Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə12/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

tamaşasında quruluşçu rejissor Tofiq Kazımova assistent oldu. Digər rejissorların 
hazırladıqları Cəfər Cabbarlının “Od gəlini” (İldırım), Mehdi Hüseynin “Alov” 
(Gümrah), Cabbar Məcnunbəyovun “Məhəbbətin hokum” (Levon), Süleyman 
Rüstəmin “Qaçaq Nəbi” (Vəli), Mirzə Fətəli Axundzadənin “Hacı Qara” (Murov), 
Hüseyn Cavidin “Səyavuş” (İkinci məmur) əsərlərinin tamaşalarında rollar oynadı. 
Ancaq həmin ifalar aktyorun parlaq nailiyyətinə çevrilə bilmədi. 
1960-1964-cü illəri öz yaradıcılığının tərəddüdlü axtarış dövrü adlandıran 
Ağakişi Kazımov 1963-cü il noyabr ayının 25-dən Akademik teatrdan çıxıb. 1964-
cü ilin 24 fevralında Azərbaycan Dövlət Filarmoniyasına bədii qiraət ustası ştatına 
götürülüb. 1964-cü ilin avqust ayında Leninqrad (indiki Sankt-Peterburq. - İ.R.
Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun əyani rejissorluq fakültəsinə 
daxil olub. 
Bu qənaətə, gəlincə aktyor Qubadan əlavə, 1956-cı ildən 1960-cı ilə qədər 
Azərbaycan Dövlət Pedaqoji İnstitutundakı dram dərnəyinin və 1958-ci ildən 
1964-cü ilə qədər Azərbaycan Dövlət Universitetinin “Gənclik teatrı”nın rəhbəri 
olmuşdu. Dram dərnəyində Fridrix Şillerin “Qaçaqlar” faciəsinə, Anton Çexovun 
“Ayı”, “Evlənmə” məsxərələrinə, “Gənclik teatrı”nda Nəcəf bəy Vəzirovun 
“Müsibəti Fəxrəddin və dərviş Məstəlişah”, Q.Stefanskinin “Şeytan əməli” 
əsərlərinə quruluşlar verib.  
Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Qalıəsgər 
Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında Mar Bayciyevin “Duel” 
psixoloji dramını teatrın baş rejissoru Marsel Səlimcanovla birgə hazırlayıb. 
Premyera 1968-ci il dekabr ayının 8-də göstərilib. Diplom işi üçün isə Cəfər 
Cabbarlının “Aydın” (tatarcaya Əbdürrəhman Minski tərcümə edib) faciəsini seçib. 
“Aydın”ın ilk tamaşası 20 mart 1969-cu ildə oynanılıb. Diplomantın işi “əla” 
qiymət alıb. 
Azərbaycana ali ixtisaslı rejissor diplomu ilə qayıdan Ağakişi Kazımovu 
Respublika Mədəniyyət Nazirliyi Sumqayıt Dövlət Dram Teatrına direktor 
göndərdi (25 dekabr 1969-25 dekabr 1970). 1971-ci il dekabrın 25-dən 1973-cü il 
martın 19-na kimi isə baş rejissor vəzifəsini daşıyıb. O, yenicə fəaliyyətə başlamış 
gənc teatr kollektivinin inkişafında, repertuarın formalaşmasında faydalı işlər 
gördü. Ağakişi Kazımov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (22 
sentyabr 1974-30 dekabr 1975), Gənc Tamaşaçılar Teatrında (30 dekabr 1975- 
14 fevral 1983 və 20 aprel 1990-14 mart 2002) baş rejissor, Azərbaycan 
Dövlət Opera və Balet Teatrında (1 iyun 1973-22 noyabr 1974), Akademik Milli 
Dram Teatrında quruluşçu rejissor işləyib. Hazırda Akademik teatrda quruluşçu 
rejissordur. 
Ağakişi Kazımovun Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram 
Teatrında quruluş verdiyi səhnə əsərləri. 
1969, 28 dekabr. “Arvadımın əri”, Georgi Xuqayev. Tərcümə edəni Ağakişi 
Kazımov. 
1970, 16 may. "Müsibəti Fəxrəddin”, Nəcəf bəy Vəzirov. 
1970, 7 iyul. “Toy”, Sabit Rəhman. 
1971, 11 fevral. “Gülməyən adam”, Əfqan. 
1971, 27 mart. “Mənim məhəbbətim”, Adil Babayev. 


1972, 5 fevral. “Elbrus evlənir”, Georgi Xuqayev. Tərcümə edəni Ağakişi 
Kazımov. 
1972, 13 may. “Kəndimizin cavanları”, Əsgər Ələsgərov. 
1972, 20 iyul. “Nonkanın məhəbbəti”, İvan Petrov. Tərcümə edəni Ağakişi 
Kazımov. 
 
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında hazırladığı operettalar və 
musiqili komediyalar. 
1975, 26 aprel. “Təzə gəlin”, dramaturq Seyfəddin Dağlı və bəstəkar 
Cahangir Cahangirov. 
1975, 5 iyun. “Arşın mal alan”, Üzeyir bəy Hacıbəyov (rus bölməsində). 
1975, 12 aprel. “Xoşbəxtliyə gedən yol”, İsaak Dunayevski. 
 
Azərbaycan Dövlət Akademik Dram Teatrında Ağakişi Kazımov lirik 
komediya, psixoloji dram, ictimai-sosial faciə, məişət pyesi janrlarında müxtəlif 
dramaturqların əsərlərinə səhnə təfsiri verib. 
1972, 27 mart. “Darıxma, ana!”, Nodar Dumbadze. Tərcümə edəni Adil 
Babayev. 
1973, 8 aprel. “Qəribə oğlan”, İlyas Əfəndiyev. 
1982, 26 mart. “Mirzə Şəfi”, Nəbi Xəzri. 
1983, 17 sentyabr. “Büllur sarayda”, İlyas Əfəndiyev. 
1983, 30 dekabr. “Sehrli alma”, Yozef Lada. Tərcümə edəni Ağakişi 
Kazımov. 
1985, 26 yanvar. “Çahargah fantaziyası”, Kərim Kərimov. 
1986, 13 aprel. “Od gəlini”, Cəfər Cabbarlı. 
1986, 6 sentyabr. “Vaqif”, Səməd Vurğun. (Ədil İsgəndərovun 5 oktyabr 
1938-ci il quruluşunun bərpası). 
1998, 10 aprel. “Özümüzü kəsən qılınc” (“Göytürklər”) Bəxtiyar 
Vahabzadə. 
2000, 10 iyul. “Dar ağacı”, Bəxtiyar Vahabzadə. 
Azərbaycan Dövlət Opera və Balet Teatrında iki milli musiqi əsərimizi yeni 
formada tamaşaçılara təqdim edib. 
1974, 27 aprel. “Gəlin qayası”, Şəfıqə Axundova. Libretto müəllifləri 
Süleyman Rəhimov və İsgəndər Coşqun. 
1993, 21 aprel. “Vaqif”, Ramiz Mustafayev. Librettonu Səməd Vurğunun 
eyniadlı pyesi əsasında Firudin Mehdiyev yazıb. 
 
Ağakişi Kazımov Gənc Tamaşaçılar Teatrında uzun müddət baş rejissor 
işləyən sənətkarlardandır. Ən çox və ən müxtəlif janrlı tamaşaya da quruluşu məhz 
bu teatrda verib. 
1976, 27 may. “Komsomol poeması”, İsgəndər Coşqun. Səməd Vurğunun 
eyniadlı poeması əsasında. 
1976, 30 aprel. “Zoluşka”, Yevgeni Şvarts (rus bölməsində).  
1977, 26 iyun. “Məhəbbət novellası”, Şamil Xurşud və Əşrəf Hacıyev. 
1978, 5 iyun. “Məlik Məmməd”, Əyyub Abbasov. 


1978, 17 sentyabr. “Hacı Qəmbər”, Nəcəf bəy Vəzirov. 
1979, 24 fevral. “Fırtınadan doğulmuşlar”, İsgəndər Coşqun. 
1979, 25 sentyabr. “Sirli dəyirman”, Firuz Məmmədov. 
1980, 29 mart. “Yaşasın Günəş”, Kamal Aslanov. 
1980, 20 iyun. “Kiçik torpaqda üç gün”, Şamil Xurşud.  
1983, 26 iyun. “Qar qız”, Teymur Elçin. 
1990, 4 noyabr. “Yazığam, sevmə məni”, Əkrəm Əylisli. 
1991, 17 yanvar. “Şəhidlər”, Bəxtiyar Vahabzadə. 
1991, 19 sentyabr. “Kiçik təpə”, Nəbi Xəzri. 
1991, 20 dekabr. “Müşfiq”, Rafıq Hüseynov. 
1992, 23 yanvar. “Bir parça Vətən”, Fikrət Sadıq. 
1993, 19 dekabr. “Səsin sehri”, Tahir Kazımov. 
1994, 22 dekabr. “Sevirdim, çox sevirdim”, Hidayət. 
1995, 23 sentyabr. “Ağ div, qara div”, Əli Səmədli. 
1997  28 sentyabr. “Şir qızı Luska”, Vladimir Qusyev (rus bölməsində). 
1998  22 fevral. “Dördüncü təcavüz olmayacaq”, Miryusif 
Mirməmmədoğlu. 
1999, 7 mart. “Təlxəyin nagılı”, Fıruz Məmmədov. 
2000,  18 dekabr. “Büllur sarayda”, İlyas Əfəndiyev. 
Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında dörd tamaşa hazırlayıb. 
1978, 10 iyul. “Qızıl zəncir”, Şamil Xurşud. 
1981, 14 may. “Məni qınamayın”, Hidayət Orucov. 
1983, 14 noyabr. “Əks-səda”, Nəbi Xəzri. 
1982, 31 may. “Məhəbbət yaşadır” (“Ömür gözləyir bizi”), Nahid Hacızadə. 
 
Ağakişi Kazımov, həmçinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət 
Musiqili Dram Teatrında Şaleva Rokvanın “Yaşıl papaq” (Tərcümə edəni Vaqif 
Əlixanov. 20 noyabr 1982), Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram 
Teatrında Jan Batist Molyerin “Tartüf” (tərcümə edəni Rəman Əlizadə. 5 sentyabr 
1984), Köln-Düseldorf Almaniya Türk Dövlət Teatrında Üzeyir bəy Hacıbəyovun 
“Arşın mal alan” (10 iyul 1999), Bəxtiyar Vahabzadənin “İkinci səs” (23 dekabr 
1999) əsərlərini tamaşaya hazırlayıb. 
“Azərbaycanfılm”in “Bəri bax” studiyasında çəkilən “Yük” bədii fılmində 
Hacı Zeynalabdin Tağıyev rolunu oynayıb. 
1977-ci ildən bugünkü Mədəniyyət və İncəsənət Universitetində aktyor və 
rejissor sənətindən dərs deyən Ağakişi Kazımov 18 iyun 2001-ci ildən bu ali 
məktəbin professorudur. 
Qazandığı sənət uğurlarına görə 20 mart 1987-ci ildə Azərbaycan 
Respublikasının əməkdar incəsənət xadimi, 28 oktyabr 2000-ci ildə xalq artisti 
fəxri adları ilə təltif olunub. 
Ağakişi Kazımov bir rejissor kimi, adətən məşqlər başlanana qədər əsər 
üzərində çox işləyir. Obrazların konsepsiyasını tam qavramaqda aktyorlara kömək 
edir. Yaradıcılığında psixoloji monumental pyeslərə üstünlük verir. Tamaşanın 
ideyasına uyğun ansamblı toplamaq məqsədilə rol bölgüsənə xüsusi diqqətlə 
yanaşır. Rəssam və bəstəkarla əlaqəli işləməyi əhəmiyyətli hesab edir. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə