Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Fransanın "astriUM"



Yüklə 205,47 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix25.06.2018
ölçüsü205,47 Kb.
#51097
1   2   3   4

3

    Şahbuz rayonundakı Şahbuzkənddə

Naxçıvan Muxtar Respublikası Kənd

Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq

və  Xəritəçəkmə  Komitəsinin  əmək-

daşları torpaq mülkiyyətçiləri ilə görüş

keçirmişdir.  Görüşü  Şahbuz  Rayon

İcra Hakimiyyəti başçısının müavini

Yenibar Vəliyev açaraq kənd təsərrüfatı

üçün əlverişli şəraitə malik rayonda

əkinçiliyin inkişafı məqsədilə həyata

keçirilən  tədbirlərdən  danışmışdır.

Bildirilmişdir  ki,  torpaqların  analiz

edilməsi və kartoqramların hazırlan-

ması gələcəkdə bu sahənin məqsəd-

yönlü şəkildə inkişafını təmin edəcək. 

    Kartoqramların  hazırlanmasının

və  torpaq  analizlərinin  əhəmiyyəti

barədə danışan Naxçıvan Muxtar Res-

publikası  Dövlət  Torpaq  və  Xəritə-

çəkmə Komitəsinin əməkdaşı Əsgər

Həsənov  torpağın  münbitliyinin  ar-

tırılması barədə torpaq mülkiyyətçi-

lərinə məlumat vermişdir. Vurğulan-

mışdır  ki,  bunun  üçün  əkinçi,  hər

şeydən  əvvəl,  onun  tərkibini,  hansı

miqdarda məhsul verməyə qadir ol-

duğunu bilməlidir. Kənd təsərrüfatında

intensivləşdirmə yolu ilə məhsul bol-

luğunun  yaradılması  üçün  üzvi  və

mineral  gübrələrdən,  kimyəvi  mad-

dələrdən  düzgün,  səmərəli  istifadə

yolları  öyrənilməlidir.  Bunun  üçün

ayrı-ayrı bitkilərin hansı torpaqlarda

əkilməsini, həmin ərazilərdə torpaq-

ların qida maddələri ilə təminolunma

dərəcəsini və nəzərdə tutulan məhsul

bolluğu üçün torpaq sahələrinə üzvi

və mineral gübrə dozalarının müəy-

yənləşdirilməsini  göstərən  karto -

qramlara müraciət olunmalıdır. 

    Qeyd  olunmuşdur  ki,  2011-ci  il

may ayının 25-də Naxçıvan Muxtar

Respublikası Ali Məclisində kənd tə-

sərrüfatı  sahəsində  həyata  keçirilən

tədbirlər  və  qarşıda  duran  vəzifələr

barədə  keçirilən  müşavirədə  Ali

Məclisin Sədri torpaqların tərkibinin

öyrənilməsi  və  əkin  sahələrinin  ra-

yonlaşdırılması  ilə  bağlı  tapşırıqlar

vermişdir. Ali Məclis Sədrinin tapşı-

rığına uyğun olaraq, əkin dövriyyəsinə

daxil  olan  torpaqların  tərkibinin  öy-

rənilməsi, torpaqların və əkinlərin ra-

yonlaşdırılması  məqsədilə  Naxçıvan

Muxtar  Respublikası  Dövlət  Torpaq

və  Xəritəçəkmə  Komitəsi  Kənd  Tə-

sərrüfatı Nazirliyi ilə birlikdə rayonların

əkin atlaslarının hazırlanmasına baş-

lamış və bu iş uğurla başa çatdırılmışdır.

Hazır lanan atlaslarda hər bir bələdiyyə

ərazisi üzrə torpaqların kartoqram xə-

ritələri və ərazidə yayılmış torpaq tip-

ləri,  növ  müxtəliflikləri  üzrə  torpaq

xəritələri tərtib edilmişdir.

    Sonda tədbir iştirakçılarının sualları

cavablandırılmışdır. 

    Tədbirdən sonra əkin sahələrindən

bir qisminə baxış keçirilmiş və həmin

torpaq  sahələrində  gələcəkdə  hansı

qaydada əkin aparılması barədə mü-

zakirələr aparılmışdır. 

Şəhla NƏBİYEVA

Şahbuzkənddə torpaq mülkiyyətçiləri ilə görüş 

    Dünən Naxçıvan şəhər 2 nöm-

rəli  tam  orta  məktəbin  şagirdləri

Naxçıvan Dövlət Tarix Muzeyində

olub, “Heydər Əliyev irsini öyrə-

nirik” mövzusunda açıq dərsdə iş-

tirak ediblər.  

     Açıq dərsdə muzeyin direktoru,

Naxçıvan  Muxtar  Respublikasının

əməkdar mədəniyyət işçisi Nizami

Rəhimov  deyib  ki,  ümummilli

liderimizin fəaliyyəti Azərbaycanın

bu günü və gələcəyinə hesablanmış

fəaliyyətdir. Ulu öndərimiz keçmişə

istinad  edərək  bu  günümüzü  necə

qurmağı və gələcəyimiz üçün hansı

işlər görülməsinin nümunəsini bizə

göstərdi. Bu, hər bir millətin inki-

şafında əsas şərtlərdən biridir. Azər-

baycanın son onilliklər ərzində qa-

zandığı  uğurlar  ulu  öndər  Heydər

Əliyevin  adı  ilə  bağlıdır.  1969-cu

ildə  onun Azərbaycana  rəhbər  se-

çilməsi ilə ölkəmizin sürətli və uzun-

müddətli inkişafının əsası qoyulub. 

    Açıq dərsdə muzeyin şöbə mü-

diri Nərminə Allahverdiyeva deyib

ki,  bu  gün  Azərbaycanda  həyata

keçirilən  böyük  tədbirlər  məhz

dahi rəhbər Heydər

Əliyevin ölməz ide-

yalarının həmişəya-

şar, əbədi olduğunu

bir daha sübut edir.

Ulu  öndərimizin

uzaqgörənliyi, müd-

rikliyi və fədakarlığı

bu şəxsiyyəti təkcə

Azərbaycan  xalqı-

nın  deyil,  bütün

dünya  azərbaycan-

lılarının liderliyinə yüksəldib, ömür

yolu  isə  Vətənə  xidmətin  parlaq

nümunəsinə çevrilib. Bütün şüurlu

həyatını  xalqına  və Vətəninə  həsr

etmiş ümummilli liderimiz Heydər

Əliyev Azərbaycan xalqının tarixinə

müstəqilliyimizin memarı və döv-

lətimizin qurucusu kimi daxil olub.

Yorulmaz, çoxşaxəli və zəngin fəa-

liyyəti Azərbaycanı sürətli inkişaf

yoluna çıxarıb və şübhə yoxdur ki,

yaxın illərdə ölkəmiz dünyanın ən

güclü  dövlətlərindən  birinə  çevri-

ləcək.  Həyatımızın  elə  bir  sahəsi

yoxdur ki, ulu öndərimizin rəhbərliyi

illərində  orada  inkişafa  nail  olun-

masın.  Bu  inkişaf  sadəcə  olaraq

prosesin adi axarının təzahürü for-

masında  deyil,  bir  qayda  olaraq,

əhəmiyyətli keyfiyyət dəyişiklikləri

ilə müşayiət olunan sıçrayış xarak-

terli  yeniləşmə  formasında  özünü

büruzə verir. Bu baxımdan hər bi-

rimizin  bu  zəngin  irsi  öyrənmək

vəzifə  borcumuz  olmaqla  yanaşı,

onu gənc nəsillərə də aşılamaq ol-

duqca vacibdir.

    Sonra  şagirdlər  ümummilli

liderimiz  Heydər  Əliyevin  həyat

və fəaliyyətini əks etdirən “Şərəfli

ömrün anları” adlı fotostendə baxıb,

muzeydə  sərgilənən  eksponatlarla

tanış  olublar.  Muzeyin  bələdçisi

Samirə Bağırova şagirdlərə  muxtar

respublika  ərazisində  aparılan  ar-

xeoloji qazıntılar zamanı aşkara çı-

xarılan  maddi-mədəniyyət,  tətbiqi

sənət  nümunələri,  qədim  numiz-

matika materialları, həmçinin milli

geyimlər,  bədii  tikmə  nümunələri

və digər eksponatlar haqqında ətraflı

məlumat verib.

    Məlumat üçün bildirək ki, Tarix

Muzeyində açıq dərslərin keçilməsi

aprel  ayının  sonunadək  davam

etdiriləcək.



Səbuhi HÜSEYNOV



Tarix Muzeyində açıq dərslərin keçilməsinə başlanılıb

Torpaqların münbitliyini və

məhsuldarlığı yüksəltmək üçün

suvarılan  torpaqların  su  və

duz  rejimləri  bitkilərin  tələb-

lərinə uyğun olaraq təmin edil-

məlidir. Buna da ancaq suva-

rılan  ərazilərdə  əsaslı  meli -

orasiya və aqrotexniki tədbirləri

həyata  keçirməklə  müvəffəq

olmaq mümkündür.

Bu il fevral ayının 4-də Nax-

çıvan  Muxtar  Respublikası Ali

Məclisində “2012-ci ilin yekun-

ları və qarşıda duran vəzifələr”

mövzusunda  keçirilən  müşavi-

rədə bir sıra nöqsanlar qeyd edil-

miş  və  bu  işlərlə  məşğul  olan

dövlət  qurumlarına  xüsusi  tap-

şırıqlar verilmişdir. Məqsəd mux-

tar respublikanın ərazisində olan

suvarılan  torpaq  sahələrindən

düzgün və mövcud potensialdan

tam istifadəni təmin etməkdir.

Müşavirədə bildirilmişdir ki,

əkinəyararlı torpaq sahələrinin

elmi cəhətdən araşdırılması və

onların əkin dövriyyəsinə daxil

edilməsi, əkin zamanı mütərəqqi

metodların və müasir suvarma

üsullarının tətbiqi, məhsuldar-

lığa mənfi təsir göstərən şoran-

laşma  və  eroziyaya  qarşı  mü-

barizə tədbirlərinin həyata ke-

çirilməsi daim ciddi nəzarət al-

tında aparılmalıdır.

Bu tədbirlərə riayət edilmə-

dikdə suvarılan ərazilərdə yeraltı

suların səviyyəsi qalxaraq sahəni

bəzən  bataqlığa  çevirir,  ya  da

duzlar  torpağın  üst  qatına  top-

lanaraq  həmin  ərazinin  melio-

rativ vəziyyətini pisləşdirir. Əra-

zidə suvarma işləri müvafiq qay-

da ilə aparılanda belə mənfi hal-

lara az təsadüf edilir. Lakin bunu

təkcə bir suvarma ilə əlaqələn-

dirmək  olmaz.  Bu  həm  də  su-

varılan ərazinin hidroloji şərai-

tindən asılıdır.

Suvarılan torpaqların şoran-

laşma  və  bataqlaşmasına  yol

verməmək  üçün,  ilk  növbədə,

şoranlaşmanın və bataqlaşmanın

səbəblərini  öyrənmək,  bu  sə-

bəbləri aradan qaldırmaq lazım-

dır.  Lakin  bəzi  ərazilərin  keç-

mişdən şoranlaşdığı məlum ol-

duğu hallarda müvafiq tədbirlər

həyata keçirilməlidir.

Birincisi, şoranlaşmış torpaq-

ları yararlı hala salmaq üçün bir

sıra aqrotexniki və meliorativ təd-

birlər görülməli, ikincisi isə həmin

torpaqların  şumlanması  zamanı

sudan düzgün istifadə edilməlidir.

Mütərəqqi aqrotexniki və müasir

suvarma üsullarının reallaşdırıl-

ması da vacib şərtlərdəndir.

Ümumiyyətlə, suvarılan tor-

paqların şoranlaşmasına və ba-

taqlaşmasına yol verməmək üçün

görülən əsas işlər aşağıdakılardan

ibarətdir:

– Torpağın yuxarı  (aktiv) tə-

bəqəsində duzların toplanmasına

yol verməmək;

–  kənd  təsərrüfatı  bitkiləri

üçün  tələb  olunan  su  rejiminə

riayət etmək;

– yeraltı suların səviyyəsinin

qalxmaması üçün suvarmaya ay-

rılan suları qabaqcadan müəyyən

edilmiş normalar üzrə paylamaq

və  suvarma  kanallarındakı  sız-

madan  əmələ  gələn  su  itkiləri

ilə mübarizə aparmaq.

Yeraltı  qrunt  suları  dayazda

olduqda  və  həmin  suların  təbii

yeraltı axımı olmadıqda onların

səviyyəsini endirmək üçün kol-

lektor-drenaj  şəbəkəsinin  çəkil-

məsi də əsas şərtlərdən biridir.

Muxtar  respublikamızda  şo-

ranlaşmış və bataqlaşmış sahələr,

əsasən, Araz  çayının  sahilboyu

ərazilərində yerləşir. Bu torpaq-

ların yenidən əkin dövriyyəsinə

qatılması üçün onların müəyyən

edilməsi,  xəritələşdirilməsi  və

istifadəyə yararlı vəziyyətə gə-

tirilməsi ilə bağlı tədbirlərin hə-

yata  keçirilməsinə  artıq  başla-

nılmışdır. Belə ki, aidiyyəti dövlət

qurumlarının mütəxəssisləri Sə-

dərək və Şərur rayonlarının şo-

ranlaşmış və bataqlaşmış sahə-

lərinə baxış keçirmiş, görülməsi

lazım olan işlər barədə müvafiq

məsləhətləşmələr  aparılmışdır.

Bu işlər digər rayonlarda da hə-

yata keçiriləcəkdir.

Naxçıvan  Muxtar  Respubli-

kası  Dövlət  Meliorasiya  və  Su

Təsərrüfatı  Komitəsi  hər  il  su

itkisinin  qarşısını  almaq  üçün

suvarma kanallarında lildən tə-

mizləmə işləri, artıq yeraltı su-

ların ərazidən çıxarılması üçün

isə kollektor-drenaj şəbəkələrinin

lildən  təmizləmə  və  təmiri  ilə

məşğul  olur.  Belə  ki,  2012-ci

ildə komitə tərəfindən 121 kilo-

metr  kanallarda,  472  kilometr

təsərrüfatdaxili kanallarda lildən

təmizləmə işləri aparılmış, 82,2

kilometr məsafədə kollektor-dre-

naj şəbəkəsi lildən təmizlənərək

bərpa edilmişdir. Hazırda bu işlər

davam etdirilməkdədir.

Bununla yanaşı, Azərbaycan

Respublikası Hökuməti ilə İslam

İnkişaf Bankı arasında “Naxçıvan

Muxtar Respublikasında İrriqa-

siya və Drenaj Sistemlərinin Tək-

milləşdirilməsi Layihəsi” həyata

keçirilir. Bu layihə çərçivəsində

Şərur rayonunun Püsyan, Tumaslı

və  Xanlıqlar  kəndlərinin  3400

hektar ərazisində meliorasiya iş-

lərinin  aparılması  üçün  kollek-

tor-drenaj  şəbəkəsinin  tikintisi

nəzərdə tutulmuşdur.

Görülmüş  və  görülməsi  nə-

zərdə  tutulan  işlər  muxtar  res-

publikada  şoranlaşmış  və  ba-

taqlaşmış  torpaqların  yenidən

əkin dövriyyəsinə qaytarılmasına

xidmət edir.

Səttar NƏSİROV

Naxçıvan Muxtar Respublikası

Dövlət Meliorasiya və Su 

Təsərrüfatı Komitəsinin

şöbə müdiri

Suvarılan torpaqların şoranlaşmasının

və bataqlaşmasının qarşısı alınır

    Belə müəssisələrdən biri də “Ca-

han Holdinq” Kommersiya Şirkətlər

İttifaqının  Panel-Radiator  və  Dam

Örtükləri Zavodudur. Ümumi ərazisi

10 min 330 kvadratmetr olan müəs-

sisədə Almaniya  və Türkiyə istehsalı

olan  müasir  texnoloji  avadanlıqlar

quraşdırılmışdır.  Müxtəlif  çeşiddə

yüksək keyfiyyətli məhsul istehsalı

üçün  geniş  imkanlar  yaradılan  za-

vodda  illik  istehsal  gücü  90  min

kvadratmetr  olan  panel-radiator  is-

tehsalı sahəsində 60x40 santimetrdən

60x3  metrə  qədər  ölçülərdə  panel-

radiator istehsal edilir. Gündəlik is-

tehsal  gücü  4800  kvadratmetr  olan

dam örtükləri istehsalı sahəsində isə

uzunluq  ölçüsü  sifarişçi  tərəfindən

verilən 105 santimetr enində rəngli

və  rəngsiz  dam  örtükləri  istehsal

olunur.  Bu  məhsullar  yüksək  key-

fiyyətinə görə qısa vaxt ərzində daxili

və  xarici  bazarlarda  özünəməxsus

yer tutmuşdur.  

    Müəssisədəki keyfiyyətə nəzarət

sistemi istifadə olunan materialların

və hazır məhsulların davamlılığını,

uzunömürlülüyünü təmin edir. Xam-

mal Türkiyə Respublikasından idxal

olunur. Burada istifadə olunan ma-

terialların  bir  qismi  isə  Naxçıvana

məxsusdur. Təcrübəli mütəxəssislərin

çаlışdığı müəssisədə istehsal prosesi

avtomatlaşdırılmış, texniki təhlükə-

sizlik qaydalarına ciddi əməl olun-

maqla normal iş şəraiti yaradılmışdır.

İstehsal prosesi konveyer üsulu ilə

həyata  keçirilir.  Kompyuterlə  ida-

rəetmə  mərkəzi  ilə  təmin  olunmuş

texnoloji avadanlıqlarda verilən si-

farişə uyğun işlər avtomatik olaraq

yerinə  yetirilir.  Panel-radiatorun

ayrı-ayrı detalları müxtəlif mərhələlər

keçməklə hazırlanıb avtomatik qay-

naq edilir və qaynaq işlərinin key-

fiyyəti  8-9  atmosfer  təzyiqlə  test

yoxlamasından  keçirilir.  Sonra  isə

iki mərhələdə boyaq işləri görülür.

Birinci  mərhələdə  panel-radiator

sulu boya ilə boyanıb xüsusi sobada

170 dərəcə istilikdə, ikinci mərhələdə

isə tunel sobada 24 dəqiqə ərzində

215  dərəcə  istilikdə  elektrostatik

toz  boya  ilə  boyanıb  qurudulur.

Hazır məhsul xüsusi avadanlıqlarda

paketlənib sifarişçilərin ünvanlarına

göndərilir.  Dam  örtükləri  istehsalı

sahəsində isə dəmir lövhələr xüsusi

qəliblərdə sıxılıb sifarişə uyğun kə-

silir.  Rəngli  şiferlər  tunel  sobada

xüsusi texnologiya, elektrostatik toz

boya ilə boyanır. 

    Müəssisədə fəaliyyət göstərən la-

boratoriyada müasir avadanlıqlar qu-

raşdırılmışdır ki, bu da istər xammal,

istərsə də hazır məhsulların keyfiyyət

göstəricilərinə  nəzarəti  təmin  edir.

Hazırlanan məhsullar muxtar respub-

likamızda fəaliyyət göstərən ayrı-ayrı

ticarət obyektlərində və “Cahan Hol-

dinq” Kommersiya Şirkətlər İttifaqının

Bakı  şəhərində  fəaliyyət  göstərən

satış mərkəzi vasitəsilə ölkəmizin di-

gər regionlarında və  xarici bazarlarda

satışa çıxarılır.     

     Məhsulları keyfiyyəti ilə seçilən

“Cahan  Holdinq”  Kommersiya  Şir-

kətlər  İttifaqının  Panel-Radiator  və

Dam Örtükləri Zavodu qısa zamanda

rəqabətqabiliyyətli  müəssisəyə  çev-

rilmişdir. Burada istehsal olunan məh-

sullar daxili bazarda özünə böyük is-

tehlakçı  kütləsi  toplamaqla  yanaşı,

xarici bazarlarda da özünə xeyli alıcı

toplamışdır. Müəssisədə istehsal olu-

nan məhsulların xarici bazarlarda ta-

nıdılması məqsədilə ardıcıl tədbirlər

həyata  keçirilir,  biznes-forumlarda

və sərgilərdə yaxından iştirak edilir,

xarici  şirkətlərin  nümayəndələri  ilə

fikir  mübadilələri  aparılır,  bu  sahə

ilə məşğul olan sahibkarların təcrü-

bələrindən bəhrələnməklə xarici ba-

zarlardan daha çox alıcı cəlb edilmə-

sinə çalışılır. Həyata keçirilən kom-

pleks tədbirlərin nəticəsidir ki, istehsal

edilən yüksək keyfiyyətli məhsulların

Rusiya,  Qazaxıstan,  İran,  İraq  və

digər xarici ölkələrə ixracı və satışı

təmin edilmişdir. Digər xarici ölkə-

lərdə də müəssisədə istehsal olunan

məhsulların satışa çıxarılması istiqa-

mətində işlər davam etdirilir. 

    Müəssisədə  54  nəfər  daimi  işlə

təmin olunmuşdur. Yüksək əməkhaq-

qı, xüsusi geyim formaları ilə təmin

olunan  kollektiv  bazarın  tələbatına

uyğun yüksək keyfiyyətli məhsul is-

tehsal  edib  satışa  çıxarılması  üçün

mövcud imkanlardan səmərəli istifadə

etməyə səy göstərir.



Kərəm HƏSƏNOV

S

on  illər  muxtar  respublika  iqtisadiyyatında  yüksək  templə

inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın sti-

mullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda

həyata  keçirilən  tədbirlər  nəticəsində  Naxçıvan  aqrar  regiondan

sənaye regionuna çevrilmiş, müxtəlif çeşiddə yüksək keyfiyyətli məhsul

istehsal edən rəqabətqabiliyyətli müəssisələr həyata vəsiqə almışdır.    

Panel-Radiator və Dam Örtükləri Zavodunun istehsalı olan 

məhsullar xarici bazarda da özünə xeyli alıcı toplamışdır



Yüklə 205,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə