Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə5/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   2   3   4   5   6   7   8   9   ...   334

11 

 

məsələ  şimdilik  verilsin  fraksiyalara,  orada  baxılsın  və  sonra  məclisin 



müzakirəsindən keçsin. 

Sədr - Məbus Vanseviç. 

Vanseviç - Rusca danışır. 

Sədr  (natiqə)  -  Əfv  edərsiniz.  (Arxaya  xitabən)  rica  edirəm,  arxada 

oturanlar səs salmasınlar, heç bir şey eşidilməyir. 

Vanseviç - Rusca dəvam edir. 

Sədr - Abdulla bəy Əfəndiyev. 

Abdulla  bəy  Əfəndiyev  -  Darülfünunun  açılması  məsələsi  "Əhrar" 

firqəsində  iki  cərəyana  səbəb  oldu.  Bir  neçəci  əleyhində,  bir  neçəci  lehində.  Hər 

ikitərəfin  gətirdiyi  məvadları  mülahizə  edəndə,  müqayisə  edəndə  aşkar  olur  ki, 

əleyhinə  olanların  fikri  bir  qədər  doğrudur  və  əqlə  batır.  Nəzəriyyələrdən  bəhs 

etmək  istəmirəm,  bir  neçəsini  göstərmək  istəyirəm  ki,  o  da  bu  dərəcədədir. 

Məlumunuzdur  ki,  büdcə  get-gedə  artır,  səmaətin  boynuna ağır  gəlir,  əyi  bir  yük 

tutulur.  Əkər  darülfünun  büdcəsini  də  əlavə  edərsək  büsbütün  artacaqdır.  Və, 

büdcə çoxalacaqdır. 

Demək  bir  sənəlik  büdcəmiz  bir  milyard  isə  gələcək  sənə  bir  neçə 

milyonluq  üzərinə  əlavə  olunacaqdır.  hazırda  tələbələrimiz  də  yoxdur  ki,  açılan 

darülfünunda  yer  tutsunlar.  Və  istiqbal  üçün  xəyali  gənclər  yetişsin  və  dəlillərin 

biri də budur, qabili-əfkar deyildir. Fəqət bunun lehinə gedən ki, əz on cümlə, biri 

də  mən  özüm,  həm  lehinə  gedən  cərəyan  deyir  ki,  darülfünun  hər  hanki  dildə 

olursa-olsun  o  elm  mənbəidir.  Vətən  üçün  demək,  yaxşı  işçilər,  siyasi  adamlar, 

elmli  adamlar  hazırlayacaq.  Bunu,  bu  elm  mənbəyinin  indidən  güşad  eyləmək 

lazım  və  bəlkə  vacibdir.  Söz  yox  ki,  darülfünun  güşadi  sözü  meydana  gəldikdə, 

demirik  ki,  əvvəlinci  gündən  türk  dilində  olacaq.  Bu  mümkün  olan  şey  deyildir. 

Bizim hazırlıqımız rus darülfünunda oxumaq üçündür. İstəcək də o qədər qüvvə və 

professor tapmarıq ki, öz dilimizdə elm və fünün keçək. Hərçəndi lehinə olanların 

motivləri  əleyhinə  olanlardan  güclü  deyildir,  lakin  hər  iki  tərəfi  barışdırmaq,  bir 

neçə  illərdən  sonra  da  olursa  türkcə  keçə  bilərsən,  o  da  türk  lisanına  məxsus 

vəziyyətdir  ki,  əsaslıdır.  O  vəziyyəti  alarsa  narazı  olanlar  da  rəy  verə  bilər.  O 

vəziyyət hansıdır? O da odur ki, edadi məktəblər üçün müəllimlər yetişdirmək və 

milləti tərbiyələndirmək. O müəllimlər ki, rus darülfünunu qurtarıb rus dilində dərs 

deyəcəklərsə  lazım  deyildir.  Biz  gərək  hamı  məktəbləri  milliləşdirək,  sonra  az 

müddət içərisində edadiləri də milliləşdirin. İndiki darülfünu yetişdirən müəllimlər, 

gərək  türk  dilinə  aşina  olsunlar.  Ona  görə  də  lazımdır  ki,  darülfünuna  öylə 

müəllimlər  dəvət  edək  ki,  türk  dilini  yaxşı  bilsin.  Türk  ədəbiyyatına  dara  olsun. 

Böylə  professoru  çox  aramalıdır.  Hər  şöbədə  nesə  ki,  qeyd  olunubdur,  türk  dili 

məcburi olsun. Bir məcburi deməklə olmaz. Gərək bunun proqramı olsun. Bir şəxs 

ki, darülfünun  icmal  etdi,  edadi  də  tədris  edəndə darülfünundan  özülə  götürdüyü 




12 

 

elmləri  lazımdır  ki,  gözəl,  ədəbi  türk  dilində  tədrisə  müqtədir  olsun,  islahati-



fənniyəyə  aşina  olsun.  Doğrudur,  gərək  bunları  edadilər  hazırlasın,  darülfünuna 

versin.  Bu  olmayıb,  çünkü  mümkün  deyil  idi,  yetişdirməyib.  Bu  indi  darülfünun 

divarları içərisində olmalıdır. Mən deyərdim, o tələbələr ki, orada təhsil edəcəklər. 

Türk dilini də öyrənəcəklər, gərək bir kaç vəzifələr ifa etsinlər. Ruscadan-türkcəyə 

məqalələr tərcümə etsinlər. Vəzifələri var. Bu da məsburi bir vəzifə olsun. Əgər bu 

cəhəti nəzərə alırıqsa, bunlara əhəmiyyət veririksə, indidən bu barədə çalışmalıdır. 

Buna  fikir  verməlidir.  Lazımı  müəllimlər  dəvət  etməlidir.  Bir  bu,  həm  də  başqa 

cəhət var. Məndən qabaqkı natiqlərin dediklərindən aşkar oldu ki, biz darülfünuna 

öylə  nəzər  ilə  baxırıq  ki,  onun  vasitəsilə  məktəblərimizi,  millətimizi  düzəldib 

mədəni millətlər cərgəsinə keçirək. Bu cərəyanlar hamısı var. Müəllim yetişdirmək 

şöbəsi  indidən  gərək  güşad  olsun.  Mən  təəccüb  edirəm,  şöbələr  barəsində 

danışarkən  fizyalogiya,  riyaziyyat,  filologiya  şöbələrindən  dedilər.  Əmma  təbii 

şöbəsindən  danışmadılar.  Vəhalanki  o  hamısından  vacibdir  ki,  millət  üçün 

müəllimlər  yetişəcəkdir.  Əgər,  lazımsa  bu  cərəyanın  lehinə  olan  arkadaşlar  5c-i 

şöbə açmağın tərəfdarı olmalıdırlar. Hər halda Qara bəy dediyi kimi, firqəmiz də 

buna  tərəfdardır  ki,  bu  layihə  qaytarılsın  nəzarətə.  Lazım  olan  şeylər  və 

mülahizələr  əlavə  olunsun,  sonra  fraksiyalarda  müzakirə  edilib  parlamana  gəlsin. 

Nəzarət  də  öz  profamını  göndərsin.  Təcili  olmaqda  nəf  yoxdur.  Bunu  ətraflı 

öyrənmək lazımdır. Darülfünunu istədiyimizə və rus dilində keçilməsinə söhbət ola 

bilməz.  Çünkü  başqa  bir  dildə  ola  bilməz.  Ansaq  bu  məsələyə  ətraflı  baxılandan 

sonra açılsın. Biz bunu deyirik. 

Sədr - Ağamalıoğlu Səmədağa. 

Səmədağa  -  Deməli,  universitet  əleyhinə  danışan  yoxdur.  Hamı  bunu 

deyir ki, universitet lazımdır. Çünkü milləti irəli salar. Amma bəzi natiqlər deyirlər 

ki,  hələ  vaxtı  gəlməyib,  hələ  gərək  gözləyək.  İş  buradadır  ki,  biz  parlamanı 

açandan  bu  vaxtacan  öylə  bir  əməlli  qanun  bizim  müzakirəmizə  qoyulmamışdır. 

İndi, səmaətin və məmləkətin ən çox mənfəəti olan bir qanun ki, o da universitet 

qanunudur,  bizim  parlamana  gəlib  çıxmışdır.  Lakin  onu  da  saxlamaq  istəyirlər. 

"Ayda  ildə  bir  namaz,  onu  da  şeytan  qoymaz".  Məndən  qabaq  olan  natiq  bütün 

layiqiylə və möhkəm dəlillərlə sübut etdi ki, bizə universitet açmaq gərəkdir; həm 

də  zamanı  gəlibdir.  Ona  körə  o  dəlilləri  təkrar  etməmək  üçün  bir neçə  başqa  söz 

danışmaq istəyirəm. 

Əvvəlcə mən istəyirəm ki, qabaq keşiş haqqında danışam və ona bir neçə 

cəvab verəm. Amma məndən əvvəl Vanseviç danışdı və lazımı cavab verdi. O kişi 

bura çıxmışdıki universitetnən xalqı qorxutsun. O elə bilirdi ki, Azərbaycan milləti 

ona Yaxın durmaz. Vanseviç yaxşı cavab verdi. Onda keşiş deyir ki, çox yaxşı oldu 

ki,  universitet açılır,  özü  də rus  dilində.  O  elə  bilir ki,  onun  məmləkətində  olmuş 

rus  "samoderjaviya"si  bu  məmləkətdə  diriləcək.  Böylə  çıxır  ki,  rus  professorları 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə