Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə49/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   45   46   47   48   49   50   51   52   53

 
işlənməsi prodakşin  şerrinq tipli (məhsulun paylar üzrə 
bölgüsü) müqavilələrin bağlanması daha məqsəduyğun sayıla 
bilər. Lakin burada da milli mənafe, dövlətçilik prinsipləri 
rəhbər tutularaq, iqtisadi səmərədə ön plana çəkilməlidir. 
Böyük Britaniyanın «Remko» şirkətinin direktorlar 
şurasının idarə  həyəti özünün MDB ölkələrindəki fəaliyyətini 
Azərbaycandakı layihələr üzrə genişləndirilməsi və inkişaf 
etdirilməsi barədə  qərar qəbul etmişdir. 1998-ci ilin iyun 
ayında Londonda «Remso» ilə ARQNŞ arasında 
«Muradxanlı», «Cəfərli», «Zərdab» yataqlarının işlənməsi üzrə 
«Prodakşn  Şerrinq» tipli müqavilə imzalanıb. Müqavilədə bu 
yataqları birgə  işlənməz nəzərdə tutulub (Paylar bərabərdir 
50%) «Remkorti» hesablamalarına görə bu yataqlarda 5 
milyard barrel neft vardır. Layihənin keçərləşməsinə ilə 1 
milyard dollar investisiya cəlb ediləcək. «Remko» nun ardınca 
«ABÇ-ın Junikal» şirkəti də quruda bir sıra yataqların birgə 
işlənməsinə maraq göstərməkdədir. 
Şirkətin ekspertlərinin rəyincə Azərbaycanın qurudakı 
yataqlarının, xüsusilə artıq istifadəyə verilmiş yataqlarının 
böyük potensialı vardır. Lakin neft nəhənglərinin qurudakı 
layihələri investasiyalaşdırılması  məsələləri perspektivsizdir. 
Buna baxmayaraq bu sahə üzrə Azərbaycanla  əməkdaşlıq 
etmək istəyən, çox da bpyük olmayan, lakin yeksək etibara 
malik olan çirkətlər mövcuddur. 
Quruda neftqazçıxarmada xarici investisiyaların cəlb 
edilməsi sahəsində 1998-ci ildə daha bir addım atılmışdır. 
İyulun 2-də Bakının Gülüstan sarayında,  Сənubi-Qərbi-
Qobustan və «Kürsəngi-Qarabağlı» bloklarının Böyük 
Britaniya, Kanada, ABŞ, Səudiyyə  Ərəbistanın neft şirkətləri 
ilə birgə  işlənməsi haqqında sazış imzalanmışdır. I müqavilə 
üzrə paylar ARDNŞ 20%, Böyük Britaniya-Kanada alyansı 
«Komonvels Oyl & Qaz» 40%, ABŞ-ın «Yunion Teksae» 
şirkəti 40%, 2-ci müqavilədə ARDNŞ 50%, ABŞ-ın «Frontera 
Resourses»  şirkəti 30%, Səudiyyə  Ərəbistanın «Delta» və 
 
153


 
ABŞ-ın «Amirada Hess» birgə alyansı «Delta-Hess» 20%-
paylar bölünmüşdür. Göründüyü kimi, hər 2 müqavilə üzrə 
ARDNŞ-nin 1/3 hissədə sahib çıxmışdır. Bağlanmış 
müqavilələr bir daha ARDNŞ-də xarici investisiyalara meylin 
yüksək olduğu nəzərə çarpdırır. 
Bakıda fəaliyyət göstərən xarici neft şirkətlərinin 
hesabatını dinləyən Azərbaycan Respublikasının Prezidenti 
H.Əliyev çox düzgün olaraq qeyd etmişdir ki. Böyük təcrübəsi 
olan yerli mütəxəssislər xarici neft şirkətlərinə az miqdarda 
cəlb ediliblər. Bu qeyri-normal haldır. Təkcə bu fakt onu 
göstərir ki, sıhbət təkcə bu fakt onu göstərir ki, sıhbət təkcə 
Azərbaycana kaital axınından getməməlidir. Bu kapital axının 
nəticələri necə olacaq, istehsal, ən birinci soail infrastrukturun 
inkişafı, ekoloji tarazlıq, yeni iş yerlərinin yaradılması  və 
onların əsasən yerli əmək ehtiyatları hesabına tutulması təmin 
olunacaqdırmı? Bu kimi suallar xarici investorlarla iş 
apararkən meydana çıxan təbii suaalardır. Ümimiyyətlə, xarici 
iş adamları ilə danışıqlar aparmaq, kontarktlar bağlamaq 
prosesi mürəkkəb və  çətin bir işdir. Bununla yanaşı, neft 
biznesini inkişaf etdirmək üçün dəqiq və ümidverici 
qanunvericilik olamlıdrı. Bu sahədə respublika idarəetmə 
orqanları, işgüzar adamların təcrübəsi hələ kifayət deyildir. 
Ona görə  də bu sahədə boşluğu doldurmaq üçün dünya 
təcrübəsinə  əsaslanaraq biznes məktəblərinin yaradılması, 
mütəxəssislərin xarici şirkətlərə ezamiyyətə göndərilməsi, 
seminar, konfransların keçirilməsi diqqət mərkəzində 
olmalıdır. Daha dəqiq desək, respublikada xarici iş adamları ilə 
əməkdaşlıq etmək, «Oyun qaydalarını» mənimsəmək
Azərbaycana investisiya axırına nail olmağım elmi əsaslarını 
hazırlamaq və onu tədris etmək, öyrənmək qurudakı NQÇİ 
üçün vacib məsələlərdəndir. 
 
 
 
 
154


 
5.5. Neftqazçıxarma sənayesində özəlləşdirmə  və milli 
sahibkarlığın inkişaf problemləri 
 
İqisadi islahatların mərkəzində özəlləşdirmə duru. 
Mülkiyyət münasibətlərinin kökündən dəyişdirilməsi, planlı 
cəmiyyətdə hakim olan dövlət mülkiyyətinin  əvəzinə özəl 
mülkiyyət formalarının inkişafı respublikamızın ictimai-
iqtisadi, soail həyatında yeni bir mərhələdir. Təbii ki, bu gün 
onun müsbət nəticələri haqda qəti fikir söyləmək çətin olasa da
artıq özəlləşdirmə bir reallıqdır. Respublikada aparılan 
özəlləşdirmə prosesində, ekspertlərin, o cümlədən Rusiyanın 
təcrübəsi nəzərə alınır. Bizim fikrimizcə, respublikada 
özəlləşdirməni digər dövlətlərdən fərqləndirən cəhətlərdən  ən 
başlıcası ondan ibarətdir ki, Azərbaycanda özəlləşdirmə 
spesifik bir şəraitdə,  ərazimizin bir hissəsinin erməni 
qəsbkarları  tərəfindən işğal olunduğu vəziyyətdə  həyata 
keçirilir. Başqa bir prinsipial fərq ondadır ki, digər keçmiş 
Sovet respublikalarına nisbətdə respublikamızda 
özəlləşdirməyə müəyyən qədər gec başlanmışdır. Bəziləri bu 
faktı mənfi hal kimi qiymətləndirsələrdə əslində bu heç də belə 
deyildir. Mülkiyyət münasibətlərində inqilabi dəyişikliklərin 
edilməsi o vaxt səmərə verə bilər ki, ölkədə ictimai-siyasi 
sabitlik təmin edilsin. 1993-1995-ci illərdə respublikada baş 
vermiş hadisələr, siyasi gərginliyin yüksək həddə çatması təbii 
ki, özəlləşdirmənin uğurla başlanmasına imkan verməzdi. 
Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət 
mülkiyyətinin özələşdirmənin dövlət proqramının və bir sıra 
normativ aktların, qanunların qəbul edilməsi özəlləşdirmənin 
həyata keçirilməsində böyük rol oynadı. Artıq indiyə kimi 
respublikada 20 mindən çox kiçik dövlət müəsisələrinin 
özəlləşdirilməsi proseslərinə başlanıb. İndiyə kimi 600-dən çox 
orta və iri dövlət müəssisəsinin bazasında səhmdar 
cəmiyyətlərinin yaradılması haqqında qərar qəbul edilmişdir. 
Mühüm aksiyalardan biri əhaliyə özzəlləşdirmə paylarının 
verilməsidir. Yaxın gələcəkdə respublikada iqtisadiyyatın bir 
 
155


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə