Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə7/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   2   3   4   5   6   7   8   9   10   ...   334

15 

 

yavaş  qapandığını  təəssüflərlə  görürük.  Qarabəylinin  fikri məsələni hər nə  qədər 



bir  az  təxirə  salırsa  da  yenə  əyi  bir  fikirdir.  Məsələ,  əvvala  fraksiyalara  verilsin, 

orada  müzakirə  edilsin.  Mən  də  darülfünunun  açılması  tərəfdarıyam.  Fəqət  bu 

şərait  təhtində  deyil,  məlumunuzdur  ki,  Petroqrad  və  Moskva  darülfünunlarına 

təhsil üçün gedən savanlarımız məktəbə girər-girməz dərhal oradakı, misyonerliyi 

və  oradakı,  ruslaşdırmaq  ruhunu  görüyor  və  ondan  çəkinirdi...  Fəqət  biz  əz 

yurdumuzda  ki,  darülfünuna  eyni  ruhdaki  bu  misyonerləri  soxaraq  onlar  öz 

əqidələrini  gizli  tutacaqlar  və  əsgi  misyonerliyini  və  o  əsgi  eşqə  müdhiş  surətdə 

gizli  olaraq  savanlarımızın  ruhinə  aşılayacaqlardır.  Darülfünun  əsasən  balasa 

məktəblərdən  müxtəsər  surətdə  oxunmun  fənnlərin  daha  ali  olaraq  gözdən 

keçirilməsidir.  Buna  görə  mən  təvəqqe  edərdim  ki,  bu  məsələ  təxirə  salınsın, 

layihəni fraksiyalarda gözdən keçirəndən sonra məslis müzakirəyə salsın. 

Əliheydər  Qarayev  (sosialist)  -  Bizim  firqəmiz  darülfünunun  açılması 

tərəfdarıdır.  İnqilab  bayrağı  qaldırıb  Nikolay  istibdadını  yıxdığımız  gündən 

etibarən  şüarımız  yox  olsun  qaragürüh,  yaşasın  hürr  və  sərbəst  millətlər.  Biz  bu 

əsas üzərinə işləyirik və işləyəcəyik. Rusiya maarif xüsusunda pək çox çalışmış və 

maddi cəhətdən hər bir mümanəti yapmışdır. Əvvəl Nikolayın da pulu yoxdu, fəqət 

maarif  xüsusunda  deyil,  biz  görürüz  ki,  ministirlərimiz,  bəylərimiz,  özlərini 

saxlamaq üçün icab edən qədər jandarma polisləri saxlamaqdan ötəri pul bulurlar. 

Bu pullar büdcəni sarsıtmayır. Yalnız millətimizi inşıqlandıracaq olan və açılması 

lazım olan darülfünun xərsini sarsıdacaq? Darülfünun xüsusunda xərcdən saçmaq 

doğru  deyil.  Darüfünun,  doğrudur  öz  ana  dilimizdə  milli  olmalı  idi.  Zatən  biz 

deyirik ki, cəmi millətlər azaddır və onların lisanı da, dili də, azad olsun. Halbuki, 

Nikolay bizim milli lisanla tədricatımıza mane olduğu üçün biz deyil darülfünunu, 

hətta  ibtidai  məktəblərimizi  də  milliləşdirmədik.  Təhsili-ali  görmək  istəyən 

cavanlarımız  Rusiyanın  daxilinə  getmək  üçün  yollar  qapalı  olduğu  üçün 

gedəməyib  aşağı,  yuxarı  dolaşırlar.  Onun  üçün  Məmməd  Əmin  Rəsulzadə 

cənablarının  söylədiyi  nitqi  də  tələbələrimizdən  çoxu  başa  düşməyirlər.  Milli 

tərbiyə  almamışız  ki,  başa  düşəlim  yenə  görəcəyik  ki,  edadi  məktəblərimiz  də 

türkləşdirilməkdə  davam  edəcəkdir.  Və  türk  füqərayi-kasibəsinin  cocuqları 

böyüyüb irəliləyəcək, bir də məccanı məktəblər onları qəbul etməyəcəkdir. Çün biz 

bu vaxta qədər ibtidai və edadilərdə milli ruhda tərbiyə almamışıq ki, milli dilimizi 

bilən  və  milli  lisanda  leksiya  oxunanda  anlayaq.  Tutalım  ki,  fizyalogiya, 

matematika oxusaq türk lisanında desə doxsan səkkiz, yüz faiz başa düşməyəcəyik. 

Edadi  məktəblər  tezliklə  milliləşəcək.  Bunlardan  da  studentlər  çıxacaq.  Türk 

füqərayi-kasibəsi  balasının  ki,  özüdə mədəniyyət  yoluna  ayaq  basır,  varlılar kimi 

pulu olmayacaqdır ki, başqa bir yerə oxumağa getsin. Burada qalıb ya bir çinovnik, 

ya  bir  kağız  bükən  olacaqdır.  Böylə  olan  surətdə  hər  halda  bizə  universitet 

lazımdır. Universitet olsa burada oxuyarlar. Ondan başqa müəllimlərimiz də vardır 




16 

 

ki,  onlar  da  darülfünunda  oxuyarlar.  Nəinki  bir  bunlar,  bəlkə  istedadı  olan 



adamların da ixtiyarı olsun, getsin orada oxusun, elm alsın. Bir bədbəxtlik də budur 

ki, maarif işlərindən ötəri indiyə qədər heç bir təşəbbüsatda bulunmadıq. Dövlətli 

balası  300-400  də  olsa  verir,  edadidə  oxuyur.  Amma  kasıb  balası  pulu 

olmadığından  oxuya  bilmir,  maarif  işindən  uzaq  olur.  Darülfünuna  düşə  bilmir. 

İbtidai və edadilər gərək məccanı olsun. Hökumətimiz ciddiyyətlə bu yolda işləsin. 

Nəinki  darülfünun, hamısı  gərək məccani  olsun hamı  oxuya  bilsin.  Təlim ümumi 

olsun  eleyhinə  olanlardan  biri  başlayır  ki,  professorlar  öz  vərəmli  əqidələrini 

universitetdə  keçirəcəklər.  Tarix  öylə  bir  şeydir  ki,  onun  əqidə  ilə  heç  bir 

münasibəti ola bilməz. Bir tarix deyil tibb fakültəsi, filoloq şöbəsi buralarda ancaq 

bu  dərslərdən  danışırlar.  Professor  istəsə  də  heç  bir  şey  eyləyə  bilməz.  Bu 

universitetdən  bizim  üçün  müəllimlər  çıxacaq  və  haman  müəllimlər  milliləşmiş 

məktəblərdə dərs verəcəklər. Azərbaycan edadilərində müəllim yoxdur. O istoriya-

filologiya  şöbəsi  edadiyə  qulluq  edib,  onlar  üçün  müəllim  yetişdirməyə  böyük 

kömək  edəcəkdir.  Deyirlər  ki,  bu  universitet  rus  universiteti  olacaqdır.  Düzdür, 

sizin çeşməyiniz ilə baxanda öylədir. Fəqət Moskvadansa burada daha tez türkləşə 

bilərik.  Haman  professor  Vinoqradov  tarixdən  Ryurik  İqordan  orada  da  deyəcək, 

burada  da.  Bunu  unudun.  Türk  tələbəsi  17-20-sinindən  aşağı  olmaz.  20  yaşında 

olanda onun bir siyasi surəti olacaqdır. Sağya sol. Bizim tələbələr arasında əgər sol 

olsa,  mən  ki,  solam,  Vinoqradov  gəlsin,  nə  qədər  istəyir  danışsın,  bir  şey  eyləyə 

bilməz.  Bu  bir  yanlış  yoldur.  Bir  mədəniyyət  ki,  füqərayi-kasibə  üçün  gəlir,  siz 

barmağınız  ilə  onu  tutmayın,  qoyun  o  işıq  Azərbaycan  füqərayi-kasibəsi  üzərinə 

düşsün.  Hərgah  barmağınızı  tutarsınızsa  işıq  düşmədikdə  füqərayi-kasibə  indi  də 

siz məsuliyyətli olarsınız. (Alqış). 

Sədr - Söz Qara bəy Qarabəylinindir. 

Qarabəyli ("İttihad") - Möhtərəm məbuslar, mən də darülfünun məsələsini 

müdafiə üçün bura çıxmadım. Bir şeyin  ki,  adı darülfünun  ola,  o da özü-ozünü  

müdafiə edir. Onun müdafiəsi lazım dəgildir. İkinci məndən əvvəl Məmməd Əmin 

əfəndi, Səmədağa mətin dəlillər və mülahizələr ilə varid olan etirazları rədd edib 

aşkar  sübut  etdilər  ki,  darülfünün      əleyhində      danışmaq      çətin      olar.  Etiraz 

edənlər  darülfünunun  əleyhinə  etiraz  etməyirlər,  deyirlər  lazımdır.  Hamısı  deyir, 

firqələr, hər kəs deyir. Darülfünunsuz bir şey  olmaz. İndiyə qədər əgər bu cəmaət 

doğru hürrüyyət axtarmağa və axır vaxt anlamağa başlamışsa, mən elə bilirəm ki, 

inqilabları  yapan  kəndlilər  olmayıb,  darülfünunda  oxuyanlar  olubdur.  Bunlar 

həqiqətdir.    Gün  kimi  aşkardır.  Danışığa  lüzum  yoxdur.  Fəqət  bununla  belə 

cərəyanlar  vardır  ki,  etiraz  edirlər.  Demək,  bir  təhlükə  görünür  ki,  etirazlar  da 

əsassız deyildirlər. Haman o adamlar ki, deyirlər əsasən tərəfdarıq, lakin şəraiti ki, 

nasıl  vücudə  gələcəkdir,  ona  etiraz  edirlər.  Bunu  düşünüb  təklif  etdik  ki,    bu 

məsələyə  təcili    surətdə  baxılmasın,    adəti    olsun.  Müəyyən  bir  fikrə  gəlib,  sülh 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə