Azərbaycanın görkəmli şəxsiyyətləri



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə4/83
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50651
1   2   3   4   5   6   7   8   9   ...   83

 
 
 15
Áèáëèîãðàôèéà
olmuş və geniş ictimaiyyət hər zaman bu əsərlərə dəyər vermiş 
və onlardan bəhrələnmişdir. Bu baxımdan Azərbaycan Milli 
Kitabxanası da belə görkəmli  şəxslərin geniş ictimaiyyətə 
təqdim edilməsində, əsərlərinin təbliğində zəngin bilik xəzinəsi 
kimi hər zaman öz imkanlarını əsirgəməmişdir. 
Bu gün Azərbaycan Milli Kitabxanası  tərəfindən “Azər-
baycanın görkəmli  şəxsiyyətləri” seriyasından geniş ictimaiy-
yətə  təqdim etdiyimiz növbəti mükəmməl biblioqrafik infor-
masiya mənbəyi görkəmli şair-dramaturq, ictimai-siyasi xadim 
Hidayətin (Orucov Hidayət Xuduş  oğlu) biblioqrafiyasıdır. 
Hidayət haqqında 2001-ci ildə  tərtib edilmiş ilk biblioqrafiya-
dan fərqli olaraq bu vəsaitə yeni əlavələr edilmiş, təkmilləşdiril-
miş,  ədibin gəncliyindən başlamış bu günə kimi geniş  ədəbi, 
ictimai-siyasi fəaliyyətini işıqlandıran böyük bir dövrü əhatə edir. 
Azərbycan, rus və ingilis dillərində materialları əks etdirən 
bu biblioqrafiyada Hidayətin geniş bir dövrü əhatə edən zəngin 
poeziyası, dramaturgiyası, nəsri, publisistikası, müxtəlif simpo-
zium, toplantı və konfranslarda çıxışları, tərtib və tərcümə etdi-
yi, redaktoru olduğu, ön söz yazdığı kitablar, haqqında dərc 
edilmiş  məqalə, rəy və  məlumatlar müfəssəl  şəkildə  əks etdiril-
mişdir. 
Biblioqrafiyada ayrı-ayrı bölmələrdə qruplaşdırılmış “Həyat 
və fəaliyyətinin əsas tarixləri”, görkəmli qələm dostları, ədəbiy-
yat, mədəniyyət və ictimai-siyasi xadimlərin Hidayət haqqında 
fikirləri onun geniş  ədəbi, mədəni, ictimai-siyasi fəaliyyətlə 
məşğul olmuş qabaqcıl Azərbaycan ziyalısı kimi təqdim edilmə-
sində çox böyük əhəmiyyətə malikdir. 
Kifayət qədər güclü müşahidə qabiliyyətinə malik, öz 
rəngarəng yaradıcılığı və ədəbi-bədii töhfələri ilə geniş oxucu 
auditoriyasının həmişə diqqət mərkəzində olmuş Hidayətin 
xarici dillərdə nəşr edilmiş əsərləri, tərcümələri ilə maraqlanan 
oxucular da nəzərə alınmış və şairin ingilis, fransız, türk, ərəb, 
özbək, tat, gürcü, ukrayna, çuvaş dillərində kitablarda və dövri 
 
 
16 
Ùèäàéÿò
mətbuatda nəşr edilmiş əsərləri haqqında biblioqrafik informa-
siyalar xronoloji ardıcıllıqla verilmişdir. 
Biblioqrafiyada Hidayət təkcə bir şair-dramaturq kimi 
deyil, həm də bacarıqlı  təşkilatçı, mükəmməl ictimai-siyasi 
xadim kimi oxuculara təqdim edilmişdir. Burada “C.Cabbarlı 
adına  İrəvan Dövlət Azərbaycan Dram Teatrında fəaliyyəti”, 
“Azərbaycan Respublikasının Milli Siyasət Məsələləri üzrə 
Dövlət müşaviri kimi fəaliyyəti”, “Azərbaycan Respublikası 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kimi fəaliy-
yəti” adlı bölmələrdə  şairin ictimai-siyasi fəaliyyətindən bəhs 
edən materiallar xronoloji ardıcıllıqla əks etdirilmişdir. 
Biblioqrafiyanın sonunda oxucuların vəsaitdən daha asan 
və rahat istifadəsini təmin etmək məqsədilə Azərbaycan və rus 
dillərində  “Əsərlərinin  əlifba göstəricisi”, “Hidayət Orucov 
haqqında yazan müəlliflərin əlifba göstəricisi”, “Sərlövhə üzrə 
təsvir edilmiş  ədəbiyyatın  əlifba göstəricisi” adlı köməkçi 
aparat tərtib edilmişdir. 
Özündə zəngin informasiyanı əks etdirən geniş elmi, təcrübi 
əhəmiyyətə malik bu biblioqrafik informasiya mənbəyi ədəbiy-
yatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və 
geniş oxucu kütləsi üçün böyük bir töhfədir. 
 
Kərim Tahirov, 
professor,  
Əməkdar mədəniyyət işçisi 


 
 
 17
Áèáëèîãðàôèéà
 
 
 
Hidayətin həyat və  
fəaliyyətinin əsas tarixləri 
 
1944 - Hidayət Xuduş  oğlu Orucov sentyabr 
ayının 5-də Zəngəzurun Mığrı bölgəsinin 
Maralzəmi kəndində anadan olmuşdur. 
 
1963 - 
S.Vurğun adına Aldərə kənd orta məktə-
bini qızıl medalla bitirmişdir; 
 - 
“Ədəbi Ermənistan” almanaxında ilk 
şeiri -  “Nəyim var” çap olunub. 
 
1963-1968 
- Azərbaycan Dövlət Universitetinin (in-
diki Bakı Dövlət Universiteti) filologiya 
fakültəsində təhsil almışdır. 
 
1964 - 
Təhsilini qiyabi şöbədə davam etdirərək 
doğma kəndində məktəb müdiri işləmişdir. 
 
1966 - 
“Sovet 
Ermənistanı” qəzetinə dəvət olun-
muş və qəzetin ədəbi işçisi təyin edilmişdir. 
 
1968 
- C.Cabbarlı adına  İrəvan Dövlət Azər-
baycan Dram Teatrına direktor təyin 
olunmuş və 16 il bu sənət ocağına rəhbər-
lik etmişdir. 
 
1970 
-  İrəvanda “Ermənistan” nəşriyyatında 
“Məni səsləyəndə” adlı ilk şeirlər kitabı 
nəşr olunmuşdur; 
 
 
18 
Ùèäàéÿò
- SSRİ-nin “Rəşadətli əməyə görə” meda-
lı ilə təltif olunmuşdur. 
 
1973  
-  İrəvanda “Ermənistan” nəşriyyatında 
“Məhəbbət qocalmır” adlı  şeirlər kitabı 
çap olunmuşdur. 
 
1975  
- C.Cabbarlı adına  İrəvan Dövlət Azər-
baycan Dram Teatrında “Məhəbbət yaşa-
yır hələ...” pyesi tamaşaya qoyulmuşdur 
(quruluşçu rejissoru N.Sadıqzadə). 
 
1977 
- İrəvanda “Sovet Yazıçısı” nəşriyyatında 
“Bir az gözləyin məni” şeirlər kitabı nəşr 
olunmuşdur; 
- “Bir teatrın üç aktyoru” adlı kitabı Er-
mənistan Teatr Cəmiyyəti tərəfindən çap 
olunmuşdur. 
 
1978 
- “Gənclik” nəşriyyatında “Dənizi haray-
ladım” kitabı işıq üzü görmüşdür
- Azərbaycan SSR Ali Soveti Rəyasət He-
yətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur; 
- “Ermənistan SSR Əməkdar mədəniyyət 
xadimi” fəxri adı verilmişdir. 
 
1981 
- C.Cabbarlı adına  İrəvan Dövlət Azər-
baycan Dram Teatrında “Məni qınama-
yın” adlı pyesi tamaşaya qoyulmuşdur 
(quruluşçu rejissor A.Kazımov); 
- “Yazıçı” nəşriyyatında “Eviniz analı ol-
sun” şeirlər kitabı nəşr olunmuşdur. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə