Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ GƏNCƏ DÖVLƏt unġversġtetġ



Yüklə 16,42 Kb.
Pdf görüntüsü
səhifə85/87
tarix26.03.2018
ölçüsü16,42 Kb.
#34204
1   ...   79   80   81   82   83   84   85   86   87
    Bu səhifədəki naviqasiya:
  • Qeyd

 
263 
Qeyd: Məlumdur ki, qütb ulduzu şimal istiqamətində yerləşir. 
Əgər,  həmin  ulduz  sağ  tərəfdə  görünərsə,  demək,  üzümüz  qərb 
istiqamətinə doğrudur. 
№12. Müstəqil yerinə yetirməli. 
№13. Verilir:  |
 
AB
 
| = 2 km; |BC| = 0,5 km 
    
 
|CM| = 0,2 km; |MD| = 5,0 km 
|
 
DE| = 3,5 km 
|AE|=? 
|DK| = |BC| = 0,5 km 
|KE| = |DE|-|DK| = 3,5-0,5 = 3 km 
|AK| = |AB|+|BK| = |AB|+|CM|+|MD| = 
= 2+0,2+5,0 = 7,2 km 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 41

 
7,8
60,84
7,2
3
KE
AK
AE
2
2
2
2






 
|AE| = 7,8 km. 
№14.  Miqyas  məhəldəki  məsafələrin  xəritədə  və  ya  planda 
təsvir olunarkən neçə dəfə kiçildiyini göstərən kəsr ədəddir. Məhəl-
də  həqiqi  məsafələri  (ölçüləri)  kağız  üzərində  göstərmək  mümkün 
olmadıqda miqyasdan istifadə olunur. Miqyaslar  üç cür olur: xətti, 
adlı və ədədi miqyaslar. 



• 
• 




• 
• 
• 
• 
• 
Ç a y 


 
264 
Düz xətt şəklində göstərilib, bərabər hissələrə bölünmüş miq-
yasa xətti miqyas deyilir. Xətti miqyası çəkərkən xətt parçasının son 
ucundan  bir  santimetr  sonra  sıfır  qoyulur,  birinci  santimetr  isə  10 
hissəyə  bölünür.  Bu  miqyası  sözlərlə  də  ifadə  etmək  olar:  1  sm-də 
100  m.  Belə  miqyasa  adlı  miqyas  deyilir.  Həmin  miqyas  ədədlə 
ifadə olunduqda (1:10000), ədədi miqyas adlanır. 
 
 
 
 
 
 
 
 
 
 
 
№15.  Sadə  məsafəölçən  cihaz  əsgərin  dayandığı  yerdən 
müəyyən obyektə (hərəkət edən düşmən əsgərinə) qədər olan məsa-
fəni  tez  ölçmək  üçündür.  Məsafəölçən  düzbucaqlı  şəklində  kağız 
kartondan  düzəldilir.  Düzbucaqlının  daxilində  aşağıdakı  ölçülərlə 
üçbucaq kəsilir (Şəkil 42). 
Bu  cihazdan  belə  istifadə  olunur.  Əsgər  məsafəölçəni  əlində 
tutur, qolunu tam açır, kəsik hissədən uzaqda hərəkət edən düşmən 
əsgərinə  baxır.  Düşmən  əsgərinin  ayağı  aşağı  şkalada  dayanmalı, 
başı isə üçbucağın hipotenuzuna “söykənməlidir”. Bu şkaladakı böl-
üyə  uyğun  olan  ədəd  düşmən  əsgərinin  hansı  məsafədə  olduğunu 
göstərəcəkdir.
 
№16.  1:50000  miqyası  o  deməkdir  ki,  kəşfiyyatçı  əsgər  öz 
çertyojunda  1  sm-lik  məsafəni  50000  sm-lik  məsafəyə  uyğun  gö-
türüb. Ona görə də 7 sm-ə uyğun məsafə 
7 sm ∙ 50000 = 350000 sm = 3 km 500 m. 
Deməli, körpüdən düşmən tanklarına qədər olan məsafə 3 km 
500 m-dir. 
Şəkil 42. 
 
 
 
 
 
 
 
 
 
 
     50    67   80   83  100
 
200 400 600 


 
265 
№ 17. Məsələn, P = 168 sm-ə bərabərdirsə, onda 
L = 
0,8
37
4
168



L = 0,8 m 
Qeyd edək ki, riyazi və coğrafi məzmunlu belə çalışmalardan, 
yeri  gəldikdə  dərsin  istənilən  mərhələsində  istifadə  edilə  bilər.  La-
kin  bu  çalışmalar  əsas  etibarilə  yeni  hərbi  anlayışın  bilavasitə  iza-
hından sonra icra edildikdə daha səmərəli nəticələr verir. Şagirdlər 
sıra  təlimi  qaydalarını,  hərbi  topoqrafik  bilik  və  bacarıqları  daha 
şüurlu mənimsəyir, çalışmaların həlli prosesində uyğun hərbi bilik-
lər onların təfəkküründə daha da möhkəmlənir. Bununla da, gələcək 
hərbçilər  indidən  zəruri  hərbi  bilik  və  praktik  bacarıqlara  kifayət 
qədər yiyələnmiş olurlar. 
Son  fəsildə  geniş  və  təfsilatlı  təhlil  edilən  faktları  yekunlaş-
dıraq.  Göründüyü  kimi,  fizika,  riyazi  və  coğrafi  məzmunlu  hərbi 
çalışmaların  tərtibi  və  onlardan  gənclərin  çağırışaqədərki  hazırlığı 
(ibtidai hərbi hazırlıq) məşğələlərində istifadə aşağıdakı mərhələlər-
dən keçir. 
İlkin  mərhələdə  gənclərin  çağırışaqədərki  hazırlığı  (ibtidai 
hərbi  hazırlıq)  kursundan  hansı  mövzular  üzrə  çalışmalar  təşkil 
edilməli  olduğu  müəyyənləşdirilir.  Bu  məsələnin  uğurla  həlli  hərbi 
rəhbərdən böyük səriştə tələb edir. Hərbi rəhbər öz fənnini dərindən 
bilməklə yanaşı, ümumtəhsil fənlərinə də yaxından bələd olmalıdır. 
İşin  ikinci  mərhələsində  gənclərin  çağırışaqədərki  hazırlığı 
(ibtidai  hərbi  hazırlıq)  kursu  üzrə  birinci  mərhələdə  müəyyənləş-
dirilmiş  mövzulara  fizikadan,  riyaziyyatdan,  yaxud  coğrafiyadan 
uyğun gələn bilik və bacarıqlar dəqiqləşdirilir. 
İşin  üçünçü  mərhələsində  fizika,  riyaziyyat  və  ya  coğrafiya 
məzmunlu hərbi çalışmalar tərtib edilir. 
Dördünçü mərhələdə hərbi məzmunda hazırlanmış çalışmalar 
üzərində şagirdlərin işini hərbi rəhbər dərs məşğələsində təşkil edir. 
İşin  növbəti  mərhələsində  hərbi  rəhbər  müstəqil  həll  etmək 
üçün evə bir-iki çalışma təklif edir. 


 
266 
Son  mərhələdə  hərbi  rəhbər  evə  verilmiş  çalışmaların  icra 
vəziyyətini yoxlayır. 
Hərbi  məzmunlu  çalışmaların  uğurla  yerinə  yetirilməsinin 
başlıca şərtlərindən biri çalışmaların gedişini şərh etməkdən ibarət-
dir.  Bu,  o  deməkdir  ki,  şagirdlər  hərbi  rəhbərin  nəzarəti  altında 
çalışmalar üzərində işləyərkən atdığı hər addımı, hər bir əməliyyatı 
sözlə müşayiət etməlidir. Bu zaman şagirdin necə düşündüyü qaba-
rıq  şəkildə  özünü  göstərir.  Çalışmaların  yerinə  yetirilməsi  nitq  və 
təfəkkürlə  müşayiət  olunduqda  nəinki  şagirdlərin  ümumtəhsil  fən-
ləri üzrə bilik və baçarıqları möhkəmlənir, həm də onların psixoloji 
inkişafları  üçün,  o  cümlədən  nitq  və  təfəkkürlərinin  inkişafı  üçün 
əlverişli şərait yaranır. 
 


Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə