Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

 
 
 
38 
sözlərin  sonuna  əlavə  olunur.  Azərbaycan  və  İran  dillərininin 
morfoloji quruluşunun müxtəlifliyi  İran dillərindən alınma sözlərin 
morfoloji  mənimsənilməsi  prosesinə  təsir  göstərir.  Azərbaycan 
dilinin  aqlütinativ  xarakteri  İran  dillərindən  alınma  sözlərin 
struktur-semantik  və  sintaktik  mahiyyətinin  mənimsənilməsi 
prosesini tənzimləyir. Alınma sözlərin morfoloji mənimsənilməsini 
aşkarlamaqdan  ötrü  onları  nitq  hissələrinin  tərkibində  nəzərdən 
keçirmək məqsədəuyğundur. 
 
2.2.1.   Ġsim  
 
Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrində işlənən İran 
mənşəli  alınma  sözlər  qrammatik  mənsubiyyəti  baxımından 
müxtəlif nitq hissələrini əhatə edir. Alınma sözlər arasında əsas yeri 
isimlər tutur. Onlar konkret predmet və anlayışları  bildirir və buna 
görə də daha asan şəkildə başqa dilə keçə bilir. 
İran  mənşəli  alınma  sözlərin  Azərbaycan  dilinin  dialekt  və 
şivələrinə ancaq təkdə işlənən formada keçməsi müşahidə edilir. 
Azərbaycan  dilində  alınma  isimlərin  struktur  xüsusiyyətləri  də 
maraq  doğuran  məsələlərdəndir.  Genetik  qohumluq  və  tipoloji 
uyğunluq  cəhətdən  müxtəlif  dil  ailələrinə  mənsub  olmalarına 
baxmayaraq,  Azərbaycan  və  İran  dillərində  isimlərin,  daha  ümumi 
götürsək, sözlərin  morfoloji  strukturu sadə, düzəltmə və mürəkkəb 
olmaqla  eynilik  təşkil  edir.  Lakin  sözlər  bir  dildən  başqa  dilə 
keçdikdə mənbə dildəki morfoloji strukturu ilə keçdiyi dildəki halı 
uyğun  gəlməyə  bilər.  «Başqa  dillərdən  keçmiş  istər  düzəltmə  və 
istərsə  mürəkkəb  sözlər…  o  zaman  düzəltmə  və  mürəkkəb  sözlər 
kimi  qəbul  etmək  olar  ki,  həmin  sözlərin  tərkibində  iştirak  edən 
leksik vahidlər bu dildə də ayrıca leksik vahid kimi işlənmiş olsun, 
eyni  zamanda  düzəltmə  sözləri  əmələ  gətirən  ünsür  dilimizdə  bir 
çox sözləri əmələ gətirə bilən şəkilçi kimi özünü göstərə bilsin»
101

Deməli,  sözlərin  İran  dillərindəki  morfoloji  quruluşunun  Azərbay-
can dilinə keçəndən sonra saxlaması üçün, hər şeydən əvvəl tərkib 
hissələrinin  Azərbaycan  dilində  ayrılıqda  işlənməsi  cəhəti  əsas 
şərtlərdəndir. 
                                                 
101
 Cəfərov S. Azərbaycan dilində söz yaradıcılığı. Bakı, 1960, s.12 


 
 
 
39 
Domə,  dəsgirə,  zərdi,  mürgənə,  noxarış  və  s.  sözlər  İran 
dillərində  morfoloji  struktur  baxımından  düzəltmə  və  mürəkkəb 
isimlərdir.  Lakin  belə  sözləri  Azərbaycan  dilində  düzəltmə  və  ya 
mürəkkəb  isimlər  kimi  qəbul  etmək  olmur.  Belə  ki,  həmin  sözləri 
tərkib  hissələrinə  ayırdıqda  mənası  olmayan  səslər  yığını  təsiri 
bağışlayır.  Elə  sözlər  də  vardır  ki,  tərkib  hissələrindən  biri 
Azərbaycan dilində müstəqil işlənir, digəri isə işlənmir. Belə halda 
yenə  həmin  sözlərin  ayrılıqda  işlənməyən  hissəsini  morfoloji 
struktur baxımında müstəqil qəbul etmək olmur; məsələn: vurmabi-
zən «qarışıqlıq, hay-küy», sərxeyir «məclisi idarə edən şəxs» və s. 
Bu  xüsusiyyətləri  nəzərə  alaraq  Azərbaycan  dilinin  şərq  qrupu 
dialekt və şivələrində işlənən alınma isimləri morfoloji strukturuna 
görə aşağıdakı kimi qruplaşdırmaq olar: 
 
2.2.1.1. Sadə isimlər  
 
İran dillərindəki strukturu baxımından belə isimlər Azərbaycan 
dilində aşağıdakı qruplara ayrılır: 
I.  Azərbaycan  və  İran  dillərində  sadə  quruluşa  malik  isimlər; 
məsələn:  adına  //  adna  «cümə  axşamı,  cümə»  (Br.,  Y.,  Ln.,  Sal.), 
ambur  «kəlbətin»  (B.),  beybut  «xəncərə  oxşar  iri  kəsici  alət»  (B., 
Q.), vel «ayıdöşəyi» (A., Ln., Lk., M.), vəzəx «qurbağa» (Ln., M.), zivə 
// züvə «paltar sərilən ip» (B., Ln.), mədd «meyvə şirəsi» (A., Lk., Ln.), 
siv  «künc» (M.), sos «çil, yazqabağı üzdə əmələ gələn ləkə» (A., Ln., 
M.), xuruş «acıq, qəzəb» (Ab., B., Q., Y.), çin «oraq» (Q., Ln., Y.), tığ 
«balığın  tikanı»  (B.,  Y.,  ln.),  çəp  «avar»  (Ln.,  Sal.),  car  //  şor 
«sığırçın» (Ab., Ln., M.), şıp «səbət» (A., Ln.) və s. 
II.  İran  dillərində  düzəltmə  isimlər  Azərbaycan  dilində  sadə 
isimlər hesab edilir; məsələn: 
biruni  «bayır  imarət»  (B.)  –  birun  «xaric,  çöl»,  -i  sözdüzəldici 
şəkilçi; 
zərdi «sarılıq» (B., Q., Ln.) – zərd «sarı», -i sözdüzəldici şəkilçi; 
isbirə  «xəstəlik  adı»  (Ab.,  Q.,  C.)  –  isbi  «ağ»,  -r-  bitişdirici 
ünsür,  sözdüzəldici şəkilçi; 
güşə//guşə «çarıqbağı keçirilən yer» (Г.) – güş//guş «qulaq»,  
sözdüzəldici şəkilçi; 
gərdə//gərde «saman xırdası» (Ab., Q.) – gərd «toz»,  şəkilçi; 


 
 
 
40 
qandımə «itdirsəyi» (Ln.) – qandım «buğda»  şəkilçi və s. 
İran dillərində düzəltmə olan bu isimlərin çoxunun nə kökü, nə 
də şəkilçisi Azərbaycan dilində müstəqil işlənmir, bəzilərinin kökü 
ayrılıqda  işlənsə  də,  şəkilçi  sözyaradıcılığında  iştirak  etmir.  Bu 
səbəbdən onlar Azərbaycan dilində sadə isimlər hesab olunur. 
III.  İran  dillərində  mürəkkəb  isimlər  Azərbaycan  dilində  sadə 
isimlər  hesab  olunur.  Aşağıdakı  isimlərin  İran  dillərində  morfoloji 
strukturuna nəzər salaq: 
belləgilə  «palıd  ağacının  qozası,  toxumu»  (Ln.,  M.)  –  bəlel 
«palıd»,  sifət düzəldən şəkilçi, gilə < qılə «qoza»; 
bərbənd  «yorğan-döşək  yığılan parça»  (B.)  – bər < bar  «yük», 
bənd < bästən felinin kökü; 
 balbır  «suya  batmamaqdan  ötrü  tora  bağlanan  taxtalar»  (S.)  – 
bal «qanad», bır < pər; 
bürgez  //  bürgöz  «tikandan  düzəldilən  süpürgə»  (Sal.)  –  bür  < 
bır «tikan», göz < qezı «süpürgə»; 
qəmijə «səpki (istidən)» (Ln.) – qəm < qam «isti», -i- bitişdirici 
ünsür, jə «je» (vurmaq) felinin keçmiş zaman feli sifəti
gərməgiyo  «qurda  qarşı  suyu  içilən  ot»  (Q.)  –  gərm  <  kərm 
«qurd» -ə- bitişdirici ünsür, giyo «ot»; 
səngisitarə «ulduz daşı» (Lk.) – səng «daş», -i- izafət şəkilçisi, 
sitarə «ulduz» və s. 
İran  dillərində  bu  isimlərin  mürəkkəb  quruluşa  malik  olması 
aydın  görünür.  Lakin  Azərbaycan  dili  stixiyası  onları  həmin 
formada qəbul edə bilmir, çünki onların komponentləri Azərbaycan 
dilində  müstəqil  işlənmir.  Bu  səbəbdən  həmin  sözlər  Azərbaycan 
dilində sadə isimlər hesab edilir. 
 
2.2.1.2.  Düzəltmə isimlər  
 
Dialekt  və  şivələrdə  İran  mənşəli  alınma  sözlərdən  yaranan 
düzəltmə isimləri aşağıdakı şəkildə nəzərdən keçirək. 
 
I.        KÖK 
İran
 + ŞƏKILÇI 
İran 
 
Bəllidir ki, İran dillərindən şəkilçilər Azərbaycan dilinə birbaşa 
deyil, ancaq qoşulduğu sözün tərkibində keçmişdir. Alınma sözlərin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə