Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   ...   18   19   20   21   22   23   24   25   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 74 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



zəngin  ölkələrdə  bu  məsələ  daha  da  sadələşdirilib.  Liviyada  yeni  ailə 

quran  vətəndaşa  mənzil  problemini  həll  etmək  üçün  dövlət  tərəfindən 

65  min  ABŞ  dolları  məbləğində  yardım  edilir.  Gələcəkdə  isə  bu  borc 

müxtəlif şərtlər daxilində silinir. Birləşmiş Ərəb Əmirliyində isə ailənin 

üçüncü uşağı dünyaya gəldikdən sonra bütün borclar silinir. 

-İpoteka kreditinin maksimum məbləği azdır 

İpoteka  kreditinin  maksimum  məbləğinin  50  min  manat  olması  real 

bazar qiymətlərinə uyğun deyil. Həmçinin, qiymətlərin ilbəil artımı da 

nəzərə  alınmır.  Yəni  daşınmaz  əmlak  bazarında  son  6  il  müddətində 

qiymətlərin  25%-35%  artımına  baxmayaraq  adi  ipoteka  kreditinin 

maksimum  məbləği  sabit  olaraq  qalıb.  Daha  yaxşı  olar  ki,  maksimum 

məbləğ  ləğv  edilsin.  Əgər  tələbatın  çoxluğu  və  maliyyə  qıtlığı  kimi 

problemlərin olması buna imkan vermirsə ipoteka kreditinin maksimum 

məbləği  mənzil  bazarında  1  kv.metr  üçün  formalaşan  orta  satış 

qiymətinin  100  misli  civarında  müəyyən  edilməlidir.  Yəni,  ipotekanın 

maksimum  məbləği  müəyyən  edilərkən  bazar  qiymətlərinin  nəzərə 

alınması  mexanizmi  formalaşdırılmalı  və  növbəti  il  üçün  məbləğ 

daşınmaz əmlak bazarında baş verən qiymət tsiklinə uyğun indeksasiya 

edilməlidir. Belə olduqda vətəndaşlar üçün yaradılan imkan bərabərliyi 

də təmin edilmiş olacaq. Əlbəttə ki, bu zaman yaranacaq əsas sual aylıq 

ödəniş haqqının artımı ilə bağlıdır. Bu halda hazırkı faiz və müddətlə 80 

min  manatlıq  ipoteka  krediti  üçün  aylıq  ödənişin  məbləği  617  manata 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 75 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



qədər artır. Lakin, adi ipoteka kreditləri üçün faizlər 4%-ə endirilsə və 

müddət  30  ilə  artırılsa  bu  zaman  80  min  manatlıq  kredit  üçün  aylıq 

ödənişin  382  manat  olacaq  ki,  bu  da  indiki  şərtlərlə  50  min  manat 

kreditinin  25  illik  aylıq  ödənişinə  (386  manat)  uyğundur.  Göründüyü 

kimi, ipoteka kreditlərinin faizlərinin azaldılması təklifləri qəbul edilsə 

və  müddət  artırılsa  aylıq  ödəniş  məbləğini  dəyişmədən  kreditin 

maksimum həcmini artırmaq mümkündür. 

-İlkin mənzil bazarının (yeni  tikilən mənzillərin) ipotekadan kənar 



qalır 

İpoteka  krediti  ilə  alınan  evlərin  dövlət  reyestr  xidmətində  qeydiyyata 

salınması  şərti  kreditləşmənin  vacib  şərtlərindən  hesab  edilir.  Belə  ki, 

Azərbaycanda  yalnız  Azərbaycan  Respublikası  Əmlak  Məsələləri 

Dövlət Komitəsi tərəfindən rəsmi qeydiyyat sənədi (çıxarışı) olan evlər 

ipoteka  krediti  üçün  girov  kimi  təqdim  edilə  bilər.  Qanunvericiliyə 

uyğun  olaraq  vətəndaş  ipoteka  götürərək  çıxarışı  olmayan  ev  almaq 

istəyirsə,  bu  zaman  alıcı  hər  hansı  digər  mənzili  girov  olaraq  banka 

təqdim etməlidir. Əgər nəzərə alsaq ki, ipoteka kreditinə müraciət edən 

şəxs  əksər  hallarda  aztəminatlı  və  ya  evsiz  olur,  bu  zaman  vətəndaş 

özünə deyil digər bir şəxsə məxsus olan əmlakı girov qismində istifadə 

etməlidir. Burada yaranan əsas problem kimsənin öz mənzilini 20-30 il 

müddətində  banka  girov  qoyaraq  mülkiyyət  hüquqlarının  bu  müddət 

ərzində  məhdudlaşdırılmasına  razılıq  verməsi  hesab  edilir.  Belə  ki, 




AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 76 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



müddətin  çox  olması  və  gələcəyi  əvvəlcədən  proqnozlaşdırmaq  kimi 

şansın  olmaması  insanların  öz  dostu,  qohumu  və  yaxud  digər  yaxını 

üçün  bu  fədakarlığı  qəbul  etmə  ehtimalını  sıfıra  yaxın  edir.  Bir  sözlə 

başqa bir evi girov olaraq təqdim edərək yeni tikilən mənzil əldə etmək 

ehtimalı  kifayət  qədər  az  rastlanan  haldır  və  belə  halların  ümumi 

ipoteka kreditlərinin dövriyyəsindəki xüsusi çəkisi yeni tikintilərə ancaq 

dolayısı ilə təsir edir.  

Nəzərə  alsaq  ki,  ölkədə  ilkin  mənzil  bazarı  qiymətləri  təkrar  bazara 

nisbətən  daha  aşağıdır,  demək  olar  ki,  problemin  mövcudluğu  sadəcə 

vətəndaşın  yeni  tikilmiş mənzil  almaq  şansını  əlindən  almır,  həmçinin 

daha  baha  qiymətli  təkrar  bazarlarda  ev  almaq  kimi  çətin  dilemma  ilə 

üz-üzə  qoyur.  Məhz  bu  səbəblərdən  yola  çıxaraq  qeyd  etmək  istəyirik 

ki,  ən  qısa  müddətdə  yeni  tikilən  mənzillərin  satışının  dövlət  əmlak 

komitəsi tərəfindən qeydiyyata alınması prosesi başlanmalı və bu alqı-

satqı  müqavilələri  ipoteka  predmeti  olaraq  təqdim  edilə  bilməlidir. 

Beləliklə,  ipoteka  proqramı  çərçivəsində  insanlar  üçün  daha  geniş 

bazarlara  çıxış  imkanı  yaranmış  olar  və  seçim  məhdudluğu  azalar, 

təkrar bazarlarda isə qiymətlər nisbətən sabitləşər. 



-Ailə həyatı qurmayan şəxslərə ipoteka krediti verilmir 

Azərbaycanda  adi  və  güzəştli  ipoteka  kreditlərinin  verilməsi 

şərtlərindən  biri  də  ailəli  olmaqla  bağlı  məhdudiyyətin  qoyulmasıdır. 

Yəni  bu  növ  kreditlərdən  sadəcə  ailəli  olan  vətəndaşlar  istifadə  edə 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə