Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsinin iclasının protokolu



Yüklə 0,64 Mb.
səhifə5/6
tarix26.09.2017
ölçüsü0,64 Mb.
#1691
növüQaydalar
1   2   3   4   5   6
r

10.1 Hər bir skaut onun bu Qayda ilə tanış olması, onun bütün şərtlərini qəbul etməsi və hər zaman və hər bir halda onun qaydalarına əməl etməsi faktını təsdiqləyən “Tanışlıq məktubu”nu imzalamalıdır.

10.2 Etika Komissiyası bütün skautların (yeni gələrlər də daxil olmaqla) bu Qayda ilə tanış olduqlarına və “Tanışlıq məktubu”nu imzaladıqlarına nəzarət etməlidir.

  1. Azərbaycan Skautlar Assosiasiyasının Böyüklərin Etik davranış qaydalarının aşağıdakı mətni təsdiq edilsin:


Məzmun
Fəsil 1. Əsas müddəalar

1 .1. Azərbaycan Skautlar Assosiasiyasının Böyüklərin etika qaydasinin təyinatı

1.2. Qaydanin etibarlılıq sahəsi

1.3. Qaydanin prinsip və normalarının pozulmasına görə məsuliyyət
Fəsil 2. Assosiasiyada üzvlüyün mənəvi əsasları

2.1. Assosiasiyada üzvlüyün vətəndaşlıq borcu və mənəvi dəyərləri

2.2. Assosiasiyada böyüyün peşə borcu, şərəfi və ləyaqəti
Fəsil 3. Peşə-etika davranış qaydaları

3.1. Ümumi davranış qaydaları

3.2. Assosiasiyada fəaliyyətin həyata keçirilməsi üzrə vəzifələrin icra olunması zamanı davranış qaydaları
Fəsil 4. Nitq mədəniyyəti və ünsiyyət qaydaları

4.1. Nitq mədəniyyəti

4.2. Ümumi ünsiyyət qaydaları

4.3. Xarici görünüş və geyim tərzi
Fəsil 5. Assosiasiya Prezidentinə və Assosiasiya fəaliyyətinin bütün idarəetmə səviyyələrində olan digər rəhbərlərə peşə-etika tələbləri
Fəsil 6. Skaut ofislərinin və təlim mərkəzlərinin etika, tərtibat və saxlanılma norması

6.1. Skaut ofislərinin və təlim mərkəzlərinin tərtibat və saxlanılma norması

6.2. Skaut ofislərinə / təlim mərkəzlərinə gələnlərlə ünsiyyət xüsusiyyətləri

6.3. İnformasiya ilə davranış qaydaları
Fəsil 7. Ayrıca etika problemləri

7.1. Assosiasiyada qeyri-rəsmi münasibətlər

7.2. Hədiyyələrin qəbul edilmə qaydası

7.3. Maraqların münaqişəsi

Fəsil 1. Əsas müddəalar
1 .1. Azərbaycan Skautlar Assosiasiyasının Böyüklərin etika qaydasinin təyinatı
1. Azərbaycan Skautlar Assosiasiyasının Böyüklərin etika qaydasi (bundan sonra – Qayda) bütün böyük liderlərin, könüllülərin, təlimçilərin, ödənişli əməkdaşların, konsultantların, Assosiasiyanın bütüm səviyyələrində 18 yaşından yuxarı seçilmiş və təyin edilmiş orqan rəhbərlərinin (bundan sonra – Assosiasiyada böyüklər) peşə-əxlaq dərsliyidir.

2. Qayda peşə-etika normaları külliyatı kimi Azərbaycan Skautları Assosiasiyasında (bundan sonra – Assosiasiyada) böyüklər üçün aşağıda sadalananları təyin edir:

-      skaut təşkilatında böyüklərin fəaliyyətinin əxlaqi dəyərlərini, öhdəliklərini və prinsiplərini;

-     kollektivdə davranışa, qarşılıqlı münasibətlər peşə-etika tələblərini;

3. Bu qayda aşağıdakı məqsədlərə xidmət edir:

- Assosiasiyanın üzv-uşaqlarının hüquq, maraq həyat və sağlamlıqlarının şərtsiz müdafiəsi;

-      Assosiasiyada böyüklərin əxlaqi-etik əsaslarının və peşə davranışlarının təyin edilməsi;

- Assosiasiyada qəbul edilmiş peşə etikası və etiketi sahəsində əqidə və baxışlar vahidliyinin formalaşdırılması;

-     Assosiasiyada böyüklərin birgə fəaliyyəti prosesində meydana çıxan qarşılıqlı münasibətlərin peşə-etika problemlərinin tənzimlənməsi;

-     Assosiasiya skautlarına – şagirdlərinə müsbət nümunənin göstərilməsi;

- Məqsədi layiqli Azərbaycan Respublikası vətəndaşlarının yetişdirilməsi olan təşkilat kimi Azərbaycan Skautlar Assosiasiyanın müsbət imicinin formalaşması;

- Assosiasiyanın Azərbaycanda olduğu kimi, beynəlxalq səviyyədə də məziyyətlərinin qəbul edilməsi;

- Assosiasiyanın bütün fəaliyyət səviyyələrində skaut qanununa və vədinə əməl edilməsi.

4. Funksional təyinatına görə Qayda:

-  Assosiasiyada böyükləri münaqişə və etik qeyri-müəyyənlik vəziyyətlərində, digər mənəvi seçim situasiyalarında istiqamətləndirir; 

-      Assosiasiyada böyüklərin peşə-etika davranış normalarına riayət etmələrinin təkmilləşdirilməsinə imkan yaradır;

-     Assosiasiyada böyüklərin mənəvi simasına və davranışına nəzarət vasitəsi kimi çıxış edir.

5. Qayda Azərbaycan Respublikası Konstitusiyasının müddəaları, Azərbaycan Respublikası qanunvericiliyinin, Ümumdünya Skaut Hərəkatı Təşkilatının Konstitusiyasının, Azərbaycan Skautlar Assosiasiyasının tələbləri əsasında hazırlanmışdır.

6. Qayda prinsip və normalarına şərtsiz riayət edilmə Assosiasiyada böyüklər tərəfindən götürülmüş öhdəliklərin keyfiyyətli yerinə yetirilməsinin vacib amilidir.

 

1.2. Qaydanin etibarlılıq sahəsi


1. Qayda tərəfindən müəyyən edilmiş davranış prinsiplərinə, norma və qaydalarına riayət edilməsi Assosiasiya böyüklərinin tutduqları vəzifələrdən və üzərinə qoyulmuş öhdəliklərindən asılı olmayaraq onların hər birinin mənəvi borcudur.

2. Assosiasiya böyükləri tərəfindən Qayda müddəalarının qavranılması və onların yerinə yetirilməsi onların fəaliyyətinin keyfiyyətinin mütləq qiymətləndirilmə meyarı, eləcə də Assosiasiyanın skaut – üzvlərinin hüquqlarına riayət edilməsinin rəhnidir.

 

1.3. Qayda prinsiplərinin və normalarının pozulmasına görə məsuliyyət


1. Qayda tərəfindən müəyyən edilmiş peşə-etika prinsiplərinin və normalarının pozulmasına görə Assosiasiyada böyük Baş Assambleya, Milli Komitə, Assosiasiya üzvləri, öz məsləkdaşları – böyüklər və öz vicdanı qarşısında mənəvi məsuliyyət daşıyır.

2. Mənəvi məsuliyyətlə yanaşı peşə-etika prinsiplərinin və normalarının pozulmasına yol vermiş və bununla bağlı hüquq pozuntusu və ya inzibati xəta etmiş Assosiasiyada böyük inzibati məsuliyyət daşıyır.

3. Assosiasiyada böyük tərəfindən bu Qayda ilə müəyyən edilən peşə-etika prinsiplərinin və normalarının pozulması, məsələnin ağırlıq dərəcəsindən (xatanın ciddiliyindən) asılı olaraq müəyyən edilmiş qaydada nəzərdən keçirilir:

- bilavasitə rəhbər tərəfindən;

- Etika Sub-Komitəsinin iclaslarında;

- Milli Komitənin iclaslarında;

- Baş Assambleyanı ümumi yığıncağında;

4. Peşə-etika prinsiplərinin və normalarının pozulması haqqında məsələnin baxılma yekunlarına əsasən Assosiasiyada böyük barəsində xəbərdarlıq çıxarıla və ya onun Assosiasiyadan çıxarılması haqqında qərar qəbul edilə bilər.

5. Ciddi hüquq pozuntusuna yol verilməsi haqqında şübhələr olduqda Assosiasiya prezidenti bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verir.


Fəsil 2. Assosiasiyada üzvlüyünün mənəvi əsasları
2.1. Assosiasiyada üzvlüyün vətəndaşlıq borcu və mənəvi dəyərləri

1. Bu və ya digər dərəcədə Assosiasiyaya dəstək göstərmiş hər bir böyük əsas işdən boş olan vaxtını (və ya ödənişli əməkdaşlar, Assosiasiya konsultantları olduqda əsas iş vaxtını) Assosiasiyanın skaut – üzvlərinin, onların ailə üzvlərinin və Assosiasiyanın digər böyüklərinin hüquq və maraqlarının müdafiəsinə həsr edir.

2. Mənəvi dəyərlər xeyirxah işə - Azərbaycan Respublikasının gənc vətəndaşlarının tərbiyələndirilməsi və ətraf mühitə ehtiyatlı münasibətinə aidiyyatını dərk etdiyini göstərən hər bir Assosiasiya böyüyünün mənəvi ruhunun əsasını təşkil edir.
2.2. Assosiasiyada böyüyün peşə borcu, şərəfi və ləyaqəti
1. Vətəndaşlıq borcu, şərəf və ləyaqəti Assosiasiyada böyüyün yolunda başlıca mənəvi istiqamətlərdir.

2. Assosiasiyada böyüyün borcu Assosiasiyanın üzvü olan skautların hüquq və maraqlarının müdafiəsinin təmin olunması üzrə öhdəliklərin onun tərəfindən şərtsiz yerinə yetirilməsindən ibarətdir.

3. Assosiasiyada böyüyün şərəfi qazanılmış nüfuz, yaxşı ad, şəxsi avtoritet ilə ifadə olunur və vətəndaşlıq borcuna, verilmiş sözə və qəbul olunmuş mənəvi öhdəliklərə sadiqliklə təzahür edilir.

4. Ləyaqət mənəvi ruh və yüksək əxlaqi dəyərlərin vahidliyi, eləcə də özündə və digər şəxslərdə bu keyfiyyətlərə hörmət olaraq borc və şərəflə sıx əlaqədardır.

5. Şərəf və ləyaqətin, şan və şöhrətin rəmzi Azərbaycan Konstitusiyalarına və qanunlarına, BMT-nin Uşaq hüquqları konvensiyasına, ÜSHT Konstitusiyasına, Assosiasiya Nizamnaməsinə sadiqlikdir.

6. Vətəndaşlıq borcu, şərəf və ləyaqət Assosiasiyada böyüyün əxlaqi kamilliyinin vacib meyarları və onun üzərinə qoyulmuş tapşırıqların yerinə yetirilməsinə hazırlıq göstəriciləri qismində çıxış edir.


Fəsil 3. Peşə-etika davranış qaydaları
3.1. Ümumi davranış qaydaları

 1. Həm üzvlər, həm də ASA fəaliyyətinə cəlb olunmuş şəxslər kimi böyüklərin davranışı hər zaman və istənilən hallarda qüsursuz olmalı, peşəkarlıq standartlarına və mənəvi-etik prinsiplərə müvafiq olmalıdır. Heç bir şey ASA-da böyüklərin etibarını və nüfuzunu ləkələməməlidir.



2. Assosiasiyada böyüklərə aşağıdakı etika normaları təyin olunur:

-        başqalarında özünə qarşı hörmət və onunla əməkdaşlığa hazırlıq hissi doğuraraq hörmət və özünü şəxsi ləyaqət hissi ilə, xeyirxah və açıq, diqqətli və nəzakətli aparmaq;

-        şəxsi simpatiya və antipatiya, kin, pis əhval-ruhiyyə və ya dostluq hisslərinin qərarlarına təsir etməsinə imkan verməyərək daima öz davranışlarına, hiss və emosiyalarına nəzarət etmək, öz hərəkət və əməllərinin nəticələrini qabaqcadan görməyi bacarmaq;

-        sosial baxımdan uğurlu şəxslərə yaltaqlıq və aşağı sosial statusa malik insanlara etinasızlıq göstərmədən, bütün təşkilat üzvləri, valideynlər, partnyorlar və digər maraqlı şəxslərlə onların yaşından, cinsindən, etiqadından, mənşəyindən, sosial vəziyyətindən asılı olmayaraq eyni qaydada ədəbli davranmaq;

-        yaşca böyük olanlara hörmət və diqqət göstərmək, həmişə birinci salamlamaq: kiçik – böyüyü, skaut – lideri, kişi – qadını;

-        təşkilatda öhdəliklərin yerinə yetirilməsi zamanı şəxsi intizama əsaslanan və peşəkar səlahiyyətlilik, öhdəlilik, səliqəlilik, dəqiqlik, diqqətlilik, özünün və başqalarının vaxtının qiymətləndirilməsini bacarmaqda ifadə olunan işgüzar davranış tərzində olmaq;

-        məsləkdaşlara qarşı münasibətdə sadəlik və təvazökarlıq, məsləkdaşların uğuruna səmimi qəlbdən sevinmək bacarığını göstərmək, çətin tapşırıqların onların tərəfindən uğurla yerinə yetirilməsinə köməklik etmək, lovğalıq, paxıllıq və bədxahlıq etməmək.

3. Assosiasiya əməkdaşı və ya könüllüsü olan kişi qadınlara – Assosiasiya üzvlərinə, valideynlərə, partnyor təşkilatlarının nümayəndələrinə münasibətdə alicənablıq, xüsusi nəzakət, diqqət və takt göstərməli, iltifatlı və ədəbli olmalıdır.

4. Assosiasiya əməkdaşı və ya könüllüsünə nümunəvi ailə başçısı olmaq, ailədə dostluq, mehribanlıq, səmimilik, etibarlılıq atmosferini təsdiq etmək, uşaqların tərbiyəsinə, onlarda yüksək əxlaqi keyfiyyətlərin formalaşmasına qayğı göstərmək yaraşır.

5. Etika norma və qaydaları Assosiasiyanın böyük üzvlərinə, könüllülərinə və əməkdaşlarına aşağıdakılardan çəkinməyi tapşırır:

-      üzərinə qoyulmuş öhdəliklərin yerinə yetirilməsi ərəfəsində və zamanında, xüsusilə təşkilat üzvləri üçün tədbirlərin keçirilməsi zamanı alkoqol tərkibli içkilərin içilməsindən;

-      rəsmi tibbi təyinat halları istisna olmaqla narkotik, narkotik tərkibli və psixotrop maddə və preparatların istifadəsindən;

-     tədbirlərin keçririlməsi zamanı, bilavasitə təşkilat üzvləri olan uşaqların yanında siqaret çəkməkdən;

-      qumar oyunlarında iştirakdan;

-      mənfi ictimai ada, kriminal keçmişə və bu günə malik insanlarla şübhə doğuran əlaqələrdən.

6. Assosiasiyanın böyük könüllüləri və əməkdaşları unutmamalıdırlar ki, əxlaq qaydalarına zidd davranış, şəxsi əlaqələrdə qarışıqlıq və əyrilik, özünü intizam biliklərinin olmaması və intizamsızlıq təhlükəsizlik və sağlamlığa düzəlməz ziyanlar vura, skaut təşkilatında uşaqların və gənclərin tərbiyəsinə çox zərərli təsir göstərə bilər.

 
3.2. Assosiasiyada fəaliyyətin həyata keçirilməsi üzrə vəzifələrin icra olunması zamanı davranış qaydaları


1. Tapşırıqların yerinə yetirilməsi zamanı davranış qaydaları böyük liderlərdən, könüllülərdən, əməkdaşlardan aşağıdakıları tələb edir:

-        bütün zaman ərzində var gücü ilə işləmək, sərəncamında olan maddi və qeyri-maddi ehtiyatlardan müstəsna olaraq təşkilatın xeyrinə və onun məqsədləri üçün istifadə etmək;

-        yaşlı insanlara, qadınlara, uşaqlara, fiziki qüsurları olan insanlara qayğıkeşlik və diqqət göstərmək;

Xüsusi fövqəladə hallar şəraitində:

- risklərin minimuma endirilməsi, Assosiasiya üzvü olan uşaqların həyat və sağlamlıqlarının qorunub saxlanması üçün əlindən gələni etməlidir.      

- yüksək mənəvi-psixoloji davamlılıq göstərməlidir;

-        qanuniliyin və hüquq qaydasının dəstəklənməsinə riayət etməlidir;

-        çaxnaşma şəraitində inamla və soyuqqanlılıqla hərəkət etməlidir;

-       uşaqlarla və onlaırn valideynləri ilə ünsiyyətdə maksumum nəzakətli, qayğıkeş və emosional təmkinli olmalıdır;

2. Assosiasiyada böyüklər üçün aşağıda sadalanlar yol verilməzdir:

-        təhrikçilik, təsir altına salma, birbaşa və dolayı formada Assosiasiyada uşaqlara və digər böyüklərə qarşı təcavüz əməllərin edilməsinə təhrik ilə bağlı fitnəkar hərəkətlər, istənilən digər hüquq pozuntuları;


Fəsil 4. Ünsiyyət və xarici görünüş qaydaları
4.1. Nitq mədəniyyəti

1. Nitq mədəniyyəti Assosiasiyada böyüyün peşəkarlığının vacib göstəricisidir və onun öz fikrini savadlı, aydın və dəqiq çatdırmasında təzahür edir.

2. Nitq mədəniyyəti Assosiasiya böyüyünün üzərinə aşağıdakı nitq normalarını təqib etməsi öhdəliyini qoyur:

-        ünsiyyətdə asanlığı və sadəliyi təmin edən aydınlıq;

-        Azərbaycan (və / və ya rus) dilinin ümum qəbul olunmuş qaydalarından istifadə olunmasına əsaslanan savadlılıq;

-        müraciətin ətraflı düşünülməsində, dərk edilməsində və məlumatlılığında ifadə olunan dolğunluq;

-        fikirlərin ardıcıl, zidd olmayan və əsaslandırılmış şəkildə ifadə olunmasını tələb edən məntiqilik;

-        informasiyanın etibarlılığını və obyektivliyini özündə birləşdirən inandırıcılıq;

-        nitqin qısalığını və aydınlığını əks etdirən lakoniklik;

-        konkret vəziyyətə aid olaraq söylənmiş fikrin zəruriliyini və vacibliyini bildirən münasiblik.

3. Assosiasiyada böyük uşaqlara və digər Assosiasiya böyüklərinə münasibətdə nitq mədəniyyətinə riayət etməlidir. Skaut təşkilatında böyüyün nitqində aşağıda sadalananların istifadə olunması qəbul edilmir:

-        kobud zarafatlar və acı istehza;

-        vulqar, primitiv ifadələr, “parazit” sözlər;

-        müəyyən sosial və ya milli qrupların ünvanına təhqir kimi şərh oluna bilən fikirlər;

-        insanın fiziki qüsurları ilə bağlı təhqir xarakterli kəskin və ədəbsiz ifadələr.

4. Assosiasiyada böyüyün nitqində kobud söyüşlərin, nalayiq sözlərin və insanlara neqativ, nifrətli münasibəti nəzərə çarpdıran ifadələrdən istifadə olunması istisna edilir.

 

4.2. Ümumi ünsiyyət qaydaları


1. Assosiasiya üzvləri, valideynlər, partnyorlar və digər maraqlı şəxslərlə ünsiyyət zamanı Assosiasiya böyüyü onlara hörmətlə yanaşmalıdır.

2. Öz öhdəliklərinin yerinə yetirilməsi zamanı:

-        məşğələni, tədbiri, görüşü və ya istənilən digər ünsiyyət formasını salamlama ilə başlamaq; soyadını, adını bildirərək özünü təqdim etmək, müraciətin məqsəd və səbəbini qısa formada bildirmək;

-        fikirlərini düzgün və inandırıcı formada şərh etmək; lazım gələrsə, sakit halda, qıcıqlandırmadan söylənmiş fikri təkrarlamaq və izah etmək;

-        diqqətlə, danışanın sözünü kəsmədən, həmsöhbətə xeyirxahlıq və hörmət göstərərək izah və sualları dinləmək;

-        Assosiasiyada yeni olanlara, Mauqli-skautlara, Assosiasiyanın üzvü olan uşaqların valideynlərinə xüsusilə diqqətli olmaq.

3. Assosiasiya böyüyünün təşkilat üzvləri, onların valideynləri və digər şəxslərlə ünsiyyət zamanı aşağıda sadalananlara yol verilmir:

-        cins, yaş, irq, milliyyət, dil, vətəndaşlıq əlamətləri, sosial, əmlak və ya ailə vəziyyəti, siyasi və ya dini üstünlüklər üzrə diskriminasiya xarakterli istənilən növ fikir və hərəkətlərə;

-        təkəbbürlü ton, kobudluq, lovğalıq, töhmətlərin nəzakətsizliyi;

-        təhdidlər, təhqiredici ifadələr və ya replikalar;

-        normal ünsiyyətə mane olan və ya qanuna zidd davranışa təhrik edən mübahisələr, diskussiyalar və hərəkətlər;

6. Eləcə də Assosiasiyada böyüyə həmsöhbətləri tərəfindən deyilmiş acı və ədalətsiz məzəmmətləri, yersiz zarafatları, istehzaları öz üzərinə götürməmək, münaqişəli vəziyyətə və ya qalmaqala cəlb edilməyə yol verməmək tövsiyə olunur.

7. Telefondan istifadə edərkən Assosiasiya böyüyü ətrafdakılara narahatlıq yaratmadan asta və lakonik danışmalı; görüşdən öncə mobil telefonu səssiz rejimə qoymalıdır.
4.3. Xarici görünüş və geyim tərzi
1. Assosiasiyada böyüklərin layiqli xarici görünüşü özünə hörmətə mənəvi haqqı təmin edir, etibarın möhkəmlənməsinə imkan verir, insanların davranış və hərəkətlərinə təsir göstərir, Azərbaycanda və onun hüdudlarından kənarda Assosiasiyanın imicini formalaşdırır.

2. Assosiasiya böyükləri:

- rəsmi mərasimlərin keçirilməsi zamanı və Assosiasiya tərəfindən qəbul edilmiş Əsasnamə ilə nəzərdə tutulmuş digər hallarda müəyyən edilmiş nümunədə olan skaut formasını geyinməli və skaut forması və fərqlənmə nişanları haqqında Əsasnaməyə müvafiq olaraq fərqlənmə nişanlarını taxmalıdırlar;       

- gündəlik fəaliyyətləri zamanı adi, lakin təmiz və səliqəli paltar geyinməlidirlər;

-       öz xarici görünüşü ilə hörmət yaradan səliqəli xarici görünüşü dəstəkləməlidirlər;

-        sağlam həyat tərzi sürməlidirlər, şəxsi və ictimai gigiyena qaydalarına riayət etməlidirlər.

3. Qrupların böyük rəhbərləri, təlimçilər, ofis əməkdaşları – kişilər Assosiasiyanın üzvü olan uşaqlarla iş zamanı hər zaman saçları səliqəli kəsilmiş, üzləri qırxılmış, səliqəli geyinmiş olmalıdırlar.

4. Qrupların böyük rəhbərləri, təlimçilər, ofis əməkdaşları – qadınlar işgüzar tərzdə olan paltar geyinməlidirlər.

8. Assosiasiya böyükləri Assosiasiyada fəaliyyətlərini yerinə yetirərkən nişan üzüyü istisna olmaqla bahalı zinət əşyaları taxmamalıdırlar.

 

Fəsil 5. Assosiasiya Prezidentinə və Assosiasiya fəaliyyətinin bütün idarəetmə səviyyələrində olan digər rəhbərlərə (bundan sonra – Rəhbərlər) peşə-etika tələbləri



1. Rəhbərlər:

-        Qayda prinsiplərinə və normalarına şərtsiz riayət etmə nümunəsi olmalı;

-       Assosiasiya üzvü olan uşaq və gənclərin əxlaqi tərbiyəsi, onların hüquq və maraqlarının müdafiəsi üzrə tapşırıqların şərtsiz yerinə yetirilməsinə görə şəxsi məsuliyyəti özünün başlıca üstünlüyü hesab etməlidir.

2. Rəhbər tərəfindən tutulan vəzifə statusu onun şəxsi nüfuzu ilə möhkəmlənməlidir. Rəhbərin həqiqi nüfuzu onun qüsursuz adı, peşə səlahiyyəti, təcrübəsi, tələbkarlığı və prinsipiallığı ilə birlikdə Assosiasiyada olan hər kəsə humanist və hörmətli münasibəti ilə yaradılır.

3. Rəhbərin müsbət mənəvi siması peşə-əxlaq keyfiyyətlərinə əsaslanır: düzgünlük, təmizlik, özünü tənqid, tələbkarlıq, xeyirxahlıq, məcburilik, məsuliyyət, prinsipiallıq, ədalətlilik.

4. Peşə etikasının tələbləri rəhbərin üzərinə aşağıdakı öhdəlikləri qoyur:

-        böyük könüllülərin və əməkdaşların insan və vətəndaş kimi hüquq və azadlıqlarına riayət olunması;

-        hər bir könüllü və əməkdaşın şəxsi peşə fikirlərinə malik olmaq hüququnu qəbul edərək ona qarşı əşəxsiyyət kimi davranmaq;

-        şəxsi ləyaqətə hörmətlə birlikdə yüksək tələbkarlıq, prinsipiallıq göstərmək;

-        söz və işlə kömək edərək ədalətli, bərabər vəzifələr təyin etmək, mənəvi-psixoloji kömək və dəstək göstərmək, tələb və ehtiyacların fərqinə varmaq;

-        təşkilat üzvləri olan skautlarla tərbiyəvi iş zamanı psixoloji-pedaqoji yanaşmalardan tam həcmdə istifadə etmək;

-        Assosiasiyada intriqa, şayiə, dedi-qodu, vicdansızlıq, alçaqlıq və ikiüzlülüyün qarşısını almaq;

-        aşkarlanmış etika norma və prinsiplərinin pozulması faktlarına dərhal reaksiya vermək və bu haqda Assosiasiyanın Etika sub - komitəsinə məlumat vermək;

-        Assosiasiyada münaqişələrin profilaktikası üzrə tədbirlər kompleksinin hazırlanmasını və reallaşmasını təşkil etmək;

-        skaut ofislərinin və təlim mərkəzlərinin tərtib olunması və saxlanılmasında etika normalarına riayət olunmasına nəzarət etmək;

5. Tabeçilikdə olan şəxs çətin həyati vəziyyətə düşərsə, onun rəhbəri hərtərəfli kömək və dəstəyi göstərməlidir.

6. Rəhbərin aşağıda sadalananlara mənəvi haqqı yoxdur:

-        öz məsuliyyətini tabeçiiyində olna şəxslərin üzərinə atmağa;

-        rəhbərin xidməti vəziyyətindən şəxsi maraqlarla istifadə etməyə;

-        tabeçiliyində olan şəxslərə münasibətdə formallıq, təkəbbür, kobudluq göstərməyə;

-        tabeçiliyində olan şəxslərlə yuxarı rəhbərlərin hərəkətlərini müzakirə etməyə.



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə