Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

 
 
 
44 
Ln.,  M.),  şətəl  «nadinc,  sözəbaxmayan»  (B.,  Ln.),  sital//stal 
«nadinc» (Ab., B., Q., İ., Y., M.). 
İran dilləri üçün düzəltmə olan sifətlər Azərbaycan dilində sadə 
sifətlər  kimi  qəbul  edilir,  çünki  həmin  sözlərdəki  sözdüzəldici 
şəkilçilər  Azərbaycan  dilində  sözyaratma  prosesində  iştirak  edə 
bilmir;  məsələn:  kütin  «qozbel»  (Y.),  miyanə  «orta,  ortabab»  (B., 
Ln., S., Sal.), xərəngə «ədəbsiz, kobud, mənasız iş tutan» (Ab., Q.), 
dastək//dəssək//dəssəy  «qulluğa  gedə bilən, 7-9  yaşlı»  (A.,  B.,  Ln., 
M.) və s. 
İran  dillərində  mürəkkəb  sözlər  komponentləri  Azərbaycan 
dilində  müstəqil  işlənə  bilmədiyi  səbəbindən  sadə  hesab  edilir; 
məsələn: vəgəsirə «yarımçıq doğulmuş» (B.), nimras «yetişməmiş» 
(B.),  püşraz  «tezyetişən»  (Ab.,  B.),  siyahpır//siyahpur//sıyafur 
«həyasız, utanmaz» (Ab., B., Q., ƏB., S., C., Ş.). 
 
2.2.2.2.  Düzəltmə sifətlər 
 
Bu bölgüyə Azərbaycan dilində işlənən İran mənşəli şəkilçilərin 
və  Azərbaycan  dilinin  öz  şəkilçilərinin  vasitəsilə  düzələn  sifətlər 
daxildir.  Düzəltmə  sifətlər  aşağıdakı  şəkilçilərin  köməyi  ilə  əmələ 
gəlir: 
bi-,  be-,  na-  ön  şəkilçiləri  ilə  düzələnlər:  beçiz//biçiz  «pulsuz» 
(B.,  Ln.),  biyəndəcər  «çirkin,  kifir»  (Ab.,  B.),  bedərəcə  «xeyirsiz, 
boş,  mənasız»  (Y.),  naxoş  «xəstə,  kefsiz»  (A.,  Ln.,  Lk.,  M.), 
nahamar «hamar olmayan», nanəcim «pis, tərbiyəsiz» (B., Y.). 
-var,  -vər,  -avar,  -əvər  şəkilçiləri  ilə  düzələnlər:  dağavar 
«dağlıq» (Ln., Y.), dənəvər «dənəli» (B., Q.), günəvər «güney, gün 
düşən» (Y., C.). 
-van,  -avan  şəkilçiləri  ilə  düzələnlər;  məsələn:  lilvan  «lilli, 
bulanıq»  (Ln.,  M.),  malavan  «malabaxan»  (Br.,  Y.,  Ln.),  ticavan 
«şiş, çox dik olan» (Sal.). 
-dar  şəkilçisi  ilə  düzələnlər;  məsələn:  binəkdar  «əsaslı,  köklü» 
(B.),  səğirdar  «yetim  uşağı  olan»  (A.,  Ln.,  M.),  xaldar  «xallı» 
(Sal.), candar «canlı, bədənli» (B.) və s. 
-lı,  -li  və  onun  fonetik  variantları  ilə  düzələnlər:  lığlı  «üstü  lığ 
ilə örtülmüş» (Q., Ln.), lijdi «saçaqlı» (Y., Ln., M.), morru «hirsli, 


 
 
 
45 
hikkəli» (Y.), tizablı «çox şirin» (B.), çəpli «avarlı» (B., Sal., Ln.), 
xoruşdu «acıqlı» (Q., Y.). 
-sız,  -siz  şəkilçiləri  ilə  düzələnlər:  balbırsız  «qanadsız»  (Sal.), 
xoçasız  «budaqsız»  (Y.,  C.),  girsiz  «gücsüz»  (B.,  Q.,  Ln.), 
midarəsiz  «kimsəsiz,  qohumsuz»  (S.),  xılxsız  «sirr  saxlaya 
bilməyən» (Y., Ln.) və s. 
 
2.2.2.3. Mürəkkəb sifətlər 
 
Mürəkkəb sifətlər müxtəlif yolla düzəlir:  
1.  Mürəkkəb  sifətlərin  hər  iki  komponenti  alınma  sözlərdən 
ibarət  olur;  məsələn:  kəmsər  «axmaq,  ağıldan  kəm»  (M.,  Ş.), 
bədləkər//bedləkər  «çirkin»  (B.),  bədsülük//bədsülik  «pis  rəftar 
edən» (A., Ln., Y., M.), hampazor «güclü» (B., Ş.). 
2. Mürəkkəb sifətlər alınma söz + Azərb. sözü modeli əsasında 
düzəlir;  mürəkkəb  isimlərdə  olduğu  kimi,  burada  da  iki  hal  özünü 
göstərir: 
a)  eyni  mənalı  Azərbaycan  və  İran  sözünün  calaqlanması  yolu 
ilə  düzələnlər:  alapisə  «alabəzək,  ala-bula»  (A.,  Ln.,  Lk.,  M.), 
uzundraz (B., Q., Ln., Ş.) və s. 
b)  müxtəlif  mənalı  sözlərin  birləşməsi  yolu  ilə  düzələnlər: 
qarınxur  «çoxyeyən»  (Q.),  güdülpaça  «gödək,  boydan  balaca» 
(Ln.), qarapisə «qara alabəzək» (Ln.) və s. 
 
2.2.3.  Fel 
 
Azərbaycan  dilinin  Şamaxı  dialektində  «donmaq»  mənasında 
bıymaq  felinin  işlənməsi  qeyd  edilir
103
.  Dialekt  və  şivələrimizdə 
işlənən  fellərə  xüsusi  monoqrafiya  həsr  etmiş  R.Rüstəmov  də  bıy- 
felindən bəhs etmişdir 
104
. Qeyd edilən felin etimologiyası haqqında 
ilk mülahizə görkəmli dil tarixçimiz prof. M.Rəhimova məxsusdur. 
Mancur  dilində  beye-  «donmaq»  feli  ilə  eyni  fonetik  şəklə  malik 
olduğunu  əsas  götürən  prof.  M.Rəhimov  bıy-  sözünü  Azərbaycan 
                                                 
103
 Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1964, s.82 
104
 Rüstəmov R. Azərbaycan dili dialekt və şivələrində fel. Bakı, 1965, s.26 


 
 
 
46 
dilində mühafizə olunmuş praaltay  elementi hesab edir
105
.  L.Liqeti 
mancur  beye-  felinin  etimoloji cəhətdən monqol  begere-  «donmaq, 
keyimək,  keyləşmək»  felinə  uyğun  gəldiyini  qeyd  edir.  Bu  fikrə 
münasibətini  bildirən  M.Rəhimov  qeyd  edir  ki,  bıy-  felinin 
Azərbaycan  dilinə  monqol  dilindən  keçməsi  fərziyyəsi  inandırıcı 
deyil, çünki monqol dilində həmin forma yoxdur; həmin fel qədim 
türk  dilində  ton-,  qədim  monqol  dilində  köb
š
i-  şəklində  özünü 
göstərir. Daha sonra prof. M.Rəhimov yazır: «Hətta L.Liqetinin bu 
fikri ilə razılaşsaq belə, yuxarıda qeyd edilən mülahizə (bıy- felinin 
praaltay elementi olması haqqında mülahizə. – T.İ.) öz qüvvəsində 
qalır:  axı  inanmaq  olmur  ki,  monqol  begere-  fonetik  dəyişikliyə 
uğrayaraq  Azərbaycan  dilinin  məhz  Şamaxı  dialektində  (seçdirmə 
mənimdir. – T.İ.bıy- formasına düşmüşdür»
106
  (23).  Biz  də    prof. 
M.Rəhimovun bu fikri ilə razılaşırıq: niyə məhz Şamaxı dialektində 
həmin felin işlənməsinə təsadüf edilmişdir? Bununla yanaşı belə bir 
faktın  qeyd  edilməsi  də  yerinə  düşər.  Prof.  M.Rəhimov  Şamaxı 
dialektində bıy- felini praaltay elementi hesab edərkən, görünür, bir 
faktı lazımi şəkildə qiymətləndirməmişdir. Axı, Şamaxı dialektinin 
daşıyıcılarının  gündəlik  kontaktda  olduğu  tat  dilində  «donmaq» 
mənasında  bəyi-,  «buz,  şaxta»  mənasında  bəyə  sözləri  işlənir
107

Digər  İran dillərində də  həmin sözə rast  gəlmək olur 
108
. Belə olan 
halda  tat  dili  materialları  da  nəzərə  alınmalıdır.  Bütün  bunlara 
baxmayaraq,  Şamaxı  dialektindəki  bıy-  «donmaq»  felinin  alınma 
olması məsələsinin dəqiqləşdirilməsi əlavə tədqiqat tələb edir. 
Yuxarıda  qeyd  edilən  halı  nəzərə  almasaq,  Azərbaycan  dilinin 
şərq  qrupu  dialekt  və  şivələrinə  İran  dillərindən  sadə  fel  alınması 
müşahidə  olunmamışdır.  Bununla  belə  Şərq  qrupu  dialekt  və 
şivələrində  İran  mənşəli  sözlərdən  morfoloji  yolla  düzəltmə  və 
mürəkkəb fellər yaranır. 
 
 
                                                 
105
 Рагимов М.Ш. «Дивану Лугат-ит-тюрк» Махмуда Кашгари и древнетюрк ские 
элементы в диалектах и говорах азербайджанского языка // СТ, 1972, № 1, стр.76 
106
 Yenə orada, səh.76 
107
 Hacıyev M.İ. Tat dilinin Qonaqkənd ləhcəsi, s.142 
108
 Пирейко Л.А. Талышско-русский словарь. М., 1976, стр.35 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə