Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

 
 
 
35 
Alınma  sözlərdə  saitin  düşməsi  –  eliziya  hadisəsinə  də  təsadüf 
edilir. Eliziya hadisəsi əsasən sonorlardan əvvəl və ya sonorla novlu 
samitlərin arasında baş verir; məsələn: adna < adinə «cümə axşamı, 
cümə» (Ş.), gəznə // geznə < qəzənə «gicitkan» (İ., Ln., M.) və s. 
2.  Alınma  sözlərdə  samitlərin  düşməsi  hadisəsi  baş  verir. 
Aşağıdakı samit düşməsi müşahidə olunur. 
 t  səsinin  düşməsi:  dəsgirə  <  dəstgirə  «səbət»  (B.),  dəsbəcə  < 
dəstpaçe «əlüstü, dərhal» (J.), masqur//masqura < mastxor «balaca 
kasa», dəsəçin < dəstəçin «əllə dərilmiş» (Ln., M.). 
Misallardan  göründüyü  kimi,  həmin  sözlərdə  t  səsinin 
düşməsinin  səbəbi  iki  və  ya  üç  kar  samitin  söz  daxilində  yanaşı 
işlənə  bilməməsidir.  Belə  alınma  sözlərdə  t  səsinin  düşməsi  başqa 
dialekt  və  şivələrimizdə
99
  və  eləcə  də  başqa  türk  dillərində 
müşahidə edilir. 
h  səsinin  düşməsi:  Söz  ortasında  h  səsinin  düşməsi  geniş 
yayılmış  hadisələrdən  biri  kimi  ən  çox  alınma  sözlərdə  müşahidə 
edilir.  Məsələn,  bəli  <  bəhli  «gilas»  (Q.),  dəyek  <  dəhyek  «vergi» 
(Ab.), dəmərdə < dəhmərdə  «iri boşqab»,  «dərin boşqab» (Ab., B., 
Q.,  Əb.,  Ln.),  siyapır  //  siyafur  <  siyahpur  «utanmaz,  həyasız, 
sırtıq» (Ab., B., Q., Əb., C., Ş.), şacu < şahcu «baş suayrıcı» (Ab.), 
şubənd  <  şahbənd  «yundan  toxunma  çarıq  bağı»  (Q.),  şamayı  
şahmahi «balıq növü» (Sal., S., C.). 
n  səsinin  düşməsi:  Alınma  sözlərdə  n  səsinin  düşməsi  çox  az 
sözdə müşahidə edilmişdir. Məsələn: nōxarış «yavanlıq» (Ab., B.), 
pərsəg  «tərəzinin  gözlərini  bərabərləşdirmək  üçün  istifadə  edilən 
xırda daş» (ƏB., S., Sal.). 
3. Alınma sözlərdə metateza hadisəsi. Alınma sözlərdə metateza 
hadisəsi həm yanaşı işlənən, həm də yanaşı olmayan samit səslərdə 
baş verir. 
namətgan < naməkdan  «duz qabı» (Y.),  əybərdən 
100
  <  abgərdan 
(B.), gəndərbənd < gərdənbənd «xamut» (Sal.) və s. 
 
 
                                                 
99
 Мамедов М.А. Тебризский диалект азербайджанского языка. Канд. дисс., 
Баку, 1989, стр.60  
100
 Şirəliyev M. Bakı dialekti, s.44  


 
 
 
36 
2.1.2.3. Söz sonunda baĢ verən kombinator dəyiĢmələr 
 
Şərq  qrupu  dialekt  və  şivələrində  alınma  sözlərdə  söz  sonunda 
baş verən kombinator dəyişmələr söz əvvəlində və ortasında olduğu 
kimi  çox  geniş  yayılmamışdır.  Sözlərin  sonunda  aşağıdakı 
kombinator dəyişmələr müşahidə edilir. 
1. Söz sonunda epentetik saitin işlənməsinə bir neçə sözdə rast 
gəlirik.  Məsələn:  bekara  «nahar,  lazımsız»  (Y.),  ləvərə  «gücsüz, 
arıq» (Q., Y., Ln., Y., BR), məzrə «ayırıcı nişan» (A., B., L.), tünəкi 
«nazik», «həssas» (Ab., B., İ.). 
2. Söz sonunda samit artırılması da az yayılmışdır. Bir sözdə v
bir sözdə isə h səsinin artırılması qeyd olunmuşdur. 
qilindov//qılındov  <  qilində  «boyunbağı»  (Q.),  gicəh  «gənə» 
(Q.). 
3. Söz sonunda samit düşümü. 
t səsinin düşməsipüşraz < pişrəst «üzüm növü» (B.), nimras 
nimrəst  «yarımçıq  yetişmiş»  (B.),  zəbərdəs  <  zəbərdəst  «güclü, 
qüvvətli» (Ln., M., Q., B., C.), şirəpus < şirəpus«divarı ağartmaq 
üçün dəri» (B., Ln., Ş.). 
h səsinin düşməsitasküla «araqçın» (B.), şəbküla // şəbkülə // 
şəbkula «keçə papağı» (B., M., C.). 
Şərq qrupu dialekt və şivələrində alınma sözlərdə yuxarıda qeyd 
edilmiş  fonetik  hadisələrdən  əlavə,  assimilyasiyaya  da  rast  gəlinir. 
Bu  fonetik  hadisə  həm  söz  köklərində,  həm  də  kök  və  şəkilçi 
arasında  müşahidə  olunur.  İran  mənşəli  alınma  sözlərdə  irəli 
assimilyasiya geniş yayılmışdır. Məsələn:   
beddam < bədnam (AB., B.); 
dəssək < dəstək «qulluğa göndərilə bilən uşaq» (A., M., C.); 
dassar < dəstar «əl dəyirmanı» (bütün dialekt və şivələrdə); 
banıssan < banıstan «qoyun-quzu saxlanan üstüörtülü yer» (B., 
Ş.); 
 pessayi < pesdehi «ehtiyat azuqə» (Ab., B.); 
  ressə < restə «2-3 kiloqramlıq bağlı soğan dəstəsi» (Y.) və s. 
Alınma  sözlərdə  kök  və  şəkilçi  arasında  da  irəli  assimilyasiya 
hadisəsi  müşahidə  olunur.  Məsələn:  daharrığ  «təpəlik»  (B.,  Q.), 
gərdənnik  «boyunbağı»  (S.),  siyapurrıq  //  siyapırrıq  //  siyafurruq 
«utanmazlıq, həyasızlıq» (B., Q., ƏB.). 


 
 
 
37 
Geri assimilyasiyaya az təsadüf edilir: dambul < danbul «gavalı 
növü» (B., Ln.), rəvə-rüvə < ləvə-rüvə «içalat» (A., Ln., M.), nona 
< lonə «yuva» (Ln., C.). 
 
2. 2. Alınma sözlərin morfoloji mənimsənilməsi 
 
Alınma  sözlərin  morfoloji  cəhətdən  mənimsənilməsi  dil 
əlaqələri  ilə  bağlı  əsas  cəhətlərdən  biridir.  Belə  ki,  əcnəbi  dil 
elementlərinin  söz  alan  dilin  sisteminə  təsiri,  sözalan  dilin  yad 
elementlərə  nə  dərəcədə  müqavimət  göstərməsi,  alınmaların 
mənimsənilməsi prosesinin  istiqaməti, alınma prosesində və ondan 
sonrakı  dövrdə  dəyişmələrə  məruz  qalmış  sözlərin  təsnifatı 
məsələlərinin öyrənilməsi vacibdir. 
Alınma  sözün  sözalan  dildəki  (qrammatik)  formasının  onun 
mənbə  dildəki  çıxış  halına  (alınmaya  qədər  olan  hal  nəzərdə 
tutulur—T.İ.) qrammatik cəhətdən uyğun gəlib-gəlməməsi qarşılıqlı 
əlaqədə  olan  dillərin  genetik  qohumluq  və  tipoloji  oxşarlıq 
dərəcəsindən asılıdır. 
Azərbaycan  dilinə  keçmiş  İran  mənşəli  alınma  sözlərin 
morfoloji  mənimsənilməsi  ilə  bağlı  məsələlər  Azərbaycan  və  İran 
dillərinin strukturca bir-birindən fərqlənən müxtəlif tipoloji qruplara 
mənsub olması səbəbindən xüsusi əhəmiyyət kəsb edir. 
Bəllidir  ki,  İran  dilləri  morfoloji  quruluşuna  görə  flektiv  olan 
Hind-Avropa  dilləri  ailəsinə  daxildir.  Azərbaycan  dili  aqlütinativ 
quruluşlu türk dillərindəndir. Aqlütinasiya isə söz kökünə müəyyən 
ardıcıllıqla müxtəlif şəkilçilərin artırılması prosesidir. 
Azərbaycan  dilində  sözyaratma  və  sözdəyişmə  sözün  kökünə 
müəyyən qrammatik məna ifadə edən xüsusi hissəciklər – şəkilçilər 
artırılması  ilə  baş  verir.  Buna  görə  də  aqlütinativ  dillərdə,  o 
cümlədən  Azərbaycan  dilində  söz  yaradıcılığında  suffiksal  forma 
geniş inkişaf etmişdir. 
İran  dillərində  də  morfoloji  yolla  söz  yaradıcılığı  geniş 
yayılmışdır.  Lakin  müqayisə  edilən  dillərdə  morfoloji  yolla  söz 
yaradıcılığı  bir-birindən  fərqlidir.  Belə  ki,  Azərbaycan  dilindən 
fərqli  olaraq  İran  dillərində  söz  yaradıcılığında  iştirak  edən 
sözdüzəltmə vasitələri sözün önünə, ortasına və sonuna əlavə edilir. 
Azərbaycan dilində isə, yuxarıda qeyd edildiyi kimi, həmin vasitələr 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə