Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Fransanın "astriUM"



Yüklə 205,47 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix25.06.2018
ölçüsü205,47 Kb.
#51097
1   2   3   4

4

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

Nömrəyə məsul: Sara Əzimova

Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb, səhifələnib və

“Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur

.

Tiraj: 3940. Sifariş № 387

Baş redaktor:

TURAL SƏFƏROV

İtmişdir

Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, döngə 1, ev 3-də yaşamış İbrahim -

ov Yaqub Abdulla oğlunun adına olan 1619 inventar nömrəli texniki pasport itdiyin-

dən etibarsız sayılır.

*   *   *

Naxçıvan şəhəri, “9-cu” məhəllə, ev 22-də yaşayan Ramazanov Cahangir Mazan

oğlunun adına olan evin 7718 inventar nömrəli texniki pasportu itdiyindən etibarsız

sayılır.


*   *   *

Mamedova Maral  Həbib qızının adına olan Azərbaycan Respublikası vətəndaşının

şəxsiyyət vəsiqəsi itdiyindən etibarsız sayılır.

*   *   *

Şahbuz rayonunun Biçənək kəndində yaşamış Rəhimov Süleyman İbadulla oğlu-

nun adına olan 11 inventar nömrəli texniki pasport itdiyindən etibarsız sayılır. 



Allah rəhmət eləsin

AMEA Naxçıvan Bölməsi Təbii

Ehtiyatlar İnstitutunun kollektivi iş

yoldaşları Əhməd Qarayev və 

Tapdıq Hacıyevə, əzizləri

HÜSEYNİN

vəfatından kədərləndiyini bildirir və

dərin hüznlə başsağlığı verir.

Naxçıvan Dövlət Tarix Muzeyinin

direktoru Nizami Rəhimov və 

muzeyin kollektivi iş yoldaşları 

Şərəbanı Cəfərovaya, əzizi

TALEH ƏLƏKBƏROVUN

vaxtsız vəfatından kədərləndiklərini

bildirir və dərin hüznlə 

başsağlığı verirlər.

Duzdağ Fizioterapiya Mərkəzinin

baş həkimi Ruslan Süleymanov və

mərkəzin kollektivi iş yoldaşları

Xanım Məmmədovaya, nənəsi



İNSAF XANIMIN

vəfatından kədərləndiklərini bildirir

və dərin hüznlə başsağlığı verirlər.

Naxçıvan Qaz-Turbin Elektrik 

Stansiyasının direktoru Cəlal 

Hüseynov və stansiyanın kollektivi

iş yoldaşları Məhərrəm Abbasova,

qardaşı


TAHİRİN

vəfatından kədərləndiklərini bildirir

və dərin hüznlə başsağlığı verirlər.

    Naxçıvan  Muxtar  Respublikası

Səhiyyə Nazirliyinin iş planına uy-

ğun olaraq, hər il muxtar respubli-

kada yaşayan bütün məktəbəqədər

və  məktəbyaşlı  uşaqlar  arasında

ildə iki dəfə oftalmoloq, stomatoloq,

burun-qulaq-boğaz  və  onurğa  pa-

tologiyalarına görə kompleks pro-

filaktik müayinələr aparılır. Ə.Əliyev

adına Naxçıvan Muxtar Respublika

Mərkəzi Uşaq Xəstəxanası tərəfin-

dən  Naxçıvan  şəhərində  yerləşən

tam orta məktəblərin şagirdləri ara-

sında  aparılan  yaz  mövsümünün

dərin  tibbi  yoxlamaları  ötən  həftə

başa çatmışdır. 

    Mart ayının 4-dən start götür-

müş yaz müayinələri Naxçıvan şə-

hərinin  21  tam  orta  məktəbində

10 min 18 şagirdi əhatə etmişdir.

Profilaktik  müayinələr  müxtəlif

ixtisaslı həkimlərdən ibarət xüsusi

briqada tərəfindən həyata keçiril-

mişdir. Briqadanın tərkibində pe-

diatr, nevropatoloq, burun-qulaq-

boğaz həkimi, cərrah, stomatoloq,

psixonevroloq,  ortoped  və  dəri-

zöhrəvi  həkimləri,  uşaq  müəssi-

sələri üzrə təşkil olunmuş pediatrik

kabinənin  həkim-pediatrları  fəa-

liyyət göstərmişlər.

    Dərin tibbi müayinələrin aparıl-

masında məqsəd aşkar olunan yeni

xəstəliklərin dispanser qeydiyyatını

aparmaq, zəruri hallarda müalicə və

reabilitasiyaya cəlb etmək, dispanser

qeydiyyatında olan xroniki  xəstələrin

müayinə-müalicə və reabilitasiyasını

təşkil etməkdən ibarət idi.

    Briqadanın fəaliyyəti dövründə

səhiyyə maarifi işləri də aparılmış,

məktəblərin  tibb  məntəqələrində

sənədlərin  təlimata  uyğun  olaraq

hazırlanması üçün metodik kömək-

liklər göstərilmişdir.



Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin

mətbuat xidməti

Şagirdlər arasında kompleks tibbi 

yoxlamalar başa çatıb

    Naxçıvan Muxtar Respublikası

Gənclər  və  İdman,  Təhsil  nazir-

likləri, Naxçıvan Muxtar Respub-

likası Səfərbərlik və Hərbi Xidmətə

Çağırış  üzrə  Dövlət  Xidməti  və

“Naxçıvan” Sərhəd Diviziyasının

təşkilatçılığı ilə muxtar respublika

ümumtəhsil məktəblərinin şagird-

ləri  arasında  yaz  çağırışına  həsr

olunmuş  “Vətənin  müdafiəsinə

hazır am” poliatlon çoxnövçülüyü

və  “Sərhəd”  hərbi-idman  oyunu

üzrə  rayon  birinciliklərinə  start

verilib.  Böyüməkdə  olan  nəslin

hərbi  vətənpərvərlik  tərbiyəsinə

diqqət və qayğını daha da artırmaq,

məktəb  şagirdlərini  hərbi-idman

oyunlarına  cəlb  etməklə  onların

ordu sıralarında xidmətə hazırlan-

masına kömək göstərmək məqsə-

dilə keçirilən “Vətənin müdafiəsinə

hazıram” poliatlon çoxnövçülüyü

yarışlarında şagirdlər 100 metr qa-

çış, turnikdə dartınma, 2000 metr

məsafəyə  kross  qaçış  və  qumba-

raatma növləri üzrə öz məharətlə-

rini göstərirlər. 

    Gənc  nəsli  Vətənə,  onun  sər-

hədlərinə hörmət ruhunda tərbiyə

etmək, yaradıcı, düşünən, sağlam

gənclər yetişdirmək və onlarda sər-

hədçi  peşəsinə  marağı  artırmaq

məqsədilə təşkil olunan “Sərhəd”

hərbi-idman  oyununda  isə  mək-

təblilər sıra hazırlığı, sərhəd növ-

bətçisi  tərəfindən  nəqliyyat  vasi-

tələrinə baxışın təşkili, avtomatın

sökülməsi və yığılması, tüfəngdən

hədəfə  atəş  açmaq,  maskalanma,

yaralanmış  sərhəd  növbətçisi  üz-

vünə ilkin tibbi yardımın göstəril-

məsi və onun təxliyyəsi, ləpirçilik

üzrə bacarıqlarını nümayiş etdirirlər. 

    Bu günlərdə Naxçıvan şəhər və

Şahbuz  rayonunda  “Vətənin  mü-

dafiəsinə hazıram” poliatlon çox-

növçülüyü, Ordubad rayonunda isə

“Sərhəd”  hərbi-idman  oyunu  ke-

çirilib.  Naxçıvan  şəhərindəki  15

nömrəli tam orta məktəb ilə Şahbuz

rayon Ayrınc kənd tam orta mək-

təbinin komandaları “Vətənin mü-

dafiəsinə hazıram” poliatlon çox-

növçülüyü üzrə şəhər və rayon bi-

rinciliklərinin  qalibi  olublar.  Or-

dubad internat məktəbinin koman-

dası isə “Sərhəd” hərbi-idman oyu-

nu üzrə yarışda birinci yeri tutub.

Fəxri  yerləri  tutan  komandalara

kubok, diplomlar və qiymətli hə-

diyyələr verilib.



Naxçıvan Muxtar Respublikası 

Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

“Vətənin müdafiəsinə hazıram” poliatlon

çoxnövçülüyü və “Sərhəd” hərbi-idman 

oyunu üzrə rayon birincilikləri keçirilib

Dili qoruyub yaşatmaq onun da-

şıyıcısı  olan  xalq  və  millətin  bor-

cudur. Sanki hər kəs doğulub “ana”

deməyə  başladığı  ilk  andan  ana

dilini  yaşadacağına  and  içir.  Bax

bu anda sadiqlik bizi milli özünü-

təsdiqimiz olan dilimizi qorumağa

borclu  edir.  Tariximizin  müxtəlif

dövrlərində ana dilimizin qayğısına

qalan,  onun  saflığının  qorunması

uğrunda,  həqiqi  mənada,  dəridən-

qabıqdan çıxan, bütün ömrünü bu

yola həsr edən, ona əsl övladlıq sə-

daqəti göstərən, onu regionun aparıcı

dilləri sırasına qatan şəxsiyyətlərimiz

olub:  Şah  İsmayıl  Xətai,  Mirzə

Fətəli Axundzadə, Cəlil Məmməd-

quluzadə, Üzeyir bəy Hacıbəyli və

neçə-neçə  dilçi  alimlərimiz.  Ötən

əsrin 70-ci illərində – o illər ki, it-

tifaqa daxil olan ölkələrdə ana dili

ikinci planda qalmışdı, hətta bəzi-

lərində unutdurulmuşdu – Azərbay-

canda  ana  dilinin  işləkliyinin  qo-

runması, onun fundamental şəkildə

tədqiqi dövlət səviyyəsinə qaldırıl-

mışdır. Xalqımızın ümummilli lideri

Heydər  Əliyevin  ölkəmizə  birinci

rəhbərliyi dövründə digər milli mə-

sələlər kimi, ana dilinə münasibət

məsələsi  də  xalqımızın  milli  ma-

raqlarına uyğun formada öz həllini

tapmışdır. Və beləliklə, Azərbaycan

dövlətçiliyi  tarixində  ana  dili  ilk

dəfə dövlət səviyyəsində mühafizə

olunmuş, onun saflığı qayğısına qa-

lınmış,  inkişafı  təmin  edilmişdir.

Müstəqillik illərində də bu missiya

layiqincə davam etdirilmiş və etdi-

rilməkdədir. Ulu öndərin Azərbaycan

dilinin işləkliyinin və vahid dil bir-

liyinin qorunması istiqamətində fəa-

liyyəti mühüm qanun və qərarların

qəbul edilməsi ilə nəticələnmişdir. 

Bizim  ana  dilimiz  –  qollu-bu-

daqlı türk dillərinə mənsub Azər-

baycan dili pərvanə qanadları kimi

zərif  kəlmələrdə,  şam  kimi  nurlu

sözlərdə tarixin hikmətini, bu günün

həqiqətlərini,  diriliyini,  sabahın

arzu və ümidlərini hifz edir. Bu dil

könül rübabından su içən bayatıla-

rın, atalar sözlərinin, ağıların, nəğ-

mələrin  dilidir... Və  nəhayət,  xal-

qımızın ən qədim, ilkin milli dəyəri,

sərvətidir. 

Müstəqillik Azərbaycan xalqına,

Azərbaycan  dövlətinə  çox  böyük

uğur və nailiyyətlər gətirdi. O nai-

liyyətlər ki, onu tariximizi, mədə-

niyyətimizi, dilimizi milli mövqedən

araşdırmağa, öyrənməyə, öyrəndik-

lərimiz həqiqətləri, zənginlikləri isə

bəyan etməklə əldə etməyə başladıq.

Eyni  zamanda  müstəqillik  imkan

verdi ki, ana dilimizin inkişafı, təd-

qiqi və işləklik arealının genişlən-

məsi kimi məsələlərə yenidən qa-

yıdaq. Bununla əlaqədar ölkəmizdə

çoxsaylı dövlət sənədləri imzalan-

mışdır. Sonuncusu 2013-cü il aprel

ayının 9-da imzalanmış “Azərbaycan

d i l i n i n

qloballaş-

ma  şərai-

tində  za-

manın tə-

ləblərinə

uyğun is-

tifadəsinə

və ölkədə

dilçiliyin inkişafına dair Dövlət Pro -

qramı”nın təsdiq edilməsi haqqında”

Azərbaycan Respublikası Preziden-

tinin  Sərəncamıdır.  Bu  sərəncam

ana dilindən istər yazılı, istərsə də

şifahi  şəkildə  düzgün  istifadəyə,

onun tətbiqi və inkişafı kimi vacib

məsələlərin həllinə yönəlmiş mühüm

sənəddir.  Sözügedən  Dövlət  Pro -

qramında dilimizin inkişafı ilə bağlı

problemlərin həlli ilə əlaqədar bir

sıra vəzifələr müəyyənləşdirilmişdir.

Həmin vəzifələrdən bəzilərini təq-

dim edirik:

● Azərbaycan dilinin qloballaşma

şəraitində zamanın tələblərinə uyğun

inkişafı,  qorunması,  elektron  mə-

kanda daha geniş istifadəsi və ölkədə

dilçiliyin inkişaf etdirilməsi mexa-

nizminin yaradılması;

● Dilin inkişafı və tədrisi məsə-

lələrinin uzlaşdırılması və təkmil-

ləşdirilməsi;

Bu,  bilavasitə  müasir  qlobal-

laşma şəraitində dildə özünü gös-

tərən  yeniliklərin  tədris  vəsaitlə-

rində və prosesində əks olunması

ilə bağlıdır.

● Dilçi  alimlərin  müasir  infor-

masiya  və  kommunikasiya  texno-

logiyalarının  yaradılmasında  işti-

rakının təmin edilməsi;

Dövlət Pro qramındakı bu hissə

dilçilik  elmi  və  bu  sahənin  mütə-

xəssisləri  üçün  yenilikdir.  Qeyd

edək ki, müəyyənləşdirilmiş bu və-

zifə müasir qloballaşmanın doğur-

duğu uğurlu bir yenilikdir.

● Dilin  inkişafını  və  ədəbi  dil

normalarının  qorunmasını  təmin

edən qanunvericilik bazasının tək-

milləşdirilməsi;

Bu,  ədəbi  dilin  şifahi  və  yazılı

formada  vahid  təzahürünə  xidmət

edən  vəzifələrin  ən  vacibidir.  Bu-

nunla  yanaşı,  Azərbaycan  dilinin

təkmilləşdirilmiş  yeni  orfoqrafik,

izahlı,  frazeoloji,  terminoloji,  tər-

cümə, ensiklopedik və tezlik elek-

tron  lüğətlərinin  hazırlanması  da

vahidlik  prinsipinin  qorunmasını

təmin edən vəzifələrdəndir.

● Dil  və  nitq  mədəniyyətinin

yüksəldilməsi;

İnsanların  özünü ifadədə  qarşı-

laşdığı  ən  mühüm  problemlərdən

biri kimi bu vəzifənin irəli sürülməsi

olduqca  aktualdır.  Özü  də  mədə-

niyyətin bu tipinin təkcə ümumtəhsil

məktəblərində deyil, ali və orta ix-

tisas təhsili müəssisələrinin müvafiq

ixtisaslarında da tədrisi qarşıya qo-

yulan vəzifələr sırasındadır.

● Mətbuat orqanlarında, televi-

ziya və radio kanallarında, internet

resurslarında və sosial şəbəkələrdə

ədəbi  dil  normalarının  pozulması

hallarının qarşısını almaq üçün me-

xanizmlərin  müəyyənləşdirilməsi;

Etiraf edək ki, kütləvi informa-

siya vasitələrində, eləcə də internet

resurslarının əksəriyyətində ana di-

limizin vahidlik prinsipinə tam əməl

edilmir, ədəbi dilin normaları bilə-

rəkdən və ya bilməyərəkdən pozulur.

Bu  məsələlərin  həlli  baxımından

adıçəkilən vəzifənin icrasını qeyd-

şərtsiz həyata keçirmək bir vətəndaş

kimi,  necə  deyərlər,  boynumuzun

borcu olmalıdır. 

Ölkəmizdə  bir  sıra  müstəqil

müəssisələr  fəaliyyət  göstərir.  Bu

müəssisələr içərisində onlarla qəzet

redaksiyaları da var. O redaksiyalar

ki, çap etdirdiyi qəzetləri oxuyarkən

orfoqrafiya səhvləri bir yana dursun,

mətnlərdə dilimizə yad olan nə de-

sən, onunla qarşılaşırsan: üslub səh-

vi,  fikrin  qeyri-dəqiqliyi,  abzaslar

arasında rabitəsizlik, ədəbi dilimizdə

yad söz və ya ifadələrin işlənməsi,

ədəbi dil normalarına əməl edilmə -

məsi,  hətta  cümlənin  sual,  yoxsa

nəqli cümlə olub-olmamasının bi-

linməməsi,  cümlə  üzvlərinin  sıra-

sının pozulması, nəticədə isə anla-

şılmaz bir söz yığınının ortaya çıx-

ması və sair və ilaxır...

Bütün bu dediklərimizin müqa-

bilində  bəzi  söz  yazarlarımıza

xatırlatmaq istəyirik ki, dilin gücü,

müasirliyi formanın yox, məzmunun

sərbəstliyindədir. Yəni dilimizə zor-

la, “intiligentcəsinə” yad söz gətir-

mək qətiyyən müasirlik demək deyil.

Mətbuatımızda, bəzi televiziya ka-

nallarımızda işlənən sözləri, ifadə-

ləri, cümlələri eşitdikcə şüurumuzda

belə  bir  sual  formalaşır  ki,

“Əkinçi”nin, “Molla Nəsrəddin”in,

“Həyat”ın, “Açıq söz”ün xələfləri

tamaşaçılarla, dinləyicilərlə, oxucu -

larla,  ümumən  Azərbaycan  xalqı

ilə hansı dildə danışırlar?



Əminik  ki,  ölkə  rəhbərinin  im-

zaladığı  “Azərbaycan  dilinin  qlo-

ballaşma şəraitində zamanın tələb-

lərinə uyğun istifadəsinə və ölkədə

dilçiliyin  inkişafına  dair  Dövlət

Proqramı”nın təsdiq edilməsi haq-

qında” Sərəncam ana dilimizin qo-

runması, inkişafı, bu dildə vahidlik

prinsipinin bərqərar olunması isti-

qamətində uğurlu nailiyyətlərin əldə

olunması ilə nəticələnəcəkdir.  



Səyyar MƏMMƏDOV



Dünya yaşıdı ana dilimizi qoruyaq və yaşadaq

M

ilyon illərdir, dil deyir, dil söyləyir,

dil  danışır:  məqsədsə  yeganədir  –

duyğu və düşüncələrin, ağıl və zəkanın ifa-

dəsi... Bu gün mədəni və mənəvi səviyyəsindən

asılı olmayaraq, könüllərdən könüllərə yol-

lanan  yolun  yeganə  körpüsü  bəllidir:  dil

körpüsü. Dil ünsiyyətin, anlamağın, dərk et-

məyin yeganə açarıdır. Tarix boyu insan cə-

miyyətləri, həqiqətən də, fövqəladə varidatlar

yaratmışlar  ki,  onların  da  hər  biri  çağdaş

insanın  qürur  mənbəyidir.  Şəhərlər,  elmi-

texniki yeniliklər, dövlətlər, mədəniyyət, sənət

abidələri, təfəkkür möcüzələri, siyasi-iqtisadi

qanunauyğunluqlar, idarəetmə, elm və daha

nələr, nələr yalnız insan zəkasına məxsusdur.

Ünsiyyət vasitəsi olan dil isə bu zəka sahibi

insanın bəxtiyarlığıdır. Dil əvəzolunmazdır.

Dildən qopan söz canlıdır, onun az qala na-

tural mövcudluğu, nəfəsi, ruhu var. 

Yüklə 205,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə