Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə6/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   2   3   4   5   6   7   8   9   ...   334

13 

 

elmi 



qoyub, 

rus 


padışahından, 

samoderjavasından, 

pravoslavyasından 

öyrədəcəklər. O keşişin adəti var. Mən istəyirəm onun xasiyyətini sizə deyim. 

Sədr (saxlayaraq) - Rica edirəm şəxsiyyətdən bəhs etməyəsiniz. 

Səmədağa  -  Onda  uzun  danışmaq  olmayır...  Mən  bir  dəfə,  köhnə 

zamailarda,  mən  bir rus  məslisində idim.  O,  məslis  birinin anadan  olan  günü  idi. 

Orada  möhkəm  söhbət  edirdilər.  Özləri  də  xalis  ruslar  idilər.  Birici  deyirdi  ki, 

Rusiya  hökuməti  yaxşı  yol  getməyir.  Əgər  hökumət  dürüst  yol  getsə  idi,  bu 

müsəlmanların çoxucu xarici olmuşdu, vinovat, xaçpərəst olmuşdu. Necəki, Şimali 

Qafqaziyada oldu. Yəni Azərbaycanın hər yerində, hər kəndində bir kilsə aç, adam 

gəldi-gəlmədi,  sən  zəngini  vurginən,  sonra  cəmaət  özü  yavaş-yavaş  alışar.  Orada 

onun  cəvabını  verdim.  Orasını  demirəm,  ancaq  bunu  demək  istəyirəm  ki,  keşiş 

cənabları  da  buraya  çıxıb  hərdən  bir  zəng  vurur  (Alqış  və  gülüş)  heç,  getdi 

öyləsinə. Burada bir-iki şey daha demək istəyirəm. Burada söylədilər ki, universitet 

18 milyon pul aparır. Ona görə o ağır xərci cəmaətin üstünə yükləmək olmaz. Mən 

bilirəm,  bu  yazıq  cəmaət  necə  olur  ki,  qeyri  şeylərdə  yaddan  çıxır,  elm,  şkol  ki, 

cəmaətin  gözünü  açır,  onda  cəmaət  yada  düşür.  Burada  bir  səhv  var.  Universitet 

açmaq  bir  işə  sərmayə  qoymaqdır.  Mən  sərmayə  dedikdə  bilirsiniz  nədir.  Mən 

kapital demək istəyirəm, sərmayəni qoymaqdan heç kim qorxmamalıdır. Heç vaxt 

o  bizə  ziyan  verməz.  Həmişə  mənfəətimiz,  az  qoyduğumuz  bu  sərmayədən 

gələcəkdə 18 milyon deyil, bəlkə 18 milyard mənfəət götürək. Mən öylə bilirəm ki, 

universitet öylə bir şey deyil ki, istədiyin vaxt onu asanlıqla tikə biləsən. Bunu hər 

kəs bilir. Bu  universitet bir palıd ağasına oxşar ki, basdırarsan, iyirmi ildən sonra 

çıxacaq. Burada yaxşı danışdılar ki, professor yoxdur. Bu gün burada professorlar, 

əgər Rusiyanın yolu açılarsa çıxıb  gedərlər, biz professorsuz qalarıq. İndi bu ola-

ola demək olmaz ki, gözləyirəm, məqam gələr, sonra açaram. Bir halda vaxt, fürsət 

və məqam özü gəlib, professorlar var, özləri gəlib işləmək istəyirlər. Mən təəccüb 

edirəm nə üçün onları əldən buraxaq. Əgər indi universitet açmacaq, sonra heç aça 

bilmərik.  Bəziləri  deyirlər  ki,  bir  neçə  ildən  sonra  açaq.  Hər  gah  bu  kişilər  işsiz 

qaldıqlarından  dolayı  gəlib  çıxıblarsa  o  da  revolyusiyanın  təqsiridir.  Siz  bunları 

əldən  buraxandan  sonra  öylə  məqam  da  gəlib  çıxmaz  ki,  professor  bizim  üçün 

gəlib  universitet  açmaq  istəsin.  Deməli  xərc  heç,  pul  heç,  məqam  da  gəlib. 

Universitet  açmaq  hər  yerdə  lazımdır.  Bəlkə  İran  da  düşünsə,  qanar  ki,  orada  da 

lazımdır.  Burada  söylənildi  ki,  onun  özü  də  böyük  dəlildir  ki,  bizim  ibtidai 

məktəbimiz  və  öz  gimnaziyamız  yoxdur  ki,  universitet  üçün  yem  olub  onu 

saxlasın. Bu bizdə yoxda degil idi, var idi. Əgər indi səs gəlmir isə onda da təqsir 

hökumətdədir. Biz tələb etdik ki, bu məktəblər açılsın, şkol yoxdur, deyirlər ki, sən 

də  darülfünun  açmayasan?  Sonra  bir  vacib  məsəl  var,  deyirlər  ki,  türkün  öylə 

qüvvətli dili yoxdur ki, onun darülfünunu olsun. Əvvəlcə dili qüvvətləndirib, sonra 

darülfünun  açmaq  lazımdır.  Darülfünun  olmasa  dil  də  qüvvətlənməyəcəkdir. 



14 

 

Darülfünun  olan  yerdə  dil  də  böyüyür.  İnandırıram  ki,  revolyusiyadan  əvvəl  dil 



bilməyənlər şimdi yavaş-yavaş məcbur olub dil  öyrənib, öz köçünü sudan çıxarır. 

Xülasə,  bizim  fraksiyamız  o  fikirdədir  ki,  gərək  darülfünun  açılsın,  bunun  vaxtı, 

məqamı gəlmişdir və güman edir ki, parlaman da buna zidd getməz. (Alqış). 

Sədr - Əfəndizadə Muxtar. 

Muxtar  Əfəndizadə  -  Möhtərəm  Məbuslar!  Darülfünunun  ləhinə  və 

əleyhinə çox sözlər danışıldı. Hər iki tərəf öz rəyini  söylədi. Qayda da budur ki, 

gərək danışıla çünkü, bu xırda iş deyil ki, az danışılıb qurtara. Lakin bir şey mənim 

nəzərimi cəlb etdi. Səmədağa bu məsələnin əleyhinə danışanların sözlərini bilirdi, 

onları təhqir edib şeytana bənzətmək bir məbusa yaraşan iş deyil. Lakin biz məbus 

olduğumuzdan böylə təhqirlərə etina etməyirik. Bizim bu barədə dəlilimiz qəvidir. 

Biz  əvvəldən  də darülfünunun açılmasının  tərəfdarıyıq.  Məncə  Abdulla  bəy  dedi, 

bizim fraksiyada bunun lehinə olanlar da var, lakin əksəriyyət əleyhinədir. Çünkü, 

əvvəl fikir edir ki, bu saat kifayət qədər professor  yoxdur. Hər qəndi deyirlər ki, 

professor  tapılacaq,  lakin  qorxurlar  ki,  o  birilərə  havayı  maaş  lazım  olan 

professorlarda  tapmaq  dəlili  də  odur  ki,  dərs  vaxtı  çatıb  meydanda  heç  bir  şey 

yoxdur.  Məmməd  Əmin  əfəndi  əyi  təsvir  etdi  ki,  ülum  bitərəfdir.  Hanki  dildə 

olmuş  ola  elmdir.  Lakin  onu  bilməlidir  ki,  tarixi-ədibə  bir  elmdir  ki,  onu  ana 

dilindən  başqa  bir  dildə  öyrətmək  olmaz.  Və  yenə  Məmməd  Əmin  əfəndi  qayət 

qəvi bir misal gətirdi ki, bizim Moskov darülfünunlarında oxumuşlarımız dillərini 

və  milliyyətini  unutmamışlar.  Bu  söz  balasa  qəbihdir.  Mən  də  deyə  bilərəm  ki, 

öylədir.  Çünkü  bizimkilər  Moskva  misyonerlərinin  ruslaşdırmaq  təziqi  siyasəti 

altında gözləri açılıb, onun əvvəl gündən ziddinə qalxırdılar. Amma deyə bilərəm 

ki, təmamən ruhlarını itirməyiblər. Öylələri var ki, türk lisanı var deyəndə istixfaf 

ilə  baxır,  öylə  bilir  ki,  ədəbiyyat  rus  dilindədir,  bəlkə,  bir  qədər  alman,  frənk 

ədəbiyyatına  darülfünunda  bələd  olurlar.  Bundan  səmərəli  odur  ki,  hökumət 

dairələrində  bu  vaxta  qədər  hər  iş  rus  dilində  gedir.  Qonşularımız  erməni  və 

gürsülər bizə gülürlər ki, bizim məmləkətdə ana dili işləndiyi halda Azərbaycanda 

hənuz rus dili işlənir. 

Çünkü  onlar  istiqlallarını  elan  etdikləri  gündən  etibarən  yazılarını, 

müamilələrini milliləşdirdilər. Fəqət hər nədənsə hala bu hərəkət bizdə yoxdur. 

Səməd ağanın buyurmasından böylə çıxır ki, darülfünün həm ali, həm də 

ibtidai  bir  müəssisədir,  biz  orada həm  milliləşəcək, həm  lisanımızı  düzəldəsəyik. 

Bu heç bir zaman doğru deyildir. Çünkü, insanı ibtidai məktəblər milliləşdirir. Və 

yenə  təəssüflə  görürəm  ki,  biz  işlərimizə  aşağıdan  başlayıb  qədəmə-qədəmə 

çıxmaq  lazımkən,  biləks,  başımızda  olanlar  başdan  aşağı  işə  başlayırlar.  Və  rəsi 

karda  olanlar  nesə  görmirlər  ki,  bu  gün  Rusiyanın  ən  sıqı  zamanında  (tarix, 

soğrafiya,  lisan)  kimi  dərsləri müsəlmanlar  üçün  qətiyyən  qədəğan  edən  Nikolay 

zamanında  açıqsa  müvəffəq  olduğumuz  milli  məktəblərimiz  də  bu    gün  yavaş-




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə