Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə8/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   4   5   6   7   8   9   10   11   ...   334

17 

 

hasil  olandan  sonra  baxaq.  O  varid  olan  etirazlar  ki,  deyirlər,  onların  nə  qədər 



əsaslı  olub  olmadığına,  mən  öylə  bilirəm,  etiraz  edənlərin özləri  bilirlər.  Amma, 

həqiqətən  əhval  öylədir  ki,  bizim  üçün  darülfünun  açmaq  bu  surətlə  deyildir  ki, 

Rusiyada açılmışdı. Rusiya darülfünunları cəmaətdən ayrılıb  başqa bir sinif üçün 

idi.  Ümumxalq  darülfünunlardan  istifadə  edəmirdi.  Millət  üçün  açılacaq 

darülfünunlar bütün məmləkətin qisməti, kasıb-küsübun qisməti olacaq. Mən öylə 

bilirəm  ki,  eylə  bir  şərait  hazırlanacaqdır  ki,  bu  darülfünun  yalnız  xoşbaxtların 

istifadəsi üçün olmayıb ümum millətin bir mədəniyyət mənbəi olacaqdır. Bu şərti 

bilmək və indidən düşünmək   lazımdır.   Deyirlər   bu   vaxtacan   darülfünunlar 

üçün müəyyən, hazır ustavlar vardır. O ustavlar bizim üçün qanunu ola bilməz. O 

ustavları özümüz yaratmalıyıq. 

Darülfünunu  öylə  təsəvvür  etməməlidir  ki,  orası  divar  ilə  əsaslanmış, 

oradaki professorlar istədikləri fikirləri, istədiyi tədbirləri bizə soxuşduracaqlar. Bu 

fikirlər yalnız o vaxt mümgün olardı ki, bizim üstümüzdə bir istibdad olaydı, bizim 

üstümüzdə hakim bir qüvvə buluna idi. Hala böylə deyil. Biz özümüz-özümüzün 

hakimi  və  ağasıyız.  Keşiş  buyurduğu  şeylər  olacaq.  Bəlkə ondan  izafə  də  olacaq. 

Lakin bunlar bizim üçün səbəb olmaz ki, əsassız şeylər ilə qurtaraq. Millət o qədər 

ayıqdır və qüvvətlidir ki, özünü idarə edə bilər, və özü üçün istədiyi darülfünunu 

da  aça  bilər.  Millət  burada  darülfünunumuzda  tədris  edəcək  beş-üç  rus 

professorları  vicudilə  Rusiyaya  tabe  olacaq  bir  vəziyyətdə  deyildir.  Bu  kimi 

xəyalat  qəbilindən  olan  şeylə  ilə kimsə  bizi  qorxuda  bilməz.  Burada  başqa  sözlər 

söyləməkə həqləri yox idi. Özünü Azərbaycan təbəəsi hesab edənlər böylə sözlər 

söyləməməlidir.  Amma,  qaldı  ki,  bunun  texniki  cəhəti,  onu  vücüda  gətirmək 

məsələsi.  Bu  saat  hankı  yerdə,  hankı  fakultələri  mümgündür  açmaq.  Hansı 

professorları  əldə  etmək  olar.  Hansı  alət  və  ədəvat  bulmaq  mümgündür.  Bu 

tərəfləri  düşünmək  lazımdır.  Öylə  olmasın  ki,  bunlar  sözdə  qalsın.  Bu  öylə 

məsələdir ki pul cəhəti nəzərə alınmaz. Pulumuz var, çünkü nə qədər lazımdır, pul 

xərclənəcək.  Lakin  öylə  dairə  göndərmək  lazımdır  ki,  əhali-ümumiyyə  və 

siyasiyyəyə görə lazım olan şeyləri əldə etmək mümgün olsun. Hazırda o şöbələri 

açmalıdır  ki,  lazım  olan  alət  və  ədvat  əldə  edilmək  ilə  bərabər  tədris  edəcək 

professorlar  da  mövcuddur.  Qaldı  o  biri  şöbələr  üçün,  bəlkə  bu  saat  onların 

açılması çətin olacaq. Hər halda bunların açılmasına da əsasən etiraz yoxdur. Tarix 

və ədəbiyyat şöbəsi barəsində danışıldı. Birisi səni pedaqoq yapıyor, rus dilində də 

olsa  elm  öyrədir.  Kim  deyə  bilər  ki,  sən  öyrəndiyin  elmi  türkcə  olaraq 

öyrənməyəsən. Millətə qulluq etmək üçün sənə kim mane olacaq. 

Bir  də  bizim  məktəblər,  aşağı  sinif  məktəblər  o  qədər  hazır  deyil, 

lazımınca  milliləşməmişlər.  Onun  ilə  bərabər  biz  gərək  darülfünunu  öylə 

hazırlayaq  ki,  aşağı  məktəblər  üçün  pedaqoqlar  hazırlansın.  O  vaxt  edadi 

məktəblərdə  oxuyanlar  öz  milli  darülfünunlarına  girə  biləcək  bir  halda  təhsil 




18 

 

görmüş olsunlar. Lakin bu o demək deyil ki, ta o vaxta ki, məktəblər milliləşsin, 



sonra darülfünun açılsın. Əgər biz on-on beş il sonra da darülfünun açsaq, yenə də 

bir çox müşkülata təsadüf edəcəyik. Onda da professorlar tapa bilməyəcəyik. Yenə 

xaricdən  professor  gətirməyə  məcbursan.  Bir  də  məktəb  qurtaranları  məcbur  edə 

bilməyəcəksən ki, gedib İstambulda, Firəngistanda oxuyub professor olsun. Bir tək 

darülfünun qurtarmaq ilə professor olmaq olmaz. 

Səmədağa  Ağamalı  oğlu  -  Bir  neçə  şeyə  cəvab  vermək  istərdim.  Biri 

budur  ki,  söylədilər,  əgər  içimizdə  Universitet  olsa  tələbələrimizi  ruslaşdırmaq 

asan  olar.  Mən  öylə  bilirəm  ki,  bu  səhv  fikirdir.  Bir də türkləşmək  barəsində  çox 

danışılır. Türkləşmək və ruslaşmaq nə deməkdir. Mən elə bilirəm ki, unun tarixini, 

mədəniyyətini  və  elmini  bilməkdir.  Onu  da  elm ilə  yapmaq  olar,  yoxsa  erməniyə 

yavuq  getməyəcəksən  ki,  əlin  dəymək  ilə  murdarlaşasan.  Böylə  türkləşmək 

könlümdə  də  yoxdur.  Müsəlmanlaşmaq,  o  da  böylədir.  Böylə  olan  surətdə 

universitet lazımdır, onun elmləri yolları açıb öz dilimizdə, öz mədəniyyətimizdə 

insaniyyət  tapacayıq.  Amma  indi  darülfünundan  qalmaq  ilə  Avropadan  məhrum 

olacağıq və vəziyyətdən də xəbərimiz olmayacaqdır. 

Maarif  naziri  Kaplanov  -  Məsələnin  təsəvvür  edilməsinə  xidmət  edəcək 

bir çox dəlillər söylənildi. Bu fikirlərə mən bir şey əlavə etməyəcəyəm. Söylənməsi 

icab edilən şeyləri Məmməd Əmin bəylə Vanseviç cənabları söylədilər, mən yalnız 

bəzi mühüm inkişafını istəyirəm. Çünkü məsələdən suyi-təhfim olacağını görür və 

bundan  qorxuram.  Əvət,  əsas  etibarilə  heç  kəs  darülfünun  açılmasına  etiraz 

etməyir.  Fəqət,  yenə  fikirlərdə  də  bir  miyaniyyət,  bir  anlaşılmazlıq  var.  Əvvəla 

məlumunuzdur ki, biz darülfünunun açılması üçün gec davrandıq və çox vaxt qeyb 

etdik. Məəttəəssüf tədRicata ancaq on gün qalanda başlayırız. Əgər, biz Qarabəyin 

də təklifini qəbul edər, layihəyi bərayi-tədqiq fraksiyalara göndərərsək vaxt qayıb 

olacaq,  əmin  olun  ki,  darülfünun  bu  sənə  açılmayacağı  kimi,  gələcək  sənə  də 

açılmayacaqdır. 

Mən 

bizə 


darülfünun 

lazımmı, 

[lazım] 

deyilmi 


haqqında 

danışmayacağam.  Mənim  yalnız  müdafiə  edəcəyim  məsələ  məclisə  təklif  edilən 

qanun  layihəsi mövcibincə  bu  sənə  darülfünunun  Bakıda  açılması  lazımdır  və  ya 

lazım deyildir?! 

Məlumunuzdur  ki  hər  hanki  bir  mühüm  işə  başlandığı  vaxt,  əvvəla 

məqsədi-əsliyyəni  təhlil  etmək  lazımdır.  Bunun  üçün  biz  əvvəla  darülfünun 

haqqındakı məqsədi-əslimizi təhlil etməliyik. Biz darülfünunu yalnız açıqda qalmış 

bir  kaç  müəllimi,  bir  kaç  tələbəni  hazırlamaq  üçün  açmayırıq.  Və  heç  də  zənn 

etmirəm  ki,  saf  dil  deyilik  ki,  bu  şəraitlə  qəbul  edəlim,  Bilirsiniz  ki,  hər  mədəni 

millət  və  qövm  darülfünün  haqqındakı,  fədəkarlıqdan  çəkinməz.  Bu  mühüm  və 

müqəddəs  vəzifəni  şayan  çox  şərait  təhtində  qəbul  və  ifa  edir.  Və  yenə 

məmləkətimiz  daxilində  açılacaq  olan  darülfünun  mövcudiyyətilə  biz  vətənimizi 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə