Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   ...   18   19   20   21   22   23   24   25   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 80 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



C.

 

Müvəkkil  kredit  qurumları  tərəfindən  tələb  edilən  qeyri 

rəsmi ödənişlər

D.

 

Səbəbsiz olaraq kreditləşmədən imtina

4.

 

İpoteka  kreditinin  verilmə  şərtlərindən  məlumatlı  olan 

respondetlərin  78%-i  ilkin  ödəniş  məbləğini  müəyyən  edən 

faizlərin çox olduğunu düşünür

5.

 

Məlumatlı  respondetlərin  84%-i  hesab  edir  ki,  kreditlərin  illik 

faiz  dərəcələri  yüksəkdir.  16%-i  isə  faiz  dərəcələrinin  az 

əhəmiyyət  kəsb  etdiyinin  fikirləşir,  o  cümlədən  aşağıdakı 

təkliflər qeyd edilib

A.

 

 2%  sosial,  5%  isə  adi  ipoteka  kreditləri  zamanı  tətbiq 

edilməlidir

B.

 

Faizlər iki dəfə azaldılmalıdır; 

C.

 

Faizlər rəsmi inflyasiya səviyyəsində müəyyən edilməlidir; 

D.

 

Faizlər  administrativ  xərcləri  kompensasiya  edəcək  qədər 

olmalıdır; 

6.

 

İştirakçıların 63%-i subay gənclərə ipoteka kreditinin verilməli 

olduğunu fikirləşir; 

7.

 

İştirak  edənlərin  93%-i  ipoteka  kreditlərinin  maksimum 

məbləğinin  artırılmalı  olduğunu  qeyd  edirlər.  Səbəb  kimi  ev 

bazarlarında  qiymətlərin  yüksək  olması  və  ipoteka  ilə  ev  alan 

zaman ailənin uzunmüddətli perspektivdə yaşayış sahəsinə olan 


AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 81 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



tələbatının  nəzərə  alınmalı  olduğu  göstərilir.  Respondetlərin 

7%-i  isə  hesab  edir  ki,  kreditin  məbləğinin  artırılması  aylıq 

ödənişlərin  artımına  səbəb  olacaq.  Bu  isə  gələcəkdə  kreditin 

geri qaytarılmasında problem yarada bilər

8.

 

Sorğuda  iştirak  edən  vətəndaşlar  birmənalı  olaraq  ipoteka 

kreditləşməsi  zamanı  tələb  edilən  sənədlərin  azaldılmalı 

olduğunu düşünür; 

9.

 

Respondetlərin  47%-i  İpoteka  kreditlərinin  verilməsində  məsul 

olan  qurumların  (Azərbaycan  İpoteka  Fondu(AİF)  və  Müvəkkil 

Banklar) fəaliyyətindən razıdır. 

 

Sorğu nəticələri onu göstərir ki, vətəndaşların daha çox kəsimi ipoteka 

şərtlərindən  narazıdır.  Əlbəttə  ki,  narazılıqlar  müxtəlif  səbəblərdən 

qaynaqlanır  və  fərdi  xarakter  daşıyır.  Belə  ki,  bəziləri  faizlərin,  aylıq 

ödənişin  çoxluğundan  şikayət  edirsə,  başqa  bir  qismi,  sənədləşmə 

prosesinin ağırlığından, bu zaman tələb edilən qeyri rəsmi ödənişlərdən, 

yoxsul  əhali  isə  ümumiyyətlə  ipoteka  kreditlərinin  şərtlərinin 

agırlığından  narazıdır.  Bu  isə  artıq  ipoteka  şərtlərinin  dəyişilməsi 

vaxtının  çatdığına  işarədir  və  ya  başqa  sözlə  mövcud  vəziyyətin 

dəyişilməsi ilə bağlı ciddi ictimai tələb yaranıb. 

 

 



AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 82 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Nəticə və təkliflər 

1.

 



Tələb  edilən  sənədlər  kifayət  qədər  çoxdur.  Bu  isə  ipoteka 

kreditləşməsi  prosesini  çətinləşdirir,  bəzi  hallarda  isə  qeyri  rəsmi 

ödənişlərin, əlavə xərclərin yaranmasına yol açır. 

Təklif  edirik  ki,  ipotekaya  qoyulan  yaşayış  sahəsinə  aid  mülkiyyət 

hüququnu  təsdiq  edən  sənəd  (Daşınmaz  Əmlakın  Dövlət  Reyestri 

Xidməti  tərəfindən  verilmiş  “çıxarış”),  ipoteka  predmetinin  digər 

öhdəliklər  üzrə  yüklü  edilməməsini  və  məhdudiyyət  olmadığını  təsdiq 

edən  sənəd,  ipoteka  müqaviləsinin  (Qarışıq  müqavilə)  və  ipoteka 

kağızının  əsli  və  onların  dövlət  qeydiyyatından  keçməsini  təsdiqləyən 

sənədlər,  borcalanın  həyatın  ölüm  halından  və  əmək  qabiliyyətinin 

itirilməsinin  və  ipoteka  predmetinin  sığortalanmasını  və  sığorta 

ödənişlərinin  ödənildiyini  təsdiqləyən  sənədlər,  alınmış  yaşayış 

sahəsinin  alqı-satqı  müqaviləsinin  surəti,  vergi  orqanları  tərəfindən 

qəbul  olunmuş  gəlir  vergisi  və  ya  sadələşdirilmiş  vergi  bəyannaməsi 

kimi  sənədlər  ipoteka  saxlayan  qurumların  tələbnaməsi  əsasında 

aidiyyatı təşkilatlar tərəfindən elektron qaydada göndərilsin. 

2.

 

Dünya  praktikasının  araşdırılması  və  Azərbaycanda  əhalinin  real 

gəlirləri  fonunda  ipoteka  kreditlərinin  verilməsi  faizləri  kifayət 

qədər  yüksəkdir.  Belə  ki,  dünya  praktikasına  nəzər  saldıqda 

əhalinin  aylıq  orta  gəlirləri  Azərbaycandan  dəfələrlə  yüksək  olan 

ABŞ,  Almaniya,  Fransa,  Türkiyə  kimi  inkişaf  etmiş  ölkələrdə 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə