Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə170/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   166   167   168   169   170   171   172   173   ...   176

 

524 


məsələlərin, eyni zamanda real, dünyəvi və cəmiyyətin tələbatla-

rı ilə əlaqədar məsələlərin öyrənilməsini əhatə edir. 



Məfhum  və  ya  anlayıĢ  –  cisim  və  hadisələr  haqqında  onların  bir  sıra 

mühüm  və  birlikdə  spesifik  əlamətlərini  ayırd  edən  ümu-

miləĢdirilmiĢ biliklərə deyilir. 

Nəticələr  –  təhsilin  gözlənilən  nəticələri  dedikdə,  Ģagirdlərin  bilməli 

olduqları və edə bildikləri nəzərdə tutulur. Təhsil iĢçiləri nəticə 

terminini məqsəd, vəzifə və ya standartlar mənalarında iĢlətsələr 

də “nəticə” sözü nəticə əsaslı təhsil ideyası ilə bağlıdır. 



Nəticə  əsaslı  təhsil  –  təhsil  təcrübəsinin  yaradılması  və  planlaĢdırıl-

masında təlim nəticələrini əsas amil hesab edən yanaĢmadır. Nə-

ticə əsaslı təhsil hərəkatı belə bir narahatçılıqdan yaranmıĢdır ki, 

Ģagirdlər orta məktəbi cəmiyyətin həyatında iĢtirak etmək üçün 

zəruri olan əsas biliklərə və vərdiĢlərə yiyələnmədən bitirirlər. 

Nəzarət  –  adətən  daha  çox  ixtiyari  olan  insanın  baĢqasının  inkiĢafına 

kömək  etməsi  prosesidir.  Təhsil  sistemində  nəzarət  ideal  halda 

hədələyici  deyil,  dəstəkləyici  qarĢılıqlı  münasibətdir, müəllimin 

qiymətləndirilməsi  isə formal  inzibati  məsuliyyətdir.  Təcrübədə 

nəzarətin  çox  hissəsi  məktəb  direktoru  tərəfindən  müəllimlərin 

dərslərinin  müĢahidə  edilməsi,  sonra  həmin  dərslərin müəllimlə 

birgə  müzakirəsi  formasında  həyata  keçirilir.  MüĢahidə  və 

müzakirə prosesi bəzən klinik müĢahidə adlandırılır ki, o, hər bir 

təĢkilatda  iĢçilərin  vaxtında  iĢə  gəlməsinə  nəzarət  etmək  üçün 

istifadə edilən nəzarətdən fərqləndirilsin. 



Nostrifikasiya  –  təhsil  haqqında  sənədin  ekvivalentliyinin  müəyyən 

edilməsi prosedurudur. 



Özünüdərketmə (metakoqnisiya)  – Ģüurlu olmaq və müəyyən dərəcədə 

öz  təfəkkürünə  nəzarət  etmək  qabiliyyətidir.  Təhsil  iĢçiləri 

“meta” sözünü prosesin tətbiqini prosesin özünə aid etmək üçün 

iĢlədirlər (məsələn meta-analiz ayrıca bir mövzu üzrə çoxlu say-

da tədqiqatların analizidir). Bu halda, dərketmə düĢünmədir, ona 

görə də özünüdərketmə (metakoqnisiya) hər bir kəsin özünün tə-

fəkkürü, düĢünməsi haqqında düĢünməsidir. 

Pedaqoji proses – təlim, tərbiyə və təhsilin, habelə bunlarla əlaqədar olan 

inkiĢafın vəhdəti kimi baĢa düĢülür. 



Pedaqoji  məzmuna  malik  olan  biliklər    fənn  üzrə biliklərin  tədris  ilə 

bağlı  biliklərlə  birləĢdirilməsi  olub,  konkret  fənni  necə  tədris 

etmək barədə müəllimin biliyinin əmələ gəlməsidir. 



 

525 


Pedaqoji  texnologiya  –  praktiki  mənada,  həm  də  qarĢıya  qoyulmuĢ 

məqsədə  uyğun  olaraq  bilik,  bacarıq,  vərdiĢ  və  münasibətləri 

formalaĢdırmaq  və  onlara  nəzarəti  həyata  keçirmək  üçün  əmə-

liyyatlar kompleksi baĢa düĢülür. Pedaqoji texnologiyalar yalnız 

təhsilin elementi kimi deyil, həmçinin onun məqsədi, məzmunu, 

prosesi və nəticəsi kimi xidmət göstərir. Pedaqoji texnologiyalar 

aĢağıdakı  kimi  təsnif  oluna  bilər:  1)  təlim  prosesinin  texnolo-

giyası;  2)  tərbiyə  prosesinin  texnologiyası;  3)  inkiĢaf  texnolo-

giyası;  4)  diaqnostika  texnologiyası.  Pedaqoji  texnologiyalarda 

müəllimin  fəaliyyətinin  qnostik  (idraki),  layihələndirici,  kon-

struktiv, təĢkilatçılıq, kommunikativ (ünsiyyət) komponentlərini 

ayırmaq mümkündür. 



Psixomotr – hərəki effektli psixi hadisələr. 

Psixi  inkiĢafın  hərəkətverici  qüvvələri  –  psixi  inkiĢafın  istiqamətini, 

məzmununu  və  səviyyəsini  müəyyən  edən  xarici  və  daxili  Ģərt-

lərin  məcmusudur.  Psixi  inkiĢafın  əsas  hərəkətverici  qüv-

vələrindən  biri  Ģəxsiyyətin  inkiĢafı  prosesində  fəaliyyətdə 

dəyiĢən tələbatla onların real təmin olunma Ģəraiti arasında daim 

təkrar edilən ziddiyyətlərin həll olunmasından ibarətdir. 



Piqmalion  effekti  –  müəllimin  ümidlərinin,  gözləmələrinin  Ģagirdlərin 

təlim  fəaliyyətlərinin  keyfiyyətinə  təsirini  ifadə  edir.  Bu  termin 

qədim yunan əfsanəsindən götürülmüĢdür və müəllimin savadsız 

bir insanı əsl xanıma çevirməsi haqqında olan “Mənim vicdanlı 

xanımım”  adlı  Britaniya  musiqili  komediyasının  sələfi  hesab 

olunur.  Hərtərəfli  tədqiqatlar  əsasında  toplanmıĢ  dəlillər  sübut 

edir  ki,  müəllim  öz  Ģagirdləri  haqqında  necə  fikirləĢməsinin 

onların təlim fəaliyyətlərinə çox güclü təsiri vardır. 



Problem  əsaslı  öyrənmə  –  tədris  proqramı  və  təlim  prosesinə  elə 

yanaĢmadır ki, o, termin və informasiyaların yadda saxlanılma-

sından  ibarət  ənənəvi  təlimi  deyil,  Ģagirdlərin  real-həyati  pro-

blemləri həll etməyə yönəlmiĢ fəaliyyətlərini nəzərdə tutur. 



Professor  –  yüksək  elm  və  təhsil  göstəricilərinə  (xüsusi  qabiliyyət  tələb 

edən  sahələr  istisna  olmaqla)  nail  olan  təcrübəli  elmlər  doktor-

larına verilən elmi ad, ali təhsil müəssisəsində seçkili vəzifədir. 

Problem  –  qazanılmıĢ  biliyin  sistemləĢdirilməsinin  rüĢeym  halında  olan 

strukturudur.  O,  obyektin  mövcudluğu  haqqında  sistemləĢ-

dirilməmiĢ biliklə onun mövcudluğu haqqında artıq sistemləĢdi-

rilmiĢ bilik arasında aralıq bir həlqədir. 




 

526 


Rubrika  – verilmiĢ tapĢırığın icrasının müxtəlif keyfiyyət göstəricilərinə 

görə xüsusi təsviridir. Müəllimlər tapĢırıqların yerinə yetirilməsi 

zamanı  Ģagirdlərin  icra  səviyyəsini  qiymətləndirmək  üçün  rub-

rikalardan  istifadə  edirlər.  ġagirdlərə  tez-tez  rubrikalar  verilir, 

hətta  onlar  özləri  də  bəzən  rubrikalar  hazırlayırlar  və  beləliklə, 

Ģagirdlər onlardan nə gözlənildiyini əvvəlcədən bilirlər. 



Semantik  hafizə    insanın  sözlər  və  baĢqa  verbal  simvollar,  onların 

mənası  və  referensiyası,  qarĢılıqlı  əlaqəsi,  bu  simvolların,  anla-

yıĢların  və  münasibətlərin  manipulyasiya  qaydaları,  formulları, 

alqoritmləri haqqında bilikləri əhatə edir.  



Sərbəst  (eksternat)  təhsil    müxtəlif  səbəblərdən  ümumi  təhsildən 

kənarda qalan Ģəxslərə təhsil almaq və ya təhsilalana ümumi təh-

silin  hər  hansı  pilləsini  vaxtından  əvvəl  bitirmək  hüququ  verən 

təhsilalma formasıdır. 



Sinfin  idarə  olunması  –  sinif  həyatını  mümkün  qədər  məhsuldar  və 

qənaətbəxĢ  etmək  üçün  müəllimin  sinif  qaydalarını  təĢkil  və 

idarəetmə yoludur. Bəzi təhsil iĢçiləri bunu məhdud Ģəkildə baĢa 

düĢərək “intizam” adlandırırlar. 



Subbakalavr  –  orta  ixtisas  təhsili  pilləsində  məzunlara  verilən  peĢə-

ixtisas dərəcəsidir. 



Standartlar – termin adətən elə səciyyəvi meyarlara aid edilir ki, onların 

əsasında Ģagirdlərin öyrənməli və etməli olduqları təxmin edilir. 

Bu standartlar adətən tədris proqramlarında iki formada olur:  

1) Məzmun standartları. Bu standartlar Ģagirdlərin müxtəlif fən-

lər  üzrə  (məsələn,  riyaziyyat,  fizika,  oxu)  bilməli  və  etməli 

olduqlarını müəyyənləĢdirir.  



  

2) Ġcra standartları. Bu standartlar  – gözlənilən icra standartları 

məzmun  standartlarının  yerinə  yetirilmə  səviyyələrini  qiymət-

ləndirir.  Son  illərdə  müəllimlərin  bilməli  və  etməli  olduqlarını 

dəqiq müəyyən edən standartlar da iĢlənib hazırlanmıĢdır. 

Standart  əsaslı  təhsil  –  Ģagirdlərin  müəyyən  edilmiĢ  standartlara 

yiyələnməsinə yönəldilmiĢ təlim prosesidir. 



Taksonomiya  –  yunan  sözü  olub,  taxus  –  qayda  ilə  yerləĢmə+romos  – 

qanun deməkdir:  

 

təlim  məqsədlərinin Ģəbəkəli (iyerarxik) və ya “sistemli” təs-



nifatına taksonomiya deyilir. 

 



Ģəbəkələr  düzülüĢünə  malik  olan  mürəkkəb  fəaliyyət  sahələ-

rinin sistemli nəzəriyyəsinə taksonomiya deyilir. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə