Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsinin iclasının protokolu


Fəsil 6. Skaut ofislərinin və təlim mərkəzlərinin etika, tərtibat və saxlanılma norması



Yüklə 0,64 Mb.
səhifə6/6
tarix26.09.2017
ölçüsü0,64 Mb.
#1691
növüQaydalar
1   2   3   4   5   6
Fəsil 6. Skaut ofislərinin və təlim mərkəzlərinin etika, tərtibat və saxlanılma norması
Skaut ofisləri və təlim mərkəzləri Assosiasiyaya cəlb edilmiş böyüklərin əsas gündəlik iş yeridir. Bu, Assosiasiyanın vizit kartı, Assosiasiya üzvü olan skautların, onların ailə üzvlərinin, potensial üzvlərin, partnyorların və Assosiasiya qonaqlarının birinci və əsas görüş yeridir. Bu – hər bir skaut üçün ikinci ev, Assosiasiya haqqında ictimai rəyin formalaşmasının vacib mərkəzidir. Buna görə də könüllülər və əməkdaşlar tərəfindən mənəvi-etik normaların lazımi qaydada yerinə yetirilməsinə və skaut ofislərinin və təlim mərkəzlərinin saxlanılmasına xüsusi diqqət ayırmaq lazımdır.


6.1. Skaut ofislərinin və təlim mərkəzlərinin tərtibat və saxlanılma norması
1. Skaut ofislərinin və təlim mərkəzlərinin tərtibatı və saxlanılması Azərbaycan Respublikasının milli rəmzlərinə və ənənələrinə, Ümumdünya skaut hərəkatı təşkilatının korporativ brendinə, estetik mədəniyyətin qayda və normalarına müvafiq olmalı, əlverişli mənəvi-psixoloji ab-havanın saxlanılmasını, Assosiasiya üzvlərinin və digər ziyarətçilərin işləməsi və qəbulu üçün rahat şərtləri təmin etməlidir.

2.  Xidməti sənədlər qaydada saxlanılır, bayraqlar, qalstuklar, plakatlar və digər təsvir və ya rəmzlər stendlərdə və ya çərçivələrdə tərtib olunur.

3. Assosiasiyada böyüklər iş yerində daxili qayda və təmizliyi dəstəkləməlidirlər. Ofis və mərkəzlərin şəraiti təkcə əməkdaşlar üçün deyil, Assosiasiyanın üzvləri olan skautlar üçün də uyğun olmalıdır.

4. Skaut ofislərində və təlim mərkəzlərində plakatlar, təqvimlər, vərəqlər və ədəbsiz, təhrikedici, siyasi məzmunlu digər təsvir və ya mətnlər, skaut hərəkatına və Assosiasiya fəaliyyətinə aid olmayan digər informasiya asılmamalıdır.

5. Assosiasiyanın mükafatları, təşəkkürnamələri, diplomları, rəmzləri və hədiyyələri lazımi qaydada tərtib olunmalı və xüsusi olaraq onlar üçün ayrılmış yerlərdə yerləşdirilməlidir. 

6. Skaut ofislərində və təlim mərkəzlərində fərmanların, təşəkkürnamələrin, diplomların və Assosiasiya böyüklərinin digər şəxsi xidmətə görə şəhadətnamələrinin və nailiyyətlərinin yerləşdirilməsi zamanı təvazökarlıq və həddini aşmamağa riayət edilməsi tövsiyə olunur.

7. Assosiasiyanın bütün səviyyələrində sənədlərin və əmlakın lazımi qaydada tərtib olunmasına və saxlanılmasına xüsusi diqqət ayrılmalıdır.
6.2. Skaut ofisinə / təlim mərkəzlərinə gələnlərlə ünsiyyət xüsusiyyətləri
Yuxarıda sadalanan bütün normalardan başqa skaut ofislərinin və mərkəzlərinin könüllüləri və əməkdaşları aşağıdakı qaydalara riayət etməlidirlər:

1. Assosiasiyada böyük unutmamalıdır ki, Assosiasiyaya müraciət etmiş hər bir kəs bir qayda olaraq onun fəaliyyəti ilə maraqlanır. Skaut ofisinin / təlim mərkəzinin əməkdaşının və ya könüllüsünün gələn şəxsi (uşağı, gənci və ya böyüyü) necə qarşılayıb dinləməsindən və ya hansı köməkliyi göstərəcəyindən Assosiasiyanın imici, onun potensial inkişafı və ümumilikdə işi asılıdır. Bu, Assosiasiyanın fəaliyyət göstərən üzvlərinə və ya onların müəllimlərinə / valideynlərinə olduğu kimi, potensial üzvlərə, qonaqlara, partnyorlara və s. bərabər dərəcədə aiddir.

2. Qonaqları qəbul edərkən aşağıdakılar tövsiyə olunur:

-       kabinetə daxil olan qonağın salamını almaq, ona əyləşməyi təklif etmək;

-        diqqət, takt, xeyirxahlıq, ona kömək etmək arzusunu göstərmək;

-        qonağın fikirlərini dinləmək və şərh olunmuş problemin mahiyyətini aydınlaşdırmaq, korrekt formada dəqiqləşdirici suallar vermək;

-        zəruri hallarda baxılan məsələ üzrə tələbləri izah etmək;

-        qonağın müraciətinin mahiyyəti üzrə qərar qəbul etmək;

-        qonağı müraciətə baxılma, eləcə də qəbul edilmiş qərardan şikayət verilməsi qaydası və müddəti haqqında məlumatlandırmaq.

3. Skaut ofisinin / təlim mərkəzinin könüllüsü / əməkdaşı:

-        qonaqları əsassız olaraq çox gözlətməməli;

-        qonaqların sözünü kobud formada kəsməməli;

-        qonaqlara qarşı münasibətdə qıcıqlandığını və narazı olduğunu bildirməməli;

-        qonağa məhəl qoymadan telefonla danışmamalıdır.
6.3. İnformasiya ilə davranış qaydası
1. Xidməti informasiya Assosiasiya böyüklərinə onlar tərəfindən öz öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində yuxarı rəhbərin icazəsi ilə təqdim edilir.

2.  Xidməti informasiya ilə iş zamanı Assosiasiya böyüyü:

-        etika tələblərinə və normalarına müvafiq olaraq ayıqlıq və dəqiqlik göstərməli;

-        fikir, mülahizə və dəyərləndirmələrini dilə gətirməməlidir.

3. Assosiasiya böyüklərinin:

-        ictimai təşkilatın sərəncamında olan informasiya ehtiyatlarını şəxsi məqsədlərlə istifadə etmək;

- Assosiasiya üzvlərinin şəxsi məlumatlarını yaymaq;

-        ona məlum olan məxfi və digər məlumatları yaymaq hüququ yoxdur.
Fəsil 7. Ayrıca etika problemləri
7.1. Assosiasiyada qeyri-rəsmi münasibətlər

1. Könüllülər və əməkdaşlar arasında Assosiasiya fəaliyyəti çərçivəsindən kənar şəxsi münasibətlər qeyri-rəsmi münasibətlərdir.

2. Şəxsi münasibətlər könüllünün, əməkdaşın irəli getməsi, onun rəhbər vəzifəyə təyin edilməsi, beynəlxalq tədbirlərdə iştirak etməsi, onun digər formada mükafatlandırılması və cəzalandırılması üçün əsas olmamalıdır.

3. Assosiasiyada hər kəs kollektivdə işləyən könüllülərə, əməkdaşlara Assosiasiyanın üzvü olan qadınlara və qızlara hörmətlə və diqqətlə yanaşmalıdır, onlar da öz növbəsində öz üstünlüklərindən sui-istifadə etməməlidirlər.

4. Heç bir halda Assosiasiyada yetkinlik yaşına çatmayan skautlarla böyüklər arasında şəxsi qarşılıqlı münasibətlərə yol verilmir.
7.2. Hədiyyələrin qəbul edilmə qaydası

1. Hədiyyənin təyin edilməsi:

а) “hədiyyə” – skaut tədbirlərində, eləcə də beynəlxalq tədbirlərdə, həmçinin belə tədbirlərdən kənarda (o cümlədən səyyar yoxlamalar, müşavirələr, qonaq və sponsorların, rəsmi nümayəndə heyətinin üzvlərinin, ÜSHT, Azərbaycan dövlət orqanlarının vəzifəli şəxslərinin, rəsmi və işgüzar səfər edən xarici qonaqların qəbulu, işgüzar səfərlər zamanı, görüş və danışıqlarda) hədiyyənin verildiyi şəxsin vəzifə mövqeyindən asılı olaraq və ya onun tərəfindən xidməti öhdəliklərinin icra olunması ilə əlaqədar olaraq hədiyyə verməni həyata keçirən şəxsdən xidməti öhdəliklərini yerinə yetirən Assosiasiya böyüyü tərəfindən alınan hədiyyədir;

2. Aşağıda sadalananlar hədiyyə hesab olunmur:

аtədbir çərçivəsində xidməti öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə hər bir iştirakçıya təqdim edilən dəftərxana məmulatları (zərgərlik məmulatları istisna olmaqla);

bgüllər;

cqida məhsulları;

çdəyəri 10 manatdan yüksək olmayan, tədbir haqqında xatirə olaraq rəmzi suvenirlər (və ya Assosiasiya nümayəndəsini qəbul edən ölkəyə).

4. Assosiasiyada böyüklər hədiyyə aldıqları hər bir hal haqqında fəaliyyət göstərdikləri Assosiasiya orqanına məlumat verməlidirlər.

5. Assosiasiyada böyük tərəfindən alınan və haqqında məlumat verilən, dəyəri ona qoşulan sənədlərlə təsdiq olunan və 100 manatdan arıq olmayan hədiyyə onun tərəfindən Assosiasiyanın skaut ofisinə verilmir.

Assosiasiyada böyük tərəfindən alınan, dəyəri ona qoşulan sənədlərlə təsdiq olunan və 100 manatdan arıq olmayan, yaxud dəyəri hədiyyəni alana məlum olmayan hədiyyə onun tərəfindən təhvil-təslim aktı üzrə hədiyyənin alındığı (və ya səfərdən qayıtdığı) gündən etibarən 5 gündən gec olmamaqla hədiyyəni saxlanca qəbul edən skaut ofisinin məsul şəxsinə verilir.

6. Hədiyyənin saxlanılması məqsədəuyğun olmadıqda və ya onun Assosiasiya tərəfindən istifadəsi mümkün olmadıqda, Assosiasiya fəaliyyətinin təmin edilməsi üçün müvafiq skaut ofisinin rəhbəri tərəfindən hədiyyənin reallaşdırılması haqqında qərar qəbul edilir.

7. Hədiyyənin qiymətləndirilməsi və reallaşdırılması Assosiasiyanın daxili normativləri əsasında müəyyən edilmiş qaydada həyata keçirilir.

8. Hədiyyənin reallaşmasından əldə edilmiş vəsaitlər Assosiasiyanın cari dövrdəki büdcə gəlirinə daxil edilir.

9. Öz vəzifələrinin yerinə yetirilməsi zamanı heç bir halda pulun hədiyyə olaraq qəbul edilməsinə yol verilmir.
 

7.3. Maraqların münaqişəsi
Bu Qaydaya əsasən skaut bu və ya digər hadisənin səbəb olduğu istənilən maraq münaqişələrindən hər vəchlə qaçınmalıdır.

7.4. Münaqişəli vəziyyət yarandıqda skaut özünü ləyaqətli aparmalı və bu Qaydanin, Assosiasiyanın fəaliyyətini nizamlayan digər normativ sənədlərin etik prinsiplərinə müvafiq şəkildə hərəkət etməlidir.

7.5 Hər bir skaut üzərinə etik xarakterli öhdəlik götürməli və öz liderinə (yaxud bu və ya digər səbəblər üzündən o, öz liderinə müraciət edə bilməzsə, bilavasitə Milli Etika üzrə sub-komitəna) bütün real və ya potensial maraq münaqişələri haqqında məlumat verməli, eləcə də özünü, patrul yoldaşlarını və Assosiasiyanı belə münaqişələrin mümkün mənfi nəticələrindən qorumaq üçün ağıllı tədbirlər görməlidir.

7.6 Skaut Assosiasiyada öz fəaliyyətinin yerinə yetirilməsi zamanı aşağıda sadalanan səbəblərin doğurduğu müxtəlif münaqişəli vəziyyətlərlə üzləşə bilər:

7.6.1 Hər hansı bir kəsin təzyiqi ilə;

7.6.2 Digər skautların və ya üçüncü şəxslərin xahiş və tələbləri ilə;

7.6.3 Şayiə və şantajla skauta təsir etməklə;

7.6.4 Digər gənc, siyasi və digər təşkilatlar tərəfindən skauta təsir etməklə.

7.5 Maraqların münaqişəsi aşağıda sadalanan hallardan birinin nəticəsində baş verə bilər:

7.5.1 Əgər skaut öz şəxsi maraqlarına və digər təşkilatların maraqlarına xidmət edərsə;

7.5.2 Əgər skaut ona yaxın olan insanların şəxsi maraqlarına xidmət edərsə (xüsusilə patrul / qrup yoldaşlarının və ailə üzvlərinin);

7.5.3 Əgər skaut bu və ya digər hərəkətindən şəxsi mənfəət əldə edə bilərsə.
İmzalar

Milli Komitənin Sədri: İlyas İsmayıllı



Katib: Aleksandr Metreveli
Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə