Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Fransanın "astriUM"



Yüklə 205,47 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix25.06.2018
ölçüsü205,47 Kb.
#51097
  1   2   3   4


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Fransanın  “ASTRİUM”

şirkətinin prezidenti və baş direktoru Fransua Oku, “European Aeronautic Defence and Space”

şirkətinin beynəlxalq məsələlər üzrə direktoru Jan-Pyer Talimonini qəbul etmişdir.

Görüşdə iştirak edən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycanın ilk süni

peykinin orbitə buraxılmasını tarixi hadisə kimi qiymətləndirdi və Fransa hökumətinin ölkəmizin

kosmos proqramlarının həyata keçirilməsinə bundan sonra da dəstək verəcəyini vurğuladı.

Fransanın  “ASTRİUM”  şirkətinin  prezidenti  və  baş  direktoru  Fransua  Ok  rəhbərlik  etdiyi

şirkətin bu sahədə Avropanın ən böyük şirkətlərindən biri olduğunu vurğulayaraq şirkətin həyata

keçirdiyi layihələr barədə dövlətimizin başçısına məlumat verdi.

Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasını kosmos sənayesinin inkişafında yeni

mərhələnin başlanğıcı kimi dəyərləndirən dövlətimizin başçısı göstərilən dəstəyə görə təşəkkürünü

bildirdi. Fransanın bir çox sahələrdə ölkəmizin əsas tərəfdaşlarından biri olduğunu vurğulayan

Prezident  İlham  Əliyev  informasiya-kommunikasiya  texnologiyalarının  inkişafı  və  kosmos

texnologiyası sahəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu

bildirdi.

* * *


Aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunda səfərdə olmuşdur.Dövlətimizin başçısı əvvəlcə Hacıqabul şəhərində ulu öndər Heydər

Əliyevin abidəsi önünə gül dəstəsi qoydu. Sonra Prezident İlham Əliyev yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış oldu, Hacıqabulun mərkəzindəki Heydər Əliyev Parkını

gəzdi.

Hacıqabula səfəri çərçivəsində Prezident İlham Əliyev rayonun Rəncbər-Qubalı Baloğlan–“Pir Hüseyn” Xanəgahı avtomobil yolunun açılış mərasimində iştirak etdi.



Sonra Prezident İlham Əliyev Kür-Bakı su kəmərindən Hacıqabul şəhərinə içməli suyun gətirilməsi mərasimində iştirak etdi, Daxili Qoşunların “N” saylı hərbi hissəsində aparılan

yenidənqurma işləri ilə tanış oldu.



Rəsmi xronika

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 67 (20.721)

16 aprel 2013-cü il, çərşənbə axşamı

    Aprelin  15-də  Naxçıvan  şəhərindəki

Heydər  Əliyev  Muzeyində  görkəmli  oftal-

moloq-alim, akademik Zərifə xanım Əliyevanın

90 illik yubileyi qeyd olunmuşdur.

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri Vasif Talıbov yubiley təd-

birində  çıxış  edərək  demişdir:  “Yaradıcı

əməyi və böyük xidmətləri ilə Azərbaycan

elminin və səhiyyəsinin tarixində silinməz

izlər qoyan görkəmli alim, akademik Zərifə

xanım Əliyevanın 90 illik yubileyini qeyd

edirik. Akademik Zərifə xanım Əliyevanın

alim, həkim, pedaqoq və insan kimi yaşadığı

mənalı  ömrü,  keçdiyi  şərəfli  həyat  yolu

nəsil lərə mənəviyyat məktəbidir. Bu məktəb

özünün ən layiqli qiymətini akademik Zərifə

xanım Əliyevanın 90 illik yubileyinin ke-

çirilməsi ilə bağlı Azərbaycan Respublika-

sının  Prezidenti  hörmətli  İlham  Əliyevin

2013-cü  il  7  fevral  tarixli  Sərəncamında

tapmışdır. Həmin Sərəncamda qeyd olunur

ki: “Akademik Zərifə xanım Əliyeva res-

publikamızda tibb elminin inkişafına mü-

hüm töhfələr verərək oftalmologiyanın ak-

tual problemlərinə dair sanballı tədqiqatları

ilə böyük şöhrət qazanmışdır. Onun elmi-

pedaqoji  və  ictimai  fəaliyyəti  həkimlərin

yeni nəslinin yetişməsinə və Azərbaycanda

oftalmologiya  elminin  inkişafına  güclü

təsir göstərmişdir”.

    Ali Məclisin Sədri demişdir: “Bu böyük

şəxsiyyətin keçdiyi həyat yoluna nəzər sa-

larkən aydın görmək mümkündür ki, elmi

tədqiqatların  bacarıqlı  təşkilatçılığı,  dərin

elmi  düşüncə  və  parlaq  pedaqoji  istedad

onun  şəxsində  üzvi  surətdə  qovuşmuşdur.

Böyüklüyündən-kiçikliyindən  asılı  olma-

yaraq, məşğul olduğu sahələrin hamısı Zərifə

xanımın  istedadı  və  fədakarlığı  sayəsində

aparıcı istiqamətə çevrilmiş və bir nümunə

səviyyəsinə  qalxmışdır.  Bu  gün  istisnasız

olaraq demək mümkündür ki, Zərifə xanım

Əliyeva  həm  həkimliyin,  həm  alimliyin,

həm pedaqoqluğun, bunlarla yanaşı isə həm

də insanlığın ali zirvəsinə yüksəlmişdir. Bü-

tün  bunlar  nəyin  hesabına  qazanılmışdır?

Şübhəsiz  ki,  şəxsiyyətin  bütövlüyü  əsas

məsələdir. Filosoflar böyük insanların hə-

yatdakı missiyasını təhlil edərkən birmənalı

olaraq  həmişə  şəxsiyyətin  həyat  yolunun

başlanğıcına  və  sonuna  diqqət  çəkirlər.



Naxçıvanda akademik Zərifə xanım Əliyevanın 

90 illik yubileyi qeyd olunmuşdur

    2012-2015-ci illəri əhatə edən Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərə-

vəzçiliyin inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq, muxtar respublikada unudulmaqda

olan  məhsuldar  meyvə  sortları  bərpa  olunur,  yeni  meyvə  bağları  salınır.  Keçirilən

iməciliklərdə  də  meyvə  bağlarının  salınması,  relyefə  və  iqlim  şəraitinə  uyğun  meyvə

sortlarının yetişdirilməsi diqqət mərkəzində saxlanılır. 

    Aprelin  13-də  Naxçıvan  şəhərində  keçirilən  növbəti  iməciliklərdə  də  yeni  meyvə

bağları salınmışdır.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər

İcra Hakimiyyətinin kollektivləri Naxçıvan-Sədərək avtomobil yolunun kənarında – Şorsu

ərazisində keçirilən iməcilikdə iştirak etmişlər. 

    İməcilik keçirilən 3 hektarlıq ərazidə yeni bağ salınmış, 3500 ədəd müxtəlif  meyvə

tingi əkilərək suvarılmışdır.

    Naxçıvan  Muxtar  Respublikası Ali  Məclisinin  Sədri Vasif Talıbov  iməcilikdə  iştirak

etmiş, meyvə tingləri əkmişdir.

    Ali Məclisin Sədri iməciliklərin davam etdirilməsi və salınan meyvə bağlarına aqrotexniki

qulluq göstərilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Muxtar respublikada keçirilən iməciliklərdə

yeni meyvə bağları salınır

Ardı 2-ci səhifədə



Yüklə 205,47 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə