Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə15/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   11   12   13   14   15   16   17   18   ...   56

1981, 19 noyabr. “Maqbet”, Vilyam Şekspir. Tərcümə edəni Abdulla Şaiq. 
1982, 15 may. “Sizi deyib gəlmişəm...”, Anar. 
1982, 31 may. Kiçik səhnədə. “Medeya”, Jan Anuy. Tərcümə edəni Natiq 
Səfərov. 
1982, 30 dekabr. “Közərən ocaqlar”, Mirzə İbrahimov. 
1983, 24 dekabr. “Atabəylər”, Nəriman Həsənzadə. 
1984, 15 sentyabr. “Qarabağ əfsanəsi”, Qeybulla Rəsulov.  
1985, 30 mart. “Torpağa sancılan qılınc”, Nəbi Xəzri. 
1985, 12 oktyabr. “Təhminə və Zaur”, Anar. 
1986, 30 dekabr. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev. 
1987, 10 sentyabr. “Mənsiz dünya” Nəbi Xəzri. 
1988, 9 aprel. “Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev.  
1988, 6 noyabr. “Qadın faciəsi”, Qarsia Lorka. Tərcümə edəni Teymur 
Elçin. 
1989, 21 aprel. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev. 
1989, 30 sentyabr. “Gecə döyülən qapılar”, Nəbi Xəzri.  
I99l, 26 fevral. “Yalan”, Sabit Rəhman.  
199l, 6 mart. “Tənha iydə ağacı”, İlyas Əfəndiyev.  
1991, 24 dekabr. “Dişi canavar”, Qarsia Lorka. Tərcümə edəni Teymur 
Elçin. 
1992, 30 iyun. “Ox qadınlar, qadınlar”, Marat Haqverdıyev.  
1992, 9 noyabr. “Dəlilər və ağıllılar”, İlyas Əfəndiyev.  
1993, 24 may. “Qısqanc ürəklər”. Marat Haqverdiyev. 
1995, 8 aprel. “Dindirir əsr bizi...”, Davud Aslan. 
1996, 15 dekabr. “Hökmdar və qızı”, İlyas Əfəndiyev. 
1999, 9 aprel. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində məhkəmə”), 
Çingiz Aytmatov və Muxtar Şahanov. Tərcümə edəni Dilsuz Mustafayev. 
2000, 14 may. “Bu dünyanın adamları”, Hidayət Orucov.  
2002, 7 iyul. “Fedra” Jan Rasin. Tərcümə edəni Rafıq Rəhimli. 
2002, 14 dekabr. “Hərənin öz payı”, Xeyrəddin Qoca. 
Rejissor Mərahim Fərzəlibəyov dəvətlə Naxçıvan Dövlət Musiqili Dram 
Teatrında Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” və “Atabəylər”, 
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Marat Haqverdiyevin “Məhəbbət, 
şeytan və lambada” (8 iyun 1991) və “Ləyaqət” (19 mart 1982) pyeslərini 
tamaşaya hazırlayıb. 1980-ci illərin əvvəllərində Cəfər Cabbarlı adına 
“Azərbaycanfılm” kinostudiyasının nəzdində Kino-Aktyor Teatrı truppası fəaliyyət 
göstərirdi. Həmin kollektiv Mərahim Fərzəlibəyovun quruluşunda Məmməd 
Muradın “Təkan” (“Köksüz budaqlar”), Tofıq Kazımovun tərcüməsində Qarsia 
Lorkanın “Qanlı toy”, Qeybulla Rəsulovun çevirməsində Aleksandr Nikiti 
“Abşeronda bir gecə” pyeslərinin tamaşalarını oynayıb. 
Teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə, rejissorluqda qazandığı 
nailiyyətlərə görə Mərahim Fərzəlibəyov 1 dekabr 1982-ci ildə Azərbaycan 
Respublikasının əməkdar artisti, 28 oktyabr 2000-ci ildə isə xalq artisti fəxri adları 
ilə təltif olunub. 
 


 
 
Əsgər ƏSGƏROV 
Quruluşçu rejissor 
 
  Rejissurada avanqard teatr prinsiplərinə 
üstüniük verir. Psixoloji və fəlsəfi düşüncə 
tərzinin estetik səhnə ekvivalentinin bədii 
təcəssümünü toplamaq üçün maraqlı üslub 
keyfıyyətlərinə qadirdir. Müxtəlif janr 
səciyyələrini ahəngdar harmoniyada qabarıq 
nəzərə çarpdırmaqda səriştəlidir. 
Əsgər Əkbər oğlu Əsgərov 19 iyun 
1961-ci ildə Naxçıvan şəhərində doğulub. 
Buradakı 3 saylı rus orta məktəbini 1978-ci 
ildə bitirib və paralel olaraq yeddiillik musiqi 
məktəbində təhsil alıb. Bir il tikintidə fəhlə işləyib. Məhəbbət və həvəslə 1979-cu 
ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə 
daxil olub. Görkəmli aktyor, xalq artisti Həsən Turabovun kursunu bitirərək 
təyinatla Naxçıvan Muxtar Respublikasında Dövlət Musiqili Dram Teatrına aktyor 
göndərilib və 26 avqust 1983-cü ildə truppaya ştata götürülüb. 1984-cü ilin 
mayından 1985-ci ilin dekabrına qədər hərbi xidmətdə olub. 
Hərbi xidmətini başa vurub Naxçıvana qayıdan Əsgər Əsgərov Muxtar 
Respublikanın Dövlət Televiziya və Radio Komitəsində rejissor işləməyə başlayıb 
(2 aprel 1986). Orada bir neçə tamaşa hazırlayıb. Rejissor sənətində müəyyən 
səriştə qazanan Əsgər Əsgərov 29 sentyabr 1987-ci ildə Naxçıvan teatrına rejissor 
assistenti götürülüb. 1988-ci ilin sonlarından 1989-cu ilin əvvəllərinə qədər 
Moskvada Mayakovski adına Akademik Dram Teatrının baş rejissoru, iyirminci 
əsrin dühalarından sayılan Aleksandr Qonçarovun yanında  üç ay təcrübə keçib. 
Naxçıvana qayıdaraq 9 fevral 1989-cu ildə teatra baş rejissor təyin olunub. Burada 
ondan çox müxtəlif janrlı əsərə səhnə quruluşu verib və “Şadlıq sorağında” 
(Fyodor Savin), “Qəribə adam” (Əhməd Rza), “Aydın” (Dövlət bəy), başqa 
rejissorların hazırladıqları bədii kompozisiya kimi qurulmuş “Yenə o bağ olaydı” 
(Müşfıq), Yucin ONilin “Qarağaclar altinda məhəbbət” (Ebin Kebot) 
tamaşalarında özü də rollar oynayib. 
Əsgər Əsgərovun Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili 
Dram Teatrında hazırladığı tamaşalar. 
1998, 10 nıart. “Zoopark əhvalatı”, Edvard Olbi. Tərcümə edəni Yusif 
Əliyev. 
1989, 29 iyun. “Qəribə adam”, Nazim Hikmət. Tərcümə edəni İslam 
İbrahimov. 
1989, 14 dekabr. “Aydın”, Cəfər Cabbarlı. 
1990, 27 may. “Ordan-burdan”, Üzeyir bəy Hacıbəyovun felyetonları 
əsasında səhnələşdirəni Əsgər Əsgərov. 
1991, 18 yanvar. “Şəhidlər”, Rafıq Səməndər. 


1991, 25 iyun. “Xeyir və Şər”, İslam Səfərli. 
1992, 29 iyul. “Ölən adam”, Əziz Nesinin “Taxtalı köydən məktublar 
povesti əsasında səhnələşdirəni Əsgər Əsgərov. 
1993, 6 may. “O olmasın, bu olsun” (“Məşədi İbad”), Üzeyir bəy 
Hacıbəyov. 
1993, 26 iyul. “Arvadımın əri”, Georgi Xuqayev. Tərcümə edəni Ağakişi 
Kazımov. 
1994, 15 may. “Arşın mal alan”, Üzeyir bəy Hacıbəyov. 
1995, 18 fevral. “Əlincədən uçan qartal”, Həsən Fətullayev. 
 1995, 20 mart. “Anekdot, anekdot, anekdot”, səhnələşdirəni Əsgər 
Əsgərov. 
1995, 25 dekabr. “Pəmbeyi-daği-cünun...”, Məhəmməd Füzulinin qəzəlləri 
əsasında səhnələşdirəni Əsgər Əsgərov. 
Bacarıqlı rejissor Əsgər Əsgərov 1 aprel 1996-cı ildə Akademik Milli Dram 
Teatrına rejissor assistenti götürülüb. 1 oktyabr 2001-ci ildən bu qocaman 
kollektivdə quruluşçu rejissordur. Onun Akademik teatrda hazırladığı tamaşaların 
il ardıcıllığı ilə siyahısı belədir.  
1998, 26 aprel. “Şadlıq sorağında”, Viktor Rozov. Tərcümə edənləri Vidadi 
Həsənov və Əsgər Əsgərov. 
1999, 18 iyun. “Burla xatun”, Nəbi Xəzri. (Rejissor Vaqif Əsədovla birgə 
hazırlayıb). 
2000, 29 yanvar. “Hərdən mənə mələk də deyirlər...”, Kamal Abdulla. 
2003, 8 yanvar. “Skapenin kələkləri”, Jan Batist Molyer. Tərcümə edəni 
Elçin. 
 
Naxçıvan teatrında uğurlu sənət addımları atmış Əsgər Əsgərov Akademik 
Milli Dram Teatrında öz üslubunu hələ təsdiqləməsə də, burada hazırladığı 
tamaşalarla maraqlı və perspektivli rejissor düşüncəsi olduğunu göstərə bilib. 
 
 
 
     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə