Azərbaycanın görkəmli şəxsiyyətləri



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə3/83
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50651
1   2   3   4   5   6   7   8   9   ...   83

 
 
 11
Áèáëèîãðàôèéà
etmiş, onun səyi ilə həmin dövrdə onlarla yerli şair və yazıçı-
nın kitabları  İrəvanda Azərbaycan dilində  işıq üzü görmüş
pyesləri Azərbaycan teatrları ilə yanaşı, İrəvan teatrında səhnə-
yə qoyulmuşdur.  Ədəbi fəaliyyəti ilə paralel olaraq Hidayət 
qabaqcıl Azərbaycan ziyalısı kimi mədəni-ictimai fəaliyyətlə 
məşğul olmuş, 1968-ci ilin iyul ayından C.Cabbarlı adına İrə-
van Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olun-
muş, fasiləsiz olaraq on altı il müddətində xalqımızın bu qədim 
sənət məbədinə rəhbərlik etmişdir. 
Hələ  Qərbi Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə 
ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə 
1978-ci ildə Ermənistan SSR Əməkdar mədəniyyət xadimi 
fəxri adına layiq görülsə  də, vətənpərvər və  təəssübkeş ziyalı 
1989-cu ildə nankor ermənilərin Azərbaycan xalqına qarşı 
növbəti təcavüzə başlamalarına etiraz əlaməti olaraq bu fəxri 
addan imtina etmiş  və bununla da torpağına, elinə, vətəninə 
sədaqətini bir daha sübut etmişdir. 
Şair, publisist Hidayət həm də böyük təcrübəsi və səriştəsi 
olan bir naşirdir. O, 1984-cü ildə Bakıya köçərək “Gənclik” 
nəşriyyatının baş redaktor müavini, sonra 1992-ci ilə  qədər 
həmin nəşriyyatın baş redaktoru vəzifəsində çalışmışdır. Bu 
illərdə “Gənclik” nəşriyyatında böyüməkdə olan nəsillər üçün 
dəyərli kitablar, o cümlədən Azərbaycanın klassik ədəbi irsi, 
folkloru, tarixi keçmişi sistemli şəkildə nəşr edilib yayılmışdır. 
Azərbaycanda ictimai-siyasi vəziyyətin mürəkkəb olduğu 
şəraitdə “Gənclik” nəşriyyatında onun baş redaktorluğu ilə 50 
cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”nın nəşr olunması 
Azərbaycanın kitab mədəniyyəti tarixində mühüm bir hadisə 
hesab edilirdi. Məhz bu nəşrin həyata keçirilməsindəki xidmət-
lərinə görə 1991-ci ildə Hidayət Orucova “Azərbaycan Respubli-
kasının Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir. Onun 
təşəbbüsü və  rəhbərliyi ilə  həmçinin, 15 cildlik “Azərbaycan 
folkloru”, 25 cildlik “Macəra və fantastika”, 17 cildlik “SSRİ 
 
 
12 
Ùèäàéÿò
Xalqları Ədəbiyyatı” kitabxanalarının və bir sıra başqa mühüm 
seriyaların nəşrinə də həmin illərdə başlanmışdır. 
Hidayət şair olmaqla bərabər, dramaturq, nasir və publisist 
kimi də öz qələmini sınamışdır. Onun poeziyasında olduğu 
kimi, dramaturgiya, nəsr və publisistikasında da əsas mövzu 
müasirimiz insan, onun maraqlı  və  təzadlı daxili dünyası, dü-
nənə, bugünə, sabaha baxışı, estetik idealı və  mənəvi-etik də-
yərləridir. “Məhəbbət yaşayır hələ”, “Məni qınamayın”, “Bu 
dünyanın adamları”, “İrəvanda xal qalmadı”, “Burdan min atlı 
keçdi” adlı pyesləri bu gün də Azərbaycan Dövlət Akademik 
Milli Dram Teatrında, Səməd Vurğun adına Azərbaycan Döv-
lət Rus Dram Teatrında və başqa teatrlarda dəfələrlə tamaşaya 
qoyulur və tamaşaçılar tərəfindən sevə-sevə izlənilir. 
Tarixən  əzəli türk torpaqları olmuş  Qərbi Azərbaycanda 
azərbaycanlı türklərin yaşadığı ictimai-siyasi şərait, ədəbi-mə-
dəni mühit, millətlərarası münasibətlər, din, milli-mədəni də-
yərlərimiz, görkəmli azərbaycanlı ictimai və dövlət xadimləri-
nin həyatı, bütövlükdə soydaşlarımızın on illər boyu məkrli 
erməni siyasətinə qarşı apardıqları  mərd və  mətin mübarizə, 
doğma torpağının, xalqının ağrı-acıları, yaşadığı faciələri, 
ümumiyyətlə, ictimai-siyasi həyatımızın bir çox hadisə  və 
problemləri onun publisistik əsərlərinin  əsas qayəsini təşkil 
edir. Həm ictimai-siyasi xadim, həm də xalqının dərdinə biga-
nə qalmayan, yazıları ilə düşmənə qarşı mübarizə aparan və-
təndaş Hidayətin “Orda – Zəngəzurda mənim ürəyimin məzarı 
qalıb”, “Didərginlərə  məktub”, “Biçmədim - zəmim qaldı”, 
“Həqiqət kar deyil”, “Ağlınızı başınıza yığın” və s. kimi 150-
dən çox məqaləsi və publisist qeydləri buna misal ola bilər. 
Hidayətin yaradıcılığında ictimai-siyasi məzmunlu  əsərlər 
də geniş yer tutmuş  və kitablar şəklində  nəşr etdirilərək həm 
yerli, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. 
Azərbaycanın 1988-ci ildən bəri üzləşdiyi ağrılı-acılı gün-
lərin əks-sədası və mürəkkəb tarixi-siyasi proseslərə vətəndaş, 
ziyalı münasibətini ifadə edən “Sözün vaxtı” (1999), bütün 


 
 
 13
Áèáëèîãðàôèéà
mənalı həyatını doğma xalqının tərəqqisinə, uğurlu gələcəyinə 
həsr etmiş,  əməlləri, ideyaları  və böyük adıyla Azərbaycanı, 
xalqımızı daim şərəfləndirmiş dünyanın siyasi liderlərindən bi-
ri, ümummilli liderimiz Heydər Əliyevin siyasi bioqrafiyasının 
az işlənmiş, lakin olduqca önəmli bir qolunun - milli siyasət 
sahəsindəki fəaliyyətinin araşdırılması və şərhinə həsr edilmiş 
“Heydər  Əliyev və Azərbaycanda milli siyasət” (2001, Azər-
baycan, türk, ingilis, gürcü, ərəb dillərində), görkəmli dövlət 
xadimi, ulu öndər Heydər  Əliyevin uca şəxsiyyəti və bu uca-
lığa Ermənistanda siyasi-ideoloji dairələrin, erməni ictimaiyyə-
tinin paxıl, qısqanc, düşmən münasibətinin ifşasına həsr edil-
miş “İrəvana 7 məktub” (2004, Azərbaycan və rus dillərində), 
Azərbaycan  ədəbiyyatının və filologiya elminin inkişafına 
önəmli töhfələr bəxş etmiş böyük ədib və görkəmli pedaqoq 
Mir Cəlal Paşayevə  həsr edilmiş “Mir Cəlal dünyasından sə-
tirlər” (2006, Azərbaycan, rus, ingilis və fransız dillərində) və 
başqa kitablar ədəbiyyat və siyasət meydanında tanınmış bir 
ziyalı əməyinin gözəl bəhrələridir. 
Tərcüməçilik fəaliyyəti görkəmli şair-dramaturq Hidayətin 
yaradıcılığının həm ayrılmaz, həm də maraqlı istiqamətlərin-
dən biri kimi qiymətləndirilir. Onun qələmindən çıxmış ingilis, 
rus, island, türk, şotland, gürcü və s. dillərdən dünya klassika-
sından tərcümə etdiyi poeziya, nəsr, dram nümunələri XX əsrin 
80-90-cı illərində ayrı-ayrı kitablar şəklində (H.B. Stounun 
“Tom dayının daxması” (1991)), antologiyalarda, dövri mətbu-
atda müntəzəm olaraq nəşr edilmiş və böyük maraq doğurmuş-
dur. Bu marağı nəzərə alaraq 2012-ci ildə çap edilmiş “Özüm 
yazmaq istərdim” adlı kitaba şair-dramaturqun bütün dünya 
ədəbiyyatından tərcümə edilmiş poeziya nümunələri, U.Şekspirin 
“Xeyirlə qurtaran iş yaxşı olar” əsəri toplanmışdır. 
Hidayətin xarici dillərdə nəşr olunmuş “Mən belə yaşayı-
ram”, “Nura qovuşaq” (rus dilində), “Ata qəbri” (türk dilində), 
“Sənsiz”, “İntizar” (gürcü dilində), “Dağlar nəğməsi” (özbək 
dilində), “Sabaha çox var” (Dağıstan xalqlarının dillərində) və 
 
 
14 
Ùèäàéÿò
s. kitabları maraqla qarşılanmışdır. Ümumiyyətlə, Hidayətin 
Azərbaycan və müxtəlif xarici dillərdə 100-ə yaxın kitabı işıq 
üzü görmüş, tərtib  etdiyi, redaktoru olduğu, ön söz və rəy yaz-
dığı, buraxılışına məsul olduğu 50-dən çox kitabı və tərcümə-
ləri nəfis tərtibatda çap olunmuş, yüzlərlə ayrı-ayrı kitablarda, 
dövri mətbuat səhifələrində, məcmuələrdə  əsərləri, məqalələri 
dərc edilmişdir. Əsərləri iyirmidən çox dilə tərcümə edilmişdir. 
Ədəbi şəxsiyyət olmaqla yanaşı, bir ictimai-siyasi şəxsiy-
yət kimi də Hidayət Orucov fenomeni hər zaman illərlə qazan-
dığı ictimai-siyasi təcrübəsi və yüksək idarəçilik qabiliyyəti ilə 
fərqlənmişdir. 
1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti-
nin millətlərarası münasibətlər üzrə müşaviri, 1993-2005-ci illər-
də Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Döv-
lət müşaviri, 2005-2006-cı illərdə Azərbaycan Respublikası 
Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri ol-
muş, 2006-2012-ci illərdə Azərbaycan Respublikası Dini Qu-
rumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 
27 dekabr 2012-ci il tarixli Sərəncamı ilə ona Azərbaycan 
Respublikasının fövqəladə və səlahiyyətli səfir diplomatik rüt-
bəsi verilmiş və Azərbaycan Respublikasının Qırğız Respubli-
kasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.  
Azərbaycanın və digər respublikaların ədəbi, ictimai-siyasi 
həyatındakı  fəaliyyətinə, göstərdiyi  əvəzsiz xidmətlərə görə 
1970-ci ildə “Rəşadətli əməyə görə” medalı, 1978-ci ildə Azər-
baycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, 1991-
ci ildə Azərbaycan Respublikasının  Əməkdar incəsənət xadimi, 
2004-cü ildə  “Şöhrət” ordeni, Gürcüstan Respublikasının 
“Şərəf” ordeni, Dağıstan Respublikasının Fəxri Fərmanı, Çu-
vaşıstan Respublikasının ali ədəbi mükafatı ilə təltif edilmişdir. 
Görkəmli  şair və dramaturq, tanınmış nasir və publisist 
Hidayətin yaradıcılığı da həyatı  və ictimai fəaliyyəti kimi 
xalqımızın milli-mənəvi oyanış müstəvisində daim ön cərgədə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə