Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə10/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

1987, 25 sentyabr. “92 dəqiqə gülüş”, Rüfət Əhmədzadə və Emin 
Sabitoğlu. 
1989, 8 dekabr. “Sevgilimin anası və ya bir evlənmə əhvalatı”, Georgi 
Xuqayev və Eldar Mansurov. 
1991, 9 dekabr. “Qarğa, məndə qoz var”, Cahangir Aslanoğlu və Həsənağa 
Qurbanov. 
1992, 13 aprel. “Lotereya”, Vaqif Səmədoğlu və Aydın Əzimov. 
Muskomediya teatrının rus bölməsində də bir neçə həm klassik, həm də 
çağdaş mövzulu operettanın tamaşalarının quruluşçu rəssamı olub. 
Rəssam müxtəlif illərdə Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram 
Teatrında fin dramaturgiyasından tərcümə edilmiş “Niskouri malikanəsinin gənc 
sahibəsi”, Ağdam Dövlət Dram Teatrında Aleksandr Komiytsin “Vəhşi Angel” və 
Hüseyn Cavidin “İblis” əsərlərinin tamaşalarına quruluşlar verib. 
Nazim Bəykişiyevin Dövlət Gənclər Teatrında səhnə tərtibatı verdiyi 
əsərlərin tamaşaları. 
1990, 15 iyun. “Dadaşbala əməliyyatı”, Rəhman Əlizadə. 
1990, 26 avqust. “Arvadımın əri”, Georgi Xuqayev. 
1992, 28 dekabr. “Marsa səyahət”, Georgi Xuqayev. 
1993, 30 mart. “Şeytan tələsi”, Əkrəm Əylisli. 
1994, 5 may. “Qurbanəli bəy”, Cəlil Məmmədquluzadə. 
1994, 10 oktyabr. “Komendant saatının lətifələri”, Şirin Manafov. 
1994, 11 noyabr. “Ox və hədəf”, Fərhad Ağamalıyev. 
1995, 20 aprel. “Valeh, kəndinə qayıt”, Dadaş Mehdi. 
1995, 28 dekabr. “Əyləncəli səyahət”, Xoşqədəm Bağırova. 
1996, 2 mart. “Məndən nigaran qalmayın”, Isi Məlikzadə. 
1996, 22 mart. “Sehrli mücrü”, Rəhman Əlizadə. 
1996, 11 sentyabr. “Neron oynayır və ya İblisin komediyaları”, Mikloş 
Xuban. 
1996, 1 noyabr. “Məlik Məmməd”, nağıl-tamaşa.  
1996, 23 noyabr. “Yeddi məhbusə”, Əli Əmirli. 
1996, 23 dekabr. “Qızıl dağın kralı”, Dəmir Erhan. 
1997, 6 mart. “Sevirəm səni, Türkiyə”, Kamal Abdulla.  
1997, 25 aprel. “Ağıllı adam”, Firuz Mustafa. 
1997, 2 may. “Dəlilər”, Məhərrəm Abbasov.  
1997, 17 sentyabr. “İyirmi il sonra”, Əli Əmirli. 
1997, 1 noyabr. “Keçəlin evlənməyi”, Rəhman Əlizadə. 
1998, 31 mart. “Hamlet”, Vilyam Şekspir. 
1998, 30 sentyabr. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
1998, 14 noyabr. “İtkin ər”, Əli Əmirli. 
1998, 27 dekabr. “Dəli Domrul”, Kamal Aktay. 
1999, 25 aprel. “Yaxşı padşahın nağılı”, Anar.  
1999, 8 sentyabr. “Varlı qadın”, Əli Əmirli. 
1999, 28 sentyabr. “Uzaq yaşıl ada”, Vaqif Səmədoğlu. 
1999, 10 noyabr. “Ölülər”, Cəlil Məmmədquluzadə. 
2000, 20 mart. “Şəngülüm, Şüngülüm, Məngülüm”, nağıl-tamaşa. 


2000, 4 aprel. “Karmen”, Prosper Merime. 
2000, 8 sentyabr. “Ördək ovu”, Aleksandr Vampilov. 
2000, 6 oktyabr. “Atamın kitabı”, Bəxtiyar Vahabzadə. 
2000, 8 noyabr. “Mamed kişinin yuxuları”, Vaqif Səmədoğlu. 
2001, 4 aprel. “Xoşbəxt gün”, Əli Əmirli. 
2001, 1 iyun. “Şübhəli əhvalat”, Qabil. 
2002, 26 oktyabr. “Vicdanın hökmü”, Hüseynbala Mirələmov. 
Nazim Bəykişiyev Akademik Milli Dram Teatrında həm dəvətlə, həm sıravi 
rəssam, həm də baş rəssam kimi aşağıdakı səhnə əsərlərinə bədii tərtibat verib. 
1980, 30 oktyabr. “Əliqulu evlənir”, Sabit Rəhman. 
1983, 19 mart. “İblis”, Hüseyn Cavid. (Rəssam Elçin Məmmədovla 
birlikdə.) 
1987, 14 fevral. “Günah”, Rəhman Əlizadə. 
1987, 21 iyun. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
1988, 15 oktyabr. “Yayda qartopu oyunu”, Vaqif Səmədoğlu. 
2002, 30 mart. “Hamlet”, Vilyam Şekspir. (Rəssam Elçin Məmmədovla 
birlikdə.) 
2003, 18 aprel. “Afət”, Hüseyn Cavid. 
 
Rəssam Nazim Bəykişiyev “İblis” tamaşasına verdiyi səhnə tərtibatına 
(Elçin Məmmədovla birgə) görə 1984-cü ildə Respublika Dövlət mükafatına layiq 
görülüb. 30 may 2002-ci ildə isə Azərbaycan Respublikasının əməkdar rəssamı 
fəxri adı ilə təltif olunub. 
 
 
 
 
 
Cavanşir QULİYEV 
Musiqi hissə müdiri, əməkdar incəsənət xadimi 
  


 Cavanşir Rəhim oğlu Quliyev 1950-ci il noyabr ayının 22-də Şəkidə 
doğulub. Orta məktəblə bərabər 1968-ci ildə Şəki Musiqi məktəbini bitirib və 
həmin il Üzeyir bəy Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar 
sinfinə daxil olub. İki ildən sonra bəstəkarlıq fakültəsinə keçib və 1975-ci ildə 
görkəmli bəstəkar Cövdət Hacıyevin rəhbərlik etdiyi kursu bitirib. Tələbəlik 
illərindən, yəni 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri 
Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb. 
Azərbaycan Konsert Birliyində bədii rəhbər olub (1990-1993), Musiqi 
Akademiyasında və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 
müəllim işləyib. Paralel olaraq 1992-ci il sentyabr ayının 1-dən Akademik Milli 
Dram Teatrında musiqi hissə müdiridir. 
Məşhur bəstəkar Akademik teatrda hazırlanmış İlyas Əfəndiyevin 
“Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, Bəxtiyar Vahabzadənin 
“Fəryad”, “Özümüzü kəsən qılınc” (“Göytürklər”), “Dar ağacı”, Eldar Baxışın 
“Qədr gecəsi”, Kamil Abdullayevin “Min illərin işığı”, xalq nağılları əsasında 
“Şıltaq şahzadənin nağılı”, Sofoklun “Şah Edip və yaxud alın yazısı” (“Sah Edip”), 
Nəbi Xəzrinin “Burla xatun”, Kamal Abdullanın “Hərdən mənə mələk də 
deyirlər...”, Cəfər Cabbarlının “Aydın” pyeslərinin tamaşalarına musiqi bəstələyib, 
bir sıra əsərlərin təranə tərtibatını verib. 
Bundan əlavə o, Sumqayıt Dövlət Musiqili Dram Teatrında Nəriman 
Həsənzadənin “Bütün Şərq bilsin”, Fərman Kərimzadənin “Şah İsmayıl”, Hacıbaba 
Nəzərlinin “Ayıl, bax dünyaya”, Əkrəm Əylislinin “Bir cüt bədmüşk ağacı”, 
Ağalar Mirzənin “Məlik Məmmədin yeni sərgüzəştləri”, Rafiq Səməndərin “Püşk”, 
Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəlişah”; Dövlət Gənclər 
Teatrında Rəhman Əlizadənin “Tıq-tıq xanım”, “Dadaşbala əməliyyatı”, “Laləli 
düzən”, Məhəmməd Füzulinin “Leyli və Məcnun”, Teyyub Qurbanın “Hacı 
Zeynalabdin”, İmir Məmmədlinin “Açar”, Mikloş Xubanın “Neron oynayır və ya 
İblisin komediyaları”, Hüseynbala Mirələmovun “Vicdanın hökmü”; Şəki Dövlət 
Dram Teatrında Abdulla Şaiqin “Bir saatlıq xəlifə”, Anarın “Şəhərin yay günləri”, 
Mixail Sebastianın “Adsız ulduz”, Əli Səmədlinin “Hərənin bir ulduzu”, Sergey 
Mixalkovun “Bahalı oğlan”, Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş 
Məstəlişah”; Xankəndi Dövlət Teatrında “Mirzə Fətəli Axundzadəni oynayırıq”; 
Gənc Tamaşaçılar Teatrında Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin 
məktəbi”, Miryusif Mirnəsiroğlunun “Axırıncı təcavüz olmayacaq”; Mingəçevir 
Dövlət Dram Teatrında Yusif Səmədoğlunun “Qətl günü”; Ağdam Dövlət Dram 
Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”; “Yuğ” Dövlət Teatrında 
Ramiz Rövşənin “Gəl gedək”, Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması 
əsasında “Leyli demə...”, “Dad”, Firdovsinin poetik nümunələri əsasında “Yasaq”, 
Anton Çexovun “Vals”; Lənkəran Dövlət Dram Teatrında Tamara Vəliyevanın 
“Mənim ağ göyərçinim”; Moskvadakı Qoqol adına Dram Teatrında Alla 
Axundovanın “Sirlər... sirlər... sırlər...” dramlarının səhnə təcəssümündə 
bəstəkarlıq edib. 
Azərbaycan Dövlət televiziyasında hazırlanmış Hüseyn Cavidın “Topal 
Teymur”, Mixael Cavaxaşvilinin “Günahsız Abdulla”, Vaqif Səmədoğlunun “Yaşıl 
eynəkli adam”, Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy”, “Kamança”, 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə