olduğu “İyirmi üç 
ay” bədii-sənədli  kinoromanında AXC-nin keçdiyi ağır yol, 
onun qurucularının və görkəmli  şəxslərinin apardığı müba-
rizə əks olunmuşdur.  
105. Qəhrəmanova, A. Azərbaycan Demokratik Res-
publikasında xalq maarifinin təşkili yolları /Elmi red. ped. 
elm. dok. Ə.Ağayev.- B.: 2005.- 156 (2) s. 
Kitabda Azərbaycan Demokratik Respublikasının təh-
sil siyasətinin birdən-birə deyil, uzun müddətə mütərəqqi və 
demokratik səylərlə yarandığı zəngin faktlarla əsaslandırılır. 
106. Paşayev, A. Cümhuriyyət parlamentinə gedən 
yol.- B.: Adiloğlu, 2005.-  88 s. 
Kitabda Azərbaycan Xalq Cümhuriyyəti və onun par-
lamentinin meydana gəlməsinə  qədər xalqın iradəsini ifadə 
etmiş Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası  və 
Azərbaycan Milli Şurasının tariximizdəki fəaliyyətini  əks 
etdirən sənədlər verilmişdir.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə