Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə2/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   2   3   4   5   6   7   8   9   ...   334

 

edirlər  ki,  Şamaxı  uyezdində  sükunət  edən  ermənilərin  parlamanda  bir 



nümayəndəsi olsun. Onun üçün Aleksandr Nasarovu intixab etmişlərdir. Ancaq bir 

şey var ki, onların bu xahişi qanuna, zakona müvafiq deyildir. Çünkü burada qərar 

edilmişdi  ki,  ermənilərə  parlamanda  21  yer  verilsin.  Böylə  ki,  Gəncədən  11, 

Şuşadan 5, Bakıdan 5. Daha Şamaxı yoxdu. Ona görə mən belə bilirəm ki, gərək 

bu kağıza heç baxılmasın, sərəncamsız qalsın. 

Səslər - Mandat komisyonuna. 

Sədr - Rusca cavab verir. 

Sədr  -  İkinci  kağız  məbus  Əliverdili  tərəfindəndir.  Ona,  məzuniyyət 

verilmişdi.  Ayın  20-nə  kimi.  Sırağa  gün  ondan  bir  kağız  gəlib,  kağızda  özünün 

bərk  xəstə  olduğunu,  xəstəxanada  yatdığını  söyləyir.  Şuşa  xəstəxanasının  həkimi 

doktor  Ağayev  də  bir  kağız  yazıb  filhəqiqə  xəstə  olduğunu  etiraf  edir.  Hər halda 

sentyabrın  25-nədək  xəstəxanadan  çıxmaq  onun  üçün  mümkün  olmayacaq  və 

lazımi  kağızları  da  göndərməyə  söz  verir.  Hələ  kağızlar  gəlib  çıxmamışdır.  Hər 

halda onun naxoşluğu isbata çatır. Ona körə bu barədə parlamanın sentyabrın 25-nə 

kimi ona məzuniyyət verilməsi arzu edilir. 

Buna etiraz yoxsa qəbul edilir. Növbədəki məsələ darülfünun məsələsidir. 

(Katibə) Oxuyunuz. 

Mehdi bəy  Hacınski - Möhtərəm məbusanlar! Bakıda  Azərbaycan dövlət 

darülfünunu  açmaq  barəsində  böyük  gurultu  qopmuşdur.  Bunun  ləhində  və 

əleyhində  olanlar  da  çoxdurlar.  Bu  barədə hökumət  bir layiheyi-qanuniyyə  təklif 

edir  ki,  həmin  layiheyi-qanuniyyəni  sizə  oxuyacağam.  Darülfünunun  tarixi 

böylədir. Hökumət bir komisyon təşkil etmişdir və o komisyonda məşhur professor 

- cərrah Razumovskinin təhti-riyasətində idi. O komisyona əza olaraq 2 nəfər qeyri 

professorlar,  bir  nəfər  maarif  nəzarətindən,  Bakı  bələdiyyəsi  və  neft  şurası 

tərəfindən  də  birər  nümayəndə  daxil  idi.  Bu  komisyon  darülfünun  barəsində  bir 

layiheyi-qanuniyyə  və  darülfünün  nizamnaməsini  tərtib  edib  hökumətə  təqdim 

etmişdi. Hökumət də bu layihələri parlaman heyəti-rəyasətinə və heyəti-rəyasətdə 

ləvayehi-qanuniyyə komisyonuna vermişdi, çünkü burada smeta və büdcə məsələsi 

var idi. Buna görə də ləvayehi-qanuniyyə və büdcə komisyonları hər ikisi bir də bu 

layiheyi-qanuniyyəyə  baxıblar.  Əvvəlcə  məsələ  bu  idi  ki,  darülfünun 

Azərbaycanda  olsun,  ya  olmasın,  Bu  barədə  iki  cərəyan  var  idi,  birisi  ləhində, 

digəri  isə  əleyhinə  deyil,  lakin  vaxtın  müsaidə  olmadığını  göstərib  hələlik 

darülfünunun  açılmaması  tərəfdarı  idi.  Bir  də  komisyalarda  bu  məsələyə 

baxılmamışdı.  Komissiya  üzvləri  şəxsən  qərar  verdilər  ki,  darülfünun  olsun.  Bu 

qərar  fraksiyalara  göndərildi  ki,  onların  rəyləri  əlahiddə-əlahiddə  sizə  oxunacaq. 

Maliyyə-büdcə  komisyonunda  darülfünun  açılmasına  hamısı  tərəfdar  idi.  Lakin 

"Əhrar"  nümayəndəsi  əleyhinə  deyil,  necə  ki  dedim  vaxtın  namüsaid  olduğunu 

göstərirlərdi.  Sonra  bu  məsələ  ləvayehi-qanuniyyə  komisyonunda  qəbul  olunub, 




 

maliyyə-büdcə komisyonuna keçdi. Orada da baxılıb bir neçə təshih əlavə edildi. O 



da  darülfununun  əsas  nizamnaməsi  barəsində  idi  ki,  bir  professor  getdikdə  öz 

rəyini istədiyi üzvə verə bilər, bunu demokratik nöqteyi-nəzərdən düzgün bilməyib 

sildilər. Bu xüsusda, əlbəttə mən də istəmirəm zati-alinizi yoram, çünki bu məsələ 

hər kəssə məlumdur. Bakıda darülfunun olması mümkündürmü, ya yox? Hökumət 

bəyannaməsində  deyir  ki,  mümkündür.  Çünki  professorlar  gəlmək  istiyirlər, 

məkanda var-kommerçeski məktəb,  biri də birinci edadi məktəbi, qaldı tibb şöbəsi 

üçün alət mümkündürmü? O da mümkündür. Çünkü şəhərin Mixaylovski və neft 

şurasının xəstəxanalarında öylə alət [lər] var ki, oradan tibbə lazım olan şeyləri ələ 

gətirmək  olar.  İmdi,  icazə  veriniz  hökumətin  bu  barədə  bəyannaməsini  sizə 

oxuyum. (Oxuyur). 

Darülfünuna  aid  qanun  əsasları  böylədir.  (Oxuyur).  Darülfünun  üçün 

birinci dəfə bir sənəlik xərc olaraq beş milyon istənilir. (Təkrar oxuyur). Bununla 

bərabər  maarif  nəzarətinin  hökumət  vasitəsilə  Məclisi-Məbusana  təqdim  etdiyi 

darülfünun nizamnaməsi 72 fəsildən ibarətdir. Bu fəsillər ümumiyyətlə daxili işlərə 

aiddir. Bircə 30-cu maddəsinə bir əlavə vardır. Layihə müstəcəl olduğu üçün rica 

edirəm, rəis əfəndi tezliklə baxılsın və müzakirəyə keçirilsin. 

Sədr - Bu xüsusda kim danışmaq arzu edir. 

Kravçenko - Rusca danışır. 

Məmməd Əmin Rəsulzadə (yerindən) - Nə yapıyor, o orada oxuyormu? 

Sədr - Qara bəy Qarabəyli. 

Qara  bəy  Qarabəyli  –  Həzarət,  bu  məsələnin  nə  qədər  mühüm  olduğu 

məlumdur. Bir aydan fəzləədir, bu xüsusda çox-çox danışıq oldu. Nəticədə hər kəs 

etiraf  edir  ki,  darülfünun  lazımdır.  Fəqət  nasıl  açılacaq,  kimlər  oxuyacaq,  nasıl 

qanunlar, qaydalar olacaq, onlar bizcə məlum deyil. 

Yapılan qanunlardan fraksiyaların məlumatı yoxdur. Bu halda fraksiyalar 

kor-koranə, məqsədi anlamadan, qanunları gözdən keçirmədən layihəni qəbul edib, 

müzakirəyə  qoymaq  doğru  deyildir.  Bizim  heç  bir  şeydən  məlumatımız  yoxdur, 

kimlər açır, kimlər oxuyacaq, nasıl və nə kimi şəraitlə olacaq. Bu xüsus darülfünun 

açmaqda  asan  bir  şey  deyildir.  Bir  iki  professor  ilə  işi  bitirmək  və  darülfünunu 

yapıyor demək doğru olmaz. Darülfünun açmaq üçün hangi bina intixab edilir və 

varidat  və  məsarifat  nasıl  olacaq,  nerdən  təmin  ediləcək.  Bunla  həp  bizim 

məchulumuzdur.  Bizcə  məchul  qalan  bu  məsələni  keçmək  doğru  deyildir.  Mən 

təklif  edərdim  ki,  darülfünun  nizamnaməsi  əvvəla  fraksiyalara  verilsin  və 

fraksiyalarda tədqiq edilsin, sonra xüsusi müzakirəyə qoyulub   darülfünun   güşad   

edilsin.  Biz  darülfünunun  açılması  əleyhinə  deyilik.  Yalnız,  nasıl  bir  darülfünun 

açılacaq bilmirik. Bunun üçün rica edərik fraksiyalar xəbərdar edilsin. 

Sədr - Mən təklifi səsə qoyuram. Əgər beş kişi varsa.   

Qara bəy Qarabəyli - Bütün fraksiya. 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə